13:59 / 27-11-2024
Gömrük tarifləri dəyişib
Putinin güvəndiyi general yoxa çıxıb
Tarix: 01-06-2022 18:36 | Bölmə: Dünya / Xəbərlər
Putinin güvəndiyi general yoxa çıxıb

Rusiya prezidenti Putinin müharibəyə cəlb etdiyi “Suriya qəssabı” ləqəbli general Aleksandr Dvornikov ən azı iki həftədir meydana çıxmır. Reyting.az-ın məlumatına görə, bunu “New York Times” qəzetinə ABŞ rəsmiləri bildiriblər.

İddia olunur ki, Putinin böyük ümidlərlə təyin etdiyi Dvornikov vəzifədən azad edilib.

Qeyd edək ki, Rusiya prezidenti Putinin müharibənin uzanması səbəbindən belə bir dəyişikliyə getdiyi açıqlansa da, rəsmi Moskva bununla bağlı izahat verməmişdi.

Xatırladaq ki, Ukrayna savaşından əvvəl Dvornikov Suriyadakı müharibədə iştirak edib, Bəşər Əsədi dəstəkləyib və onun hakimiyyətdə qalmasına çalışıb. Hətta qədim Suriya şəhərlərini bombalamaq və tarixini silmək bahasına olsa da.

Bununla belə, Dvornikovun Ukraynaya təyinatının nəzərəçarpacaq effektinin olmadığı iddia edilir. General Ukraynadakı rus ordusunun başına gətiriləndən sonra ruslar Luqanksidə müəyyən irəliləyişlər əldə etsə də, böyük itkilərlə qarşılaşıblar.

Onu da qeyd edək ki, Putin general Dvornikovu aprelin birinci ongünlüyündə Ukraynadakı rus ordusunun başına gətirib və bütün səlahiyyətləri ona verib. Bu, o vaxt idi ki, rus ordusu Kiyev ətrafından çəkilmək məcburiyyətində qalmışdı.

Cənub ordusuna rəhbərlik edən Dvornikovun bu vəzifəyə gətirilməsi Rusiyanın döyüş meydanında uğur qazana bilməməsindən qaynaqlanırdı. Hətta güman olunurdu ki, Dvornikovun rəhbərliyi ilə müharibə Donbass bölgəsinə keçəcək.

Onu da diqqətə çatdıraq ki, general Dvornikov 2015-ci ilin sentyabrında Suriya prezidenti Bəşər Əsədə dəstək verən rus əsgərlərinə rəhbərlik edib. O zaman Dvornikova tabe olan əsgərlərin mülki əraziləri vurduğu, Hələbin isə 2016-cı ilin dekabrında Dəməşq rəhbərliyinə keçdiyi qeydə alınıb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər