Rəsmi Moskva: “Biz Ukraynaya hücum etməyəcəyik"
Tarix: 19-01-2022 17:43 | Bölmə: Dünya / Xəbərlər
Rəsmi Moskva: “Biz Ukraynaya hücum etməyəcəyik"

"İndi Avropada tam hərbi əməliyyatlar qeyri-mümkündür".

Bu barədə Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

“Mən əminəm ki, Avropada və ya başqa haradasa baş verə biləcək genişmiqyaslı müharibə riski yoxdur”, - rusiyalı diplomat Valday klubunda çıxış edərkən vurğulayıb.

O, Rusiyanın heç bir aqressiv addım atmayacağını da vurğulayıb: “Biz Ukraynaya hücum etməyəcəyik və işğal etməyəcəyik”.

XİN başçısının müavini qeyd edib ki, Moskvaya NATO-nun genişlənməsinə moratorium qoyulması deyil, Gürcüstan və Ukraynanın Alyansa üzv olmayacağına dair aydın təmnatlar lazımdır/APA.




Bölməyə aid digər xəbərlər
29-04-2025, 08:21 Kiyevə hücum başlayıb