Üç dövlət Türkiyə ilə ortaq mövqe nümayiş etdirdi
Tarix: 04-12-2019 00:38 | Bölmə: Dünya / Xəbərlər
Üç dövlət Türkiyə ilə ortaq mövqe nümayiş etdirdi

Avropanın aparıcı dövlətləri Suriyanın İdlib vilayətində Türkiyənin mövqeyini müdafiə edib.

Reyting.az
xəbər verir ki, Londonda NATO-ya üzv ölkələrin dövlət başçılarının zirvə görüşündən əvvəl Türkiyə, Almaniya, Fransa və İngiltərə liderləri bir araya gələrək müzakirə aparıblar.

İngiltərənin Baş naziri Boris Consonun ofisində baş tutan görüş bir saatdan artıq çəkib. Görüşdə Türkiyə Prezidenti Ərdoğan, Almaniya Kansleri Merkel, Fransa Prezidenti Makron və İngiltərə Baş naziri Conson iştirak edib.

Müzakirələrdən sonra liderlər “İdlib də daxil olmaqla Suriyanın hər yerində mülki insanları hədəfə alan hücumların dayandırılması mövzusunda mövqe ifadə edilib”, - cümləsinə yer verilib.

Xatırladaq ki, rəsmi Ankara Bəşər Əsəd rejimi və Rusiyanın İdlibə hücumlarının dayandırılması təşəbbüsülü ilə çıxış edib. Eyni zamanda BMT Təhlükəsizlik Şurasının sonuncu toplantısında İngiltərə nümayəndəsi Rusiya nümayəndəsini Suriyada mülki insanlara havadan hücum etmələrinə görə ittiham edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər