Əsəd ordusunun 5 helikopteri, 23 tank, 309 əsgəri məhv edilib - Nazir
Tarix: 28-02-2020 13:32 | Bölmə: Dünya
Əsəd ordusunun 5 helikopteri, 23 tank, 309 əsgəri məhv edilib

“Hərbçilərimizin Suriyanın şimalında, İdlib vilayətində hücuma məruz qalmasından sonra 200-ə yaxın hədəfə havadan və qurudan zərbə endirilib”.

“Anadolu” agentliyinin xəbərinə görə, bunu Türkiyənin Müdafiə naziri Hulusi Akar deyib.

“Nəticədə 5 helikopter, 23 tank, iki zenit-raket kompleksi və 309 rejim əsgəri məhv edilib”, - deyə nazir vurğulayıb.

Nazir qeyd edib ki, Türkiyə hərbçilərinin olduğu yerlər əvvəlcədən Rusiyanın səlahiyyətli şəxsləri ilə koordinasiya edilməsinə baxmayaraq, bu hücum həyata keçirilib: “Hücum zaman hərbçilərimizin ətrafında heç bir silahlı qrupun olmadığını vurğulamaq istəyirəm”.

Xatırladaq ki, İdlibdə Türkiyə Silahlı Qüvvələrinin hava hücumuna məruz qalması nəticəsində 33 hərbi qulluqçu şəhid olub.

Reyting.az




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}