Səudiyyə Ərəbistanı zəvvar və turistlərin ölkəyə girişinə qadağa qoydu
Tarix: 27-02-2020 10:44 | Bölmə: Dünya
Səudiyyə Ərəbistanı zəvvar və turistlərin ölkəyə girişinə qadağa qoydu

Səudiyyə Ərəbistanı Məkkə və Mədinədəki müqəddəs yerləri ziyarət etmək istəyən zəvvarların ölkəyə girişinə müvəqqəti qadağa qoyub.

Reyting.az 
xəbər verir ki, bu barədə krallığın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlik müvəqqəti qadağa koronavirusla əlaqəlidir.

Əlavə olunub ki, koronavirusun artıq qeydə alındığı və daha da yayılması riski olan ölkələrin vətəndaşları üçün turist vizalarının verilməsi də müvəqqəti olaraq dayandırılıb.

Bundan əlavə, səlahiyyətlilər həmvətənləri və Körfəz Əməkdaşlıq Şurasında iştirak edən ölkələrin sakinləri üçün ölkəyə giriş-çıxışı məhdudlaşdırıb.




Bölməyə aid digər xəbərlər
18-03-2024, 10:41 Niger İrana uran verir?

{sape_links}{sape_article}