19:37 / 20-11-2025
Ruben Vardanyanın məhkəməsində ifadələr dinlənilib - Fotolar
19:02 / 20-11-2025
Kosovoda növbədənkənar parlament seçkiləri təyin olunub
18:18 / 20-11-2025
Bakıda D-8 Media Forumu keçiriləcək
18:01 / 20-11-2025
Mədəniyyət Nazirliyi ilə bağlı qalmaqal efirdə müzakirə olunub - Açıqlamalar
17:51 / 20-11-2025
Sabah Bakıda Ermənistandan olan ekspertlərin iştirakı ilə dəyirmi masa keçiriləcək
17:40 / 20-11-2025
Nikol Paşinyan Qazaxıstana səfər edib
17:28 / 20-11-2025
"Azəraqrar"ın direktoru vəzifədən azad edilib - Nazirdən yeni təyinat
17:13 / 20-11-2025
Marsda tapılan qaya alimləri təəccübləndirib - Foto
17:02 / 20-11-2025
Daha 54 nəqliyyat vasitəsi hərraca çıxarılıb
16:54 / 20-11-2025
Yaşayış minimumu və ehtiyac meyarı 300 manat olacaq
16:32 / 20-11-2025
Həqiqi hərbi xidmətə çağırış başlayır - Sərəncam
16:28 / 20-11-2025
Trampın sülh planı Ukraynaya baha başa gələ bilər
16:15 / 20-11-2025
Ağdərəyə daha 27 ailə köçüb - (Yenilənib)
16:09 / 20-11-2025
Ermənistana silah satan Hindistan ABŞ-dan silah alır
16:00 / 20-11-2025
Qlobal təchizat zənciri kökündən dəyişə bilər
15:52 / 20-11-2025
Asim Xudiyev UEFA-dan təyinat alıb
15:47 / 20-11-2025
İşsizlikdən sığorta haqlarının artacağı gözlənilir
15:45 / 20-11-2025
Məhkəmədə baş redaktorun halı pisləşib
15:37 / 20-11-2025
Nazir: “Əmək pensiyalarının orta aylıq məbləği 590 manat olacaq”
15:25 / 20-11-2025
Mikayıl Cabbarov İsrail XİN başçısı ilə görüşüb
15:11 / 20-11-2025
Mahir Quliyevin cəzaçəkmə yeri dəyişib
15:02 / 20-11-2025
Rusiyada Polşa səfirinə hücum edilib
14:49 / 20-11-2025
Stomatoloqların kütləvi ixtisarları ilə bağlı etiraza Qurbanovdan - Reaksiya
14:33 / 20-11-2025
Yeni ildə bir həftə tətil olacaq? - Açıqlama
14:23 / 20-11-2025
Şuşakəndə və Hadruta köç karvanı gedib - (Yenilənib)
14:19 / 20-11-2025
Rusiyaya göndərilən afrikalıları eks-prezidentin qızı aldadıb
14:12 / 20-11-2025
Polşa təxribatlara qarşı tədbirləri gücləndirir
14:09 / 20-11-2025
AFFA 6 komandaya texniki məğlubiyyət verib
14:05 / 20-11-2025
Nəriman Həsənzadə xəstəxanaya yerləşdirilib
13:08 / 20-11-2025
Trampın köməkçisi sülh planını şərh etməyib
20:14 / 16-11-2025
Altımış beşinci aşırım - Etibar Cəbrayıloğlu yazır
18:00 / 16-11-2025
İlham Əliyev Mərkəzi Asiya Dövlət Başçılarının iclasında çıxış edib - (Yenilənib) - Fotolar
16:07 / 17-11-2025
Keçmiş baş nazir edam cəzasına məhkum edilib
14:42 / 17-11-2025
Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələri vahid platformaya çevrilir
08:22 / 16-11-2025
Litva ordusu Molotov kokteyli ilə döyüşməli olacaq
22:22 / 15-11-2025
Bakıda yaşayış binasında yanğın olub - Video
08:25 / 18-11-2025
Əməkdar artist Yadigar Muradov vəfat edib
13:11 / 17-11-2025
ANAMA-nın əməkdaşı Ermənistanla sərhəd bölgədə minaya düşüb
21:00 / 19-11-2025
Bir qrup Füzuli sakini Qurbanqulu Berdiməhəmmədova məktub ünvanlayıb
10:58 / 16-11-2025
Hikmət Hacıyev: Azərbaycan Mərkəzi Asiya ailəsinin üzvünə çevrilir
09:11 / 16-11-2025
Bu gecə Rusiya səmasında 57 PUA vurulub
11:05 / 16-11-2025
Japarov: Qırğızıstan Azərbaycanın təşəbbüsünü alqışlayır
İKT-yə investisiya qoyuluşu 69 faiz artıb
Tarix: 15-12-2018 22:52 | Bölmə: Layihə

Ölkəmizdə ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin 9 ayı ərzində İKT sektoruna 225 milyon manat ayrılıb
Azərbaycan müstəqillik əldə etdikdən sonra müxtəlif sahələrin inkişafı üçün mühüm addımlar atılıb. Rabitə və informasiya texnologiyaları sahəsində də inkişafa nail olunmaq üçün uzun bir yol qət edilib.
Təbii ki, Azərbaycan rabitəsi uzun tarixi yol keçib. Şübhəsiz ki, ölkədə rabitənin inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyevin respublikaya rəhbərliyinin birinci mərhələsini əhatə edən həmin dövrdə rabitənin inkişafı üzrə bir sıra mühüm qərarlar qəbul edilmişdi. Azərbaycanda rabitənin, telekommunikasiya texnologiyaları sahəsinin daha geniş inkişafı isə Heydər Əliyevin ikinci dəfə respublikaya rəhbərliyi dövründə vüsət almışdı. Onun diqqəti nəticəsində ölkə iqtisadiyyatında ilk xarici investisiyalar məhz telekommunikasiya sahəsinə qoyuldu.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorundan verilən məlumata görə, Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin xalqın etimadını qazanaraq Prezident seçilməsi ilə Azərbaycanın inkişafında yeni bir mərhələ başlandı. Sürətlə inkişaf edən yüksək texnologiyalar fonunda Rabitə Nazirliyinin ləğv edilərək onun bazasında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) yaradılması bu sahənin gələcək inkişafı, hər bir vətəndaşın müasir informasiya-kommunikasiya texnologiyalarından (İKT) bəhrələnməsi imkanları baxımından əlamətdar oldu. Ötən müddət ərzində bu istiqamətdə bir çox işlər görüldü və mühüm addımlar atıldı.
“Reytinq” xəbər verir ki, ölkəmizdə yüksək texnoloji tutumlu və yüksək rəqabətli iqtisadiyyatın qurulmasında İKT-nin rolunu genişləndirmək, infrastrukturun modernləşdirilməsi, sahə üzrə iqtisadi-təşkilati islahatların aparılması Azərbaycanın informasiya tranziti ölkəsinə çevrilməsinə xidmət edəcək. Bunun üçün bir neçə perspektiv layihələr üzrə əməli iş görülür. Onların sırasında kosmik sənayenin inkişaf etdirilməsi, növbəti telekommunikasiya peyklərinin orbitə göndərilməsi, tarixi İpək Yolunun keçdiyi Şərqi Avropa, Yaxın Şərq və Mərkəzi Asiya ölkələrini birləşdirən “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM) layihələrinin adını çəkmək olar.
Azərbaycan prezidenti İlham Əliyevin 12 yanvar 2018-ci il tarixli “Nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərmanı bu sahədə effektiv idarəetmənin və dövlət siyasətinin həyata keçirilməsinə böyük imkan yaratdı.
Dünyada ən dinamik inkişaf edən İKT sahəsi respublikamızda da prioritet olmaqla, daim dövlət qayğısı ilə əhatə edilib. “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”da və “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndə sahənin inkişafı ilə bağlı konkret hədəflər müəyyən edilib. Bu istiqamətdə cari ilin 9 ayı ərzində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən bir çox işlər görülüb və layihələr həyata keçirilib.
Regionların telekommunikasiya şəbəkəsində yeni texnologiyaların tətbiqi üzrə Şimal, Qərb və Cənub istiqamətlərində irimiqyaslı layihənin icrasına başlanılıb. Layihə çərçivəsində quraşdırılacaq yeni stansiyalar bir milyon istifadəçini müasir telekommunikasiya xidmətləri ilə təmin edəcək.
Bakı şəhərində bir xətt üzərindən üç xidmət – telefon, internet və televiziya xidmətlərinin göstərilməsini təmin edən GPON və yeni simsiz rabitə texnologiyalarına əsaslanan LTE layihələri həyata keçirilir. Görülən işlərin nəticəsi olaraq ölkə əhalisinin 80 faizdən çoxu internet istifadəçisidir. Əhalinin və turistlərin ictimai yerlərdə internetə daha rahat çıxışını təmin etmək üçün Bakının 20 parkında “İctimai Wi-Fi” istifadəyə verilib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin 9 ayı ərzində İKT sektoru üzrə investisiya qoyuluşu 69 faiz artaraq 225 milyon manat olub. Sektorun gəlirləri isə 1,1 milyard manatdan 1,2 milyard manata yüksəlib, gəlirlərin artım tempi isə 7,7 faiz təşkil edib.
Hesabat dövrü ərzində ölkəmizdə beynəlxalq internet kanallarının ümumi tutumu 820 qeqabitədək artırılıb. Beynəlxalq səs trafikinin etibarlılığını və təhlükəsizliyini təmin etmək məqsədilə cari ildən etibarən Beynəlxalq Telefon Stansiyasının üç ehtiyat sistemi istismara verilib.
İKT-nin geniş tətbiqi, informasiya mübadiləsinin həcminin artması, məlumatların vahid mərkəzdə və təhlükəsiz saxlanması ölkədə Data Mərkəzin yaradılmasını zəruri edib. Regionun ən təhlükəsiz və müasir standartlara cavab verən Data Mərkəzi Azərbaycanda qurulub. Mövcud Data Mərkəzindəki məlumatların qorunma təhlükəsizliyini artırmaq məqsədilə Yevlax şəhərində Ehtiyat Data Mərkəzin tikintisinə başlanılıb.
Ölkəmizdə Açıq Hökumət Məlumatlarının geniş tətbiqinə başlanılıb və Açıq Hökumət Məlumatları Portalı yaradılıb. Hesabat dövründə portalda olan açıq məlumatların sayı 655-ə çatdırılıb. Türkiyə Respublikası ilə elektron imzaların qarşılıqlı tanınması sahəsində də əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Vətəndaşların telekommunikasiya, poçt və digər xidmətlərlə daha keyfiyyətli təmin olunması məqsədilə “Şəbəkə” xidmət mərkəzləri yaradılır. “Bakıda və regionlarda onların sayı 9-a çatdırılıb. Elə bu gün Bakı Beynəlxalq Avtovağzalı ərazisində 9-cu “Şəbəkə” istifadəyə verilib. Gələcəkdə bu layihə davamlı olaraq həyata keçiriləcək. Telekommunikasiya və poçt sahəsində vətəndaşların müraciətlərini operativ və keyfiyyətli cavablandırmaq üçün vahid Çağrı Mərkəzi fəaliyyət göstərir.
Azərbaycan poçtu beynəlxalq tranzit poçt mərkəzi kimi fəaliyyət göstərməyə başlayıb. Layihə çərçivəsində Çindən sifariş olunan elektron ticarət məhsulları Azərbaycana gətirilir və “Azərpoçt” tərəfindən tranzit poçt kimi emal olunaraq, dünyanın 20-dək ölkəsinə çatdırılır. Poçtdaşımaları “Silk Way” və “AzAL” aviaşirkətləri vasitəsilə həyata keçirilir.
Bakıda və Abşeron yarımadasında televiziya və radio proqramlarının keyfiyyətli və fasiləsiz yayımının təşkili üçün yeni alternativ “Gənclik” teleqülləsi də istifadəyə verilib.
Əsas istiqamətlərdən biri İKT sahəsinə marağı artırmaq və gənclərin innovativ ideyalarının biznesə çevrilməsinə dəstək verməkdir. Nazirliyin İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu bu məqsədlə keçirdiyi 6 müsabiqə üzrə ümumilikdə 117 layihəyə qrant ayırıb və sahibkarlıq subyektlərinə güzəştli kreditlər verilir. Bundan başqa, nazirliyin Yüksək Texnologiyalar Parkı tərəfindən parkda yaradılmış Biznes İnkubasiya Mərkəzinə bu ilin əvvəlindən 25 startap qəbul edilib.
Cari ildən yerli startap və innovativ layihə müəlliflərinə səfər qrantlarının verilməsinə başlanılıb. Səfər qrantları Azərbaycan Respublikasında fəaliyyət göstərən startap və innovativ layihələrin müəlliflərinə xaricdə investisiya yönümlü beynəlxalq startap tədbirlərdə iştirak etmək, həmçinin xarici investorlarla görüşlər keçirmək üçün səfərlərin edilməsi məqsədilə verilir.
Yüksək Texnologiyalar Parkının “Mars Academy” şirkəti ilə əməkdaşlığı çərçivəsində məktəblilər üçün “Robitiks” kursları təşkil edilib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında müasir standartlara cavab verən yeni İnnovasiya Mərkəzinin yaradılması ilə bağlı işlərə də start verilib. Eyni zamanda, ölkə başçısının müvafiq Fərmanı ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin yaradılmasına başlanılıb.
2001-ci ildən etibarən Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin üzvü olan ölkəmizdə regionun ilk nüvə sterilizasiya qurğusu da cari il ərzində yaradılıb.
Dünya İqtisadi Forumunun 2018-ci il üzrə Qlobal Rəqabətqabiliyyətlilik Hesabatının Qlobal Rəqabətqabiliyyətlilik İndeksində Azərbaycan dünyanın 140 ölkəsi arasında 69-cu yerdədir. Ölkəmiz sözügedən hesabatın “Əlverişli mühit” bölməsinin “İnstitutlar” göstəricisi üzrə 58-ci, “İnfrastruktur” göstəricisi üzrə 46-cı, İKT-nin istifadə səviyyəsi göstəricisi üzrə 69-cu yerdə qərarlaşıb.
Bundan başqa, ölkəmiz İKT-dən istifadə səviyyəsi göstəricisinin hər 100 nəfərə düşən mobil abunəçiləri alt göstəricisi üzrə 97-ci yeri, hər 100 nəfərə düşən mobil genişzolaqlı abunəçiləri göstəricisi üzrə 88-ci yeri, hər 100 nəfərə düşən sabit genişzolaqlı internet abunəçiləri göstəricisi üzrə 53-cü yeri, hər 100 nəfərə düşən fiber-optik internet istifadəçiləri göstəricisi üzrə 55-ci yeri, internet istifadəçiləri göstəriciləri üzrə 36-cı yeri tutub. “İnternet istifadəçiləri” göstəricisinə görə ölkəmiz digər MDB ölkələri ilə müqayisədə liderdir.
Bununla yanaşı, Azərbaycan hesabatın “İnnovativ Ekosistem” bölməsinin “Biznesin dinamikliyi” göstəricisi üzrə dünyanın 140 ölkəsi arasında 31-ci yerdə, “İnnovasiya potensialı” göstəricisi üzrə isə 71-ci yerdədir.
Bu il rabitə və informasiya texnologiyaları işçilərinin peşə bayramı həm də “Bakutel-2018” sərgi-konfransının keçirildiyi günlərə təsadüf edir. Azərbaycan prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla və Arzu Əliyevaların dekabrın 4-də Bakı Ekspo Mərkəzində XXIV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi ilə tanış olmaları sərginin nüfuzunu artırır.
Xatırladaq ki, builki sərgidə 20 ölkədən 230 şirkət iştirak edir, 10 ölkə – ABŞ, Türkiyə, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Fransa, İtaliya, Polşa, Xorvatiya, İran, Sloveniya milli pavilyonla təmsil olunurlar.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeli qurum və müəssisələri vahid milli pavilyonda məhsul və xidmətlərini, həyata keçirdiyi layihələri təqdim edib. Pavilyonda telekommunikasiya, poçt, yüksək texnologiyalar, o cümlədən nanotexnologiyalar, “Elektron imza” infrastrukturu, Data Mərkəzin “bulud” texnologiyası əsasında xidmətləri üzrə həyata keçirilən layihələr və əldə edilmiş ən son nailiyyətlər, eləcə də nazirlik tərəfindən dəstək alan bir sıra startap layihələri nümayiş olunub. Sərgidə İKT sahəsində bir çox yerli layihələrlə yanaşı, Azərbaycanın birbaşa iştirak etdiyi beynəlxalq layihələr də öz əksini tapıb.
Ənənəvi “Bakutel” sərgisi təkcə informasiya texnologiyaları sahəsində əldə olunan nailiyyətlərin nümayişi ilə məhdudlaşmır. Sərgi işgüzar konfransların, perspektivli əməkdaşlıqların, rəqəmli gələcəyin yeni aspektlərinin formalaşması üçün qlobal platforma rolunu oynayır.
İKT sektorunda görülən işlərin fonunda ölkəmizin artan nüfuzunun göstəricisidir ki, bu gün Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) həm Şurasında və həm də Komitəsində təmsil olunan azsaylı ölkələrdəndir. Bu il ittifaqın 4 ildən bir keçirilən Səlahiyyətli Konfransında Azərbaycan 119 səslə BTİ-nin Şurasında təmsil olunan 48 ölkədən biri oldu. Ölkəmiz ardıcıl olaraq 2-ci dəfədir ki, Şuraya üzv seçilir. Bundan başqa, BTİ-nin Radio Tənzimləmə Komitəsinə seçkilərdə ölkəmizin namizədi ilk dəfə seçkilərdə qalib gəlib. Bu, 1992-ci ildən BTİ-nin üzvü olan ölkəmiz üçün böyük uğurdur.
Həyata keçirilən işlər və ölkəmizin beynəlxalq hesabatlarda yüksələn reytinqi onu deməyə əsas verir ki, Azərbaycanın ən yaxın zamanlarda beynəlxalq əhəmiyyətli regional informasiya texnologiyaları mərkəzinə çevrilə bilməsi üçün ölkə rəhbərliyi tərəfindən münbit şərait yaradılıb.
Z. MƏMMƏDLİ
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə "İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” layihəsi çərçivəsində hazırlanıb.
Bölməyə aid digər xəbərlər

22-06-2022, 12:01
Patrik Andrade "Qarabağ"dan ayrılıb
31-05-2021, 10:30
Ermənilər dövlət sərhəddində növbəti təxribat törədib?
11-01-2020, 17:00
Mərkəzi Seçki Komissiyası DSK-nın qərarını ləğv edib
27-01-2019, 21:02
Elektron elm üçün fundamental layihələr icra olunur - Foto
20-01-2019, 11:03
Müasir texnologiyaların tətbiqi daha da sürətlənir
12-01-2019, 18:12
“Qaynar xətt” vətəndaşların işini asanlaşdırıb
5-01-2019, 10:28
Bir mərkəzdə 46 elektron xidmət... - Fotolar
29-12-2018, 21:27
İKT sahəsində mühüm araşdırmalar aparılıb
22-12-2018, 21:39
İnnovativ və texnoloji yeniliklər…
15-12-2018, 22:52
İKT-yə investisiya qoyuluşu 69 faiz artıb
8-12-2018, 23:15
50-dən artıq startap...
30-11-2018, 07:12
İKT ilə bağlı yeni tədbir…
25-11-2018, 08:57
Elektron dövlət və E-elm... - Yeniliklər
19-11-2018, 09:46
Vətəndaşlara “şəxsi kabinet” hazırlanır
4-11-2018, 17:41
Elektron sənəd dövriyyəsi yeni mərhələyə qədəm qoyur
28-10-2018, 06:21
“Rəqəmsal hökumət”ə keçid başlayıb
20-10-2018, 20:14
Dövlət orqanlarında elektron xidmətlərin təşkili araşdırılır
15-10-2018, 01:12
İKT sektoru üzrə gəlirlər 1,2 milyard manata yüksəlib
7-10-2018, 06:54
“Azərbaycan kosmik sənayedə də mövqeyini ortaya qoyur”
29-09-2018, 14:26
Elektron ticarətin strategiyası hazırlanır
24-09-2018, 00:33
Elektron mediada təhlükəsizlik müzakirə olunub
16-09-2018, 11:19
İnformasiya ehtiyatları təkmilləşdirilir - Qaydalar
1-09-2018, 00:13
İKT sahəsində yeni layihələr reallaşdırılacaq
24-08-2018, 15:12
Müasir texnologiyaların tətbiqi genişlənir
13-08-2018, 10:12
Daha bir peykimiz orbitə hazırlanır
5-08-2018, 15:32
Ölkəmizdə elektron ticarət dövriyyəsi artır
30-07-2018, 13:35
İKT üçün yeni tədbirlər planı var
23-07-2018, 02:27
Müasir texnologiyalar daha da təkmilləşdirilir
14-07-2018, 14:01
“Elektron hökumət”ə müraciətlərin sayı 23 milyonu ötüb
7-07-2018, 22:21
Əmlakla bağlı elektronlaşma prosesi genişlənir - Yenilik
30-06-2018, 14:10
Müasir texnologiyalar biznes mühitini yaxşılaşdırır
23-06-2018, 10:45
İKT sahəsində elmi araşdırmalar davam etdirilir
11-06-2018, 01:03
Virtual məkan uşaqlar üçün təhlükəyə çevrilib - Ekspert
2-06-2018, 11:32
Elektron sənədləşmənin yeni mərhələsinə start verilib
26-05-2018, 21:57
İKT böyük şirkətləri bir araya gətirib
19-05-2018, 21:50
“Elektron dövlət” idarəçilik keyfiyyətini artıracaq
14-05-2018, 20:32
“Mobil elektron imza" layihəsinə start verilib
6-05-2018, 21:58
İnformasiya təhlükəsizliyi ilə bağlı yeniliklər edilir
28-04-2018, 10:46
Uşaqların zərərli informasiyalardan qorunması prioritetə çevrilib
23-04-2018, 23:28
Çətin relyefli ərazilərdə 4-cü nəsil texnologiyanın tətbiqi üçün yeni işlər görülür
16-04-2018, 19:59
Təhlükəsizlik Mərkəzi Azərbaycanın virtual sərhədlərini necə qoruyur?
8-04-2018, 12:25
Elektron media və sosial şəbəkələrin problemi – Ekspertlər
31-03-2018, 06:58
Dövlət xidmətlərində elektronlaşmanın yeni mərhələsi başlayır
17-03-2018, 08:46
İKT üzrə yeni tədqiqatlar aparılır
11-03-2018, 09:23
“Azerspace-1”in 25-dən çox ölkədə müştəri bazası var
3-03-2018, 09:32
Elektron arayışların tətbiqi...
25-02-2018, 11:06
Şagird qəbulunun elektronlaşdırılması valideynlərin işini asanlaşdırıb
12-02-2018, 22:01
Təhsildə müasir texnologiyaların tətbiqinə yeni imkanlar yaranır

Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər
ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır
Rus Dram Teatrının aktyoru deyir ki. bölgə teatrlarında diplomlu aktyor və rejissor tapmaq müşkül məsələdir
Qüdrət Həsənquliyevin fikrincə, Tramp görsə ki, Ukrayna qalib gəlir, Rusiyaya təkcə siyasi yox, hərbi dəstək də verəcək