19:37 / 20-11-2025
Ruben Vardanyanın məhkəməsində ifadələr dinlənilib - Fotolar
19:02 / 20-11-2025
Kosovoda növbədənkənar parlament seçkiləri təyin olunub
18:18 / 20-11-2025
Bakıda D-8 Media Forumu keçiriləcək
18:01 / 20-11-2025
Mədəniyyət Nazirliyi ilə bağlı qalmaqal efirdə müzakirə olunub - Açıqlamalar
17:51 / 20-11-2025
Sabah Bakıda Ermənistandan olan ekspertlərin iştirakı ilə dəyirmi masa keçiriləcək
17:40 / 20-11-2025
Nikol Paşinyan Qazaxıstana səfər edib
17:28 / 20-11-2025
"Azəraqrar"ın direktoru vəzifədən azad edilib - Nazirdən yeni təyinat
17:13 / 20-11-2025
Marsda tapılan qaya alimləri təəccübləndirib - Foto
17:02 / 20-11-2025
Daha 54 nəqliyyat vasitəsi hərraca çıxarılıb
16:54 / 20-11-2025
Yaşayış minimumu və ehtiyac meyarı 300 manat olacaq
16:32 / 20-11-2025
Həqiqi hərbi xidmətə çağırış başlayır - Sərəncam
16:28 / 20-11-2025
Trampın sülh planı Ukraynaya baha başa gələ bilər
16:15 / 20-11-2025
Ağdərəyə daha 27 ailə köçüb - (Yenilənib)
16:09 / 20-11-2025
Ermənistana silah satan Hindistan ABŞ-dan silah alır
16:00 / 20-11-2025
Qlobal təchizat zənciri kökündən dəyişə bilər
15:52 / 20-11-2025
Asim Xudiyev UEFA-dan təyinat alıb
15:47 / 20-11-2025
İşsizlikdən sığorta haqlarının artacağı gözlənilir
15:45 / 20-11-2025
Məhkəmədə baş redaktorun halı pisləşib
15:37 / 20-11-2025
Nazir: “Əmək pensiyalarının orta aylıq məbləği 590 manat olacaq”
15:25 / 20-11-2025
Mikayıl Cabbarov İsrail XİN başçısı ilə görüşüb
15:11 / 20-11-2025
Mahir Quliyevin cəzaçəkmə yeri dəyişib
15:02 / 20-11-2025
Rusiyada Polşa səfirinə hücum edilib
14:49 / 20-11-2025
Stomatoloqların kütləvi ixtisarları ilə bağlı etiraza Qurbanovdan - Reaksiya
14:33 / 20-11-2025
Yeni ildə bir həftə tətil olacaq? - Açıqlama
14:23 / 20-11-2025
Şuşakəndə və Hadruta köç karvanı gedib - (Yenilənib)
14:19 / 20-11-2025
Rusiyaya göndərilən afrikalıları eks-prezidentin qızı aldadıb
14:12 / 20-11-2025
Polşa təxribatlara qarşı tədbirləri gücləndirir
14:09 / 20-11-2025
AFFA 6 komandaya texniki məğlubiyyət verib
14:05 / 20-11-2025
Nəriman Həsənzadə xəstəxanaya yerləşdirilib
13:08 / 20-11-2025
Trampın köməkçisi sülh planını şərh etməyib
20:14 / 16-11-2025
Altımış beşinci aşırım - Etibar Cəbrayıloğlu yazır
18:00 / 16-11-2025
İlham Əliyev Mərkəzi Asiya Dövlət Başçılarının iclasında çıxış edib - (Yenilənib) - Fotolar
16:07 / 17-11-2025
Keçmiş baş nazir edam cəzasına məhkum edilib
14:42 / 17-11-2025
Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələri vahid platformaya çevrilir
08:22 / 16-11-2025
Litva ordusu Molotov kokteyli ilə döyüşməli olacaq
22:22 / 15-11-2025
Bakıda yaşayış binasında yanğın olub - Video
08:25 / 18-11-2025
Əməkdar artist Yadigar Muradov vəfat edib
13:11 / 17-11-2025
ANAMA-nın əməkdaşı Ermənistanla sərhəd bölgədə minaya düşüb
21:00 / 19-11-2025
Bir qrup Füzuli sakini Qurbanqulu Berdiməhəmmədova məktub ünvanlayıb
10:58 / 16-11-2025
Hikmət Hacıyev: Azərbaycan Mərkəzi Asiya ailəsinin üzvünə çevrilir
09:11 / 16-11-2025
Bu gecə Rusiya səmasında 57 PUA vurulub
11:05 / 16-11-2025
Japarov: Qırğızıstan Azərbaycanın təşəbbüsünü alqışlayır
Müasir texnologiyaların tətbiqi daha da sürətlənir
Tarix: 20-01-2019 11:03 | Bölmə: Layihə

Azərbaycanda informasiya və kommunikasiya texnologiyalarının (İKT) inkişaf etdirilməsi istiqamətində hayata keçirilən tədbirlərin nəticəsində ölkəmiz bu sahədə dünyanın qabaqcıl ölkələri sırasına qoşulub. Artıq ölkəmizin önə çıxamsı beynəlxalq səviyyəli qurumlar tərəfindən də təsdiqlənir.
Belə ki, Dünya İqtisadi Forumu 2018-ci il üzrə "Qlobal Rəqabətqabiliyyətlilik Hesabatı"nı ("The Global Competiviness Report 2018") dərc edib. Bu hesabat yeni metodologiya (yeni nəsil "4.0") əsasında hazırlanıb. Yeni hesabatda əvvəlki hesabatın 114 göstəricisindən 84-ü çıxarılıb və 68 yeni göstərici əlavə edilib. Ümumilikdə, sözügedən hesabatda 98 göstərici üzrə qiymətləndirmə aparılıb. Yeni hesabata əsasən, "Qlobal Rəqabətqabiliyyətlilik İndeksi"ndə Azərbaycan dünyanın 140 ölkəsi arasında 69-cu yerdədir. Bu indeks üzrə ABŞ 1-ci yeri, Sinqapur 2-ci yeri, Almaniya 3-cü yeri tutub. İsveçrə, Yaponiya, Hollandiya, Honkonq, Böyük Britaniya, İsveç və Danimarka kimi ölkələr isə ilk onluqda qərarlaşıb.
Azərbaycan sözügedən hesabatın "Əlverişli mühit" ("Enabling Environment") bölməsinin "İnstitutlar" ("İnstitutions") göstəricisi üzrə 58-ci, İnfrastruktur ("İnfrastructure") göstəricisi üzrə 46-cı, İKT-nin istifadə səviyyəsi ("ICT adoption") göstəricisi üzrə 69-cu yerdədir. Bundan başqa, ölkəmiz İKT-dən istifadə səviyyəsi göstəricisinin hər 100 nəfərə düşən mobil abunəçiləri alt göstəricisi üzrə 97-ci yeri, hər 100 nəfərə düşən mobil genişzolaqlı abunəçiləri göstəricisi üzrə 88-ci yeri, hər 100 nəfərə düşən sabit genişzolaqlı internet abunəçiləri göstəricisi üzrə 53-cü yeri, hər 100 nəfərə düşən fiber-optik internet istifadəçiləri göstəricisi üzrə 55-ci yeri, İnternet istifadəçiləri göstəriciləri üzrə 36-cı yeri tutub. "İnternet istifadəçiləri" göstəricisinə görə ölkəmiz digər MDB ölkələri ilə müqayisədə liderdir. Azərbaycan hesabatın "İnnovativ Ekosistem" (İnnovation Ecosystem) bölməsinin "Biznesin dinamikliyi" göstəricisi üzrə dünyanın 140 ölkəsi arasında 31-ci yerdə (biznesə başlamaq üçün tələb olunan günlərin sayı alt-göstəricisi üzrə 17-ci, sahibkarlıq riskləri alt-göstəricisi üzrə 21-ci və ideyaların şirkətə təsiri alt-göstəricisi üzrə 25-ci yerdə), "İnnovasiya potensialı" göstəricisi üzrə isə 71-ci yeri yerdə qərarlaşıb. "İnfrastruktur" göstəricisinin "Hava nəqliyyatında xidmətlərinin effektivliyi" ("Efficiency of air transport services") alt-göstəricisi üzrə ölkəmiz 12-ci, "Qatar xidmətlərinin keyfiyyəti" ("Efficiency of train services") üzrə 17-ci, "Dəmir yollarının sıxlığı" alt-göstəricisi üzrə 32-ci, "Yolların keyfiyyəti" ("Quality of roads") üzrə 34-cü yeri tutub. Qeyd edək ki, Azərbaycan "İnfrastruktur" və "Biznesin dinamikliyi" alt-göstəricilərinə görə digər MDB ölkələri ilə müqayisədə irəli mövqelərdə qərarlaşıb.
Ötən il “Elektron hökumət”, internetin təkmilləşdirilməsi və digər rabitə xidmətlərinin inkişafı baxımından yaddaqalan dövr olub. Xüsusən də “E-hökumət”ə inteqrasiya prosesi daha da genişlənib. Azərbaycan Mərkəzi Bankının (AMB) vergi, rüsum, icarə haqqı, cərimə, kommunal və rabitə xidməti haqlarının və digər kütləvi ödənişlərin mərkəzləşmiş qaydada bank sistemi və poçt şəbəkəsi vasitəsilə toplanmasının təşkili məqsədilə yaratdığı “Hökumət Ödəniş Portalı”nın əhatə dairəsinin genişləndirilməsi istiqamətində fəaliyyət davam etdirilir. Bu barədə AMB-nin açıqlamasında bildirilir. Məlumatda həmçinin deyilir ki, Ədliyyə Nazirliyi, Təhsil Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi ilə birgə həyata keçirilən tədbirlərin nəticəsində bu qurumlar tərəfindən göstərilən xidmətlər üzrə ödənişlərin mərkəzləşdirilmiş qaydada yaradılmış infrastruktur vasitəsilə qəbul edilməsi təmin olunub.
Qeyd olunan təşkilatlar və onların tabeli qurumlarının təqdim etdikləri 26 xidmət, o cümlədən notariat kontorlarında icra qeydlərinin aparılması, xarici ölkələrin müvafiq rəsmi strukturları tərəfindən verilmiş təhsil sənədlərinin tanınması xidmətləri və məktəbdənkənar təhsil müəssisələrinin xeyrinə ianələr üzrə ödənişlər “Hökumət Ödəniş Portalı”na inteqrasiya olunmuş 30 bankın və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin 2 500-dən çox filial və şöbələrində, 1000-ə yaxın ödəniş terminalında nağd formada, portalın internet səhifəsindən (www.gpp.az) və mobil əlavəsindən istifadə etməklə ödəniş kartları vasitəsilə nağdsız qaydada aparıla bilər. Ödənişlərin həyata keçirilməsi zamanı ödəyicinin identifikasiyası üçün Ədliyyə Nazirliyi üzrə şəxsiyyət vəsiqəsi rekvizitlərindən, Qida Təhlükəsizliyi Agentliyi üzrə şəxsiyyət vəsiqəsinin rekvizitlərindən, VÖEN-dən və yaxud qurum tərəfindən təqdim edilən sənəd nömrəsindən, Təhsil Nazirliyi üzrə bu qurum tərəfindən verilmiş ödəyici kodundan, məktəbdənkənar təhsil müəssisələri üzrə isə şəxsiyyət vəsiqəsinin rekvizitlərindən istifadə edilməlidir.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzinin Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən 2018-ci ildə istifadəyə verilən "E-imza” sertifikatlarının sayı 39 min 748 ədəd təşkil edib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorundan bildirilib ki, bu sertifikatlardan 15 min 254-ü dövlət qurumlarının, 14 min 900-ü hüquqi şəxslərin, 9 min 594-ü isə fiziki şəxslərin payına düşüb.
Qeyd edək ki, 2017-ci ildə istifadəyə verilən sertifikatların sayı 26 min 568 (dövlət qurumları üzrə 9754, hüquqi şəxslər üzrə 9518, fiziki şəxslər üzrə 7296) olub.
İstifadəyə verildiyi gündən 2019-cu ilin yanvarın 1-dək olan statistikaya əsasən, ümumilikdə 166 min 890 “E-imza” sertifikatı təqdim edilib. Onlardan 91 min 206-sı dövlət qurumları, 41 min 612-si hüquqi şəxslər, 34 min 072-si isə fiziki şəxslər tərəfindən əldə olunub.
Son bir ayda istifadəyə verilən “E-imza” sertifikatlarının sayı isə 3146 olub. 2018-ci ilin dekabr ayında verilən sertifikatların 1834-ü dövlət qurumlarının, 828-i hüquqi şəxslərin, 484-ü isə fiziki şəxslərin payına düşüb.
Bununla yanaşı, “E-imza” vasitəsilə həyata keçirilən əməliyyatların sayında da artım qeydə alınıb. Bu günə qədər dövlət qurumları tərəfindən 35 milyon 332 min 921, hüquqi və fiziki şəxslər tərəfindən 9 milyon 990 min 461 olmaqla, ümumilikdə 45 milyon 323 min 382 autentifikasiya və elektron imza əməliyyatı aparılıb. 2018-ci il ərzində isə aparılan əməliyyatların ümumi sayı 15 milyon 451 min 832 olub ki, bu da ümumi aparılmış əməliyyatların təqribən 34 faizi deməkdir. Onlardan dövlət qurumlarının payına toplam olaraq 12 milyon 127 min 63, hüquqi və fiziki şəxslərin payına isə toplam 3 milyon 324 min 769 autentifikasiya və elektron imza əməliyyatı düşüb.
“E-imza” virtual məkanda şəxsiyyəti müəyyənləşdirmə vasitəsidir. Qeyd edək ki, Azərbaycan Respublikasının qanunlarına əsasən, elektron imza ilə imzalanan elektron sənədlər əl imzası ilə imzalanan və möhürlənən sənədlərə bərabər tutulur.
Onu da nəzərə çatdıraq ki, bu günə qədər Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Azərpoçt" MMC-nin filial və şöbələrində 1132 itmiş sənəd qəbul olunub. Sahibinə çatdırılan sənədlərin sayı 358, aidiyyəti üzrə qurumlara təhvil verilən sənədlərin sayı isə 764-dür. MMC-dən bildiriblər ki, hazırda poçt filialları və şöbələrində 10 sənəd sahibini gözləyir. Sənədini itirmiş şəxs "Poçtap" xidmətinin internet səhifəsindən - http://www.pochtap.az, "169" saylı telefon mərkəzindən və ya istənilən poçt şöbəsindən sənədinin tapılıb-tapılmamasını öyrənə və tapılmadığı təqdirdə itirilən sənədlə bağlı elan yerləşdirə bilər. Belə ki, http://www.pochtap.az internet səhifəsində "Sənədimi itirmişəm" bölməsini seçməklə müvafiq xanalara zəruri məlumatları daxil edərək itirilən sənəd barədə elan yerləşdirmək mümkündür. Bundan başqa, itirilən sənədlə bağlı "Poçtap" xidmətinin bazasında məlumatın olması, sənədin hazırkı statusu, hansı poçt filial və şöbəsində olması, saxlama müddəti ilə bağlı məlumat almaq üçün "Axtar" bölməsinə müvafiq məlumatları daxil edərək axtarış etmək mümkündür. Əgər itirilmiş sənəd tapılıbsa və sistemdə görünürsə, dövlət rüsumunu ödədikdən sonra vətəndaş "169" Çağrı mərkəzinə zəng edərək tapılmış sənədi ona yaxın poçt məntəqəsinə yönləndirə bilər. Sonda vətəndaş yönləndirdiyi poçt məntəqəsindən gedib sənədini götürə bilər. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Azərpoçt" MMC "Poçtap" layihəsi çərçivəsində Bakı şəhər Baş Polis İdarəsi, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti, "Təmiz Şəhər" Açıq Səhmdar Cəmiyyəti, "Bakubus" Məhdud Məsuliyyətli Cəmiyyəti və "Azərpoçt" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə əməkdaşlıq edir. İmzalanan memoranduma əsasən, adıçəkilən qurumlar "Poçtap" xidmətini dəstəkləmək, daim əlaqəli işləmək, əməkdaşlar tərəfindən tapılan sənədləri poçt inkasasiyasına təhvil vermək, eləcə də vətəndaşları "Poçtap" xidməti barədə məlumatlandırmaq üzrə öhdəliklər götürüblər. Hazırda “Poçtap” çərçivəsində birgə əməkdaşlıq üçün yeni qurumlarla danışıqlar aparılır.
Qeyd edək ki, "Poçtap" xidməti çərçivəsində sənədi tapılan şəxslər xidmət haqqı ödəyərək sənədi poçt şöbələrindən və "Şəbəkə" xidmət mərkəzlərindən təhvil ala və ya telefon mərkəzinə müraciət edərək özünə yaxın poçt şöbəsinə çatdırılmasını sifariş edə bilər. "Poçtap" xidməti çərçivəsində sənədi tapılan şəxslər 1 manat 80 qəpik xidmət haqqı ödəyərək onu təhvil ala bilər. Sənədin poçt müəssisələrində saxlanılma müddəti 30 gündür. Sənədin hər hansı ünvana çatdırılması lazım gəldikdə çatdırılma rüsumu "Azərekspresspoçt"un xidmət tariflərinə uyğun hesablanır.
Xatırladaq ki, "Azərpoçt" MMC tərəfindən reallaşdırılan sosial layihə çərçivəsində istifadəyə verilən "Poçtap" xidməti 2017-ci il martın 2-dən sənədini itirənləri sevindirir. “Poçtap” sayəsində itirilmiş sənədlər tapılaraq sahibinə qaytarılır. Bu xidmət çərçivəsində tapılmış sənədlər aidiyyəti üzrə poçt müəssisələri tərəfindən qəbul olunur, sahibləri axtarılır, tapıldığı halda sənədlər sahiblərinə, əks təqdirdə, aidiyyəti orqana təhvil verilir. İstənilən şəxs təsadüfən tapdığı sənədi hər hansı poçt qutusuna ata və ya poçt şöbəsinə anonimliyini qorumaq şərti ilə təhvil verə bilər. Poçta daxil olmuş sənəd müvafiq proqramda qeydiyyata alınır və avtomatik şəkildə sənəd sahibinin əlaqə məlumatları axtarılır və şəxsin kontaktları tapılarsa, həmin şəxslə əlaqə yaradılır.
Z. MƏMMƏDLİ
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə "İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” layihəsi çərçivəsində hazırlanıb.
Bölməyə aid digər xəbərlər

22-06-2022, 12:01
Patrik Andrade "Qarabağ"dan ayrılıb
31-05-2021, 10:30
Ermənilər dövlət sərhəddində növbəti təxribat törədib?
11-01-2020, 17:00
Mərkəzi Seçki Komissiyası DSK-nın qərarını ləğv edib
27-01-2019, 21:02
Elektron elm üçün fundamental layihələr icra olunur - Foto
20-01-2019, 11:03
Müasir texnologiyaların tətbiqi daha da sürətlənir
12-01-2019, 18:12
“Qaynar xətt” vətəndaşların işini asanlaşdırıb
5-01-2019, 10:28
Bir mərkəzdə 46 elektron xidmət... - Fotolar
29-12-2018, 21:27
İKT sahəsində mühüm araşdırmalar aparılıb
22-12-2018, 21:39
İnnovativ və texnoloji yeniliklər…
15-12-2018, 22:52
İKT-yə investisiya qoyuluşu 69 faiz artıb
8-12-2018, 23:15
50-dən artıq startap...
30-11-2018, 07:12
İKT ilə bağlı yeni tədbir…
25-11-2018, 08:57
Elektron dövlət və E-elm... - Yeniliklər
19-11-2018, 09:46
Vətəndaşlara “şəxsi kabinet” hazırlanır
4-11-2018, 17:41
Elektron sənəd dövriyyəsi yeni mərhələyə qədəm qoyur
28-10-2018, 06:21
“Rəqəmsal hökumət”ə keçid başlayıb
20-10-2018, 20:14
Dövlət orqanlarında elektron xidmətlərin təşkili araşdırılır
15-10-2018, 01:12
İKT sektoru üzrə gəlirlər 1,2 milyard manata yüksəlib
7-10-2018, 06:54
“Azərbaycan kosmik sənayedə də mövqeyini ortaya qoyur”
29-09-2018, 14:26
Elektron ticarətin strategiyası hazırlanır
24-09-2018, 00:33
Elektron mediada təhlükəsizlik müzakirə olunub
16-09-2018, 11:19
İnformasiya ehtiyatları təkmilləşdirilir - Qaydalar
1-09-2018, 00:13
İKT sahəsində yeni layihələr reallaşdırılacaq
24-08-2018, 15:12
Müasir texnologiyaların tətbiqi genişlənir
13-08-2018, 10:12
Daha bir peykimiz orbitə hazırlanır
5-08-2018, 15:32
Ölkəmizdə elektron ticarət dövriyyəsi artır
30-07-2018, 13:35
İKT üçün yeni tədbirlər planı var
23-07-2018, 02:27
Müasir texnologiyalar daha da təkmilləşdirilir
14-07-2018, 14:01
“Elektron hökumət”ə müraciətlərin sayı 23 milyonu ötüb
7-07-2018, 22:21
Əmlakla bağlı elektronlaşma prosesi genişlənir - Yenilik
30-06-2018, 14:10
Müasir texnologiyalar biznes mühitini yaxşılaşdırır
23-06-2018, 10:45
İKT sahəsində elmi araşdırmalar davam etdirilir
11-06-2018, 01:03
Virtual məkan uşaqlar üçün təhlükəyə çevrilib - Ekspert
2-06-2018, 11:32
Elektron sənədləşmənin yeni mərhələsinə start verilib
26-05-2018, 21:57
İKT böyük şirkətləri bir araya gətirib
19-05-2018, 21:50
“Elektron dövlət” idarəçilik keyfiyyətini artıracaq
14-05-2018, 20:32
“Mobil elektron imza" layihəsinə start verilib
6-05-2018, 21:58
İnformasiya təhlükəsizliyi ilə bağlı yeniliklər edilir
28-04-2018, 10:46
Uşaqların zərərli informasiyalardan qorunması prioritetə çevrilib
23-04-2018, 23:28
Çətin relyefli ərazilərdə 4-cü nəsil texnologiyanın tətbiqi üçün yeni işlər görülür
16-04-2018, 19:59
Təhlükəsizlik Mərkəzi Azərbaycanın virtual sərhədlərini necə qoruyur?
8-04-2018, 12:25
Elektron media və sosial şəbəkələrin problemi – Ekspertlər
31-03-2018, 06:58
Dövlət xidmətlərində elektronlaşmanın yeni mərhələsi başlayır
17-03-2018, 08:46
İKT üzrə yeni tədqiqatlar aparılır
11-03-2018, 09:23
“Azerspace-1”in 25-dən çox ölkədə müştəri bazası var
3-03-2018, 09:32
Elektron arayışların tətbiqi...
25-02-2018, 11:06
Şagird qəbulunun elektronlaşdırılması valideynlərin işini asanlaşdırıb
12-02-2018, 22:01
Təhsildə müasir texnologiyaların tətbiqinə yeni imkanlar yaranır

Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər
ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır
Rus Dram Teatrının aktyoru deyir ki. bölgə teatrlarında diplomlu aktyor və rejissor tapmaq müşkül məsələdir
Qüdrət Həsənquliyevin fikrincə, Tramp görsə ki, Ukrayna qalib gəlir, Rusiyaya təkcə siyasi yox, hərbi dəstək də verəcək