Sədr postu uğrunda mübarizə ata-oğul qarşıdurmasına səbəb olub
Baş rejissor: Hazırladığımız 12 tamaşanı “Axır Zaman”la yekunlaşdıracağıq - Müsahibə
Nazir Emin Əmrullayevə bir neçə sual
Anar Əsədlidən 4 şikayətçi var
Vəkil Zabil Qəhrəmanov həbs olunub
Ramiz Mehdiyevin Rusiyaya yazdığı gizli məktub üzə çıxıb - Fotofakt
1500 illik qızıl sikkə xəzinəsi tapılıb
Qafqazda sülh: Ağ ev Paşinyanı qorumalıdır
Prezident səfirləri geri çağırıb - Yeni təyinatlar - (Yenilənib)
Azərbaycanın Yaxın Şərq həmləsi: Vaşinqtondan dəstək var
"Neftçi" qələbə qazanıb
Ukraynanın iki şəhəri mühasirəyə alınıb
Tarix: 22-07-2016 12:00 | Bölmə: İqtisadiyyat / Xəbərlər

İqtisadçı ekspert Vüqar Bayramov 4 bankın - "Dekabank” ASC, "Kredobank” ASC, "Parabank” ASC və "Zaminbank” ASC-nin lisenziyalarının ləğv edilməsiylə bağlı məsələni şərh edərkən bu qərarın gözlənilən olduğunu deyib: "Hələ ötən ilin sonunda bankların sayının azalacağını bildirmişdim. Amma təbii ki, bunlar da bağlanan sonuncu banklar olmayacaqlar”.
V.Bayramovun sözlərinə görə, neft bumu dövründə yüksək faizlərlə böyük gəlirlər qazanan "ərköyün banklar” post-neft dövrünə hazır ola bilmədilər:
"Təəssüf ki, öz funksiyalarını tam yerinə yetirməyən, amma lisenziyası geri alınmayan bankların sayı heç də az deyil. Hazırda əmanətçilərin öz halal pullarını qaytara bilmədikləri banklar var. Təəssüf ki, Palata onların lisenziyasının ləğvi barədə qərar qəbul etmir. Nəticədə, sığorta hadisəsi baş vermədiyindən əmanətçilər öz depozitlərini geri götürə bilmirlər. Əslində, belə bankların da lisenziyasının geri alınmasına və əmanətlərin tam şəkildə fond tərəfindən ödənilməsi təmin edilməlidir”.
İqtisadçı-ekspert bildirib ki, dörd bankın hamısı Əmanətlərin Sığortlanması Fondunun üzvləri olduğundan onların müflis elan edilməsi artıq sığorta hadisəsinin baş verməsi deməkdir: "Əmanətçilər öz sığortalanan pullarını fonddan geri almalıdırlar. Bu zaman artıq əmanətlərin hissə-hissə deyil, tam şəkildə qaytarılması həyata keçirilməlidir. Gözlənilir ki, Palata bu banklara müvəqqəti inzibatçı təyin edəcək. Əmanətçilər bundan sonra öz pullarını geri ala bilməlidirlər. Əmanətlərin Sığortlanması Fondu tərəfindən sığortalanan hər bir depozitin son qəpiyinədək əmanətçiyə qaytarılması olduqca vacibdir”.
V.Bayramov qeyd edib ki, mövcud qanunvericilikdə məbləğindən asılı olmayaraq bütün depozitlər sığortalanır. Sadəcə, maksiumum divident faizi dollar əmanətləri üzrə 3, manat əmanətlərində isə 12 faizdən çox olmamalıdır.
Reyting.az
Bölməyə aid digər xəbərlər
















ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır
Rus Dram Teatrının aktyoru deyir ki. bölgə teatrlarında diplomlu aktyor və rejissor tapmaq müşkül məsələdir
Qüdrət Həsənquliyevin fikrincə, Tramp görsə ki, Ukrayna qalib gəlir, Rusiyaya təkcə siyasi yox, hərbi dəstək də verəcək