“Qalatasaray”ın oyunçusu komandadan ayrılıb - Səbəb
Tarix: 06-01-2019 22:50 | Bölmə: İdman / Xəbərlər
“Qalatasaray”ın oyunçusu komandadan ayrılıb

“Qalatasaray”ın oyunçusu Qarri Rodriqes komandadan ayrılıb. Məlumata görə, futbolçu bundan sonra Səudiyyə Ərəbistanının “Əl İttihad” klubunda oynayacaq.

İstanbul klubu xəbər verir ki, ərəblər Rodriqes üçün “Qalatasaray”a 10 milyon 250 min avro ödəyəcək.

Qeyd edək ki, kabo-verdeli futbolçu 2017-ci ildə PAOK-dan transfer edilib.

Xatırladaq ki, bundan öncə Sərdar Aziz və Ərən Dərdiyok da "Qalatasaray"dan ayrılıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}