Milyarder prezidentin xanımına rüşvət vermədə ittiham olunur
Tarix: 13-08-2019 14:53 | Bölmə: Dünya
Milyarder prezidentin xanımına rüşvət vermədə ittiham olunur

İsveçrə prokurorluğu israilli milyarder Beni Staynmetz və iki şərikinin cəzalandırılmasını tələb edib.

Reyting.az
“Reuters”-ə istinadla xəbər verir ki, onlar 2005-2010-cu illər arasında Qvineyada mədən lisenziyalarının alınması üçün rüşvət vermədə ittiham olunurlar.

Cenevrə prokuroru Klaudio Maskottonun sözlərinə görə, sözügedən 3 şəxs 2005-ci ildə Qvineyanın sabiq prezidenti Lansana Kontenin arvadlarından birinə bahalı əşya hədiyyə etmə müqavilində həmin ölkənin Simandu bölgəsində faydalı qazantı hüquqlarına sahib olublar. “Steinmetz Group Resources” şirkətinin sahibi 10 milyon dollar rüşvət vermədə ittiham olunur.

Cenevrə prokuroru digər iki müttəhimin adlarını çəkməyib və məhkəmə prosesinin tarixi hələ təyin edilməyib.

İttiham sübut olunduğu təqdirdə müttəhimləri 2 ildən 10 ilə qədər həbs cəzası gözləyir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}