19:37 / 20-11-2025
Ruben Vardanyanın məhkəməsində ifadələr dinlənilib - Fotolar
19:02 / 20-11-2025
Kosovoda növbədənkənar parlament seçkiləri təyin olunub
18:18 / 20-11-2025
Bakıda D-8 Media Forumu keçiriləcək
18:01 / 20-11-2025
Mədəniyyət Nazirliyi ilə bağlı qalmaqal efirdə müzakirə olunub - Açıqlamalar
17:51 / 20-11-2025
Sabah Bakıda Ermənistandan olan ekspertlərin iştirakı ilə dəyirmi masa keçiriləcək
17:40 / 20-11-2025
Nikol Paşinyan Qazaxıstana səfər edib
17:28 / 20-11-2025
"Azəraqrar"ın direktoru vəzifədən azad edilib - Nazirdən yeni təyinat
17:13 / 20-11-2025
Marsda tapılan qaya alimləri təəccübləndirib - Foto
17:02 / 20-11-2025
Daha 54 nəqliyyat vasitəsi hərraca çıxarılıb
16:54 / 20-11-2025
Yaşayış minimumu və ehtiyac meyarı 300 manat olacaq
16:32 / 20-11-2025
Həqiqi hərbi xidmətə çağırış başlayır - Sərəncam
16:28 / 20-11-2025
Trampın sülh planı Ukraynaya baha başa gələ bilər
16:15 / 20-11-2025
Ağdərəyə daha 27 ailə köçüb - (Yenilənib)
16:09 / 20-11-2025
Ermənistana silah satan Hindistan ABŞ-dan silah alır
16:00 / 20-11-2025
Qlobal təchizat zənciri kökündən dəyişə bilər
15:52 / 20-11-2025
Asim Xudiyev UEFA-dan təyinat alıb
15:47 / 20-11-2025
İşsizlikdən sığorta haqlarının artacağı gözlənilir
15:45 / 20-11-2025
Məhkəmədə baş redaktorun halı pisləşib
15:37 / 20-11-2025
Nazir: “Əmək pensiyalarının orta aylıq məbləği 590 manat olacaq”
15:25 / 20-11-2025
Mikayıl Cabbarov İsrail XİN başçısı ilə görüşüb
15:11 / 20-11-2025
Mahir Quliyevin cəzaçəkmə yeri dəyişib
15:02 / 20-11-2025
Rusiyada Polşa səfirinə hücum edilib
14:49 / 20-11-2025
Stomatoloqların kütləvi ixtisarları ilə bağlı etiraza Qurbanovdan - Reaksiya
14:33 / 20-11-2025
Yeni ildə bir həftə tətil olacaq? - Açıqlama
14:23 / 20-11-2025
Şuşakəndə və Hadruta köç karvanı gedib - (Yenilənib)
14:19 / 20-11-2025
Rusiyaya göndərilən afrikalıları eks-prezidentin qızı aldadıb
14:12 / 20-11-2025
Polşa təxribatlara qarşı tədbirləri gücləndirir
14:09 / 20-11-2025
AFFA 6 komandaya texniki məğlubiyyət verib
14:05 / 20-11-2025
Nəriman Həsənzadə xəstəxanaya yerləşdirilib
13:08 / 20-11-2025
Trampın köməkçisi sülh planını şərh etməyib
20:14 / 16-11-2025
Altımış beşinci aşırım - Etibar Cəbrayıloğlu yazır
18:00 / 16-11-2025
İlham Əliyev Mərkəzi Asiya Dövlət Başçılarının iclasında çıxış edib - (Yenilənib) - Fotolar
16:07 / 17-11-2025
Keçmiş baş nazir edam cəzasına məhkum edilib
14:42 / 17-11-2025
Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələri vahid platformaya çevrilir
08:22 / 16-11-2025
Litva ordusu Molotov kokteyli ilə döyüşməli olacaq
22:22 / 15-11-2025
Bakıda yaşayış binasında yanğın olub - Video
08:25 / 18-11-2025
Əməkdar artist Yadigar Muradov vəfat edib
13:11 / 17-11-2025
ANAMA-nın əməkdaşı Ermənistanla sərhəd bölgədə minaya düşüb
21:00 / 19-11-2025
Bir qrup Füzuli sakini Qurbanqulu Berdiməhəmmədova məktub ünvanlayıb
10:58 / 16-11-2025
Hikmət Hacıyev: Azərbaycan Mərkəzi Asiya ailəsinin üzvünə çevrilir
09:11 / 16-11-2025
Bu gecə Rusiya səmasında 57 PUA vurulub
11:05 / 16-11-2025
Japarov: Qırğızıstan Azərbaycanın təşəbbüsünü alqışlayır
Elektron ticarətin strategiyası hazırlanır
Tarix: 29-09-2018 14:26 | Bölmə: Layihə

Azərbaycan bu ticarət növünün bütün spektrlərdə inkişafını hədəf götürüb
Azərbaycanda elektron ticarətin inkişafı yönündə müxtəlif tədbirlər həyata keçirilir. İstər dövlət, istər ayrı-ayrı biznes qurumları e-ticarətin daha da genişlənməsi üçün layihələr icra edirlər. Hətta bu mövzuda beynəlxalq tədbirlərin təşkil olunması, müzakirələrin aparılması da xüsusi qeyd olunmalıdır.
Belə ki, bir neçə gün öncə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü, Avropa İttifaqının və BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının dəstəyi ilə Bakıda Elektron Ticarət Forumu öz işinə başlayıb. “Bakı Elektron Ticarət Forumu-2018” adlanan beynəlxalq tədbir 2 gün davam edib. Forumda beynəlxalq təşkilatların, dövlət qurumlarının, ictimai təşkilatların nümayəndələri, mikro, kiçik və orta sahibkarlar, investorlar və startaplardan ibarət 300-dən çox yerli və xarici nümayəndə iştirak edib. Eyni zamanda, 20-dən çox ölkənin sahə üzrə mütəxəssisi, 10 beynəlxalq təşkilatın, 60-dan artıq e-ticarət və onlayn ödəniş platformalarının təmsilçiləri foruma qatılıblar.
Tədbir çərçivəsində elektron ticarət sahəsində müxtəlif mövzuları əhatə edən 30-dan çox çıxış nəzərdə tutulub. Forum çərçivəsində elektron ticarətin inkişafı üçün BMT-nin Ticarət vəİnkişaf üzrə Konfransı tərəfindən müəyyən edilmiş 7 əsas istiqamətdə müxtəlif sessiyalar təşkil olunacaq.
E-ticarətin həcmi artır
Tədbirin açılış mərasimində Azərbaycanda elektron ticarət, elektron ödəniş və logistika xidmətləri, gömrük-vergi rüsumları, bu sahədə kiçik və orta sahibkarlığın inkişafı, elektron ticarət sahəsində startap layihələrinin genişləndirilməsi, həmçinin, bu sahənin müxtəlif aspektlərinin inkişafı ilə bağlı dövlət orqanlarının, beynəlxalq inkişaf agentliklərinin, biznes strukturlarının səmərəli əməkdaşlığı müzakirə olunub. Azərbaycanda və region ölkələrində elektron ticarətin inkişaf strategiyası, eyni zamanda Avropa İttifaqının müəyyən etdiyi tələblər strategiyası üzrə təkliflər irəli sürülüb.
Məlumat üçün bildirək ki, hazırda Avropa İttifaqı ölkələrində elektron ticarətin payı 35 faiz təşkil edir. Dünyada isə ticarətin 10 faizi elektron ticarətin payına düşür. “Biznesdən-biznesə” modeli əsasında bu il dünya üzrə e-ticarət həcmi 3 trilyona bərabər olub. Ölkəmizdə isə e-ticarətin inkişafı 10-15 faiz arasında dəyişir.
Qeyd edilib ki, son illər Azərbaycanda elektron ticarətin həcmi ildən-ilə artır ki, bu da iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, telekommunikasiya infrastrukturunun modernləşdirilməsi, eləcə də bank sektorunda elektron xidmətlərin səviyyəsinin genişləndirilməsi hesabına baş verir. Nəqliyyat və telekommunikasiya infrastrukturunun təkmilləşdirilməsi hesabına bu gün Azərbaycanın Tranzit Poçt Mərkəzinə (HUB) çevrilməsi vurğulanıb.
Elektron ticarətin inkişafı istiqamətində artıq istifadəyə verilən yeni nəsil şəxsiyyət vəsiqələrində “elektron imza” çiplərinin yerləşdirilməsinin dəəhəmiyyəti qeyd edilib.
Təşkil olunan sessiyalarda Avropa İttifaqı, Dünya Bankı, Ümumdünya Ticarət Təşkilatı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Ticarət Mərkəzi, Beynəlxalq Telekommunikasiya İttifaqı, Ümumdünya Poçt İttifaqı və digər beynəlxalq təşkilatların nümayəndələri və elektron ticarətin inkişafı üzrə tanınmış beynəlxalq ekspertlər çıxış edəcəklər.
Tədbir çərçivəsində təşkil olunan sərgidə e-ticarətlə məşğul olan yerli və xarici mağazalar öz həllərini və məhsullarını nümayiş etdiriblər. Tədbirdə iştirak edən elektronika məhsullarının satışı ilə məşğul olan bir çox yerli şirkətlər forum günlərində öz müştəriləri üçün endirim kampaniyasına başladıqlarını elan ediblər.
Ümumilikdə forum regionda elektron ticarətin inkişafı üçün müvafiq tövsiyələri nəzərdən keçirmək və praktiki tətbiq imkanlarının müəyyən edilməsi üzrə beynəlxalq platforma rolunda çıxış edir.
Rəqəmsal Ticarət Qovşağı təkmilləşdirilir
Müsbət məqamlardan biri də odur ki, eletron ticarətin bütün spektrlərdə inkişafı hədəf kimi götürülüb. Belə ki, Rəqəmsal Ticarət Qovşağının fəaliyyətini təkmilləşdirilməsi də bu yöndəatılan mühüm addımlardandır. Belə ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Prezident İ.Əliyevin “Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına uyğun olaraq yaradılan “Azərbaycan Rəqəmsal Ticarət Qovşağı”nın ölkəmizdən kənarda tanıdılması istiqamətində də fəaliyyətini davam etdirir.
Xüsusən də Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə qeyri-rezidentlərə elektron imza, o cümlədən ASAN imza sertifikatının verilməsi imkanının yaradılmasını ilə bağlı müvafiq işlər görülür. Azərbaycan Rəqəmsal Ticarət Qovşağı operatoru kimi İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) də bu prosesə öz töhfəsini verir və diplomatik korpuslarla əməkdaşlığı dərinləşdirir.

Ramil Hüseyn
“Reytinq”ə verilən məlumata görə, İİTKM-in Strateji planlaşdırma və inkişaf departamentinin rəhbəri Ramil Hüseyn də bu məqsədlə Kanberra şəhərində Azərbaycan Respublikasının Avstraliya İttifaqı, Fici Respublikası və Yeni Zelandiyadakı Səfirliyinin rəsmisi ilə görüşüb. Müvəqqəti işlər vəkili Elcan Həbibzadə Avstraliyada elektron imza, o cümlədən ASAN imza sertifikatlarının qarşılıqlı tanınmasının təmin edilməsi ilə bağlı Avstraliya dövlətinin Rəqəmsal Transformasiya Agentliyi ilə müvafiq müzakirələr keçirdiyini bildirib. O, vurğulayıb ki, Avstraliya dövləti ilə bu sahədə əməkdaşlıq imkanları araşdırılır.
Həmçinin müvəqqəti işlər vəkili qeyd edib ki, qeyri-rezidentlərə elektron imza, o cümlədən ASAN imza sertifikatının verilməsi qaydası barədə məlumatlar ingilis dilinə tərcümə edilərək səfirliyin internet informasiya ehtiyatlarında yerləşdirilib və bu barədə mütəmadi olaraq təbliğat-təşviqat tədbirləri həyata keçirilir.
Belə ki, müvafiq proseduralar tam yekunlaşdıqdan sonra xarici ölkədə yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, xarici ölkədə daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşlarına, xarici ölkədə fəaliyyət göstərən hüquqi şəxslərə elektron imza sertifikatının verilməsi təmin ediləcəkdir.
Satış portalları ilə əməkdaşlıq...

Zaur Qardaşov
Azexport.az portalı Made in Azerbaijan brendi məhsullarının ixrac coğrafiyasını genişləndirmək və yerli istehsalçılara yeni potensial müştərilərin tapılmasında dəstək olmaq məqsədi ilə, daha bir neçə beynəlxalq elektron satış portalları ilə əməkdaşlığa başlayıb. Azexport portalının rəhbəri Zaur Qardaşov deyib ki,yeni portallara inteqrasiya ənənəvi bazarlardan fərqli olaraq yeni bazarlara çıxış imkanları əldə etmək və Made in Azerbaijan məhsulalrının ixrac istiqamətlərinin genişləndirilməsində böyük rol oynayır:
“Portallara inteqrasiya olunan ilk günlərdən Hindistandan meyvə-tərəvəz məhsullarına və Körfəz ölkələrindən toyuq əti və toyuq yumurtasına sorğular daxil olub. Qeyd olunan portalların ümumi əhatə dairəsi 1.5 milyard istifadəçi təşkil edir”.
Qeyd edək ki, Azexport portalı ilk gündən amazon.com, alibaba.com, all.biz, agroserver.ru və digər bu kimi portallarla əməkdaşlıq edir və bunun sayəsində Azərbaycan məhsullarına beynəlxalq bazarlardan bu günə kimi 800 mln. ABŞ dollarından artıq sorğular daxil olub. Portal bundan sonra da əməkdaşlıq edəcəyi portalların siyahısının genişləndirilməsini nəzərdə tutur.
Elektron ticarət və səmərəlilik…
Eletron ticarətin maraqlı tərəflərindən biri də onun iqtisadi cəhətdən səmərəli olmasıdır. Belə ki, ayrı-ayrı e-ticarət müəssisələri bu sistem üzərindən ticarət edənlərə müəyyən güzəştlər edirlər. Qlobal ödəniş texnologiyaları lideri sayılan Mastercard və Türkiyənin aparıcı onlayn satış platforması “Hepsiburada” birgə kampaniyaya start verib. Azərbaycanda verilən Mastercard® və Maestro® kredit və debet kart sahibləri hepsiburada.com saytından ilk dəfə alış-veriş etdikdə 10% endirim qazana bilərlər. Endirimdən istifadə etmək üçün müştəri promo-bölümdə MASTERCARD10 endirim kodunu daxil edib Mastercard və ya Maestro kartı ilə ödəniş etməlidir.
“Azərbaycanda da istehlakçılar arasında kifayət qədər tanınan Türkiyənin aparıcı onlayn alış-veriş platforması “Hepsiburada” ilə əməkdaşlığımızı elan etməkdən böyük məmnuniyyət duyuruq. Bu kampaniya Mastercard kart sahibləri üçün unikal alış-veriş təcrübəsi təqdim etməklə yanaşı, bizim Azərbaycan bazarında olan öhdəliyimizi də nümayiş etdirir”,-deyə “Mastercard” şirkətinin Azərbaycan üzrə meneceri Erdem Çakar bildirib. “Türkiyənin lider onlayn satış platforması olaraq “Hepsiburada” Azərbaycanlı müştərilərə ilk alış-verişlərində 10 faiz endirim təqdim edən bu kampaniya çərçivəsində Mastercardla əməkdaşlıqdan qürur duyuruq”, - “Hepsiburada İternational” şirkətinin prezidenti Emre Ekmekçi qeyd edib.
Kart sahibləri kampaniyadan yalnız bir dəfə və ilk alış-verişdə faydalana bilər. Ölkə xaricində edilən sifarişlər üçün gömrük prosedurlarına görə “login”-lə daxil olub tələb olunan məlumatları doldurmalısınız. Kampaniya 20 sentyabr – 31 oktyabr 2018-ci il tarixləri arasında etibarlıdır.
Göründüyü kimi, elektron ticarətin ölkəmizdə daha da geniş yayılması üçün şərait var. Hələlik e-ticarətin yüksək səviyyədə olmasa da, qısa müddətdən sonra daha geniş formada istifadə olunacağı şübhəsizdir.
Z.MƏMMƏDLİ
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə "İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” layihəsi çərçivəsində hazırlanıb.
Bölməyə aid digər xəbərlər

22-06-2022, 12:01
Patrik Andrade "Qarabağ"dan ayrılıb
31-05-2021, 10:30
Ermənilər dövlət sərhəddində növbəti təxribat törədib?
11-01-2020, 17:00
Mərkəzi Seçki Komissiyası DSK-nın qərarını ləğv edib
27-01-2019, 21:02
Elektron elm üçün fundamental layihələr icra olunur - Foto
20-01-2019, 11:03
Müasir texnologiyaların tətbiqi daha da sürətlənir
12-01-2019, 18:12
“Qaynar xətt” vətəndaşların işini asanlaşdırıb
5-01-2019, 10:28
Bir mərkəzdə 46 elektron xidmət... - Fotolar
29-12-2018, 21:27
İKT sahəsində mühüm araşdırmalar aparılıb
22-12-2018, 21:39
İnnovativ və texnoloji yeniliklər…
15-12-2018, 22:52
İKT-yə investisiya qoyuluşu 69 faiz artıb
8-12-2018, 23:15
50-dən artıq startap...
30-11-2018, 07:12
İKT ilə bağlı yeni tədbir…
25-11-2018, 08:57
Elektron dövlət və E-elm... - Yeniliklər
19-11-2018, 09:46
Vətəndaşlara “şəxsi kabinet” hazırlanır
4-11-2018, 17:41
Elektron sənəd dövriyyəsi yeni mərhələyə qədəm qoyur
28-10-2018, 06:21
“Rəqəmsal hökumət”ə keçid başlayıb
20-10-2018, 20:14
Dövlət orqanlarında elektron xidmətlərin təşkili araşdırılır
15-10-2018, 01:12
İKT sektoru üzrə gəlirlər 1,2 milyard manata yüksəlib
7-10-2018, 06:54
“Azərbaycan kosmik sənayedə də mövqeyini ortaya qoyur”
29-09-2018, 14:26
Elektron ticarətin strategiyası hazırlanır
24-09-2018, 00:33
Elektron mediada təhlükəsizlik müzakirə olunub
16-09-2018, 11:19
İnformasiya ehtiyatları təkmilləşdirilir - Qaydalar
1-09-2018, 00:13
İKT sahəsində yeni layihələr reallaşdırılacaq
24-08-2018, 15:12
Müasir texnologiyaların tətbiqi genişlənir
13-08-2018, 10:12
Daha bir peykimiz orbitə hazırlanır
5-08-2018, 15:32
Ölkəmizdə elektron ticarət dövriyyəsi artır
30-07-2018, 13:35
İKT üçün yeni tədbirlər planı var
23-07-2018, 02:27
Müasir texnologiyalar daha da təkmilləşdirilir
14-07-2018, 14:01
“Elektron hökumət”ə müraciətlərin sayı 23 milyonu ötüb
7-07-2018, 22:21
Əmlakla bağlı elektronlaşma prosesi genişlənir - Yenilik
30-06-2018, 14:10
Müasir texnologiyalar biznes mühitini yaxşılaşdırır
23-06-2018, 10:45
İKT sahəsində elmi araşdırmalar davam etdirilir
11-06-2018, 01:03
Virtual məkan uşaqlar üçün təhlükəyə çevrilib - Ekspert
2-06-2018, 11:32
Elektron sənədləşmənin yeni mərhələsinə start verilib
26-05-2018, 21:57
İKT böyük şirkətləri bir araya gətirib
19-05-2018, 21:50
“Elektron dövlət” idarəçilik keyfiyyətini artıracaq
14-05-2018, 20:32
“Mobil elektron imza" layihəsinə start verilib
6-05-2018, 21:58
İnformasiya təhlükəsizliyi ilə bağlı yeniliklər edilir
28-04-2018, 10:46
Uşaqların zərərli informasiyalardan qorunması prioritetə çevrilib
23-04-2018, 23:28
Çətin relyefli ərazilərdə 4-cü nəsil texnologiyanın tətbiqi üçün yeni işlər görülür
16-04-2018, 19:59
Təhlükəsizlik Mərkəzi Azərbaycanın virtual sərhədlərini necə qoruyur?
8-04-2018, 12:25
Elektron media və sosial şəbəkələrin problemi – Ekspertlər
31-03-2018, 06:58
Dövlət xidmətlərində elektronlaşmanın yeni mərhələsi başlayır
17-03-2018, 08:46
İKT üzrə yeni tədqiqatlar aparılır
11-03-2018, 09:23
“Azerspace-1”in 25-dən çox ölkədə müştəri bazası var
3-03-2018, 09:32
Elektron arayışların tətbiqi...
25-02-2018, 11:06
Şagird qəbulunun elektronlaşdırılması valideynlərin işini asanlaşdırıb
12-02-2018, 22:01
Təhsildə müasir texnologiyaların tətbiqinə yeni imkanlar yaranır

Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər
ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır
Rus Dram Teatrının aktyoru deyir ki. bölgə teatrlarında diplomlu aktyor və rejissor tapmaq müşkül məsələdir
Qüdrət Həsənquliyevin fikrincə, Tramp görsə ki, Ukrayna qalib gəlir, Rusiyaya təkcə siyasi yox, hərbi dəstək də verəcək