19:08 / 21-02-2026
Azərbaycan millisi Belarus yığmasına qalib gəlib
15:31 / 21-02-2026
İctimai vəkillik layihəsi çərçivəsində tədbirlər keçirilib - Foto
15:20 / 21-02-2026
Ötən ay Azərbaycanda 18 milyon tondan çox yük daşınıb
11:21 / 21-02-2026
Sumqayıt-Laçın avtobus reysi təşkil ediləcək
11:00 / 21-02-2026
Narkotikin təsiri altında olan sürücü saxlanılıb
10:52 / 21-02-2026
Azərbaycanda işsizlərin sayı artıb
10:44 / 21-02-2026
Yanan avtomobili söndürən FHN əməkdaşlarını maşın vurub, ölən var
23:14 / 20-02-2026
Ramazanın üçüncü günü: dua, imsak və iftar vaxtı
20:53 / 20-02-2026
İlk dəfə 3D çapı ilə beton hazırlanıb
20:41 / 20-02-2026
Rusiyalı ekspert: Avropa buzqıran donanması Arktika üçün yetərli deyil
20:23 / 20-02-2026
Misirdə qızılla örtülmüş mumiya tapılıb
19:30 / 20-02-2026
Azərbaycandan Ukraynaya növbəti yardım göndərirlər
18:52 / 20-02-2026
Səfirlik: "Prezidentin avtomobilinə hücum aktları həyata keçiriblər"
18:45 / 20-02-2026
Elçibəyin keçmiş köməkçisi partiya sədrindən pulunu istəyir
18:31 / 20-02-2026
Bayraktar: Ermənistan Türkiyə-Azərbaycan enerji əməkdaşlığına qoşula bilər
17:33 / 20-02-2026
Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində yeni qurum yaradılır - Fərman
17:28 / 20-02-2026
Şagirdlərin elektron yerdəyişməsinə başlanılır
17:24 / 20-02-2026
Holdinqin Müşahidə Şurasına yeni üzvlər təyin edilib
16:57 / 20-02-2026
STM MEDİA-ya birləşdirilir, BMTM yenidən təşkil olunur
16:50 / 20-02-2026
ABŞ 2026-cı ildə Ukraynada sülhə nail ola bilməyəcək
16:34 / 20-02-2026
Azərbaycan əhalisinin sayı açıqlanıb
16:16 / 20-02-2026
Qadınları xaricə apararaq cinsi istismara məruz qoyan mütəşəkkil dəstə aşkarlanıb - Video
15:38 / 20-02-2026
Netanyahu: Ayətullahlara təsəvvür etmədikləri cavabı verəcəyik
15:27 / 20-02-2026
Xocavəndə ilk köç karvanları gedib - (Yenilənib)
15:27 / 20-02-2026
İrana hücum zamanı ilk hədəflər müəyyən olunub
15:19 / 20-02-2026
İdman federasiyalarından birinin adı dəyişdirilib
15:02 / 20-02-2026
Qərbi Azərbaycan İcması Səməd Vəkilovu təltif edib - Foto
14:51 / 20-02-2026
Sem Altman: Süni intellekt fəlakətə səbəb ola bilər
14:37 / 20-02-2026
Müğənni Fərəh Samirəqızı saxlanılıb
09:44 / 17-02-2026
Rəssam Ayla İnsanovanın əsərləri Parisdə sərgilənib - Fotolar
16:16 / 20-02-2026
Qadınları xaricə apararaq cinsi istismara məruz qoyan mütəşəkkil dəstə aşkarlanıb - Video
14:42 / 18-02-2026
Avropa ABŞ-dan asılılığı azaltmaq istəyir: müstəqil nüvə çətiri qurmağa çalışırlar
16:31 / 19-02-2026
ASC rəhbəri Ruslan Eyyubovun həbs müddəti uzadılıb - (Yenilənib)
10:26 / 20-02-2026
Şovinist ermənilər Azərbaycanın anti-milli qüvvələrini dəstəkləyir
16:57 / 18-02-2026
İcra başçısı sabiq deputatdan polisə şikayət edib
15:31 / 21-02-2026
İctimai vəkillik layihəsi çərçivəsində tədbirlər keçirilib - Foto
16:19 / 18-02-2026
Əli Mustafa: Azərbaycanda Rusiyanın nüfuz dairəsində olan mərkəzlər zəiflədilməlidir
08:56 / 17-02-2026
ABŞ-da tələbələr kütləvi şəkildə ixtisaslarını dəyişirlər
17:02 / 18-02-2026
Məşhur kollecin direktorunun adı qalmaqalda: milyonluq mülklər...
10:55 / 18-02-2026
Daha 17 itkin-şəhidimiz dəfn olunacaq - Siyahı
Bir mərkəzdə 46 elektron xidmət... - Fotolar
Tarix: 05-01-2019 10:28 | Bölmə: Layihə

Yeni fəaliyyətə başlayan Əmlak Xidmətləri Məkanı müasir İKT avadanlıqları ilə təchiz olunub
Artıq neçə müddətdir ki, Əmlak Məsələləri Dövlət Komitəsi vətəndaşlara xidmətin səmərəliliyi və operativliyini təmin etmək üçün elektron xidmətlərin sayını artırır. Demək olar ki, əksər sahələr üzrə xidmətlər eletronlaşdırlıb. Yəni, əvvəlllər hər hansı bir arayışı almaq üçün saatlarla vaxt itirilirdisə, artıq vətəndaş istənilən yerdən kompüter arxasında əyləşərək elektron formada müraciət edib, istədiyi sənədi əldə edə bilir.
Bu sahədə elektron xidmətlərin daha da genişləndirilməsi və vətəndaşların məmnun qalması üçün ölkə başçısı da bu sahəyə diqqətini artırıb. Prezidentin tapşırıqlarına əsasən lazım olan sistemlərin qurulması üçün yeqi qurumların yaradılması, onların təchizatı da həyata keçirilib.
Həmin qurumlardan biri artıq fəaliyyətə hazırdır. Belə ki, Prezident İlham Əliyev yanvarın 3-də Əmlak Məsələləri Dövlət Komitəsinin yeni Əmlak Xidmətləri Məkanının açılışında iştirak edib. Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Prezident İlham Əliyevə burada yaradılan şərait barədə məlumat verib. Bildirib ki, binanın tikintisinə ötən ilin mayında başlanılıb. Müasir səviyyədə və yüksək zövqlə inşa olunan ikimərtəbəli binanın həyətində avtomobillər üçün parkinq yeri yaradılıb, abadlıq və yaşıllıq işləri görülüb. Dövlət başçısı Əmlak Xidmətləri Məkanının rəmzi açılışını bildirən lenti kəsib.
Əmlak Xidmətləri Məkanının yaradılmasında əsas məqsəd Əmlak Məsələləri Dövlət Komitəsinin bütün fəaliyyət sahələri üzrə göstərdiyi xidmətlərin vahid məkanda həyata keçirilməsidir. Burada əmlakla bağlı bütün xidmətlər beynəlxalq standartlara uyğun qurulmaqla, şəffaflığın təmin olunması, vətəndaş məmnunluğunun artırılması, vətəndaş-məmur təmaslarının minimuma endirilməsi, xidmətlərin tam elektronlaşdırılması təmin edilib. Şənbə və bazar da daxil olmaqla həftənin bütün günləri məkanda 100-ə yaxın işçi tərəfindən xidmətlərin göstərilməsi nəzərdə tutulur. Burada könüllülərin xidmətlərindən də istifadə olunur. Binada, həmçinin BMT-nin Əlillərin Hüquqları Haqqında Konvensiyasına uyğun olaraq bu qəbildən insanların sərbəst hərəkəti üçün də bütün şərait yaradılıb. Burada notarius, bank, memarlıq və layihələndirmə işləri, əmlakın sığortalanması və poçt xidməti nəzərdə tutulub.
Əmlak Xidmətləri Məkanında 1909-2018-ci illərdə daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarını özündə əks etdirən müxtəlif dövrlərə aid hüquqmüəyyənedici mülkiyyət sənədlərinin sərgiləndiyi arxiv guşəsi də var.

Dövlət başçısına komitə tərəfindən elektronlaşdırılan xidmətlər barədə məlumat verilib. Komitə artıq 40 xidməti elektron qaydada vətəndaşlara birbaşa və e-Hökumət portalı vasitəsilə təqdim edir. Daşınmaz əmlakın qeydiyyatı üzrə ödənilən xidmət haqqının və dövlət rüsumunun öyrənilməsi ilə bağlı vətəndaşlar üçün daha çox maraq doğuran "Əmlak kalkulyatoru” iş prinsipləri və "Elektron çıxarışın yoxlanılması” kimi elektron xidmətlər nümayiş olundu. "Elektron çıxarış” xidməti vətəndaş məmur ünsiyyətini tam məhdudlaşdırır. Belə ki, elektron imzaya sahib vətəndaş istənilən yerdən e-Hökumət portalı vasitəsilə xidmətə müraciət edir, müvafiq sənədlərini göndərir, Komitə tərəfindən hazırlanmış elektron çıxarış isə onun portaldakı şəxsi kabinetinə göndərilir. Vətəndaş digər dövlət orqanlarına müraciət zamanı elektron çıxarışının düzgünlüyünü yoxlamaq üçün "Elektron çıxarışın yoxlanılması” xidmətindən istifadə edir. Qısa müddət keçməsinə baxmayaraq, artıq 8 mindən çox "Elektron çıxarış” sahibi var.
Binada elektron informasiya sistemlərinin tətbiq olunması üçün zəruri infrastruktur yaradılıb və bina müasir informasiya və kommunikasiya texnologiyaları (İKT) ilə təchiz olunub. Məkanda xidmətlərin daha dəqiq, prosedurların sürətli olması üçün elektron idarəetmə sistemini həyata keçirən qurğular da quraşdırılıb. Vətəndaşlar elektron monitorlara daxil olmaqla xidmətlərdən internet vasitəsilə də istifadə edə bilirlər.
Özəlləşdirmə hərraclarının keçirilməsi ilə bağlı 100 nəfərlik hərrac zalında monitorlar vasitəsilə özəlləşməyə çıxarılan əmlaklarla tanışlıq, keçirilən özəlləşdirmə hərraclarında həm canlı iştirak etmək, həm də elektron qoşulmaqla hərraca qatılmaq imkanları yaradılıb. Özəlləşmənin elektronlaşdırılması prosesin sürətlənməsinə və investorların marağının artmasına imkan verib. Elektron hərracda elektron imzası olan hər bir vətəndaş yerindən asılı olmayaraq elektron hərrac sisteminə qoşularaq iştirak edə bilər. İndiyədək 28 elektron hərrac keçirilib və 900-dən çox əmlak satışı üzrə elektron sifariş qəbul olunub.
Burada gün ərzində 1000-ə yaxın vətəndaşa xidmət göstərilməsi planlaşdırılır. Əmlak Xidmətləri Məkanında, ümumilikdə, Komitənin fəaliyyət sahələrinə uyğun 46 xidmət təqdim ediləcək. Göstərilən xidmətlərə dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi, dövlət və bələdiyyə əmlakı ilə bağlı hərracların təşkili, torpaq və qeyri-yaşayış sahələrinin icarəyə verilməsi, əmlakın qiymətləndirilməsi, daşınmaz əmlakın qeydiyyatı ilə bağlı müraciətlərin qəbulu, hazır sənədlərin təqdim edilməsi və digər xidmətlər daxildir.
Prezident İlham Əliyevə torpaqların idarə edilməsində istifadə olunan Peyk Müşahidə Sistemi layihəsinin iş prinsipi barədə məlumat verilib. Layihənin məqsədi torpaqlara dövlət nəzarətinin həyata keçirilməsində çevikliyin artırılması, qanunsuz tikililərin, torpağın münbit qatının korlanmasının qarşısının alınması, torpaq tədqiqatı, geobotaniki tədqiqat zamanı yeni texnologiyaların, süni intellektin imkanlarından istifadə edilməsidir. Layihə nəticəsində ölkə ərazisi peyk vasitəsilə 5 gündən bir çəkilir. Peyk vasitəsilə çəkilmiş bütün təsvirlər süni intellektin tətbiq olunduğu Peyk Müşahidə Sisteminə daxil edilir. Süni intellekt vasitəsilə təsvirlərin analizi başlayır və əvvəlki təsvirlərlə sonrakı təsvirlər arasındakı fərqlər, yəni hər çəkilişdən sonrakı dövrdə torpaq səthində baş verən dəyişikliklər və onların koordinatları Sistem vasitəsilə avtomatik olaraq müəyyən edilir. Sistem vasitəsilə torpaq səthində aşkarlanmış dəyişikliklərə yerində baxışın keçirilməsi Komitənin torpaq müfəttişləri tərəfindən təmin edilir, aşkarlanmış qanunsuz tikililərin qarşısı alınır, torpağın münbit qatının korlanmasına və ümumiyyətlə, qeyri-qanuni istifadəsinə yol verilmir. Komitə ilə yanaşı, Peyk Müşahidə Sisteminin imkanlarından kənd təsərrüfatı təyinatlı torpaqlarda əkilmiş bitkilərin müəyyənləşdirilməsi və monitorinqi məqsədilə Kənd Təsərrüfatı Nazirliyi, fövqəladə hadisələr zamanı meşə yanğınlarının müəyyən edilməsi və təbiətə dəyən zərərin monitorinqi, su daşqınları zamanı dəyişikliklərin və çaylarda suların artma-azalma intensivliyinin müəyyən edilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyi, meşə fonduna daxil olan ərazilərdə dəyişikliklərin müəyyən edilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eyni zamanda, yerli icra hakimiyyəti orqanları və bələdiyyələr tərəfindən istifadə olunacaq. Sistemin bu ilin əvvəlindən ilkin sınaqlar həyata keçirməklə tam istifadəyə verilməsi nəzərdə tutulur.
Eyni zamanda, lokal ərazilərdə torpaqlarda baş verən dəyişikliklərin öyrənilməsi, nəzarətin keyfiyyətinin artırılması, daşınmaz əmlakın kadastrı və torpaqların elektron uçotunun aparılması, məkan məlumatları və aerofoto çəkilişlərlə yanaşı, yeni texnologiya olan dron çəkilişlərindən də istifadə ediləcək.

Əmlakların 3D çəkilişlərinin aparılması məqsədilə son texnologiyalardan olan "Matterport” avadanlığından istifadə edilir. Bu innovativ avadanlıq daşınmaz əmlak, mənzil, fərdi ev, zavod, fabrik, muzey və digər tikililərin 3D modelini əldə edir, plan–çertyojları və ölçüləri avtomatik olaraq qısa müddət ərzində hazırlayır, əmlakın qeydiyyatında, hərraclarda, özəlləşdirmədə əmlak barəsində ətraflı məlumatı təqdim edir.
"Streetview” layihəsi nəqliyyat infrastrukturu obyektlərinin vizual rəqəmsallaşdırılmasını, seçilmiş yollar, küçə və prospektlər üzrə ünvan reyestrinin dayanıqlı idarə olunmasını təmin edir. Bu sistem əldə olunan məlumatların Ünvan portalına inteqrasiyasını və reyestrdə ünvanvermə işinin asanlaşdırılmasını təmin edir.
Məlumat üçün bildirək ki, əmlak məsələri ilə bağlı elektron xidmətlərin sayının artması vətəndaşların problemlərinin həllində operativliyə səbəb olub. Eyni zamanda, proseslərin elektron formada icrası neqativ halları aradan qaldıraraq, şəffaflığın təmin olunmasına şərait yaradıb.
Məlum olduğu kimi, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən daşınmaz əmlaka dair çıxarışların verilməsi üçün müraciətin və sənədlərin qəbulu elektron formada aparılır. Elektron xidmətin məzmunu belədir: bu xidmət qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış müəssisələr tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, daşınmaz əmlak barəsində notariat qaydada bağlanılmış əqdlər və vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün müraciətlərin və sənədlərin qəbul edilməsi, elektron xidmət istifadəçisinə müraciətin qəbulu, işin icra mərhələləri barədə bildirişlərin verilməsi, çıxarışların verilməsindən imtina edildiyi hallarda bu barədə elektron xidmət istifadəçisinin məlumatlandırılması ilə bağlı qaydaları müəyyən edir.
Elektron xidmət tam avtomatlaşdırılıb. Elektron xidmətin icra müddəti 10 (on) iş günü müddətindədir. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması ilə əlaqədar daşınmaz əmlak üzərində hüquqların qeydiyyat müddəti qeydiyyat orqanı tərəfindən 5 iş gününədək uzadıla bilər. Bu halda ərizəçiyə bildiriş təqdim edilməlidir.
Elektron xidmətin göstərilməsinin nəticəsi: daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatına dair dövlət reyestrindən çıxarışın istifadəçiyə təqdim edilməsi, yaxud elektron imza ilə təsdiqlənməklə “Elektron Hökumət” portalında yerləşdirilərək hüquq sahibinin elektron üsulla əldə etməsi imkanının təmin olunması.
Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi bunlardır:
- Elektron xidmətin növü: interaktiv
- Elektron xidmət üzrə ödəniş: ödənişli
- daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın verilməsinə görə dövlət rüsumu 30 manat
- vərəsəlik nəticəsində əldə edilmiş hüquqların dövlət qeydiyyatına alınması barədə çıxarışın verilməsinə görə dövlət rüsumu 20 manat.
İstifadəçinin sifarişi ilə daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsinə görə dövlət rüsumu 50 manatdır.
Z. MƏMMƏDLİ
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə "İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” layihəsi çərçivəsində hazırlanıb.
Bölməyə aid digər xəbərlər

22-06-2022, 12:01
Patrik Andrade "Qarabağ"dan ayrılıb
31-05-2021, 10:30
Ermənilər dövlət sərhəddində növbəti təxribat törədib?
11-01-2020, 17:00
Mərkəzi Seçki Komissiyası DSK-nın qərarını ləğv edib
27-01-2019, 21:02
Elektron elm üçün fundamental layihələr icra olunur - Foto
20-01-2019, 11:03
Müasir texnologiyaların tətbiqi daha da sürətlənir
12-01-2019, 18:12
“Qaynar xətt” vətəndaşların işini asanlaşdırıb
5-01-2019, 10:28
Bir mərkəzdə 46 elektron xidmət... - Fotolar
29-12-2018, 21:27
İKT sahəsində mühüm araşdırmalar aparılıb
22-12-2018, 21:39
İnnovativ və texnoloji yeniliklər…
15-12-2018, 22:52
İKT-yə investisiya qoyuluşu 69 faiz artıb
8-12-2018, 23:15
50-dən artıq startap...
30-11-2018, 07:12
İKT ilə bağlı yeni tədbir…
25-11-2018, 08:57
Elektron dövlət və E-elm... - Yeniliklər
19-11-2018, 09:46
Vətəndaşlara “şəxsi kabinet” hazırlanır
4-11-2018, 17:41
Elektron sənəd dövriyyəsi yeni mərhələyə qədəm qoyur
28-10-2018, 06:21
“Rəqəmsal hökumət”ə keçid başlayıb
20-10-2018, 20:14
Dövlət orqanlarında elektron xidmətlərin təşkili araşdırılır
15-10-2018, 01:12
İKT sektoru üzrə gəlirlər 1,2 milyard manata yüksəlib
7-10-2018, 06:54
“Azərbaycan kosmik sənayedə də mövqeyini ortaya qoyur”
29-09-2018, 14:26
Elektron ticarətin strategiyası hazırlanır
24-09-2018, 00:33
Elektron mediada təhlükəsizlik müzakirə olunub
16-09-2018, 11:19
İnformasiya ehtiyatları təkmilləşdirilir - Qaydalar
1-09-2018, 00:13
İKT sahəsində yeni layihələr reallaşdırılacaq
24-08-2018, 15:12
Müasir texnologiyaların tətbiqi genişlənir
13-08-2018, 10:12
Daha bir peykimiz orbitə hazırlanır
5-08-2018, 15:32
Ölkəmizdə elektron ticarət dövriyyəsi artır
30-07-2018, 13:35
İKT üçün yeni tədbirlər planı var
23-07-2018, 02:27
Müasir texnologiyalar daha da təkmilləşdirilir
14-07-2018, 14:01
“Elektron hökumət”ə müraciətlərin sayı 23 milyonu ötüb
7-07-2018, 22:21
Əmlakla bağlı elektronlaşma prosesi genişlənir - Yenilik
30-06-2018, 14:10
Müasir texnologiyalar biznes mühitini yaxşılaşdırır
23-06-2018, 10:45
İKT sahəsində elmi araşdırmalar davam etdirilir
11-06-2018, 01:03
Virtual məkan uşaqlar üçün təhlükəyə çevrilib - Ekspert
2-06-2018, 11:32
Elektron sənədləşmənin yeni mərhələsinə start verilib
26-05-2018, 21:57
İKT böyük şirkətləri bir araya gətirib
19-05-2018, 21:50
“Elektron dövlət” idarəçilik keyfiyyətini artıracaq
14-05-2018, 20:32
“Mobil elektron imza" layihəsinə start verilib
6-05-2018, 21:58
İnformasiya təhlükəsizliyi ilə bağlı yeniliklər edilir
28-04-2018, 10:46
Uşaqların zərərli informasiyalardan qorunması prioritetə çevrilib
23-04-2018, 23:28
Çətin relyefli ərazilərdə 4-cü nəsil texnologiyanın tətbiqi üçün yeni işlər görülür
16-04-2018, 19:59
Təhlükəsizlik Mərkəzi Azərbaycanın virtual sərhədlərini necə qoruyur?
8-04-2018, 12:25
Elektron media və sosial şəbəkələrin problemi – Ekspertlər
31-03-2018, 06:58
Dövlət xidmətlərində elektronlaşmanın yeni mərhələsi başlayır
17-03-2018, 08:46
İKT üzrə yeni tədqiqatlar aparılır
11-03-2018, 09:23
“Azerspace-1”in 25-dən çox ölkədə müştəri bazası var
3-03-2018, 09:32
Elektron arayışların tətbiqi...
25-02-2018, 11:06
Şagird qəbulunun elektronlaşdırılması valideynlərin işini asanlaşdırıb
12-02-2018, 22:01
Təhsildə müasir texnologiyaların tətbiqinə yeni imkanlar yaranır

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək