12:15 / 12-04-2025
Azərbaycan prezidenti Avropa Şurasının baş katibi ilə görüşüb
11:38 / 12-04-2025
Azərbaycan və Türkiyənin müdafiə nazirləri görüşüb - Video
11:24 / 12-04-2025
Abşeronda axtarışda olan 36 nəfər saxlanılıb
10:52 / 12-04-2025
Qobu və Masazırda silah-sursat aşkar edilib - Video
10:32 / 12-04-2025
Bakıda taksi ilə yük maşını toqquşub, xəsarət alan var
10:04 / 12-04-2025
Mövqelərimiz yenə atəşə tutulub
09:56 / 12-04-2025
Beş boksçumuz beynəlxalq turnirdə 1/4 finala yüksəlib
09:10 / 12-04-2025
Əhalini ən çox aldadan şirkətlər - “Kontakt Home”, “Baku Electronics” və...
00:14 / 12-04-2025
Putin Trampın xüsusi elçisi ilə dörd saatdan çox müzakirə aparıb
23:01 / 11-04-2025
Axtarışda olan 4 nəfər Azərbaycana təhvil verilib
19:24 / 11-04-2025
Maliyyə Nazirliyi depozit hərracı keçirib
18:48 / 11-04-2025
IV Antalya Diplomatik Forumunun açılışı olub - (Yenilənib) - Fotolar
18:31 / 11-04-2025
Tramp: Həftədə minlərlə insan mənasız müharibədə ölür
18:27 / 11-04-2025
“QHT işi” üzrə daha bir nəfər həbs edilib - Yenilənib
18:22 / 11-04-2025
Keçmiş xarici işlər naziri xarici agent elan olunub
17:49 / 11-04-2025
İlham Əliyev Əhməd Əl Şaraa ilə görüşüb - (Yenilənib) - Fotolar
17:13 / 11-04-2025
Leysan yağacaq, çaylardan sel keçəcək - Xəbərdarlıq
16:24 / 11-04-2025
Məşhur moda şirkətini 1,375 milyard dollara satıblar
15:05 / 11-04-2025
Deputat: Heç kim Azərbaycanla təzyiq dilində danışa bilməz
14:19 / 11-04-2025
Balıqlar Xəzərdən Volqa çayına miqrasiya edir
14:14 / 11-04-2025
Azərbaycan və Türkiyə prezidentləri görüşüb - (Yenilənib) - Foto
14:02 / 11-04-2025
Britaniya Aİ ilə müdafiə sazişi bağlamaq istəyir
13:50 / 11-04-2025
Cəlaloğlu: Türk Dövlətləri Təşkilatı məsələsində tələsmək lazımdır
13:24 / 11-04-2025
ABŞ Yaxın Şərqə ikinci hərbi gəmi göndərib
13:05 / 11-04-2025
Ağdərəyə növbəti köç karvanı yola salınıb - (Yenilənib)
13:03 / 11-04-2025
Sabahın hava proqnozu açıqlanıb
13:01 / 11-04-2025
Kursantlarla bağlı yeni qanun qəbul olunub
12:59 / 11-04-2025
ABŞ və Çin dünya bazarlarında şok yaradıb
12:42 / 11-04-2025
İldırım vurması nəticəsində 5 uşaq xəsarət alıb
12:31 / 11-04-2025
Moskvada Putin-Əliyev-Paşinyan görüşü nəzərdə tutulmayıb
16:02 / 07-04-2025

15:10 / 07-04-2025

15:45 / 08-04-2025

20:54 / 07-04-2025

15:20 / 08-04-2025

19:18 / 08-04-2025

08:12 / 10-04-2025

20:36 / 08-04-2025

23:36 / 10-04-2025

20:56 / 09-04-2025

17:14 / 07-04-2025

11:14 / 08-04-2025

Çətin relyefli ərazilərdə 4-cü nəsil texnologiyanın tətbiqi üçün yeni işlər görülür
Tarix: 23-04-2018 23:28 | Bölmə: Layihə

Azərbaycanda informasiya və kommunikasiya texnologiyalarının (İKT) inkişafı istiqamətində istər dövlət, istərsə də özəl şirkətlər mühüm addımlar atır. Bunun nəticəsidir ki, artıq Azərbaycan müasir texnologiyaların tətbiq olunduğu önəmli ölkələr sırasına daxil olub.
Bir müddət öncə Azərbaycanın 10 ən qabaqcıl İKT şirkətinin üzv olduğu Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumunun (AZINNEX) Müşahidə Şurasının 2018-ci ildə ilk iclası keçirilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən “Reytinq”ə verilən məlumata görə, iclasda konsorsiumun Müşahidə Şurasının sədri, BESTCOMP GROUP şirkətinin rəhbərliyi tərəfindən 2017-ci ildə icra edilmiş işlər barədə yarımillik hesabat təqdim olunub. Hesabat dövründə AZINNEX-in hüquqi qeydiyyat məsələsi tam təmin olunub, AZINNEX tərəfindən müxtəlif beynəlxalq tədbirlərdə iştirak edilib və ilkin satış uğurları qazanılıb. Həmçinin AZINNEX-in Özbəkistan nümayəndəliyinin açılması üzrə işlər də davam etdirilir.
AZINNEX Müşahidə Şurasının yeni sədri “Ultra Technologies” şirkətinin direktoru təyin edilib. Yeni sədr çıxış edərək, 2018-ci ildə görüləcək işlər haqqında məlumat verib və İllik Fəaliyyət Planını təqdim edib.
Konsorsiumun 2018-ci ildə əsas prioritetləri potensial bazarlara çıxış imkanları, beynəlxalq tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi, xarici ölkə nümayəndəliklərinin yaradılması, təbliğat və marketinq fəaliyyətlərinin genişləndirilməsi, o cümlədən konsorsiumun inzibati işlərinin inkişaf etdirilməsi kimi önəmli istiqamətlər müəyyənləşdirilib.
Müşahidə Şurasının iclası daha sonra cari strateji, təşkilati və inzibati məsələlərin müzakirələri ilə davam etdirilib.
Onu da qeyd edək ki, informasiya və rabitə müəssisələrinin gəlirləri də ciddi artıb. Təkcə 2018-ci ilin yanvar-fevral ayları ərzində informasiya və rabitə müəssisələri 279,0 milyon manatlıq xidmət göstərib ki, onun da 71,4 faizi əhali tərəfindən istehlak olunub. 2017-ci ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 14,0 faiz artıb, bu sahədə əldə edilmiş gəlirin 80,4 faizi qeyri-dövlət sektorunun payına düşüb.
Dövlət Statistika Komitəsindən bildirilib ki, xidmətlərdən əldə edilən gəlirin 48,6 faizi və ya 135,5 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.
Bakı və regionlarda startap turları
Nəzərə çatdıraq ki, ilin sonuna kimi bir sıra mühüm layihələrin icrası nəzərdə tutlur. Startap hərəkatının genişləndirilməsinə və vətəndaşların innovativ ideyalarının reallaşdırılmasına dəstək məqsədi ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyi ilə birgə Bakı və regionlarda startap turları keçirir. Layihənin təşkilatçıları Yüksək Texnologiyalar Parkı, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu və "Microsoft" şirkətidir.
"İdeyadan Biznesə" şüarı ilə keçirilən startap turlarının tərəfdaşı qismində "Cavan" Gənclər Hərəkatı İctimai Birliyi və "Azercell" şirkəti çıxış edir. Startap turlarının ətraf rayon və şəhərləri də əhatə etməklə Mingəçevir, Lənkəran, Quba, Şəki, Gəncə, Naxçıvan, Sumqayıt və Bakı şəhərlərində keçirilməsi nəzərdə tutulur. İlk tur 20 aprel tarixində Mingəçevir şəhərində keçiriləcək. Turlarda "http://www.i2b.az" saytında qeydiyyatdan keçərək iştirak etmək mümkündür. Turlar regionlarda fəaliyyət göstərən gənclərə biznes layihələrinin hazırlanması, müzakirəsi və təqdimatı, eləcə də mentorların dəstəyi ilə startap-komandaların və ideyaların formalaşdırılması üçün geniş imkanlar yaradacaq.
Startap turu çərçivəsində sözügedən şəhərlərin hər birinə 1 günlük səfər planlaşdırılır. Səfər zamanı informativ sessiya, interaktiv hissə, müsabiqənin və müxtəlif mövzuları əhatə edən təlimlərin keçirilməsi nəzərdə tutulur. Tədbirin birinci hissəsində startapları əsas müsabiqəyə hazırlamaq üçün kiçik biznes-treninqlər təşkil olunacaq, ikinci hissədə isə onlar öz ideyalarını münsiflər heyəti qarşısında təqdim edəcəklər. Daha sonra seçilmiş layihələr birincilik uğrunda mübarizə aparacaq. Hər çıxışdan sonra sual-cavab və layihənin müzakirəsi baş tutacaq. İkinci hissənin sonunda münsiflər hər region üzrə 1-ci və 2-ci yerlərin qaliblərini müəyyənləşdirəcək və qalib olan layihələr Bakıda keçiriləcək Milli Finalda iştirak hüququ qazanacaq.
Milli Finalda qalib gələcək 1-ci, 2-ci və 3-cü yerlərin sahibləri təşkilatçılar və tərəfdaşlar tərəfindən mükafatlandırılacaq, eyni zamanda 24-cü "Bakutel" Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgi-konfransı çərçivəsində layihələrini təqdim etmək imkanı əldə edəcəklər. Qalib gələn layihələr mentor xidmətləri, investisiyaların cəlb olunması, o cümlədən uğurlu startapların xaricə göndərilməsi və beynəlxalq tədbirlərə cəlb olunması imkanları ilə təmin oluna bilər.
4G texnologiyası regionlarda
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyininin "Aztelekom" Məhdud Məsuliyyətli Cəmiyyəti regionlarda yeni texnologiyaların tətbiqi ilə telekommunikasiya infrastrukturunu müasirləşdirir. Ötən ildən həyata keçirilən layihələr nəticəsində bir sıra regionlarda köhnəlmiş avadanlıqlar yeni tipli avadanlıqlarla əvəz olunub. Bununla yanaşı telefonlaşmayan ərazilərdə internet xidmətinə olan tələbatı ödəmək üçün 4-cü nəsil texnologiyaların (4G) tətbiqi nəzərdə tutulur. Pilot layihə olaraq, Xaçmaz rayonunun Hülövlü və Qaraçı kəndlərində simsiz şəbəkə qurulub, sakinlərin evlərində qəbuledici avadanlıq quraşdırılıb. Bu, abunəçilərin internet xidməti ilə yanaşı digər multimedia xidmətlərindən istifadəsinə də imkan yaradır.
Quraşdırılan avadanlıqlar vasitəsilə abunəçilər 100 Mbit/san sürətlə internet xidmətindən istifadə edə biləcək. Gələcəkdə çətin relyef və coğrafi mövqedə yerləşən ərazilərdə 4-cü nəsil texnologiyanın tətbiqi istiqamətdə işlər davam etdiriləcək.
LTE texnologiyası istıfadəyə verilir
Layihələr bunlarla bitmir. Belə ki, "Bakı Telefon Rabitəsi" MMC (Baktelecom) Bakı ətrafı və dənizkənarı ərazilərdə son nəsil simsiz rabitə (LTE - Long Term Evolution) texnologiyasını istifadəyə verir. İlkin mərhələdə rabitə infrastrukturunun məhdud olduğu ərazilərdə əhalinin genişzolaqlı telekommunikasiya xidmətləri ilə təmin edilməsinə başlanılıb. "Baktelecom" tərəfindən mərhələli şəkildə bir sıra paytaxtətrafı kəndlərdə və yaşayış massivlərində yeni stansiyalar qurulur. Layihə çərçivəsində "LTE" şəbəkəsinin baza stansiyalarının sayı daha da artırılacaq ki, bu da yay mövsümünə qədər qeyd olunan ərazilərdə sakinlərin telekommunikasiya xidmətləri ilə təminatına imkan yaradacaq.
"LTE" şəbəkəsinin əhatə dairəsinə daxil olan zonalarda telefon, internet və digər multimedia xidmətlərinə qoşulmaq istəyən vətəndaşlar texnologiyanı dəstəkləyən cihazları əldə etməlidir.
Qeyd edək ki, IP texnologiyaları əsasında çalışan LTE texnologiyası məlumatların yüksək sürətlə ötürülməsi və məhdud infrastrukturlu ərazilərin çevik şəkildə telekommunikasiya xidmətləri ilə təmin edilməsi kimi üstünlüklərə malikdir.
Layihə finala çıxıb
Ən mühüm naliyyətlətlərdən biri də odur ki, Azərbaycan beynəlxalq səviyyədə də müsbət istiqamətdə önə çıxır. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun elan etdiyi 5-ci qrant müsabiqəsinin qaliblərindən olan "Wake Me Up" layihəsi İsveçrənin Lozanna şəhərində keçirilən "Seedstars Summit" adlı beynəlxalq müsabiqədə iştirak edərək finala vəsiqə qazanıb. Bu il baş tutan müsabiqədə Asiya, Afrika və Avropadan 75-dən çox ölkə iştirak edib. Kifayət qədər nüfuzlu investorların, şirkət rəhbərlərinin qatıldığı müsabiqədə sağlamlıq, texnologiya, ekologiya, sosial şəbəkələr və digər əhəmiyyətli mövzularda panel müzakirələr aparılıb.
Qeyd edək ki, "Seedstars" inkişaf etməkdə olan ölkələrdə texnologiya və sahibkarlıq vasitəsilə insanların həyatına təsir etmək məqsədi daşıyan İsveçrənin şirkətlər qrupudur. Müxtəlif startap axtarışları, şirkətlərin qurulması və sürətləndirmə proqramları vasitəsilə hazırda bu komandanın yüzlərlə ölkədə sahibkarlara, investorlara, korporasiyalara və dövlət rəsmilərinə çıxış imkanı var. "Wake Me Up" layihəsi – xüsusi hazırlanmış eynək vasitəsi ilə qəzalara səbəb olan vəziyyətlərdə ani gələn yuxunun qarşısını almaq üçün hazırlanan texnologiyadır. Layihənin işlək prototipinin hazırlanması üçün İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun keçirdiyi 5-ci qrant müsabiqəsi çərçivəsində adıçəkilən layihəyə 11 000 AZN qrant vəsaiti ayrılıb.
Azərbaycan rəsmisi beynəlxalq sessiyada
İsveçrənin Cenevrə şəhərində Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) Şurasının illik sessiyası öz işinə başlayıb. Sessiya aprelin 27-dək davam edəcək. İclasda ölkəmizi nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. Sessiya çərçivəsində BTİ-nin fəaliyyəti ilə bağlı hesabatların dinlənilməsi, qərarların qəbulu, cari il və gələcək illər üzrə fəaliyyət planlarının, maliyyə sənədlərinin və bir sıra digər məsələlərin müzakirəsi planlaşdırılır.
Qeyd edək ki, BTİ Birləşmiş Millətlər Təşkilatının (BMT) informasiya və kommunikasiya texnologiyaları üzrə ixtisaslaşmış qurumudur. BTİ, ali təsisatları olan, 4 ildən bir keçirilən Səlahiyyətli Konfrans və hər il sessiyası keçirilən Şura tərəfindən idarə olunur. Şurada təşkilatın 193 üzv ölkəsindən yalnız 48-i təmsil olunur. 1992-ci ildən BTİ-nin üzvü olan Azərbaycan 2014-cü ildə Şuranın üzvü seçilib və bu illər ərzində Şuranın fəaliyyətində fəal iştirak edir. Azərbaycan bu ilin oktyabr-noyabr aylarında Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində keçiriləcək Səlahiyyətli Konfransda yeni müddətə seçkilərdə iştirak etmək üçün namizədliyini irəli sürüb. Ölkəmiz, həmçinin Radio Tənzimləmə Komitəsinin üzvlüyünə də təqdim edilib.
Sessiya zamanı Şuranın gündəliyində olan məsələlərin müzakirəsində iştirakla yanaşı, seçkilərlə bağlı olaraq geniş təbliğat da aparılır. Çoxsaylı görüşlər keçirilir, ölkənin İKT sahəsində potensialı, nailiyyətləri haqqında ətraflı məlumatlar verilir.
Səfərin ilk günü BTİ-nin Baş katibi Houlin Cao ilə görüş keçirilib, ikitərəfli əlaqələr müzakirə edilib. Görüşdə Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi, səfir Vaqif Sadıqov da iştirak edib.
“Sürətli poçt”umuz mükafat qazanıb
Bynəlxalq səviyyəli uğurlarımız bunlarla bitmir. Bu günlərdə İsveçrənin Bern şəhərində yerləşən Ümumdünya Poçt İttifaqında (ÜPİ) "EMS Kooperativinin 21-ci Ümumi Assambleyası" keçirilib. Azərbaycan da daxil olmaqla EMS (sürətli poçt rabitəsi xidmətləri) Kooperativinə üzv olan Avropa ölkələri mərasimdə iştirak ediblər. Assambleyada Poçt ittifaqlarının mütəxəssisləri tərəfindən təqdimat və hesabatlar təqdim olunub.
Toplantıda sahə üzrə 2017-ci il üçün statistik müqayisələr aparılıb, mühazirələr oxunub və növbəti illərdə daha yaxşı nəticə göstərmək üçün müzakirələr aparılıb. Assambleyada "Azərekspresspoçt" Rabitə Müəssisəsi "Müştəri məmnuniyyəti – 2017" mükafatına layiq görülüb.
Qeyd edək ki, sürətli poçt rabitəsi xidmətləri üzrə "Müştəri məmnuniyyəti" mükafatı EMS Kooperativi üzvləri arasında ən yaxşı sorğu mərkəzlərinə təqdim olunur. Azərbaycan bu mükafata ÜPİ-nin EMS Kooperativinin 182 üzvü arasında göstərdiyi ən yaxşı nəticələrə görə nail olub.
Z.MƏMMƏDLİ
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə "İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” layihəsi çərçivəsində hazırlanıb.
Bölməyə aid digər xəbərlər

22-06-2022, 12:01
Patrik Andrade "Qarabağ"dan ayrılıb
31-05-2021, 10:30
Ermənilər dövlət sərhəddində növbəti təxribat törədib?
11-01-2020, 17:00
Mərkəzi Seçki Komissiyası DSK-nın qərarını ləğv edib
27-01-2019, 21:02
Elektron elm üçün fundamental layihələr icra olunur - Foto
20-01-2019, 11:03
Müasir texnologiyaların tətbiqi daha da sürətlənir
12-01-2019, 18:12
“Qaynar xətt” vətəndaşların işini asanlaşdırıb
5-01-2019, 10:28
Bir mərkəzdə 46 elektron xidmət... - Fotolar
29-12-2018, 21:27
İKT sahəsində mühüm araşdırmalar aparılıb
22-12-2018, 21:39
İnnovativ və texnoloji yeniliklər…
15-12-2018, 22:52
İKT-yə investisiya qoyuluşu 69 faiz artıb
8-12-2018, 23:15
50-dən artıq startap...
30-11-2018, 07:12
İKT ilə bağlı yeni tədbir…
25-11-2018, 08:57
Elektron dövlət və E-elm... - Yeniliklər
19-11-2018, 09:46
Vətəndaşlara “şəxsi kabinet” hazırlanır
4-11-2018, 17:41
Elektron sənəd dövriyyəsi yeni mərhələyə qədəm qoyur
28-10-2018, 06:21
“Rəqəmsal hökumət”ə keçid başlayıb
20-10-2018, 20:14
Dövlət orqanlarında elektron xidmətlərin təşkili araşdırılır
15-10-2018, 01:12
İKT sektoru üzrə gəlirlər 1,2 milyard manata yüksəlib
7-10-2018, 06:54
“Azərbaycan kosmik sənayedə də mövqeyini ortaya qoyur”
29-09-2018, 14:26
Elektron ticarətin strategiyası hazırlanır
24-09-2018, 00:33
Elektron mediada təhlükəsizlik müzakirə olunub
16-09-2018, 11:19
İnformasiya ehtiyatları təkmilləşdirilir - Qaydalar
1-09-2018, 00:13
İKT sahəsində yeni layihələr reallaşdırılacaq
24-08-2018, 15:12
Müasir texnologiyaların tətbiqi genişlənir
13-08-2018, 10:12
Daha bir peykimiz orbitə hazırlanır
5-08-2018, 15:32
Ölkəmizdə elektron ticarət dövriyyəsi artır
30-07-2018, 13:35
İKT üçün yeni tədbirlər planı var
23-07-2018, 02:27
Müasir texnologiyalar daha da təkmilləşdirilir
14-07-2018, 14:01
“Elektron hökumət”ə müraciətlərin sayı 23 milyonu ötüb
7-07-2018, 22:21
Əmlakla bağlı elektronlaşma prosesi genişlənir - Yenilik
30-06-2018, 14:10
Müasir texnologiyalar biznes mühitini yaxşılaşdırır
23-06-2018, 10:45
İKT sahəsində elmi araşdırmalar davam etdirilir
11-06-2018, 01:03
Virtual məkan uşaqlar üçün təhlükəyə çevrilib - Ekspert
2-06-2018, 11:32
Elektron sənədləşmənin yeni mərhələsinə start verilib
26-05-2018, 21:57
İKT böyük şirkətləri bir araya gətirib
19-05-2018, 21:50
“Elektron dövlət” idarəçilik keyfiyyətini artıracaq
14-05-2018, 20:32
“Mobil elektron imza" layihəsinə start verilib
6-05-2018, 21:58
İnformasiya təhlükəsizliyi ilə bağlı yeniliklər edilir
28-04-2018, 10:46
Uşaqların zərərli informasiyalardan qorunması prioritetə çevrilib
23-04-2018, 23:28
Çətin relyefli ərazilərdə 4-cü nəsil texnologiyanın tətbiqi üçün yeni işlər görülür
16-04-2018, 19:59
Təhlükəsizlik Mərkəzi Azərbaycanın virtual sərhədlərini necə qoruyur?
8-04-2018, 12:25
Elektron media və sosial şəbəkələrin problemi – Ekspertlər
31-03-2018, 06:58
Dövlət xidmətlərində elektronlaşmanın yeni mərhələsi başlayır
17-03-2018, 08:46
İKT üzrə yeni tədqiqatlar aparılır
11-03-2018, 09:23
“Azerspace-1”in 25-dən çox ölkədə müştəri bazası var
3-03-2018, 09:32
Elektron arayışların tətbiqi...
25-02-2018, 11:06
Şagird qəbulunun elektronlaşdırılması valideynlərin işini asanlaşdırıb
12-02-2018, 22:01
Təhsildə müasir texnologiyaların tətbiqinə yeni imkanlar yaranır