18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Ukrayna qoşunları Baxmutu tərk edə bilər
Tarix: 04-03-2023 11:40 | Bölmə: Dünya / Xəbərlər
Ukrayna qoşunları Baxmutu tərk edə bilər

Böyük ehtimalla Ukrayna qoşunları Donetsk vilayətinin Baxmut şəhərini tərk edəcək. Reyting.az xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri məlumat yayıb.

Xatırladaq ki, Baxmut uğrunda döyüş 2022-ci ilin mayında başlayıb. Martın 3-də yayılan görüntülərdən bəlli olur ki, Ukrayna əsgərləri Baxmut bölgəsində iki əsas körpünü partladıblar. Bunlardan biri Baxmutun şimal-şərqində Baxmutovka çayı üzərində, digəri isə şəhərin qərbində Xromovo-Baxmut şossesində yerləşirdi.

Müharibə Araşdırmaları İnstitutunun yeni hesabatında qeyd olunur ki, körpülərin dağıdılması çox güman, Ukrayna qüvvələrinin Rusiyanın şərqindəki Baxmutdakı hərəkatına müdaxilə etmək və Rusiyanın Baxmutdan qərbə potensial çıxış yollarını məhdudlaşdırmaq məqsədi güdür.

Analitiklərin xatırlatmasına görə, fevralın 28-də Ukrayna prezidentinin müşaviri Aleksandr Rodnyanski deyib ki, lazım gələrsə, Ukrayna qüvvələri Baxmutdakı mövqelərindən çəkilə bilər. Onun sözlərinə görə, Ukrayna Baxmutun qərbindəki ərazini elə möhkəmləndirib ki, Ukrayna qoşunları geri çəkilməyə başlasa belə, rus qoşunları bütün şəhəri tez bir zamanda ələ keçirməyi bacarmayacaq.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər