CIA-ya işləmiş agent edam olunub
Tarix: 14-07-2020 17:06 | Bölmə: Dünya / Xəbərlər
CIA-ya işləmiş agent edam olunub

İran ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə (CIA) məlumat satan Müdafiə Nazirliyinin keçmiş işçisini edam edib.

Reyting.az
“IRNA”-ya istinadla xəbər verir ki, bunu məhkəmə hakimiyyətinin sözçüsü Qulamhüseyn İsmaili bildirib.

Onun sözlərinə görə, Rza Əsgəri Müdafiə Nazirliyində çalışdığı son illərdə CIA ilə əlaqə qurub və agentliyə İranın raket proqramı ilə əlaqəli məlumatları ötürüb.

Əsgəri 4 il əvvəl təqaüdə çıxıb.

İsmaili bildirib ki, Rza Əsgəri keçən həftə edam olunub.

ABŞ və İsrail kəşfiyyatlarının nəfinə casusluq etməkdə təqsirləndirilən Mahmud Musəvi-Məcd də edam hökmünün icra edilməsini gözləyən şəxslər sırasındadır.

Keçən il İran CIA-ya işləyən 17 casusu ifşa etdiyini açıqlayıb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər