19:08 / 21-02-2026
Azərbaycan millisi Belarus yığmasına qalib gəlib
15:31 / 21-02-2026
İctimai vəkillik layihəsi çərçivəsində tədbirlər keçirilib - Foto
15:20 / 21-02-2026
Ötən ay Azərbaycanda 18 milyon tondan çox yük daşınıb
11:21 / 21-02-2026
Sumqayıt-Laçın avtobus reysi təşkil ediləcək
11:00 / 21-02-2026
Narkotikin təsiri altında olan sürücü saxlanılıb
10:52 / 21-02-2026
Azərbaycanda işsizlərin sayı artıb
10:44 / 21-02-2026
Yanan avtomobili söndürən FHN əməkdaşlarını maşın vurub, ölən var
23:14 / 20-02-2026
Ramazanın üçüncü günü: dua, imsak və iftar vaxtı
20:53 / 20-02-2026
İlk dəfə 3D çapı ilə beton hazırlanıb
20:41 / 20-02-2026
Rusiyalı ekspert: Avropa buzqıran donanması Arktika üçün yetərli deyil
20:23 / 20-02-2026
Misirdə qızılla örtülmüş mumiya tapılıb
19:30 / 20-02-2026
Azərbaycandan Ukraynaya növbəti yardım göndərirlər
18:52 / 20-02-2026
Səfirlik: "Prezidentin avtomobilinə hücum aktları həyata keçiriblər"
18:45 / 20-02-2026
Elçibəyin keçmiş köməkçisi partiya sədrindən pulunu istəyir
18:31 / 20-02-2026
Bayraktar: Ermənistan Türkiyə-Azərbaycan enerji əməkdaşlığına qoşula bilər
17:33 / 20-02-2026
Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində yeni qurum yaradılır - Fərman
17:28 / 20-02-2026
Şagirdlərin elektron yerdəyişməsinə başlanılır
17:24 / 20-02-2026
Holdinqin Müşahidə Şurasına yeni üzvlər təyin edilib
16:57 / 20-02-2026
STM MEDİA-ya birləşdirilir, BMTM yenidən təşkil olunur
16:50 / 20-02-2026
ABŞ 2026-cı ildə Ukraynada sülhə nail ola bilməyəcək
16:34 / 20-02-2026
Azərbaycan əhalisinin sayı açıqlanıb
16:16 / 20-02-2026
Qadınları xaricə apararaq cinsi istismara məruz qoyan mütəşəkkil dəstə aşkarlanıb - Video
15:38 / 20-02-2026
Netanyahu: Ayətullahlara təsəvvür etmədikləri cavabı verəcəyik
15:27 / 20-02-2026
Xocavəndə ilk köç karvanları gedib - (Yenilənib)
15:27 / 20-02-2026
İrana hücum zamanı ilk hədəflər müəyyən olunub
15:19 / 20-02-2026
İdman federasiyalarından birinin adı dəyişdirilib
15:02 / 20-02-2026
Qərbi Azərbaycan İcması Səməd Vəkilovu təltif edib - Foto
14:51 / 20-02-2026
Sem Altman: Süni intellekt fəlakətə səbəb ola bilər
14:37 / 20-02-2026
Müğənni Fərəh Samirəqızı saxlanılıb
09:44 / 17-02-2026
Rəssam Ayla İnsanovanın əsərləri Parisdə sərgilənib - Fotolar
16:16 / 20-02-2026
Qadınları xaricə apararaq cinsi istismara məruz qoyan mütəşəkkil dəstə aşkarlanıb - Video
14:42 / 18-02-2026
Avropa ABŞ-dan asılılığı azaltmaq istəyir: müstəqil nüvə çətiri qurmağa çalışırlar
16:31 / 19-02-2026
ASC rəhbəri Ruslan Eyyubovun həbs müddəti uzadılıb - (Yenilənib)
10:26 / 20-02-2026
Şovinist ermənilər Azərbaycanın anti-milli qüvvələrini dəstəkləyir
16:57 / 18-02-2026
İcra başçısı sabiq deputatdan polisə şikayət edib
15:31 / 21-02-2026
İctimai vəkillik layihəsi çərçivəsində tədbirlər keçirilib - Foto
16:19 / 18-02-2026
Əli Mustafa: Azərbaycanda Rusiyanın nüfuz dairəsində olan mərkəzlər zəiflədilməlidir
08:56 / 17-02-2026
ABŞ-da tələbələr kütləvi şəkildə ixtisaslarını dəyişirlər
17:02 / 18-02-2026
Məşhur kollecin direktorunun adı qalmaqalda: milyonluq mülklər...
10:55 / 18-02-2026
Daha 17 itkin-şəhidimiz dəfn olunacaq - Siyahı
Uşaqların zərərli informasiyalardan qorunması prioritetə çevrilib
Tarix: 28-04-2018 10:46 | Bölmə: Layihə

Sabirə Ocaqverdiyeva: “İnternetdə uşaq və yeniyetmələrin təhlükəsizliyinin təmin edilməsi üçün profilaktik işlərin görülməsi və texniki nəzarətin olması zəruridir”
İnformasiya texnologiyaları inkişaf etdikcə, müsbət məqamlarla yanaşı, mənfi tendensiyalar da üzə çıxır. Xüsusən də uşaqların müasir texnologiyadan istifadəsi zamanı neqativ hallar yaranır. Bu baxımdan, internetdən istifadə zamanı təhlükəsizliyin təmin olunması önəmlidir.
Artıq bu məsələ ilə bağlı ciddi addımlar atılmaqdadır. Azərbaycanda uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiyanın növləri müəyyənləşib. Prezident İlham Əliyevin imzası ilə Milli Məclisə daxil olan “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsinin 4-cü (Uşaqlar üçün zərərli informasiyanın növləri) maddəsinə əsasən, uşaqlar üçün zərərli informasiya bunlardır:
4.1.1. Bu Qanunun 4.2-ci maddəsinə uyğun olaraq uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiya,
4.1.2. Bu Qanunun 4.3-ci maddəsinə uyğun olaraq müəyyən yaş qrupuna aid olan uşaqlar arasında dövriyyəsi məhdudlaşdırılan informasiya (dövriyyəsi məhdudlaşdırılmış yaş qrupuna münasibətdə).
4.2. Uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiyaya aiddir:
4.2.1. zorakılığı və qəddarlığı təbliğ edən informasiya,
4.2.2. cəmiyyət əleyhinə və hüquqazidd hərəkətləri, o cümlədən cinayətləri təbliğ edən informasiya,
4.2.3. uşaqların həyat və təhlükəsizliyinə potensial təhlükə yaradan əməlləri təbliğ edən informasiya,
4.2.4. ailə institutunu nüfuzdan salan informasiya,
4.2.5. əxlaqdan kənar leksik (söyüş) məzmunlu informasiya,
4.2.6. pornoqrafik xarakterli informasiya.
4.3. Müəyyən yaş qrupuna aid uşaqlar arasında yayılması məhdudlaşdırılan informasiyaya aiddir:
4.3.1. zorakılığı və qəddarlığı nümayiş edən informasiya,
4.3.2. qeyri-məişət leksik (jarqon) məzmunlu informasiya,
4.3.3. qorxu məzmunlu informasiya,
4.3.4. Erotik məzmunlu informasiya.
Uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiya məhsullarının uşaqların ola biləcəyi yerlərdə inzibati, texniki proqram və avadanlıq vasitələrinin tətbiq edilmədən yayılmasına yol verilmir. Uşaqlar arasında yayılması qadağan edilən və ya məhdudlaşdırılan informasiyanın istehsalçısı və yayıcısı bu Qanunda müəyyən müəyyən edilmiş qaydalara riayət etməyə borcludur. Qanun layihəsinin 12-ci (Uşaqlar üçün qadağan olunan informasiya məhsullarının dövriyyəsinə dair əlavə tələblər) maddəsinə əsasən, məhdud şəxslər dairəsində yayılması nəzərdə tutulan mətbu nəşrin birinci və sonuncu səhifəsində, çap məhsulunun və digər poliqrafik məhsulun üz və arxa qabığında uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiyanın əks olunmasına yol verilmir. Əks halda həmin informasiya məhsulunun yayılmasına yalnız bağlı qablaşdırmada yol verilir. Uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiya məhsulunun uşaqlar üçün nəzərdə tutulmuş təhsil müəssisələrində, tibb, sanatoriya-kurort, bədən tərbiyəsi və idman, mədəniyyət, istirahət və sağlamlaşdırma müəssisələrində və ya həmin müəssisələrin sərhəddindən 150 metrdən az olan məsafədə yayılmasına yol verilmir.
Qanun layihəsi yaxın vaxtlarda Milli Məclisdə müzakirəyə çıxarılacaq. Parlament layihəni qəbul edərsə, 2020-ci ilin yanvarın 1-də qüvvəyə minəcək.
Milli Məclisin deputatı Musa Quliyev "Telekommunikasiya haqqında" qanuna uşaqların zərərli informasiyalardan qorunması ilə bağlı dəyişikliyə münasibət bildirərkən deyib ki, uşaqları internetdə yayılan zərərli informasiyalardan qorumaq, onların mənəvi-əxlaqi dəyərlərimizə uyğun informasiyalar almasını təmin etmək bu gün çox mühüm məsələdir.
M. Quliyev bildirib ki, dünya təcrübəsində, xüsusən Avropa ölkələrinin təcübəsində bu məsələ var:
"Vətəndaş telekommunikasiya operatoru ilə müqavilə bağlayır ki, hansı saytlara giriş məhdudlaşdırılsın, yaxud uşaqlar üçün xüsusi bir proqram hazırlansın ki, ancaq faydalı saytlara giriş mümkün olsun".
Millət vəkili internet klublarında da uşaqlara xüsusi qaydaların tətbiq edilməsini təklif edir:
"Uşaqlara internet klublarda gedib işləməyi qadağan etmək olmaz, çünki uşaqlar internetdən dərs üçün və ya maarifləndirici məlumatlar da götürə bilərlər. Amma onların qarşısında şərt qoymaq olar ki, misal üçün, uşaqlar internet klubda 1, 2 və ya 3 nömrəli kömpüterin qarşısında otura bilər. O kompüterlərə də xüsusi proqram yüklənə bilər ki, uşaqlar yalnız təhsil, maarifləndirici, mədəniyyətlə bağlı saytlara girsinlər".
Onu da nəzərə çatdıraq ki, bu məsələ elmi müəssisələrədə müzakirə olunur. Belə ki, bu günlərdə AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda 9 saylı şöbənin növbəti elmi seminarı keçirilib. İnstitutun baş mütəxəssisi Sabirə Ocaqverdiyeva “Uşaqların zərərli informasiyadan qorunması” üzrə qanun layihəsinin müzakirəsinə həsr olunmuş məruzəsini təqdim edib. Öncə məruzəçi işin aktuallığından söz açaraq bildirib ki, İnternetin sürətli inkişafı və bütün sahələrə tətbiqi onun istifadəçilərinin sayının artmasına, informasiya bolluğunun yaranmasına səbəb olub.
S. Ocaqverdiyeva işin məqsədi barədə məlumat verərək bildirib ki, uşaqları internetin zərərlərindən qorumaq üçün maarifləndirici, təşkilati və proqram-texniki tədbirlərin həyata keçirilməsi ilə yanaşı, uşaq psixologiyasına, sağlamlığına təsir edən ziyanlı kontentin qaşısının alınmasının qanunla tənzimlənməsi də mühüm məsələdir.
Məruzəçi uşaqların qarşılaşdığı təhlükələrdən söz açaraq, onların internetdə aldadıldıqlarını, zorakılığa məruz qaldıqlarını və sosial-psixoloji təhdidlərlə üzləşdiklərini qeyd edib. Bildirib ki, uşaqların təhlükələrlə qarşılaşdığı virtual məkanlara sosial şəbəkələr, forum, oyun otaqları və s. aiddir. O, internetdə uşaqların qarşılaşdığı təhlükələrin bir neçə qrupa bölündüyünü deyib. Buraya məzmun, elektron təhlükəsizlik, ünsiyyət və davranışla bağlı risklərin daxildir. Bildirib ki, məzmunla bağlı risklər internetdə yayımlanan və uşaqlar üçün qeyri-qanuni məzmun hesab edilən məlumatların istifadəsidir. Elektron təhlükəsizliklə bağlı risklərə fərdi məlumatların açıqlanması, aşağı səviyyədə müdafiə (virus hücumuna məruz qalma riski) olunan fərdi kompüterdən şəbəkəyə çıxış, onlayn fırıldaqçılıq və spam, ünsiyyətlə bağlı risklərə internetdə uşaqların kibercinayətkarların qurbanına çevrilməsi və s. aiddir.
S. Ocaqverdiyeva kiberöküzlükdən (cyberbullying) söz açaraq onun e-mail, ani yazışma, çat otaqları, sosial şəbəkələr, veb-saytlar, eləcə də mobil telefonlar vasitəsilə həyata keçirilən və insana psixoloji zərər vuran virtual terror olduğunu diqqətə çatdırıb. Həmçinin kiberzorakılığın komponentlərini qeyd edərək buraya təcavüzkar və mənfi davranış, iştirakçılar arasında müxtəlif qüvvələrə malik münasibətlərin olması və s. aid olduğunu vurğulayıb.
S. Ocaqverdiyeva internet asılılığın yaratdığı problemlərdən danışıb. Qeyd edib ki, uşaqların və yeniyetmələrin hər şeyi öyrənmək istəyi onların internetdə saatlarla vaxt keçirməsinə səbəb olur. Bu isə uşaqlarda real ünsiyyətdən daha çox virtual münasibətə üstünlük verməsi, cəmiyyətdən uzaqlaşması, sağlamlığı ilə bağlı problemlərin yaranması və s. ilə nəticələnir. Həmçinin bildirib ki, internetdən asılılıq bəzi ölkələrdə psixoloji xəstəlik kimi qəbul olunub.
Məruzəçi internetdə uşaq və yeniyetmələrin təhlükəsizliyinin təmin edilməsi üçün profilaktika işləri, valideynlərlə iş, texniki nəzarətin olmasının zəruriliyini də diqqətə çatdırıb. Həmçinin ölkə və təşkilatların təcrübəsi, “Təhlükəsiz internet proqramı” haqqında məlumat verib.
Sonra S.Ocaqverdiyeva Almaniya, İtaliya, ABŞ, Çin Xalq Respublikası, Qazaxıstan, Rusiya və digər ölkələrdə uşaqların və yeniyetmələrin təhlükəsizliyinin qorunması məqsədilə qəbul edilmiş qanunlar haqqında geniş məlumat verib. Bildirib ki, Avropa Şurasının qərarına əsasən Avropa Birliyinə üzv olan dövlətlər öz ərazilərində yerləşdirilən hər hansı bir uşaq pornoqrafiyasını aradan qaldırmağa, eləcə də belə məzmunun yerləşdirildiyi digər dövlətlərlə beynəlxalq səviyyədə əməkdaşlıq etməyə borcludurlar.
O, həmçinin bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 02 aprel tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında İC-nin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya” təsdiq olunub. Sərəncama əsasən, “Uşaqların qanunazidd və təhlükəli kontentdən qorunması üçün “təhlükəsiz İnternet” mexanizminin işlənilməsi və tətbiqi” bəndi işlənib. “Uşaqların zərərli informasiyadan qorunması” qanun layihəsinə əsasən uşaqlar üçün nəzərdə tutulmuş informasiya məhsullarının yaş təsnifatı, uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiyanın növləri müəyyən edilib.
Məruzəçi Azərbaycanda uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiyanın növləri, müəyyən yaş qrupuna aid uşaqlar arasında yayılması məhdudlaşdırılan məlumatlar, informasiya məhsulunun yaşa görə təsnifatlaşdırılması zamanı qiymətləndirmələr haqqında da məlumat verib.
S. Ocaqverdiyeva uşaqların internetdə qarşılaşdığı zərərli informasiyaların aradan qaldırılması yaxud azaldılmasına nail olmaq üçün bir sıra təkliflər verib. Qeyd edib ki, istifadəçilərin təhlükəsizliyinə dövlət qurumları, internet xidmətlərinin əməkdaşları, şəbəkə administratorları, moderatorlar tərəfindən nəzarət olunmalıdır. O, həmçinin Azərbaycan dilli uşaqlar üçün domen zonasının əldə olunması, təhlükəsiz İnternet mərkəzinin və İNSAFE təşkilatı ilə əməkdaşlığın yaradılması, KİV vasitəsi ilə İnternetdəki təhlükələrin gənc nəslin nümayəndələrinə psixoloji zərərləri ilə bağlı təbliğatın aparılması və s. kimi işlərin görülməsinin zəruriliyini diqqətə çatdırıb.
“Kibercinayətkarların cəzalandırılmasının qanunla tənzimlənməsi uşaq və yeniyetmələri İnternet təhlükələrindən müəyyən qədər uzaqlaşdırır”, – deyə bildirən məruzəçi qanunda yer alan ifadə və terminlərin dəqiqləşdirilməsinin, aydın şəkildə təqdim olunmasının vacibliyini önə çəkib.
Sonda məruzə ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb. AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev mövzu ilə bağlı bir sıra təklif və tövsiyələr səsləndirib. Alim uşaqların zərərli informasiyadan qorunması sahəsində elmi-nəzəri problemlərin araşdırılması və bu sahədə dünya təcrübəsinin öyrənilməsinin vacibliyini vurğulayıb.
Z.MƏMMƏDLİ
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə "İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” layihəsi çərçivəsində hazırlanıb.
Bölməyə aid digər xəbərlər

22-06-2022, 12:01
Patrik Andrade "Qarabağ"dan ayrılıb
31-05-2021, 10:30
Ermənilər dövlət sərhəddində növbəti təxribat törədib?
11-01-2020, 17:00
Mərkəzi Seçki Komissiyası DSK-nın qərarını ləğv edib
27-01-2019, 21:02
Elektron elm üçün fundamental layihələr icra olunur - Foto
20-01-2019, 11:03
Müasir texnologiyaların tətbiqi daha da sürətlənir
12-01-2019, 18:12
“Qaynar xətt” vətəndaşların işini asanlaşdırıb
5-01-2019, 10:28
Bir mərkəzdə 46 elektron xidmət... - Fotolar
29-12-2018, 21:27
İKT sahəsində mühüm araşdırmalar aparılıb
22-12-2018, 21:39
İnnovativ və texnoloji yeniliklər…
15-12-2018, 22:52
İKT-yə investisiya qoyuluşu 69 faiz artıb
8-12-2018, 23:15
50-dən artıq startap...
30-11-2018, 07:12
İKT ilə bağlı yeni tədbir…
25-11-2018, 08:57
Elektron dövlət və E-elm... - Yeniliklər
19-11-2018, 09:46
Vətəndaşlara “şəxsi kabinet” hazırlanır
4-11-2018, 17:41
Elektron sənəd dövriyyəsi yeni mərhələyə qədəm qoyur
28-10-2018, 06:21
“Rəqəmsal hökumət”ə keçid başlayıb
20-10-2018, 20:14
Dövlət orqanlarında elektron xidmətlərin təşkili araşdırılır
15-10-2018, 01:12
İKT sektoru üzrə gəlirlər 1,2 milyard manata yüksəlib
7-10-2018, 06:54
“Azərbaycan kosmik sənayedə də mövqeyini ortaya qoyur”
29-09-2018, 14:26
Elektron ticarətin strategiyası hazırlanır
24-09-2018, 00:33
Elektron mediada təhlükəsizlik müzakirə olunub
16-09-2018, 11:19
İnformasiya ehtiyatları təkmilləşdirilir - Qaydalar
1-09-2018, 00:13
İKT sahəsində yeni layihələr reallaşdırılacaq
24-08-2018, 15:12
Müasir texnologiyaların tətbiqi genişlənir
13-08-2018, 10:12
Daha bir peykimiz orbitə hazırlanır
5-08-2018, 15:32
Ölkəmizdə elektron ticarət dövriyyəsi artır
30-07-2018, 13:35
İKT üçün yeni tədbirlər planı var
23-07-2018, 02:27
Müasir texnologiyalar daha da təkmilləşdirilir
14-07-2018, 14:01
“Elektron hökumət”ə müraciətlərin sayı 23 milyonu ötüb
7-07-2018, 22:21
Əmlakla bağlı elektronlaşma prosesi genişlənir - Yenilik
30-06-2018, 14:10
Müasir texnologiyalar biznes mühitini yaxşılaşdırır
23-06-2018, 10:45
İKT sahəsində elmi araşdırmalar davam etdirilir
11-06-2018, 01:03
Virtual məkan uşaqlar üçün təhlükəyə çevrilib - Ekspert
2-06-2018, 11:32
Elektron sənədləşmənin yeni mərhələsinə start verilib
26-05-2018, 21:57
İKT böyük şirkətləri bir araya gətirib
19-05-2018, 21:50
“Elektron dövlət” idarəçilik keyfiyyətini artıracaq
14-05-2018, 20:32
“Mobil elektron imza" layihəsinə start verilib
6-05-2018, 21:58
İnformasiya təhlükəsizliyi ilə bağlı yeniliklər edilir
28-04-2018, 10:46
Uşaqların zərərli informasiyalardan qorunması prioritetə çevrilib
23-04-2018, 23:28
Çətin relyefli ərazilərdə 4-cü nəsil texnologiyanın tətbiqi üçün yeni işlər görülür
16-04-2018, 19:59
Təhlükəsizlik Mərkəzi Azərbaycanın virtual sərhədlərini necə qoruyur?
8-04-2018, 12:25
Elektron media və sosial şəbəkələrin problemi – Ekspertlər
31-03-2018, 06:58
Dövlət xidmətlərində elektronlaşmanın yeni mərhələsi başlayır
17-03-2018, 08:46
İKT üzrə yeni tədqiqatlar aparılır
11-03-2018, 09:23
“Azerspace-1”in 25-dən çox ölkədə müştəri bazası var
3-03-2018, 09:32
Elektron arayışların tətbiqi...
25-02-2018, 11:06
Şagird qəbulunun elektronlaşdırılması valideynlərin işini asanlaşdırıb
12-02-2018, 22:01
Təhsildə müasir texnologiyaların tətbiqinə yeni imkanlar yaranır

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək