18:59 / 29-03-2026
Azərbaycan kinosunun əfsanəvi siması - Rasim Balayev
18:05 / 29-03-2026
Hava ilə bağlı əhaliyə xəbərdarlıq edilib
17:10 / 29-03-2026
Prezident Cəmil Əliyevi “İstiqlal” ordeni ilə təltif edib
15:06 / 29-03-2026
Xalq artisti Rasim Balayev vəfat edib
11:47 / 29-03-2026
“Netflix” platformasının 300 milyondan çox abunəçisi var
11:01 / 29-03-2026
Günəşə bənzər yeni planet sistemi kəşf olunub
10:32 / 29-03-2026
Cinayət törətməkdə şübhəli şəxslər saxlanılıb
00:09 / 29-03-2026
İran XİN başçısı Azərbaycana təşəkkür edib
23:02 / 28-03-2026
Ən çox milyarder hansı şəhərdə doğulub?
22:41 / 28-03-2026
Kəlbəcərdəki qəzada üç nəfər həlak olub
20:34 / 28-03-2026
Yaxın Şərqdə daha böyük müharibə başlayır
19:58 / 28-03-2026
Bakıya aylıq normadan artıq yağış yağıb
19:43 / 28-03-2026
Müğənni ilə vizajist plastik əməliyyat etdirib
15:57 / 28-03-2026
Ağacları kəsən şəxsə cinayət işi açılıb
13:59 / 28-03-2026
Agentlik 856 uşağı övladlığa verib
13:43 / 28-03-2026
Yağış və qar yağacaq, subasma halları davam edəcək - Proqnoz
13:37 / 28-03-2026
Sel suları kəndin şəhərlə əlaqəsini kəsib
11:02 / 28-03-2026
Ən çox kitab oxunan ölkələrdə hansı janra üstünlük verirlər?
10:53 / 28-03-2026
Qadının qətlində şübhəli şəxslər həbs edilib
10:45 / 28-03-2026
Azərbaycan Basketbol Liqasında XX tur başlayır
10:24 / 28-03-2026
Millimiz Şimali İrlandiya komandası ilə qarşılaşacaq
10:06 / 28-03-2026
Qızılın qiyməti 4 500 dolları ötüb
09:54 / 28-03-2026
2026-cı ildə hansı ölkələr öndə olacaq? - Siyahı
00:25 / 28-03-2026
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasından 107 il ötür
21:19 / 27-03-2026
"FIFA Series – 2026": Azərbaycan millisi qalib gəlib
18:05 / 27-03-2026
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
15:19 / 27-03-2026
Lənkəranda zəlzələ baş verib
14:05 / 27-03-2026
İranın adı Avropadakı hücumlarda hallanır
13:55 / 27-03-2026
Sabah yağış yağacaq - Proqnoz
12:02 / 27-03-2026
Qazi jurnalist Rəşad Baxşəliyev vəfat edib
21:54 / 25-03-2026
Ən böyük şirin su ehtiyatı hansı ölkələrdədir? - Siyahı
23:02 / 28-03-2026
Ən çox milyarder hansı şəhərdə doğulub?
22:49 / 25-03-2026
Qalmaqallı prokuror işdən çıxarılıb
09:54 / 28-03-2026
2026-cı ildə hansı ölkələr öndə olacaq? - Siyahı
11:02 / 28-03-2026
Ən çox kitab oxunan ölkələrdə hansı janra üstünlük verirlər?
10:09 / 25-03-2026
İlon Mask çip istehsalı zavodu tikəcək
18:05 / 27-03-2026
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
22:19 / 25-03-2026
Ölkələrin əsas enerji mənbələrinin yeni xəritəsi hazırlanıb
23:55 / 24-03-2026
Tramp: "İranda rejim dəyişib, bizimlə razılaşmaq istəyirlər"
11:01 / 29-03-2026
Günəşə bənzər yeni planet sistemi kəşf olunub
21:15 / 26-03-2026
Bakıda 70 yaşlı kişi öldürülüb
İranın siyasi gizlinləri üzə çıxır - Təhlil
Tarix: 11-03-2018 17:04 | Bölmə: Dünya / Slayd

Qonşu ölkədə daxili vəziyyət mürəkkəbləşib, varis planı qütbləşməni dərinləşdirib
Qonşu İranda baş verən ciddi xalq etirazından sonra diqqətçəkən proseslər cərəyan edir.
Etirazlardan sonra ölkə daxilində qütbləşən bir neçə qrup arasında ziddiyyətlər dərinləşib.
Belə ki, hazırkı prezident Həsən Ruhaninin gizli və açıq rəqibləri yaşanan etirazlarda birbaşa hazırkı hakimiyyəti günahkar bilir. Nə qədər qəribə görünsə də, qapalı rejimli bir ölkədə baş verən proseslər, dünya mediasının da diqqətini çəkməyə bilməzdi. Xüsusilə sabiq prezident Mahmud Əhmədinecatın dağıdıcı xalq etirazından əvvəl və sonrakı aqressiv və ardıcıl bəyanatları bir çox ölkələrin aparıcı media orqanlarının marağına səbəb olub.
Xatırladaq ki, etirazlar baş verərkən İran mediası və bir sıra hakimiyyət mənsubları dolayı və ya açıq şəkildə sabiq prezident Mahmud Əhmədinecatı əsas təşkilatçı kimi təqdim edərək, onun həbsini gündəmə gətirirdilər. Hətta bir ara keçmiş prezidentin həbs xəbəri də yayıldı. Lakin qısa müddət sonra xəbər təkzib olundu. Bundan sonra isə çoxları sabiq prezidentin susacağını proqnozlaşdırsa da, o, nəinki susdu, hətta bir qədər də irəli gedərək, etirzalarda təqsirli bilinərək həbs edilən minlərlə şəxsin müdafiəsinə qalxdı. M. Əhmədinecat ölkədə ədalətli məhkəmə sisteminin olmadığını bəyan edərək, yenə iqtidarı suçladı. Vəziyyətin getdikcə dramatikləşdyi bir ərəfədə isə onun, İranın Ali dini rəhbəri, o cümlədən ölkə siyasətinə böyük mənada yön verən Xameneiyə açıq məktubla müraciəti ortaya daha “böyük oyun”un getmə planını çıxardı. Bu qənaəti hasil edən əsas xətt Ali dini liderin sabiq prezidentin ittihamlarına haqq qazandırmasıdır. Bu, bir yandan Mahmud Əhmədinecatın arxasında dini liderin durması fikrini yaratsa da, digər yandan Xameneinin Həsən Ruhani ilə “ulduzunun” hələ də barışmadığını göstərdi.
Maraqlıdır, soydaşlarımızın çoxluq təşkil etdiyi İranda əslində, nə baş verir?
Bütün bunlarla bağlı İran üzrə tanınmış tədqiqatçı Səlim Cəlalın “Anadolu” Agentliyində çox maraqlı təhlili yayılıb. Reyting.az saytı qonşuluğumuzda baş verən proseslərin maraqlı olacağını nəzərə alıb, həmin təhlilin tərcüməsini təqdim edir:
Sabiq İran prezidenti Mahmud Əhmədinecat hakimiyyət və məhkəmə sisteminin əleyhinə bəyanat yayaraq, dini lider Xameneini də “məsuliyyətdən qaçmaqda” ittiham etdi. Bu bəyanatdan dörd gün sonra isə Xamenei ona cavab verdi. O, gözlənilmədən sabiq prezidentin ittihamlarına haqq qazandırdı. Açıq formada olmasa da, İran İslam Respublikasının ədaləti təmin etməkdə, ümumiyyətlə, yetərsiz qaldığını qəbul edən Xamenei xalqdan üzr istənməsinin lazım olduğunu bildirdi. Bu, həmişəki kimi, çox yayğın, fərqli şərhlərə imkan verən bir açıqlama idi.
Düzdür, Xamenei konkret kimin üzr istəməli olduğunu açıq şəkildə demədi. O, çox ustalıqla məsuliyyəti bütün dövlət orqanları arasında paylaşdırdı.
Ayrıca, Xamenei, demək olar ki, yarıtanrıya bərabər olan öz statusunu da gözardı edərək, bir müxalifət lideri tonundan istifadə etmişdi. Daha da önəmlisi, öz vəzifə müddətilə (29 il) sələfi Ayətullah Xomeyninin vəzifə müddəti (11 il) arasında da bir fərq qoymamışdı. Bu da özünün və digər inqilabçıların “İmamın qızıl dövrü” (“devrân-ı tâlî-i imâm”) adlandırdığı Xomeyni dövründəki ədalətin səviyyəsindən məmnun olmadığı mənasına gəlirdi.
Dini liderin bu açıqlamasından üç gün sonra Əhmədinecat ona başqa bir məktub da göndərdi. O, məktubda Xameneiyə ədalətin təmin edilməsi ilə bağlı dediklərinin həyata keçirilməsinin lazım olduğunu mədəni formada xatırlatdı, habelə prezident və parlament seçkilərinin zamanında, ədalətli, eyni zamanda Konstitusiya Mühafizə Şurası və hərbi hakimiyyət orqanlarının müdaxiləsi olmadan keçirilməsini tələb etdi.
Hətta Əhmədinecatın öz məktubuna çox böyük bir təklif layihəsi əlavə etdiyi də deyilir, ancaq onun içindəkilər hələ ki ortaya çıxmayıb.
Əhmədinecata yaxın olan dairələrə görə, layihədə ədalətin necə təmin edilməsilə bağlı təkliflər var. Lakin təkliflərdən çox tələblərin olma ehtimalı daha yüksəkdir.
Əhmədinecatı sevən iranlılar çox deyil və ona aralarında ən yüngülü “Komedi-Necat” olan çox sayda ləqəb verilib. Lakin İranın keçmiş prezidentinin böyük xalq dəstəyinə rəğmən onların hüquqlarını qoruya bilməyən “yüngül çəkili islahatçılar”ın əsl xarakterini açması və eyni zamanda, dini liderlə üzləşməyə cəsarət göstərməsi yenə də təqdir olunur. Əhmədinecat eyni zamanda ciddi şəkildə illərin “adətləri”ndən, siyasi sistemindən kənara çıxan üslubu və siyasətə gətirdiyi yaradıcılığı ilə də tərifi və diqqəti haqq edir.
Seçki sistemində köklü islahat aparılması məsələsindəki tələbi ilə ortaya qoyduğu ifrat özünəinam da təsirlidir. Bir insanın yaşadığı uğursuzluqla bağlı olaraq sistemi günahlandırması təbiidir. Amma sistemin birbaşa ondan istifadə edən biri tərəfini günahlandırması isə müəmma yaradan haldır. Nədən ki, Konstitusiya Mühafizə Şurası olmasaydı, Əhmədinecat prezident seçilə bilməzdi. Odur ki, Əhmədinecatın tələbi, Konstitusiya Mühafizə Şurasının nəzərində İranın məşhur “Duzu alıb duz qabını qırmaq” (“nemek horden u nemekdân şikesten”) xalq deyiminin tipik bir nümunəsidir.
Bununla birlikdə, son aylardakı ən təəccüblü hadisə Konstitusiya Mühafizə Şurasının reaksiyası oldu. Şuranın sözçüsü hazırda etirazları ilə önə çıxan Əhmədinecatı 2009-cu ildəki prezident seçkilərində “seçki mühəndis-memarı” olmaqda ittiham etdi. Qeyd edim ki, bu termin İranın seçki jarqonuna 2005-ci ildə seçkini uduzan namizədlərdən biri olan Mehdi Kərrubi tərəfindən gətirilib. Kərrubi dini liderə yazdığı məşhur məktubunda Müctəba Xameneini (dini liderin oğlu), Şuranı və İnqilab Keşikçilərini 2005-ci il prezident seçkilərini Əhmədinecatın lehinə manipulyasiya etməkdə ittiham etmişdi.
Yeri gəlmişkən, Kərrubi o zamandan bəri İranın institusional nizamı tərəfindən sistem xaricinə itələnib. O, bu günədək ev dustağıdır. Əhmədinecat isə yazdığı onlarla etiraz məktublarına rəğmən, yenə meydandadır. Və 13 il sonra – bu gün İrandakı bütün seçkilərin əsas “yaradıcı memarı” olan Konstitusiya Mühafizə Şurası eyni termini Əhmədinecat üçün istifadə edir. Məşhur bir fars deyimi ilə desək, Şuranın açıqlaması “uzağa qaçmaq” yerinə, “önünə qaçmaq” mənasına gəlməklə, böyük bir səhvə çevrilə bilər.
Öncəki məqalədə Əhmədinecata əgər iranlıların nəzərində populyarlığını artırmaq istəyirsə, 2009-ci il seçkilərinin “qara qutusu”nu açması tövsiyyə edilmişdi. Əhmədinecat hələ ki, bu tövsiyyəyə uymayıb. Bəlkə də bunu irəlidəki həmlələri üçün saxlayıb, amma Şuranın açıqlaması Əhmədinecata uzun müddətdir axtardığı bəhanəni təmin edir. İndi hər kəs Əhmədinecatın hekayəsini dinləmək üçün qulaqlarını şəkləyib. Oyun getdikcə iranlılar üçün daha maraqlı olur.
Əhmədinecat indiyədək diqqətini Laricani qardaşlarına verdi. Onun dini liderlə təmasları ümidsiz bir insanın daha yüksək bir orqana müraciət etməsi olaraq qəbul edildi. Lakin Əhmədinecat son məktubunda dini liderlik qurumu ilə bağlı struktur dəyişikliyinə gedilməsini açıq şəkildə tələb etməsi ilə həddini son dərəcə aşmış oldu. Bu durumda verilməsi lazım olan sual, dini liderin Əhmədinecatın dikbaş itaətsizliyinə nə qədər dözəcəyidir. Daha da önəmlisi, dini liderin göstərdiyi dözümlülüyün altında yatan nədir?
Bu suallar Əhmədinecatın tələb etdiyi dəyişikliklərin mahiyyətindən çox, onun bu itaətsizliyi sərgilədiyi konkret zaman kontekstində cavablandırılmalıdı. Amma hələ ki bu yoxdur. Olmaması isə yeni və fərqli proseslərdən xəbər verir. Nədir bu?
Dini liderin sağlıq durumu haqqındakı dedi-qodular bir yana, onun yaşında olan hər bir lider, təməl bir prinsip olaraq, xələfinin kim olacağı haqqında baş sındırar. Bu mövzuda sadəcə, özü deyil, yaxın ətrafı və ailə üzvləri də əndişəlidir. Çünki iqtidar dəyişikliyi hamar şəkildə olmazsa, yaxud iqtidar “yanlış əllərə” keçərsə, onların da sahib olduqları mövqelər və imtiyazlar, hətta həyatları təhlükə altına girəcəkdir.
Aydındır ki, dini lider də öldükdən sonra necə xatırlanacağı və özünə doğru adamın xələf olub-olmayacağı ilə bağlı qayğılar daşıyır. Nəticə olaraq, xələfinin kim olacağı ilə bağlı qapalı qapılar arxasında çox ciddi siyasi dolablar dönməkdədir. Bu səbəblə, xələfin kim olacağı ilə əlaqədar davam edən bu “soyuq müharibə”də Əhmədinecat amilini təqdir etmək lazımdır. Dini liderlik institutunun strukturunda dəyişiklik edilməsi tələbi, Nizamın Məsləhətini Müəyyənetmə Şurası üzvlüyü, ölkənin sabiq prezidenti olması və şəxsi xarakteri kimi amillərin hamısı Əhmədinecatın, – əgər iqtidar dəyişikliyi olacaq zamana qədər siyasət səhnəsində qala bilərsə, – bu dəyişiklikdə, kiçik də olsa, bir rol oynayacağına işarə edir.
Xülasə, Xamenei sonrası dövr üçün ən azı dörd ssenari var:
Birincisi, dini liderlik institutunun ləğv edilməsidir. Bu ehtimal Qumdakı mollalardan tutmuş, Konstitusiya Mühafizə Şurasınadək böyük güc sahibi olan çox sayda maraq qrupunun mənfəətlərini təhlükəyə atacaqdır. Hətta belə bir durum İranda, əslində, teokratiyanın ölümü mənasına gələ bilər. Bu ssenari imkansız olmasa da, asan və müqavimətsiz bir seçim olmayacaqdır.
İkincisi, tək bir dini liderin seçilməsi yerinə, Dini Liderlik Şurasının qurulmasıdır. Əslində, bu fikir Xomeyninin ölümündən həmən sonra ortaya çıxdı və tətbiqi düşünüldü, ancaq 1989-cu ildə edilən dəyişikliklə Konstitusiyadan çıxarıldı.
Ötən ilin avqust ayında həyatını itirən sabiq prezident Haşimi Rəfsancani ömrünün son aylarında bu fikri yenidən canlandırmağa çalışdı. Texniki olaraq bu fikir xüsusən də üçüncü dünya ölkəsində elə də real görünmür. Ayrıca, tək bir adam yerinə bir qrupla bazarlıq etmək məcburiyyətində qalacaqları üçün maraqlı tərəflərin mənfəətinə də uyğun gəlmir. Eyni zamanda bu, böyük qeyri-sabitliyə səbəbi olardı. Daha da önəmlisi, “şura” mexanizmi iqtidarın tək bir adamın əlində diktatorluğa çevrilməsini önləməyi nəzərdə tutan demokratik bir konsepsiya olması səbəbilə, İranın teokratik nizamının avtoritar strukturuna uyğun gəlmir.
Üçüncüsü, dini lider öldüyü halda başqa bir ayətullahın onun yerini tutmasıdır. Bu ssenari texniki olaraq həyata keçirilə bilən olsa da, ortaya bu şanslı insanın kim olacağı sualını çıxarır.
Dini liderlik vəzifəsində gözü olan çox sayda adam var: Həsən Ruhani, Ayətullah Sadiq Laricani, Haşimi Şehrudi və çox sayıda digər mollalar. Lakin bu mollaların hamısı hakimiyyət pillələrinə özləri dırmanmaq yerinə, digərlərinin ayağını sürüşdürməyə cəhd etməkdədi. Üstəlik, bu mövqe, təbiəti etibarı ilə həyat boyu davam edəcək bir məsuliyyəti öz üzərinə götürmək anlamına gəldiyi üçün bazarlıq etməyi də bir xeyli çətinləşdirir.
Dördüncüsü, həyata keçirilə bilən əsas ssenari isə Müctəba Xameneinin öz atasının, yəni, dini liderin yerinə keçməsidir. Hər ata oğlu və ya qızının özünə varis olmasını, ya da hər oğul və ya qız atasının xələfi olmaq istəyər. Ayətullah Xomeyni və oğlu Əhməd də buna niyyətlənmişdi. Xomeyni oğlunun önünü açmaq üçün vəkili Ayətullah Müntəzirini vəzifədən azad etmişdi. Lakin gözlənilməz halda, ani ölümü səbəbilə plan nəticəsiz qaldı. Ayrıca, Xameneinin oğlu Müctəbanı bir sonrakı dini liderin mərhəmətinə tərk etmək istəməməsinin başqa bir səbəbi Xomeyninin oğlu Əhmədin atasının vəfatından beş il sonra (1995-ci il) baş verən sirli ölümüdür. Atası öldükdə Müctəba İran hakimiyyət dairələrində Əhməddən daha sevimli olmayacaq. Keçmiş inqilabçıların bir çoxu atasına görə Əhmədə az da olsa duyğusal bağlılıq hiss etdirir. Lakin atasına görə Müctəbaya belə bir bağlılığın zərrəsi belə yoxdur, bu, hiss olunmur.
Ümumiyyətlə, liderlər uşaqlarından birini seçər və hələ həyatda ikən onu ön plana çıxarmağa başlayarlar. Ancaq bu cəhd bəzən, Səudiyyə Ərəbistanında Məhəmməd bin Salman örnəyində olduğu kimi, əks reaksiya verər.
İranlılar arasında çox istifadə edilən digər bir yanaşma üsulu da “qarpızı kəsmə ki, asanlıqla sata biləsən” deyimində nəzərdə tutulandır. Dini liderin bu yanaşma üsulundan istifadə etdiyi anlaşılır. Müctəbaya rəsmi bir vəzifə verilmədi, xalq arasına çox nadir halda çıxır, hətta şəkilləri belə çox az görünür.
Yuxarıda göstərilən mümkün dörd ssenariyə baxılarsa, Əhmədinecat amilinin son iki ssenari ilə əlaqəli olduğu görünür. Əhmədinecatın özü dini liderlik mövqeyi üçün uyğun olmasa da, Ayətullah Laricani potensial namizədlərdən biridir. Məhz bu, Xamenei ilə Əhmədinecatın maraqlarının üst-üstə düşdüyü nöqtədir: ikisi də Laricanini bir sonrakı dini lider olaraq görmək istəmir.
Əhmədinecat üçünsə bu, bir ölüm-qalım məsələsidir. Sabiq prezident Laricaninin sonrakı dini lider olması halında, bir gün belə yaşamayacağını bilir. Əgər Laricaninin əlində olsaydı, Əhmədinecatı bu saniyədə həbs edib asmaq məsələsində tərəddüd etməzdi. Əhmədinecatın tutulması üçün Laricaninin Xameneiyə üç dəfə müraciət etdiyi, lakin dini liderin bunu rədd etdiyi söylənilir.
Şübhəsiz ki, siyasət qeyri-müəyyənliklərin hökm sürdüyü bir sahədir və heç bir ehtimal gözardı edilə bilməz. Yenə də hadisələrin gedişatı Əhmədinecatın dini lider tərəfindən müəyyən formada qorunduğu hissini yaradır, çünki Əhmədinecat Xameneinin nəzərində, xələfi ilə bağlı gələcək planlarına görə, Laricanidən çox kiçik təhlükə kəsb edir. Buna görə, dini lider Əhmədinecatın davranışlarına mümkün olan ən uzun müddətədək dözüm göstərə və ondan oğlu Müctəbanın dini liderlik mövqeyinə gəlməsinin önündə duran Laricani əngəlini ortadan qaldırmaq üçün istifadə edə bilər.
F.ƏHMƏD
Bölməyə aid digər xəbərlər

27-03-2026, 14:05
İranın adı Avropadakı hücumlarda hallanır
26-03-2026, 02:10
İran Xarq adasının müdafiəsini qoşun və minalarla möhkəmləndirib
24-03-2026, 09:26
Kolumbiyadakı təyyarə qəzasında çoxsaylı insan həlak olub
23-03-2026, 23:51
Netanyahu Trampın təklifi ilə razılaşmır
23-03-2026, 09:36
MİT rəhbəri "HƏMAS" Siyasi Bürosunun üzvləri ilə görüşüb
22-03-2026, 14:43
Helikopter qəzası baş verib, ölənlər var
21-03-2026, 23:04
Praqada kütləvi etiraz aksiyası keçirilib
19-03-2026, 13:56
Trampı İranla bağlı dayandıra bilməyiblər: 53 senator “yox” deyib
19-03-2026, 13:24
Rusiya “kölgə donanması”nı qorumağın yolunu tapıb
19-03-2026, 12:05
Trampın baş kəşfiyyat zabiti məxfi məlumat sızdırmaqda şübhəli bilinir
19-03-2026, 11:32
Rus ordusu Odessaya hücum edib
19-03-2026, 11:21
İsraildə partlayışlar baş verib
19-03-2026, 09:11
Taylandın kurortlarında anti-yəhudi atmosferi artıb
18-03-2026, 15:40
Finlandiya prezidenti: Ukraynaya dəstək müqabilində Avropa İran məsələsində Trampa kömək edə bilər
18-03-2026, 13:18
Rusiya Kramatorskini vurub: yaralılar və dağıntılar var
18-03-2026, 12:09
Belarus miqrantları avropalı sərhədçilərlə döyüşə hazırlayır
17-03-2026, 13:46
Ukrayna parlamenti prezidentə itaətsizlik edir
17-03-2026, 12:35
İran: Hörmüz boğazı əvvəlki kimi istifadəyə yararlı olmayacaq
17-03-2026, 11:41
İranın Rusiyadan aldığı üç sualtı qayıqdan biri batırılıb
17-03-2026, 09:30
Ukrayna səfiri Macarıstanın yırtıq bayrağı ilə poza verib
16-03-2026, 18:55
Kiberhücumlara görə iki ölkəyə sanksiya tətbiq olunub
16-03-2026, 17:08
Bəqai: İran Yaxın Şərq ölkələrinə müharibə elan etməyib
16-03-2026, 14:48
Almaniya ABŞ və İsrailə İranla bağlı çağırış edib
16-03-2026, 14:02
Ukraynanın infrastruktur obyektlərinə növbəti zərbələr endirilib
16-03-2026, 10:02
Cənubi Koreya hipersəs raketləri hazırlayacaq
16-03-2026, 09:29
Zelenski: Rusiyanın hücumunun qarşısı alınıb
16-03-2026, 09:24
Qazaxıstan 15 martı Konstitusiya Günü kimi qeyd edəcək
13-03-2026, 17:33
Naməlum şəxslər sinaqoqa od vurublar
13-03-2026, 15:06
ABŞ Hörmüzdən keçən gəmiləri qoruyacaq
13-03-2026, 14:52
Makron Fransanın hərbi bazasına hücumu pisləyir
13-03-2026, 12:16
Rus ordusu Ukraynaya qarşı yeni fənddən istifadə edir
13-03-2026, 11:40
İran Küveytdəki qırıcılara zərər verib - Foto
13-03-2026, 08:41
Parisdə “Türkiyə-NATO: gələcək perspektivlər” konfransı keçirilir
12-03-2026, 20:52
İran ordusu İsrailə və ABŞ bazalarına yenidən hücum edib
12-03-2026, 18:16
Rusları Almaniyaya səfərdən çəkinməyə çağırırlar
12-03-2026, 12:58
Təhlükəsizlik Xidməti daha bir dövlət qurumunda axtarış aparır
12-03-2026, 12:52
Kiyevə verilən sursat alacaq - Səbəb
12-03-2026, 08:02
Tramp: İranın elektrik şəbəkəsini bir saata məhv edərəm!
11-03-2026, 16:51
ABŞ-da İrana qarşı yeni variant üzərində düşünürlər
11-03-2026, 15:10
İsrail Qırmızı dənizdə hərbi baza qurmağı planlaşdırır
11-03-2026, 12:04
Xarkova hücum: ölənlər və yaralılar var
11-03-2026, 09:45
Yaponiyanın Kuril adalarını ələ keçirmək planı alınmayıb
10-03-2026, 11:56
Türkiyə İrana qarşı “Patriot” sistemi yerləşdirilib
10-03-2026, 09:02
London Yaxın Şərqlə bağlı planını dəyişib
10-03-2026, 08:44
Tramp Putindən kömək istəyib?
6-03-2026, 23:49
Hücumlar nəticəsində İranda 1000-dən çox insan həlak olub
Bu gün, 11:01
Günəşə bənzər yeni planet sistemi kəşf olunub
Dünən, 23:02
Ən çox milyarder hansı şəhərdə doğulub?
Dünən, 20:34
Yaxın Şərqdə daha böyük müharibə başlayır
Dünən, 09:54
2026-cı ildə hansı ölkələr öndə olacaq? - Siyahı
26-03-2026, 14:33
Ağdamda mülki şəxs minaya düşüb
26-03-2026, 01:48
Avropa tezliklə yanacaq çatışmazlığı ilə üzləşəcək
25-03-2026, 21:54
Ən böyük şirin su ehtiyatı hansı ölkələrdədir? - Siyahı
25-03-2026, 21:11
İran ətrafındakı münaqişə nəzarətdən çıxıb
23-03-2026, 20:04
ABŞ və İran nümayəndələrinin görüşünü təşkil etmək istəyirlər
23-03-2026, 16:17
Rəsmi Bakı Moskvanın izahatını gözləyir
23-03-2026, 09:22
İranla müharibə Trampın nəzarətindən çıxır
22-03-2026, 23:39
Prezidentin ailəsini şantaj edən şəxs... - Video
21-03-2026, 10:32
Tramp: Yaxın Şərqdə hərbi əməliyyatları yekunlaşdırmağı düşünürük
20-03-2026, 17:37
Prezident nazir müavini təyin edib - Foto
19-03-2026, 22:52
Süni intellekt dünyada kütləvi işsizliyə səbəb ola bilər
19-03-2026, 18:41
Prezident yeni publik hüquqi şəxs yaradıb - Fərman
19-03-2026, 14:28
ADP sədri: ABŞ-ın müəyyən etdiyi beş strateji və geosiyasi ərazi arasında Azərbaycan da var
19-03-2026, 13:45
Məmurlara xəbərdarlıq edilib
19-03-2026, 11:54
Azərbaycan üzərindən Ermənistana taxıl göndəriblər
19-03-2026, 10:49
Ramazan bayramı ilə bağlı fətva verilib
19-03-2026, 08:34
ABŞ-ın üç ölkədəki hərbi bazalarına zərbələr endirilib
18-03-2026, 17:15
Nuriyev: İranla müharibə yorucu formatda davam edəcək
18-03-2026, 13:07
Daha 60 nəfər vəzifədən azad edilib
18-03-2026, 12:40
Ümumdünya Səhiyyə Təşkilatı nüvə fəlakətinə hazırlaşır
18-03-2026, 11:56
Qlobal silah ixracını altı ölkə nəzarətə götürüb
18-03-2026, 11:24
Dövlət qulluğunda mükafat sistemi ləğv olunur
18-03-2026, 11:18
Əlillərə pensiya ömürlük təyin edilməlidir
18-03-2026, 08:31
Türkiyə lideri: İsrailin hərəkətləri bölgəni fəlakətə sürükləyir
17-03-2026, 22:26
DTX Prezidentin ailəsini şantaj edən şəxsi saxlayıb - (Video)
17-03-2026, 18:46
Dünya Yaxın Şərqdə yeni miqrasiya fəlakətinə hazır deyil
17-03-2026, 15:22
Hərbi ekspert: Tramp hansısa ölkələri İranla müharibəyə qata bilər
17-03-2026, 13:13
Məşhur iş adamı həbs edilib - Səfərəliyev Heydərovun 1 milyon manatını ələ keçirib?
17-03-2026, 13:03
ABŞ-AB münasibətləri yenidən gərginləşir
17-03-2026, 12:19
ABŞ səfirlikləri terrorçuların hədəfinə çevrilə bilər
17-03-2026, 08:27
Qarabağa növbəti köç karvanları gedib
16-03-2026, 18:07
ABŞ NATO-nu İranla döyüşə çağırır
16-03-2026, 13:31
Həkimlər problemlə üzləşib, dövlət qurumu isə susur
16-03-2026, 12:24
Ramazan bayramı namazının vaxtı açıqlanıb
16-03-2026, 11:56
Kütləvi ixtisar: daha 43 nəfər vəzifədən kənarlaşdırılıb
16-03-2026, 10:44
Prezident hərbi qulluqçuları təltif edib - Siyahı
16-03-2026, 10:39
Tibb elmində daha bir yenilik edilib
16-03-2026, 10:13
İranın yeni rəhbərini Rusiyaya aparıblar
14-03-2026, 13:41
Xanobaya ilk köç karvanı gedib - (Yenilənib)
13-03-2026, 17:26
Bakıda avtobuslarda nağdsız gedişhaqqı tarifləri müəyyənləşib - Cədvəl
13-03-2026, 16:27
Məmurların maliyyə fırıldaqlarını araşdırırlar
13-03-2026, 14:01
Kəşfiyyat: Rusiya İrana gizli şəkildə kömək edir

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək