19:37 / 20-11-2025
Ruben Vardanyanın məhkəməsində ifadələr dinlənilib - Fotolar
19:02 / 20-11-2025
Kosovoda növbədənkənar parlament seçkiləri təyin olunub
18:18 / 20-11-2025
Bakıda D-8 Media Forumu keçiriləcək
18:01 / 20-11-2025
Mədəniyyət Nazirliyi ilə bağlı qalmaqal efirdə müzakirə olunub - Açıqlamalar
17:51 / 20-11-2025
Sabah Bakıda Ermənistandan olan ekspertlərin iştirakı ilə dəyirmi masa keçiriləcək
17:40 / 20-11-2025
Nikol Paşinyan Qazaxıstana səfər edib
17:28 / 20-11-2025
"Azəraqrar"ın direktoru vəzifədən azad edilib - Nazirdən yeni təyinat
17:13 / 20-11-2025
Marsda tapılan qaya alimləri təəccübləndirib - Foto
17:02 / 20-11-2025
Daha 54 nəqliyyat vasitəsi hərraca çıxarılıb
16:54 / 20-11-2025
Yaşayış minimumu və ehtiyac meyarı 300 manat olacaq
16:32 / 20-11-2025
Həqiqi hərbi xidmətə çağırış başlayır - Sərəncam
16:28 / 20-11-2025
Trampın sülh planı Ukraynaya baha başa gələ bilər
16:15 / 20-11-2025
Ağdərəyə daha 27 ailə köçüb - (Yenilənib)
16:09 / 20-11-2025
Ermənistana silah satan Hindistan ABŞ-dan silah alır
16:00 / 20-11-2025
Qlobal təchizat zənciri kökündən dəyişə bilər
15:52 / 20-11-2025
Asim Xudiyev UEFA-dan təyinat alıb
15:47 / 20-11-2025
İşsizlikdən sığorta haqlarının artacağı gözlənilir
15:45 / 20-11-2025
Məhkəmədə baş redaktorun halı pisləşib
15:37 / 20-11-2025
Nazir: “Əmək pensiyalarının orta aylıq məbləği 590 manat olacaq”
15:25 / 20-11-2025
Mikayıl Cabbarov İsrail XİN başçısı ilə görüşüb
15:11 / 20-11-2025
Mahir Quliyevin cəzaçəkmə yeri dəyişib
15:02 / 20-11-2025
Rusiyada Polşa səfirinə hücum edilib
14:49 / 20-11-2025
Stomatoloqların kütləvi ixtisarları ilə bağlı etiraza Qurbanovdan - Reaksiya
14:33 / 20-11-2025
Yeni ildə bir həftə tətil olacaq? - Açıqlama
14:23 / 20-11-2025
Şuşakəndə və Hadruta köç karvanı gedib - (Yenilənib)
14:19 / 20-11-2025
Rusiyaya göndərilən afrikalıları eks-prezidentin qızı aldadıb
14:12 / 20-11-2025
Polşa təxribatlara qarşı tədbirləri gücləndirir
14:09 / 20-11-2025
AFFA 6 komandaya texniki məğlubiyyət verib
14:05 / 20-11-2025
Nəriman Həsənzadə xəstəxanaya yerləşdirilib
13:08 / 20-11-2025
Trampın köməkçisi sülh planını şərh etməyib
20:14 / 16-11-2025
Altımış beşinci aşırım - Etibar Cəbrayıloğlu yazır
18:00 / 16-11-2025
İlham Əliyev Mərkəzi Asiya Dövlət Başçılarının iclasında çıxış edib - (Yenilənib) - Fotolar
16:07 / 17-11-2025
Keçmiş baş nazir edam cəzasına məhkum edilib
14:42 / 17-11-2025
Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələri vahid platformaya çevrilir
08:22 / 16-11-2025
Litva ordusu Molotov kokteyli ilə döyüşməli olacaq
22:22 / 15-11-2025
Bakıda yaşayış binasında yanğın olub - Video
08:25 / 18-11-2025
Əməkdar artist Yadigar Muradov vəfat edib
13:11 / 17-11-2025
ANAMA-nın əməkdaşı Ermənistanla sərhəd bölgədə minaya düşüb
21:00 / 19-11-2025
Bir qrup Füzuli sakini Qurbanqulu Berdiməhəmmədova məktub ünvanlayıb
10:58 / 16-11-2025
Hikmət Hacıyev: Azərbaycan Mərkəzi Asiya ailəsinin üzvünə çevrilir
09:11 / 16-11-2025
Bu gecə Rusiya səmasında 57 PUA vurulub
11:05 / 16-11-2025
Japarov: Qırğızıstan Azərbaycanın təşəbbüsünü alqışlayır
“Rəqəmsal hökumət”ə keçid başlayıb
Tarix: 28-10-2018 06:21 | Bölmə: Layihə

Ekspertlər hesab edirlər ki, «Rəqəmsal hökumət»in hədəfi ən müasir, innovativ informasiya texnologiyalarından fəal istifadə etməklə dövlət xidmətlərinin səmərəliliyinin artırılması, vətəndaşlara şəffaf, operativ və resurslara qənaət etməklə xidmətlərin tam elektronlaşdırılmasıdır
“Elektron hökumət”in tətbiqindən bəri ölkədə bu sahədə müsbət nəticələr əldə olunub. Məmur-vətəndaş münasibətlərinin tənzimlənməsi, operativlik, şəffaflıq və bu kimi müsbət tendensiyaları qeyd etməmək mümkün deyil. “Elektron hökumət”in inkişafı və “Rəqəmsal hökumət”ə keçid ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı bu sahədə həyata keçirilən dövlət siyasətinin daha geniş formada tətbiqi üçün təkanverici addım oldu.
Məlumat üçün bildirək ki, dövlət strukturlarında və dövlət xidmətlərinin həyata keçirilməsində informasiya və kommunikasiya texnologiyalarından (İKT) istifadə, innovativ həllərin tətbiqi dövlət siyasətinin prioritetlərindən biridir və bu sahədə davamlı inkişaf üçün mühüm tədbirlər görülüb. Ölkə üzrə internet şəbəkəsinin qurulması, açıq hökumətin təşviqi internet istifadəçisi sayını artırıb, ictimai əhəmiyyət daşıyan informasiyanın açıqlığı və informasiya əldə etmə azadlığı təmin edilib.
Bununla belə, vətəndaşlara şəffaf, operativ və resurslara qənaət etməklə xidmət göstərilməsi üçün dövlət xidmətlərini tam elektronlaşdırmaq, dövlət informasiya ehtiyatlarının analitik təhlilini aparmaq və nəticələrindən dövlət və özəl sektorun istifadəsi imkanlarını yaratmaq məqsədi ilə dövlət informasiya ehtiyatlarının və sistemlərinin formalaşdırılması, idarə olunması və qarşılıqlı inteqrasiyasının təmin edilməsi sahəsində vahid yanaşmanın və standartların tətbiqi, “Rəqəmsal hökumət”ə keçid prosesinin sürətləndirilməsi zəruridir.
Prezident İlham Əliyev bütün bunları nəzərə alaraq, bu sahədə idarəetmə sisteminin təkmilləşdirilməsini, dövlət nəzarətinin gücləndirilməsini və görülən işlərin səmərəliliyinin artırılmasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq aşağıdakılarla bağlı qərar verib:
1. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi:
elektron hökumət sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirsin;
dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və effektiv idarə edilməsi sahəsində koordinasiyanı həyata keçirmək məqsədi ilə əlaqələndirici qurum funksiyalarını yerinə yetirsin;
“Elektron hökumət” portalının idarə olunmasını və fəaliyyətini təmin etsin və təkmilləşdirilməsi ilə əlaqədar zəruri tədbirlər görsün;
dövlət orqanlarının informasiya sistemləri və ehtiyatları arasında informasiya mübadiləsini və elektron xidmətlərin göstərilməsini “Elektron hökumət” portalı vasitəsilə təşkil etsin;
elektron xidmətlərin, o cümlədən dövlət-biznes (G2B - government to business), biznes-dövlət (B2G - business to government) elektron xidmətlərinin inkişafı ilə bağlı tədbirlər görsün;
“Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və digər aidiyyəti qurumlarla birlikdə “Milli Məkan Məlumatlarının formalaşdırılması və inteqrasiyası Qaydaları”nın layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
“Rəqəmsal hökumətə keçid üzrə Fəaliyyət Planı”nın layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
bu Fərman ilə verilmiş tapşırıqların icrası ilə bağlı Azərbaycan Respublikasının Prezidentinə hesabat versin.
2. Bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan vəzifələrin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxs yaradılsın.
3. “Elektron hökumət” portalı texniki-texnoloji infrastrukturu ilə birlikdə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin balansından Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin balansına verilsin.
4. Müəyyən edilsin ki, bu Fərmanın 2-ci hissəsində nəzərdə tutulan publik hüquqi şəxsin təsisçisinin “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində qeyd edilən səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi həyata keçirir.
5. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi:
bu Fərmanın 3-cü hissəsində müəyyən edilən tapşırığın icrasını üç ay müddətində təmin etsin;
dövlət informasiya ehtiyatlarının və sistemlərinin data mərkəzdə saxlanılmasının effektiv təşkili üçün tədbirlər görsün;
“Rəqəmsal hökumət”ə keçid prosesinin sürətləndirilməsi məqsədilə mövcud kommunikasiya infrastrukturunun təkmilləşdirilməsi ilə bağlı tədbirlər görsün.
6. Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə ölkədə informasiya təhlükəsizliyi sahəsində mövcud vəziyyəti, o cümlədən qanunvericiliyi təhlil edərək, qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla müvafiq sahənin təkmilləşdirilməsinə dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

7. Azərbaycan Respublikasının Vergilər Nazirliyi “Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxsin dövlət qeydiyyatı ilə bağlı zəruri tədbirləri həyata keçirsin.
8. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təklifləri əsasında “Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxsin fəaliyyətinin təşkili ilə bağlı maliyyə məsələlərini həll etsin.
9. Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
10. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
Bununla da Prezident İlham Əliyev «Elektron hökumət»in inkişafı və «Rəqəmsal hökumət»ə keçidlə bağlı tədbirlər haqqında fərman imzalayıb. Sənədə əsasən, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə “Elektron hökumət” sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirmək, «Elektron hökumət» portalının fəaliyyətinin təmin olunması və təkmilləşdirilməsi üçün zəruri tədbirlər görmək barədə tapşırıqlar verilib. Agentlik «Rəqəmsal hökumət»ə keçid üzrə Fəaliyyət Planı» layihəsini hazırlayacaq. Nəzərdə tutulan vəzifələrin icrasını təmin etmək məqsədilə Agentliyin tabeliyində «Elektron Hökumətin İnkişafı Mərkəzi» publik hüquqi şəxs yaradılacaq.
“Reytinq” xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun şöbə müdiri, iqtisadiyyat üzrə fəlsəfə doktoru Aqil Əsədov bildirib ki, ölkəmizdə dövlət-özəl sektor-vətəndaş münasibətlərinin müasir tələblərə uyğun qurulması prosesi başlayıb və bu münasibətlərin formalaşması üçün rəqəmsal mühitin yaradılması zəruridir. Azərbaycanda «E-hökumət» quruculuğunun cəmiyyətin həyatına dərin nüfuz etməsi artıq elektron xidmətlər sferasında yeni mərhələyə - «Rəqəmsal hökumət»in yaradılmasına keçidi labüdləşdirir:
«Rəqəmsal hökumət»in hədəfi ən müasir, innovativ informasiya texnologiyalarından fəal istifadə etməklə dövlət xidmətlərinin səmərəliliyinin artırılması, vətəndaşlara şəffaf, operativ və resurslara qənaət etməklə xidmətlərin tam elektronlaşdırılması, dövlət-biznes, biznes-dövlət elektron xidmətlərinin inkişafı və demokratik cəmiyyət quruculuğunun gücləndirilməsidir. «Rəqəmsal hökumət» quruculuğu iqtisadi, sosial inkişafa təkan verməklə yanaşı, ölkənin milli informasiya təhlükəsizliyinin etibarlı mühafizəsi baxımından da əhəmiyyət kəsb edir. Bu, idarəçilikdə səmərəliliyin və partnyorluğun, şəffaflığın yaradılmasında ən yaxşı modeldir. Bu model kibertəhlükəsizliyin və elektron idarəçiliyin möhkəmlənməsi, cəmiyyətin açıq informasiya əldə etməsi baxımından da mütərəqqi hesab olunur».
Müsahibimiz hesab edir ki, rəqəmsal texnologiyaların geniş tətbiqi müasir informasiya cəmiyyətinin əsas atributlarındandır. Hazırda Sinqapur, Danimarka, ABŞ, Yaponiya, Estoniya, Kanada, Yeni Zelandiya, Cənubi Koreya, Böyük Britaniya, Tayvan və digər ölkələr rəqəmsallaşmanın səviyyəsinə görə dünyada ən inkişaf etmiş ölkələrdir: “Həmin ölkələrdə rəqəmsallaşma artıq cəmiyyətin adi həyat tərzinə çevrilib. Azərbaycan Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramına üzv ölkələrdən biri kimi, Avropa ölkələri ilə elektron idarəçiliyin inkişafı sahəsində sıx əməkdaşlıq etmək niyyətindədir. Bu mənada, «Rəqəmsal hökumət» quruculuğu həmin əməkdaşlığın əhəmiyyətli komponenti ola bilər”.
A.Əsədovun sözlərinə görə, respublikamızda «Rəqəmsal hökumət»ə keçid üçün yaxşı infrastruktur mövcuddur, «Elektron hökumət» rəqəmsal cəmiyyətin davamlı inkişafı üçün lokomotiv rolunu oynayır:
“Bəzi sahələrdə artıq rəqəmsal transformasiya proseslərinə başlanılıb, bank sistemində bu istiqamətdə xidmət çeşidlərinin tətbiqinə start verilib. Azərbaycanda rəqəmsal şəxsiyyət vəsiqəsinə keçidlə bağlı ötən ildən hazırlıq işləri aparılır və yaxın vaxtlarda bu proses başa çatdırılacaq”.
Qeyd edək ki, rəqəmsal xidmətlərin tətbiqinin genişləndirilməsi Vergilər Nazirliyinin də qarşısında duran mühüm vəzifələrdəndir və bu sahədə müəyyən işlər görülüb. «Elektron hökumət»dən mobil hökumətə keçid strategiyasının ən mühüm vasitəsi olan «ASAN İmza» layihəsi özünü doğruldaraq, artıq Azərbaycanın brendinə çevrilib. Bütün mövcud e-xidmətlərdən istifadəni mümkün edən «ASAN İmza» biznesin inkişafına, yerli və xarici sahibkarların qeydiyyat və fəaliyyətinin asanlaşmasına, rəqəmsal xidmətlərdən faydalanmağa şərait yaradır. 2015-ci ildə «ASAN İmza» mobil elektron imza xidmətinin Hökumət Ödəniş Portalına inteqrasiya edilməsi və vətəndaşların portal vasitəsilə ödənişləri rahat şəkildə həyata keçirməsi (vergilər və digər dövlət rüsumları, ipoteka ödənişləri, kommunal, rabitə xidmətləri və digərləri) nağdsız ödənişlərin stimullaşdırılmasında mühüm bir vasitəyə çevrilib. «ASAN İmza» Azərbaycanın ixrac potensialının artırılmasında biznes üçün səmərəli bir vasitəyə də çevrilməkdədir. Bu xidmət «Azexport.az» portalına inteqrasiya edilməklə «Made in Azerbaijan» brendi ilə ixrac olunan məhsulların istehsalçıları ilə dünyanın nüfuzlu biznes nümayəndələri arasında elektron ticarət mübadiləsinin yaradılmasına töhfə verir.
Hazırda Vergilər Nazirliyində həyata keçirilən yeni islahatlar kursuna uyğun olaraq elektron xidmətlərin çeşidinin artırılması, müasir rəqəmsal texnologiyaların tətbiqi üzərində səmərəli işlər aparılır. Nazirlik müasir çağırışları və əsas trendləri yaxından izləyərək vergi orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılması üçün rəqəmsal texnologiyaların təkmilləşdirilməsi ilə bağlı siyasəti davam etdirəcək. Vergi inzibatçılığının rəqəmsallaşdırılması, vergi orqanının fəaliyyətinin daha yüksək səviyyədə təşkili üçün «blokçeyn» texnologiyalarına əsaslanan yanaşmaların tətbiqi öyrənilir. Hədəf vergi sistemində keyfiyyətli və geniş spektrli elektron xidmətlərin tətbiqi, sahibkarlarla vergi orqanları arasında canlı təmasın minimuma endirilməsidir. Vergi qanunvericiliyinə könüllü əməletmə səviyyəsinin yüksəldilməsi üçün bütün bunlar daha əlverişli şərait yaradacaq.
Z. MƏMMƏDLİ
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə "İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” layihəsi çərçivəsində hazırlanıb.
Bölməyə aid digər xəbərlər

22-06-2022, 12:01
Patrik Andrade "Qarabağ"dan ayrılıb
31-05-2021, 10:30
Ermənilər dövlət sərhəddində növbəti təxribat törədib?
11-01-2020, 17:00
Mərkəzi Seçki Komissiyası DSK-nın qərarını ləğv edib
27-01-2019, 21:02
Elektron elm üçün fundamental layihələr icra olunur - Foto
20-01-2019, 11:03
Müasir texnologiyaların tətbiqi daha da sürətlənir
12-01-2019, 18:12
“Qaynar xətt” vətəndaşların işini asanlaşdırıb
5-01-2019, 10:28
Bir mərkəzdə 46 elektron xidmət... - Fotolar
29-12-2018, 21:27
İKT sahəsində mühüm araşdırmalar aparılıb
22-12-2018, 21:39
İnnovativ və texnoloji yeniliklər…
15-12-2018, 22:52
İKT-yə investisiya qoyuluşu 69 faiz artıb
8-12-2018, 23:15
50-dən artıq startap...
30-11-2018, 07:12
İKT ilə bağlı yeni tədbir…
25-11-2018, 08:57
Elektron dövlət və E-elm... - Yeniliklər
19-11-2018, 09:46
Vətəndaşlara “şəxsi kabinet” hazırlanır
4-11-2018, 17:41
Elektron sənəd dövriyyəsi yeni mərhələyə qədəm qoyur
28-10-2018, 06:21
“Rəqəmsal hökumət”ə keçid başlayıb
20-10-2018, 20:14
Dövlət orqanlarında elektron xidmətlərin təşkili araşdırılır
15-10-2018, 01:12
İKT sektoru üzrə gəlirlər 1,2 milyard manata yüksəlib
7-10-2018, 06:54
“Azərbaycan kosmik sənayedə də mövqeyini ortaya qoyur”
29-09-2018, 14:26
Elektron ticarətin strategiyası hazırlanır
24-09-2018, 00:33
Elektron mediada təhlükəsizlik müzakirə olunub
16-09-2018, 11:19
İnformasiya ehtiyatları təkmilləşdirilir - Qaydalar
1-09-2018, 00:13
İKT sahəsində yeni layihələr reallaşdırılacaq
24-08-2018, 15:12
Müasir texnologiyaların tətbiqi genişlənir
13-08-2018, 10:12
Daha bir peykimiz orbitə hazırlanır
5-08-2018, 15:32
Ölkəmizdə elektron ticarət dövriyyəsi artır
30-07-2018, 13:35
İKT üçün yeni tədbirlər planı var
23-07-2018, 02:27
Müasir texnologiyalar daha da təkmilləşdirilir
14-07-2018, 14:01
“Elektron hökumət”ə müraciətlərin sayı 23 milyonu ötüb
7-07-2018, 22:21
Əmlakla bağlı elektronlaşma prosesi genişlənir - Yenilik
30-06-2018, 14:10
Müasir texnologiyalar biznes mühitini yaxşılaşdırır
23-06-2018, 10:45
İKT sahəsində elmi araşdırmalar davam etdirilir
11-06-2018, 01:03
Virtual məkan uşaqlar üçün təhlükəyə çevrilib - Ekspert
2-06-2018, 11:32
Elektron sənədləşmənin yeni mərhələsinə start verilib
26-05-2018, 21:57
İKT böyük şirkətləri bir araya gətirib
19-05-2018, 21:50
“Elektron dövlət” idarəçilik keyfiyyətini artıracaq
14-05-2018, 20:32
“Mobil elektron imza" layihəsinə start verilib
6-05-2018, 21:58
İnformasiya təhlükəsizliyi ilə bağlı yeniliklər edilir
28-04-2018, 10:46
Uşaqların zərərli informasiyalardan qorunması prioritetə çevrilib
23-04-2018, 23:28
Çətin relyefli ərazilərdə 4-cü nəsil texnologiyanın tətbiqi üçün yeni işlər görülür
16-04-2018, 19:59
Təhlükəsizlik Mərkəzi Azərbaycanın virtual sərhədlərini necə qoruyur?
8-04-2018, 12:25
Elektron media və sosial şəbəkələrin problemi – Ekspertlər
31-03-2018, 06:58
Dövlət xidmətlərində elektronlaşmanın yeni mərhələsi başlayır
17-03-2018, 08:46
İKT üzrə yeni tədqiqatlar aparılır
11-03-2018, 09:23
“Azerspace-1”in 25-dən çox ölkədə müştəri bazası var
3-03-2018, 09:32
Elektron arayışların tətbiqi...
25-02-2018, 11:06
Şagird qəbulunun elektronlaşdırılması valideynlərin işini asanlaşdırıb
12-02-2018, 22:01
Təhsildə müasir texnologiyaların tətbiqinə yeni imkanlar yaranır

Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər
ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır
Rus Dram Teatrının aktyoru deyir ki. bölgə teatrlarında diplomlu aktyor və rejissor tapmaq müşkül məsələdir
Qüdrət Həsənquliyevin fikrincə, Tramp görsə ki, Ukrayna qalib gəlir, Rusiyaya təkcə siyasi yox, hərbi dəstək də verəcək