18:05 / 16-07-2025
Ali Rada baş naziri istefaya göndərib
17:21 / 16-07-2025
İlham Əliyev bəzi qanunlara dəyişikliyi təsdiqləyib
17:07 / 16-07-2025
Prezident ipoteka kreditlərinin verilməsi qaydasına dəyişiklik edib
17:05 / 16-07-2025
Ruslar Ukraynanı “İskəndər” raketi ilə vurub
16:52 / 16-07-2025
Bakıda qadın güllələnib: şübhəli şəxs klinika direktoru olan həyat yoldaşıdır - Yenilənib
16:47 / 16-07-2025
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanuna edilb - Fərman
16:27 / 16-07-2025
Banan qablarında 820 kq kokain aşkar edilib - Foto
15:59 / 16-07-2025
Azərbaycanla Vyetnam arasında beş sənəd imzalanıb
15:48 / 16-07-2025
Paşinyan: Zəngəzur yolunda tək ABŞ deyil, digər ölkələr də maraqlıdır - (Yenilənib)
15:41 / 16-07-2025
Rusiya neftinin dəniz yolu ilə daşınması artıb
15:19 / 16-07-2025
Konsertdə söyüş söyən reper saxlanılıb
15:12 / 16-07-2025
Mədəniyyət Nazirliyinin tenderi ləğv olunub
14:59 / 16-07-2025
Sumqayıtda iki nəfər 67 kq narkotiklə saxlanılıb
14:56 / 16-07-2025
Şakdam doğrudan da casusdur? - İranda yeni qalmaqal
14:44 / 16-07-2025
Oğuzda üzərinə ağac düşən 34 yaşlı şəxs ölüb
14:15 / 16-07-2025
Fransa və daha iki müttəffiqi Ukraynaya silah almaqdan imtina edir
13:51 / 16-07-2025
Böhran ssenarisi: qatarlar 18 milyon insanı qoruyacaq
13:42 / 16-07-2025
Qurbanqulu Berdiməhəmmədov Fəxri xiyabanı ziyarət edib
13:25 / 16-07-2025
Leyla Əliyeva Berdiməhəmmədovun qızı ilə görüşüb - Fotolar
13:19 / 16-07-2025
Həbsdəki sabiq icra başçısı: "4 ildən artıqdır ki..."
13:01 / 16-07-2025
General vəzifədən azad edilib? - Açıqlama
12:42 / 16-07-2025
Sabah 40 dərəcə isti olacaq
12:39 / 16-07-2025
Avropa liderləri Trampı razı sala biliblər
12:30 / 16-07-2025
Dağlıq ərazidə güclü yanğın başlayıb - (Yenilənib)
12:18 / 16-07-2025
İlham Əliyev Qurbanqulu Berdiməhəmmədovla görüşüb - Fotolar
12:17 / 16-07-2025
Qarabağ separatçılarının İrəvandakı binası əllərindən alınır
12:11 / 16-07-2025
Finlandiya rus və belaruslara yeni qadağa tətbiq edib
12:04 / 16-07-2025
Rezidentura və magistratura imtahanları elektronlaşdırılacaq
11:57 / 16-07-2025
Zəngəzur dəhlizi məsələsi müzakirəyə çıxarılıb
14:26 / 14-07-2025

12:27 / 12-07-2025

15:19 / 12-07-2025

06:13 / 13-07-2025

13:30 / 13-07-2025

14:30 / 14-07-2025

11:18 / 14-07-2025

21:16 / 11-07-2025

09:15 / 14-07-2025

19:05 / 11-07-2025

07:40 / 16-07-2025

09:21 / 12-07-2025

“Mobil elektron imza" layihəsinə start verilib
Tarix: 14-05-2018 20:32 | Bölmə: Layihə

Yeni mexanizmin üstünlüklərinə sənədlərin məkanından asılı olmayaraq onlayn imzalanması, hər hansı tətbiqə inteqrasiya mümkünlüyü, imzalanmış sənədlərin təhlükəsizliyi daxildir
İnformasiyali cəmiyyət inkişaf etdikcə, müasir texnologiyaların tətbiqolunma dairəsi genişləndikcə insanlar üçün daha rahat imkanlar yaranır. Artıq neçə ildir ki, Azərbaycanda tətbiq olunan müasir texnologiyalar və elektron sistemdən istifadə etməklə vətəndaşlar hər hansı sənədləşmə, hesabatların verilməsi və digər məsələlərdə əlavə vaxt itimirlər. Yəni, bir kompüterdən bir anda bir neçə qurumla əlaqə qurmaq, lazım olan sənədləri təqdim etmək, yazud lazımi sənədi almaq mümkündür.
Bu səbəbdən də qeyd etmək olar ki, kompüter texnologiyalarının inkişaf etməkdə olduğu dünyada informasiya təhlükəsizliyi məsələsi getdikcə daha vacib məsələ kimi ortaya çıxır.
Məlumat mübadiləsi zamanı ötürülən informasiyanın təhlükəsizliyinin qorunması çox mühüm məsələdir. Dövlət orqanları ilə müxtəlif əməliyyatlar həyata keçirərkən vətəndaşların şəxsi məlumatlarının üçüncü tərəfin ələ keçirməməsi üçün təhlükəsiz şəbəkələr getdikcə daha çox yayılır. Bundan başqa, elektron əməliyyatların həyata keçirilməsi zamanı vətəndaşın kimliyinin ayırd edilə bilməsi də təhlükəsizlik qədər vacib məsələdir. Bütün qeyd olunanlar isə elektron imzanın zəruriliyini ortaya çıxarır. Elektron imza ideyası 20-ci əsrin 70-80-cı illərində meydana gəlib və əsas mahiyyəti informasiyanı hazırlayan şəxsin həqiqiliyinin yoxlanılması və 3-cü tərəfə (məhkəmə, internet market və s.) bu informasiyanı yaradan şəxsi müəyyən etməsinə imkan verməkdir.
Hazırda elektron imzanı tətbiq edən ölkələr digərlərinə nisbətən daha inkişaf etmiş hesab olunur və belə ölkələrdə inkişaf daha da dinamik baş verir. Bu gün “Elektron hökumət”in əsas atributlarından sayılan elektron imza Azərbaycanda da uğurla tətbiq edilməkdədir. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildikdən sonra elektron imzanın reallaşdırılması mərkəzi icra orqanı kimi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə tapşırılıb. Bu Fərmandan irəli gələrək hazırda fəaliyyət göstərən Sertifikat Xidmətləri Mərkəzinin əsas vəzifəsi Ali SXM kimi digər SXM-lərə nəzarət funksiyasını həyata keçirmək, onların Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun fəaliyyət göstərdiyini, düzgün proqram təminatından istifadə etməsini və s. yoxlamaqdan ibarətdir. 2011-ci ilin sentyabr ayından rəsmi olaraq fəliyyətə başlayan Mərkəz əhalinin müxtəlif təbəqələrinə, yəni adi vətəndaşlara, sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə, həmçinin dövlət qulluqçularına xidmət göstərir. Elektron imza xidmətlərini operativ şəkildə təmin etmək məqsədilə Bakı şəhərinin əsas mərkəzi poçt şöbələri və filiallarında, həmçinin ölkənin regionlarındakı poçt şöbələrində Qeydiyyat mərkəzləri təşkil olunub.
Vətəndaşlara operativ şəkildə elektron imza xidmətlərini təşkil etmək, həmçinin onları maraqlandıran sualları cavablandırmaq məqsədilə Mərkəzin mütəxəssisləri tərəfindən www.e-imza.az saytı hazırlanıb. Sayt vasitəsilə vətəndaşlar Mərkəzin fəaliyyəti ilə yanaşı, elektron imzadan istifadə qaydaları, müxtəlif təlimatlar, öz sertifikatları haqqında ətraflı məlumat əldə edə bilərlər.
Ölkədə elektron imza sisteminin tətbiqi və dövlət orqanlarında elektron xidmətlərin göstərilməsi gələcəkdə ölkəmizin dünya informasiya sisteminə, Avropaya inteqrasiyasını daha da sürətləndirəcək.
Məlumat üçün bildirək ki, kartlar və sertifikatlar üçün müştəri ərizələrinin toplanılması, sertifikatların, kartların və ərizələrin emal statusu haqqında sorğulara baxılma prosesi qeydiyyat mərkəzlərində yerinə yetirilir. Qeydiyyat mərkəzləri sertifikat almaq üçün Mərkəzə olan müraciətlərə baxılması, sertifikatların qüvvəsinin dayandırılması, bərpası və ləğvi ilə bağlı imza sahiblərinə xidmətlər göstərir. Mərkəz imza sahibi barədə yazılar yaradır, onun identikləşdirilməsini və məlumatların yoxlanılmasını, Sertifikat sorğusunun yaradılmasını və Mərkəzə göndərilməsini həyata keçirir. Qeydiyyat mərkəzləri imza sahibinin düzgün identifikasiya və autentifikasiyasını, həmçinin onun sertifikat sorğusunun tam, dəqiq və lazımi qaydada tərtibinin təsdiqlənməsini təmin edir.
Bu yaxınlarda elektron imzanın verilmə prosedurunu sadələşdirmək üçün Nazirliyin Məlumat Hesablama Mərkəzi (MHM) tərəfindən elektron ərizə proqram məhsulu hazırlanıb. Bu proqram vasitəsilə istənilən vətəndaş internet üzərindən elektron ərizə formasındakı suallara cavab verməklə və onlayn qaydada ödəniş etməklə elektron imza kartı sifariş edə bilər. Sifariş Mərkəzə daxil olan kimi Elektron İmza Sertifikatı hazırlanır və bu barədə vətəndaşa elektron poçt və telefon vasitəsilə məlumat verilir. Sertifikatın hazır olması barədə məlumat bildirişi almış şəxs MHM-də Qeydiyyat Mərkəzinə yaxınlaşıb şəxsiyyət vəsiqəsini təqdim edərək Elektron İmza Sertifikatını ala bilər.
Qeyd edək ki, verilən sertifikat 3 il ərzində qüvvədə olur. Bu müddət bitəndə isə yeni sertifikat verilir. Sertifikatın fəaliyyət müddəti onda mövcud olan informasiyadan xeyli asılıdır. Bu sənəd nə qədər çox informasiya ehtiva edirsə, onun faydalı fəaliyyət müddəti də bir o qədər az olur. Tətbiq edilən yenilik xidmətin keyfiyyətini yüksəltmək, operativliyi təmin etməklə yanaşı, Elektron İmza sertifikatlarının alınmasında yarana biləcək vaxt itkisinin qaşısını alır. Bu yenilik e-imza istifadəçilərinin sayının artmasına da şərait yaradıb.
Qeyd edək ki, elektron imza 3 illik müddət üçün əhaliyə 30 manata, dövlət qurumlarına 135 manata, sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə isə 168 manata təqdim edilir.
Elektron imza itirildikdə mütləq «157» Zəng Mərkəzinə - telefon-məlumat xidmətinə zəng vurmaq lazımdır. Bu nömrə elektron imza çip kartının arxa tərəfində göstərilir. Kartda olan sertifikatlar bloka salınacaq və onların qüvvəsi dayandırılacaq.
Elektron imza həm iqtisadi, həm də vaxt baxımından əhəmiyyətlidir. Elektron imza müasir dövrün tələbləri ilə ayaqlaşmaq istəyənlər üçün effektiv vasitə hesab edilir. Elektron imza ilə imzalanmış sənədlər bir neçə saniyə ərzində lazım olan yerə çatdırıla bilər. Elektron sənəd mübadiləsinin bütün iştirakçıları bir-birindən uzaqda olmalarına baxmayaraq, eyni imkanlar əldə edirlər. Elektron imzalı sənədlər adi kağız sənədlər kimi hüquqi qüvvəyə malik olur. Lakin burada müəyyən şərtlər nəzərə alınır. Əgər elektron imzaya aid olan imza sertifikatı yoxlama zamanı və ya elektron sənədin imzalanması anında qüvvəsini itirməyibsə, eyni zamanda elektron sənəddə elektron imzanın həqiqiliyi təsdiq olunubsa və elektron imza sertifikatda göstərilən məlumatlara uyğun istifadə edilibsə, elektron sənəddəki imza kağız daşıyıcıdakı imzaya bərabər tutulur.
Elektron imzadan istifadə edərkən vətəndaşlar sənədlərin şifrələnməsi zamanı əlavə imkanlar əldə edirlər. Etibarlı kriptoqrafik alqoritmlər hesabına informasiyanın məxfiliyi və təhlükəsizliyi təmin edilir. Bu isə kənar şəxslərin ondan istifadəsinin qarşısını alır.
Elektron imza dövlət strukturları ilə sürətli elektron sənəd mübadiləsinin aparılmasına imkan yaradır, həmçinin müəssisədə biznes proseslərinin təkmilləşdirilməsinə kömək edir. Müəssisədə elektron sənəd mübadiləsinin aparılması kağız mühasibat sənədlərinin həcmini əhəmiyyətli dərəcədə ixtisar edir, sazişlərin imzalanması, ödəmə sənədlərinin tərtibi ilə bağlı əməkdaşların vaxtını və müəssisənin xərclərini azaldır.
Elektron imzadan istifadəyə müəyyən məhdudiyyətlər qoyulur. E-imza kartı konkret şəxsə aid olduğu üçün bu cür imzanı yalnız həmin adam qoya bilər. Kartın başqa şəxsə verilməsi və identifikasiya kodunun (PİN kodun) digər şəxsə bildirilməsi ciddi pozuntu halı hesab edilir. Tərəflərdən biri sənədi elektron şəkildə, digəri isə əl ilə imzaladıqda elektron sənədi nomenklaturada rəsmi olaraq qeydiyyata almaq, təsdiqləmək lazım gəlir. Yalnız bundan sonra həmin sənəd qüvvədə ola bilər.
Müsbət məqamlardan biri də odur ki, bu texnoloji imkanların təkmilləşdirilməsi prosesi yüksələn xətt üzrə inkişaf edir. Belə ki, Azərbaycanda ilk dəfə "Mobil elektron imza" layihəsi təqdim olunub. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzi ilə "Kapital Bank" arasında reallaşan "Mobil elektron imza" layihəsinin təqdimatı keçirilib. Tədbirdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “Kapital Bank”ın rəsmiləri ilə yanaşı dövlət qurumlarının nümayəndələri, startapçıları da iştirak ediblər.
Elektron imza virtual məkanda mövcud olan, əl ilə imzalanmış imzaya bərabər tutulan imzadır və onun istifadəsi bütün dünyada olduğu kimi Azərbaycanda da artıq texnoloji trend hesab olunur.
Ölkədə elektron imza infrastrukturunun inkişafı əhalinin elektron xidmətlərə marağının yüksəlməsinə və "Mobil elektron imza" həllinə zəmin yaradıb. “Kapital Bank”la birgə əməkdaşlığın nəticəsində reallaşan bu layihə vətəndaş məmnunluğunun artmasına hesablanıb.
"Mobil elektron imza" Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən hazırlanan innovativ layihədir. Bu layihə bank əməliyyatlarının rahat şəkildə aparılması ilə yanaşı, sənədlərin imzalanma prosesini sürətli, təhlükəsiz və elektron şəkildə həyata keçirilməsinə imkan yaradacaq.
Bank sektorunda hər zaman yeniliklərə imza atan ölkənin innovativ bankı "Kapital Bank", "Mobil elektron imza" layihəsinə qoşulan ilk bankdır. Bu gündən etibarən “Kapital Bank” müştərisi qısa müddət ərzində "Mobil elektron imza" sertifikatlarına sahib ola biləcək. Belə ki, bankın səlahiyyətli əməkdaşı müştərisini 5 dəqiqə ərzində mobil elektron imza ilə təmin edəcək. Bu layihə bank əməliyyatlarının daha çevik aparılması ilə yanaşı mobil bankçılığın inkişafında da əhəmiyyətli rol oynayacaq. Həmçinin, yarana biləcək bəzi neqativ halların aradan qalxmasına gətirib çıxaracaq.
"Mobil elektron imza"nın üstünlüklərinə sənədlərin məkanından asılı olmayaraq onlayn imzalanması, hər hansı tətbiqə inteqrasiya mümkünlüyü, imzalanmış sənədlərin təhlükəsizliyi daxildir.
"Mobil elektron imza" layihəsi konsepsiyasının əsas hədəfi ənənəvi klassik metodlardan fərqli olaraq, bank xidmətlərində biznes subyektlərinin münasibətlərini yeni elektron müstəvidə qurmaq və idarəçilik sisteminin təşkilində hüquqi öhdəliklərin təsdiqlənməsi, həmçinin təhlükəsizlik faktoru üzrə etibarlı mühitin yaradılmasını özündə əks etdirir.
Elektron imza ilə bağlı yeniliklər bununla bitmir. Belə ki, 2019-cu ildən Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqələrində elektron imza sertifikatının tətbiqi nəzərdə tutulub. Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzinin marketinq şöbəsinin müdiri Ceyhun Məmmədov "Mobil elektron imza" layihəsinin təqdimatı zamanı məlumat verib. O bildirib ki, nəzərdə tutulan yenilik elektron imzanın kütləviləşməsinə gətirib çıxaracaq. Nazirlik bu istiqamətdə daim təkmilləşdirmə işləri həyata keçirir, vətəndaşların xidmətlərdən daha rahat şəkildə istifadəsi üçün şərait yaratmaqda davam edir.
Z. MƏMMƏDLİ
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə "İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” layihəsi çərçivəsində hazırlanıb.
Bölməyə aid digər xəbərlər

22-06-2022, 12:01
Patrik Andrade "Qarabağ"dan ayrılıb
31-05-2021, 10:30
Ermənilər dövlət sərhəddində növbəti təxribat törədib?
11-01-2020, 17:00
Mərkəzi Seçki Komissiyası DSK-nın qərarını ləğv edib
27-01-2019, 21:02
Elektron elm üçün fundamental layihələr icra olunur - Foto
20-01-2019, 11:03
Müasir texnologiyaların tətbiqi daha da sürətlənir
12-01-2019, 18:12
“Qaynar xətt” vətəndaşların işini asanlaşdırıb
5-01-2019, 10:28
Bir mərkəzdə 46 elektron xidmət... - Fotolar
29-12-2018, 21:27
İKT sahəsində mühüm araşdırmalar aparılıb
22-12-2018, 21:39
İnnovativ və texnoloji yeniliklər…
15-12-2018, 22:52
İKT-yə investisiya qoyuluşu 69 faiz artıb
8-12-2018, 23:15
50-dən artıq startap...
30-11-2018, 07:12
İKT ilə bağlı yeni tədbir…
25-11-2018, 08:57
Elektron dövlət və E-elm... - Yeniliklər
19-11-2018, 09:46
Vətəndaşlara “şəxsi kabinet” hazırlanır
4-11-2018, 17:41
Elektron sənəd dövriyyəsi yeni mərhələyə qədəm qoyur
28-10-2018, 06:21
“Rəqəmsal hökumət”ə keçid başlayıb
20-10-2018, 20:14
Dövlət orqanlarında elektron xidmətlərin təşkili araşdırılır
15-10-2018, 01:12
İKT sektoru üzrə gəlirlər 1,2 milyard manata yüksəlib
7-10-2018, 06:54
“Azərbaycan kosmik sənayedə də mövqeyini ortaya qoyur”
29-09-2018, 14:26
Elektron ticarətin strategiyası hazırlanır
24-09-2018, 00:33
Elektron mediada təhlükəsizlik müzakirə olunub
16-09-2018, 11:19
İnformasiya ehtiyatları təkmilləşdirilir - Qaydalar
1-09-2018, 00:13
İKT sahəsində yeni layihələr reallaşdırılacaq
24-08-2018, 15:12
Müasir texnologiyaların tətbiqi genişlənir
13-08-2018, 10:12
Daha bir peykimiz orbitə hazırlanır
5-08-2018, 15:32
Ölkəmizdə elektron ticarət dövriyyəsi artır
30-07-2018, 13:35
İKT üçün yeni tədbirlər planı var
23-07-2018, 02:27
Müasir texnologiyalar daha da təkmilləşdirilir
14-07-2018, 14:01
“Elektron hökumət”ə müraciətlərin sayı 23 milyonu ötüb
7-07-2018, 22:21
Əmlakla bağlı elektronlaşma prosesi genişlənir - Yenilik
30-06-2018, 14:10
Müasir texnologiyalar biznes mühitini yaxşılaşdırır
23-06-2018, 10:45
İKT sahəsində elmi araşdırmalar davam etdirilir
11-06-2018, 01:03
Virtual məkan uşaqlar üçün təhlükəyə çevrilib - Ekspert
2-06-2018, 11:32
Elektron sənədləşmənin yeni mərhələsinə start verilib
26-05-2018, 21:57
İKT böyük şirkətləri bir araya gətirib
19-05-2018, 21:50
“Elektron dövlət” idarəçilik keyfiyyətini artıracaq
14-05-2018, 20:32
“Mobil elektron imza" layihəsinə start verilib
6-05-2018, 21:58
İnformasiya təhlükəsizliyi ilə bağlı yeniliklər edilir
28-04-2018, 10:46
Uşaqların zərərli informasiyalardan qorunması prioritetə çevrilib
23-04-2018, 23:28
Çətin relyefli ərazilərdə 4-cü nəsil texnologiyanın tətbiqi üçün yeni işlər görülür
16-04-2018, 19:59
Təhlükəsizlik Mərkəzi Azərbaycanın virtual sərhədlərini necə qoruyur?
8-04-2018, 12:25
Elektron media və sosial şəbəkələrin problemi – Ekspertlər
31-03-2018, 06:58
Dövlət xidmətlərində elektronlaşmanın yeni mərhələsi başlayır
17-03-2018, 08:46
İKT üzrə yeni tədqiqatlar aparılır
11-03-2018, 09:23
“Azerspace-1”in 25-dən çox ölkədə müştəri bazası var
3-03-2018, 09:32
Elektron arayışların tətbiqi...
25-02-2018, 11:06
Şagird qəbulunun elektronlaşdırılması valideynlərin işini asanlaşdırıb
12-02-2018, 22:01
Təhsildə müasir texnologiyaların tətbiqinə yeni imkanlar yaranır