19-cu turun daha 4 oyunu keçirilib - Nəticələr
Tarix: 14-01-2019 05:56 | Bölmə: İdman / Xəbərlər
19-cu turun daha 4 oyunu keçirilib

İspaniya La Liqasında 19-cu turun daha 4 oyunu keçirilib.

"Atletiko" öz meydanında "Levante"ni minimal hesabla üstələyib. "Sevilya" səfərdə "Atletik"ə 0:2 hesabı ilə uduzub.

Lider "Barselona" "Eybar"ın qapısından 3 cavabsız top keçirib. "Real" isə səfərdə "Betis"ə çətinliklə qalib gəlib - 1:2.

Tura bu gün keçiriləcək "Real Sosyedad" - "Espanyol" oyunu ilə yekun vurulacaq.

İspaniya La Liqası, 19-cu tur

13 dekabr

"Atletiko" - "Levante" - 1:0
Qol: A. Qrizmann, 57-pen.

"Atletik" - "Sevilya" - 2:0
Qollar: İ. Uilyams, 23 (1:0), 84 (2:0)

"Barselona" - "Eybar" - 3:0
Qollar: L. Suares, 19 (1:0), L. Messi, 53 (2:0), L. Suares, 59 (3:0)

"Betis" - "Real" - 1:2
Qollar: L. Modriç, 13 (0:1), S. Kanales, 67 (1:1), D. Sebalyos, 88 (1:2)

Qeyd edək ki, bu nəticələrdən sonra "Barselona" 43 xalla turnir cədvəlinə başçılıq edir. İkinci pillədəki "Atletiko"nun 38 xalı var. Eyni - 33 xala malik komandalardan "Sevilya" 3-cü, "Real" isə 4-cüdür.(Qol.az)




Bölməyə aid digər xəbərlər
3-09-2024, 12:02 Bakıda evə basqın olub