16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Gürcüstan XİN-də Ukraynadakı səfirlə məsləhətləşmələr aparılır
Tarix: 25-05-2020 12:35 | Bölmə: Dünya
Gürcüstan XİN-də Ukraynadakı səfirlə məsləhətləşmələr aparılır

Gürcüstanın Xarici İşlər Nazirliyində ölkənin Ukraynadakı səfiri Teymuraz Şaraşenidze ilə məsləhətləşmələr aparılır.

“Report”un yerli bürosu xəbər verir ki, məsləhətləşmələr zamanı yeni reallıqda Gürcüstan-Ukrayna münasibətlərinə dair məsələlər müzakirə olunacaq.

T.Şaraşenidze bildirib ki, Mixeil Saakaşvilinin Ukraynada rəsmi vəzifəyə təyinatı iki ölkə arasındakı münasibətləri gərginləşdirməyəcək.

Qeyd edək ki, mayın 8-də M.Saakaşvili Ukraynanın İslahatlar üzrə Milli Şurasının İcraiyyə Komitəsinin sədri vəzifəsinə təyin olunub. Bundan sonra Gürcüstan bu ölkədəki səfirini məsləhətləşmələr üçün Tbilisiyə çağırıb. 




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}