Rusiyada COVID-19-a təkrar yoluxma halları qeydə alınıb
Tarix: 27-11-2020 20:06 | Bölmə: Dünya
Rusiyada COVID-19-a təkrar yoluxma halları qeydə alınıb

Rusiyada yeni növ koronavirus (COVID-19) infeksiyasına təkrar yoluxma halları qeydə alınıb.

“RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə Rusiyanın səhiyyə naziri Mixail Muraşko bildirib.

Nazir vurğulayıb ki, bununla bağlı məlumatlar dərc olunub.

Qeyd edək ki, Rusiyada COVID-19-a yoluxanların sayı 2 215 533 nəfərə, koronavirusdan ölənlərin sayı isə 38 558 nəfərə çatıb. Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir/APA.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}