17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Şəhid polkovnik-leytenant Füzulidə dəfn olunub
Tarix: 27-02-2021 13:02 | Bölmə: Cəmiyyət / Xəbərlər
Şəhid polkovnik-leytenant Füzulidə dəfn olunub

Azərbaycan Ordusunun Vətən müharibəsində Murov istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan polkovnik-leytenantı Sadıqov Yaşar Füzuli oğlu dəfn edilib.

Reyting.az
xəbər verir ki, o, Y.Sdıqov doğulduğu Füzulinin Bala Bəhmənli kənd qəbiristanlığında torpağa tapşırılıb.

Allah rəhmət eləsin!

***

Vətən müharibəsində itkin düşmüş polkovnik-leytenant Yaşar Füzuli oğlu Sadıqovun şəhid olduğu müəyyənləşib.

Reyting.az
xəbər verir ki, bu barədə "Qafqazinfo"ya şəhid zabitimizin yaxınları bildiriblər.

Məlumata görə, 46 yaşlı zabitimizin nəşi Murovdağ istiqamətində - Ömər aşırımında tapılıb. Şəhidimiz doğulduğu Füzulinin Bala Bəhmənli kəndində torpağa tapşırılacağı bildirilir.

Qeyd edək ki, 1975-ci il təvəllüdlü Yaşar Sadıqov Vətən müharibəsində itkin düşmüş iki polkovnik-leytenantdan biri idi. Zabitimiz ailəli idi, iki tələbə övladı yadigar qaldı.

Allah şəhidlərimizə rəhmət eləsin!

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}