Şahmatçımız erməni rəqibini məğlub edib
Tarix: 02-05-2021 23:43 | Bölmə: İdman / Xəbərlər
Şahmatçımız erməni rəqibini məğlub edib

Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun "New In Chess" adlı V mərhələsində həlledici görüşlərə bu gün yekun vurulacaq.

Reyting.az
məlumatına görə, artıq 3-cü yerin sahibi bəlli olub.

Bu pilləyə Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov yüksəlib. O, 3-cü yer uğrunda matçda ermənistanlı Levon Aronyana qalib gəlib. İlk görüşdə heç-heçə (2:2) qeydə alınsa da, cavab qarşılaşmasında qrossmeysterimiz 2,5:0,5 (1:0, 0,5:0,5, 1:0) hesabı ilə qələbə qazanıb.

Qeyd edək ki, mərhələnin qalibi Hikaru Nakamura (ABŞ) – Maqnus Karlsen (Norveç) duelində bəlli olacaq. İlk görüşdə Nakamura 1:3 hesabı ilə uduzub.(Apasport)




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər