19:37 / 20-11-2025
Ruben Vardanyanın məhkəməsində ifadələr dinlənilib - Fotolar
19:02 / 20-11-2025
Kosovoda növbədənkənar parlament seçkiləri təyin olunub
18:18 / 20-11-2025
Bakıda D-8 Media Forumu keçiriləcək
18:01 / 20-11-2025
Mədəniyyət Nazirliyi ilə bağlı qalmaqal efirdə müzakirə olunub - Açıqlamalar
17:51 / 20-11-2025
Sabah Bakıda Ermənistandan olan ekspertlərin iştirakı ilə dəyirmi masa keçiriləcək
17:40 / 20-11-2025
Nikol Paşinyan Qazaxıstana səfər edib
17:28 / 20-11-2025
"Azəraqrar"ın direktoru vəzifədən azad edilib - Nazirdən yeni təyinat
17:13 / 20-11-2025
Marsda tapılan qaya alimləri təəccübləndirib - Foto
17:02 / 20-11-2025
Daha 54 nəqliyyat vasitəsi hərraca çıxarılıb
16:54 / 20-11-2025
Yaşayış minimumu və ehtiyac meyarı 300 manat olacaq
16:32 / 20-11-2025
Həqiqi hərbi xidmətə çağırış başlayır - Sərəncam
16:28 / 20-11-2025
Trampın sülh planı Ukraynaya baha başa gələ bilər
16:15 / 20-11-2025
Ağdərəyə daha 27 ailə köçüb - (Yenilənib)
16:09 / 20-11-2025
Ermənistana silah satan Hindistan ABŞ-dan silah alır
16:00 / 20-11-2025
Qlobal təchizat zənciri kökündən dəyişə bilər
15:52 / 20-11-2025
Asim Xudiyev UEFA-dan təyinat alıb
15:47 / 20-11-2025
İşsizlikdən sığorta haqlarının artacağı gözlənilir
15:45 / 20-11-2025
Məhkəmədə baş redaktorun halı pisləşib
15:37 / 20-11-2025
Nazir: “Əmək pensiyalarının orta aylıq məbləği 590 manat olacaq”
15:25 / 20-11-2025
Mikayıl Cabbarov İsrail XİN başçısı ilə görüşüb
15:11 / 20-11-2025
Mahir Quliyevin cəzaçəkmə yeri dəyişib
15:02 / 20-11-2025
Rusiyada Polşa səfirinə hücum edilib
14:49 / 20-11-2025
Stomatoloqların kütləvi ixtisarları ilə bağlı etiraza Qurbanovdan - Reaksiya
14:33 / 20-11-2025
Yeni ildə bir həftə tətil olacaq? - Açıqlama
14:23 / 20-11-2025
Şuşakəndə və Hadruta köç karvanı gedib - (Yenilənib)
14:19 / 20-11-2025
Rusiyaya göndərilən afrikalıları eks-prezidentin qızı aldadıb
14:12 / 20-11-2025
Polşa təxribatlara qarşı tədbirləri gücləndirir
14:09 / 20-11-2025
AFFA 6 komandaya texniki məğlubiyyət verib
14:05 / 20-11-2025
Nəriman Həsənzadə xəstəxanaya yerləşdirilib
13:08 / 20-11-2025
Trampın köməkçisi sülh planını şərh etməyib
20:14 / 16-11-2025
Altımış beşinci aşırım - Etibar Cəbrayıloğlu yazır
18:00 / 16-11-2025
İlham Əliyev Mərkəzi Asiya Dövlət Başçılarının iclasında çıxış edib - (Yenilənib) - Fotolar
16:07 / 17-11-2025
Keçmiş baş nazir edam cəzasına məhkum edilib
14:42 / 17-11-2025
Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələri vahid platformaya çevrilir
08:22 / 16-11-2025
Litva ordusu Molotov kokteyli ilə döyüşməli olacaq
22:22 / 15-11-2025
Bakıda yaşayış binasında yanğın olub - Video
08:25 / 18-11-2025
Əməkdar artist Yadigar Muradov vəfat edib
13:11 / 17-11-2025
ANAMA-nın əməkdaşı Ermənistanla sərhəd bölgədə minaya düşüb
21:00 / 19-11-2025
Bir qrup Füzuli sakini Qurbanqulu Berdiməhəmmədova məktub ünvanlayıb
10:58 / 16-11-2025
Hikmət Hacıyev: Azərbaycan Mərkəzi Asiya ailəsinin üzvünə çevrilir
09:11 / 16-11-2025
Bu gecə Rusiya səmasında 57 PUA vurulub
11:05 / 16-11-2025
Japarov: Qırğızıstan Azərbaycanın təşəbbüsünü alqışlayır
İKT böyük şirkətləri bir araya gətirib
Tarix: 26-05-2018 21:57 | Bölmə: Layihə

“Asan İmza”, “Elektron hökumət” və Rəqəmsal Ticarət Qovşağı ilə bağlı görülən işlər ölkəmizə beynəlxalq marağı artırıb
Azərbaycanda informasiya və kommunikasiya texnologiyaları (İKT) inkişaf etdikcə həm beynəlxalq təcrübədən yararlanmaq, həm də öz təcrübəmizi beynəlxalq müstəviyə çıxarmaq imkanları artır. Bu səbəbdən istər dövlət qurumları, istərsə də ayrı-ayrı texnologiya şirkətləri bu istiqamətdə davamlı tədbirlər həyata keçirirlər.
Bir neçə gün öncə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin nümayəndə heyəti “Hökumət buludu” (G-cloud) layihəsi çərçivəsində Belarusun “bulud”a inteqrasiya təcrübəsi ilə yaxından tanış olub.
Nazirlikdən “Reytinq”ə bildirilib ki, Minskdə keçirilən XXV “TIBO-2018” Beynəlxalq telekommunikasiya sərgi-forumu çərçivəsində çoxsaylı yerli şirkət və dövlət qurumları ilə ikitərəfli görüşlər keçirən “AzInTelecom” nümayəndə heyəti “bulud” həlləri, “bulud”a inteqrasiya, Belarus dövlət qurumlarının “bulud”dan istifadə tendensiyaları, eləcə də “Hökumət buludu”nun yaradılması və ona keçid perspektivlərini müzakirə ediblər.
Görüşlər zamanı qarşılıqlı fikir və təcrübə mübadiləsi aparılıb, iki ölkənin İKT sahəsi üzrə əlaqələrin inkişafı, xüsusilə “Hökumət buludu”nun yaradılması istiqamətində qarşılıqlı əməkdaşlıq imkanları haqqında təkliflər irəli sürülüb.
Məlumat üçün bildirilir ki, “Hökumət buludu”nun yaradılması “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”nin tərkib hissəsidir.
“Asan İmza” Avropa konfransında
Məlum olduğu kimi, artıq Azərbaycan yeni texnologiya və informasiyalı cəmiyyət sahəsində öz modelini yaradan dövlətlərdən sayılır. Artıq Azərbaycan modeli dünyaya inteqrasiya olunur.
Belə ki, bu günlərdə “Asan İmza” Almaniyada keçirilən ən böyük Avropa konfransında təmsil olunub. Münxen şəhərində identitet və bulud texnologiyası üzrə “European Identity & Cloud Conference 2018” Avropa konfransı keçirilib. Konfransda bu sahədə qabaqcıl Avropa təcrübəsi, yeni trendlər və texnologiyalar, təhlükəsizlik standartları təqdim edilib. Tədbir özündə identitet sahəsində lider şirkətlərin 800-dən çox aparıcı ekspertləri, vendorları, analitikləri və rəhbərləri birləşdirib.
Konfrans 160-dan çox sessiyadan ibarət olub. Bu il müzakirənin əsas mövzuları identifikasiya və əlyetərliliyin idarə edilməsi, blokçeyn vasitəsilə identifikasiya, konfidensiallıq və təhlükəsizlik, risklərin idarə edilməsi və yüngülləşdirilməsi, fərdi məlumatların qorunmasının təmin edilməsində dünya standartları və etibarlılığın peşəkar xidmətlərinin təqdim edilməsi, kibertəhlükəsizlik kimi mövzuları əhatə edib. Konfransda dünyanın müxtəlif ölkələrindən 200-dən çox məruzəçinin iştirak etdiyi bildirilir.
“B.EST Solutions” şirkətindən bildirilib ki, Azərbaycanı “Asan İmza” mobil elektron imzanın operatoru sayılan “B.EST Solutions” şirkətinin təsisçisi və direktoru Yana Krimpe təmsil edib. Yana Krimpe “Dünya standartlarına cavab verən mobil identitetin əsasları” və “Mobil proqramların təhlükəsizliyinin təmin edilməsində identifikasiya probleminin həll edilməsi” mövzularında çıxış edib.
Məlumata görə, mobil İdentitet və təhlükəsizlik üzrə paneldə, həmçinin GSMA-da proqramlar və servislərin rəhbəri Devid Pollinqton, “CA Technologies” şirkətinin kibertəhlükəsizlik üzrə direktoru Hordi Qaskon, “KuppingerCole” şirkətinin informasiya təhlükəsizliyinin idarə edilməsi üzrə məsləhətçisi və analitiki Mayk Smol da iştirak ediblər. Y. Krimpe konfrans iştirakçılarına 2017-ci ildə yaradılan və mobil identifikasiya xidmətlərini öz milli sxemlərinə uyğun təqdim edən ölkələrin işlərinin əlaqələndirilməsinə istiqamətlənən Milli Mobil İdentitetlərin Qlobal İttifaqının vəzifələrini təqdim edib.
Onu da qeyd edək ki, Azərbaycan bu ittifaqın həmsədridir və orada “Asan İmza” milli mobil identitet, eləcə də “Elektron hökumət” sahəsində Azərbaycanın son nailiyyətləri, Rəqəmsal Ticarət Qovşağı ilə təmsil olunur. Təqdim olunan innovasiyalar konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Konfrans çərçivəsində “İdentitetdə Qadınlar” (“Women in Identity”) Birliyinin üzvləri də görüşüblər. Əsas məqsəd texniki sahə və onun hüdudlarında qadınlar arasında yeni münasibətlərin və rəhbərlərin formalaşdırılmasından ibarətdir. Bu tədbirdə dünyanın bir çox aparıcı sənaye liderləri iştirak ediblər.
“Azərbaycanı belə nüfuzlu tədbirlərdə təmsil etmək mənim üçün böyük qürurdur. Mən fəxr edirəm ki, Azərbaycan artıq mobil identitet və “Elektron hökumət” sahəsində digər innovativ həllərin tanınmış avtoritetinə çevrilib. Təcrübəmiz ən yaxşı dünya təcrübəsi kimi daha çox ölkələri və beynəlxalq təşkilatları maraqlandırır. Mənim üçün Azərbaycan texnologiyalarının ixracı üzrə AZINNEX (Azerbaijan Innovation Export Consortium) qarşısında qoyulan vəzifələri təmsil etmək və yerinə yetirmək üçün çox yaxşı imkandır. Münhen konfransı “İdentitetdə qadınlar” nüfuzlu birliyinə qoşulmaq və bütün dünyadan rəqəmsal identitet sahəsində aparıcı lider qadınların təcrübələrinin mübadiləsinə dəstək əldə etmək və peşəkar meydança qazanmaq üçün gözəl imkan oldu”, - deyə Yana Krimpe bildirib.
Silikon Vadisinə mütəmadi səfər
Bundan əlavə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Yüksək Texnologiyalar Parkı və Amerika-Azərbaycan Ticarət Palatası arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Nazirliyin məlumatına görə, memoranduma əsasən, iki qurum arasında uzunmüddətli və strateji əməkdaşlıq üçün “Yol xəritəsi” tərtib olunacaq. Amerika-Azərbaycan Ticarət Palatası Yüksək Texnologiyalar Parkında fəaliyyət göstərən startap layihələrinə investisiyaların cəlb olunmasına, ABŞ-dakı vençur fondlar ilə əməkdaşlığa, Azərbaycanda fəaliyyət göstərən yerli İKT şirkətlərinin proqram təminatlarının, texnoloji həllərinin və xidmətlərinin ABŞ bazarına çıxarılmasına dəstək göstərəcək.
Yüksək Texnologiyalar Parkının direktoru Tural Kərimlinin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətinin Amerika Birləşmiş Ştatlarına işgüzar səfəri çərçivəsində “Google”, “Lenovo”, “Nutanix”, ABŞ Texnologiya və İnvestisiya Mərkəzi, ABŞ Dövlətinin İnvestisiya Şirkətinin rəhbərləri ilə görüşlər keçirilib. “Lenovo” şirkətinin vitse-prezidenti Roderik Lapin ilə görüşdə Yüksək Texnologiyalar Parkının nəzdində R&D laboratoriyasının yaradılması, inkubasiya proqramı və “Lenovo Vençur Proqramı”nın imkanlarının Azərbaycanda fəaliyyət göstərən startaplara təqdim olunmasına dair ilkin razılıq əldə olunub.
ABŞ-ın aparıcı “Nutanix” şirkətinin rəhbəri ilə də görüş keçirilib. “Nutanix” şirkətinin təsisçisi və prezidenti Sudhiş Nayer Yüksək Texnologiyalar Parkının və Azərbaycanda ali təhsil müəssisələrindən birinin tərəfdaş olaraq seçilib təhsil və elmi mübadilə proqramına cəlb olunmasını, akademiyanın yaradılmasını, yerli startapların Silikon Vadisinə mütəmadi səfərlərinin təşkil olunmasını təklif edib. ABŞ-ın beynəlxalq investisiya şirkəti olan OPIC-in kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi proqramının direktoru Tara Bleyk ikitərəfli görüşdə Azərbaycanda yüksək texnologiyalar sahəsində investisiya və maliyyələşdirmə layihələrində maraqlı olduqlarını bildirib. Görüşdə cari il ərzində Yüksək Texnologiyalar Parkında OPIC şirkəti ilə birlikdə yerli şirkətlər üçün investisiya imkanlarına dair informativ sessiyanın keçirilməsi ilə bağlı razılıq əldə olunub.
Daha bir görüş İnnovativ Texnologiyalar Mərkəzinin İnvestisiyalar üzrə direktoru Marko Rubin ilə keçirilib. Bu görüşdə Yüksək Texnologiyalar Parkı ilə birgə layihələrin həyata keçirilməsi, yerli startaplara investorların cəlb olunmasında konsultasiya xidmətlərinin göstərilməsi müzakirə olunub.
Məktəblilərimiz beynəlxalq müsabiqənin qalib olub
Müsbət məqamlardan biri də odur ki, artıq, azyaşlılarımız da beynəlxalq müsabiqələrə qatılaraq öz bilik və bacarıqlarını nümayiş etdirirlər. Belə ki, Ümumdünya Poçt İttifaqının elan etdiyi məktəblilər arasında 47-ci epistolyar inşa müsabiqəsinin qalibləri mükafatlandırılıb. Mayın 19-da qaliblərin mükafatlandırılması mərasimi keçirilib. Əvvəlcə məktəblilərin "Azərpoçt" MMC-nin mərkəzi binasına ekskursiyası təşkil olunub. "Azərpoçt" MMC-nin baş direktoru Emin Əfəndiyev Azərbaycan poçtunun yaranma tarixindən, MMC-nin fəaliyyətindən, həyata keçirdiyi layihələrdən danışıb.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin daxili nəzarət və audit şöbəsinin müdiri Tahir Məmmədov müsabiqənin qaliblərini təbrik edib, onlara təhsildə uğurlar arzulayıb. “İnanırıq ki, gələcəkdə sizin sıralarınızdan poçt işçiləri, bu sahənin inkişafında rolu olacaq mütəxəssislər formalaşacaq. Siz Ümumdünya Poçt İttifaqının müsabiqəsində iştirak etməklə, bu sahədə artıq öz addımınızı atmısınız. Ümid edirik ki, qaliblərimiz bu müsabiqənin finalında yer tutacaqlar”, - deyə T. Məmmədov bildirib.
Qeyd olunub ki, Ümumdünya Poçt İttifaqı (ÜPİ) 47 ildir ki, təşkilata üzv ölkələrin poçt administrasiyaları ilə birgə ümumtəhsil məktəbliləri arasında epistolyar (məktub şəklində yazı) inşa müsabiqəsi keçirir. Ölkəmizdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Azərpoçt” MMC və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə cari ilin fevral ayında start verilən növbəti epistolyar inşa müsabiqəsi yekunlaşıb, qaliblər müəyyən olunub.
Müsabiqə barədə məlumat verən Təhsil Nazirliyinin nümayəndəsi bildirib ki, müsabiqədə iştirak üçün 27 min 733 inşa yazısı təqdim olunsa da, ümumilikdə 30 şagird qalib seçilib. Müsabiqəyə “Təsəvvür edin ki, siz zaman üzrə səyahət edən bir məktubsunuz. Siz öz oxucularınıza hansı müraciəti çatdırardınız?”, “Azərbaycan ordusu: 100 illik inkişaf yolu”, “Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli şəxsiyyətləri” mövzuları üzrə yazılar təqdim edilib. Birinci mövzu Ümumdünya Poçt İttifaqı, ikinci "Azərpoçt" MMC, üçüncü mövzu isə Təhsil Nazirliyi tərəfindən təklif edilərək təsdiqlənib. Hər mövzu üzrə 1 qalib olmaqla 1-ci yer üzrə 3 nəfərin hər birinə 150 manat, hər mövzu üzrə 2 qalib olmaqla 2-ci yer üzrə 6 nəfərin hər birinə 100 manat, hər mövzu üzrə 3 qalib olmaqla 3-cü yer üzrə 9 nəfərin hər birinə 80 manat və hər mövzu üzrə 4 qalib olmaqla, həvəsləndirici yerlər üzrə 12 nəfərin hər birinə 80 manat məbləğində pul mükafatları, eyni zamanda, fəxri fərman və hədiyyələr təqdim olunub.
Məlumat verilib ki, Ümumdünya Poçt İttifaqının təklif etdiyi mövzu üzrə qalib elan edilən 9-cu sinif şagirdi Ləman Qələndərlinin inşa yazısı Azərbaycan Respublikası adından Ümumdünya Poçt İttifaqının İsveçrənin paytaxtı Bern şəhərində yerləşən mərkəzi ofisinə göndərilib. Müsabiqənin şərtlərinə görə, toplanan inşalar UNESCO-nun təşkil etdiyi münsiflər heyətinə təqdim olunacaq. Sonda 3 əsas qalib və 5 laureat müəyyən olunur. Qaliblər qızıl, gümüş, bürünc medallarla, laureatlar isə xüsusi hədiyyələrlə mükafatlandırılır. Qızıl medalın sahibi olan məktəbli Beynəlxalq Büronun mükafatını almaq üçün Bern şəhərinə dəvət olunur. Gümüş və bürünc medalların sahiblərinin adları, ən yaxşı inşa yazısı ilə birlikdə “Poçt İttifaqı” jurnalında çap olunur. Beynəlxalq Büro bu hadisənin mətbuatda hərtərəfli işıqlandırılmasını təmin etməklə, ictimaiyyətin diqqətini laureatların aid olduğu ölkələrə cəlb edir. Mükafatlandırma mərasimi hər il oktyabrın 9-da Ümumdünya Poçt Günü keçirilir.
Z.MƏMMƏDLİ
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə "İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” layihəsi çərçivəsində hazırlanıb.
Bölməyə aid digər xəbərlər

22-06-2022, 12:01
Patrik Andrade "Qarabağ"dan ayrılıb
31-05-2021, 10:30
Ermənilər dövlət sərhəddində növbəti təxribat törədib?
11-01-2020, 17:00
Mərkəzi Seçki Komissiyası DSK-nın qərarını ləğv edib
27-01-2019, 21:02
Elektron elm üçün fundamental layihələr icra olunur - Foto
20-01-2019, 11:03
Müasir texnologiyaların tətbiqi daha da sürətlənir
12-01-2019, 18:12
“Qaynar xətt” vətəndaşların işini asanlaşdırıb
5-01-2019, 10:28
Bir mərkəzdə 46 elektron xidmət... - Fotolar
29-12-2018, 21:27
İKT sahəsində mühüm araşdırmalar aparılıb
22-12-2018, 21:39
İnnovativ və texnoloji yeniliklər…
15-12-2018, 22:52
İKT-yə investisiya qoyuluşu 69 faiz artıb
8-12-2018, 23:15
50-dən artıq startap...
30-11-2018, 07:12
İKT ilə bağlı yeni tədbir…
25-11-2018, 08:57
Elektron dövlət və E-elm... - Yeniliklər
19-11-2018, 09:46
Vətəndaşlara “şəxsi kabinet” hazırlanır
4-11-2018, 17:41
Elektron sənəd dövriyyəsi yeni mərhələyə qədəm qoyur
28-10-2018, 06:21
“Rəqəmsal hökumət”ə keçid başlayıb
20-10-2018, 20:14
Dövlət orqanlarında elektron xidmətlərin təşkili araşdırılır
15-10-2018, 01:12
İKT sektoru üzrə gəlirlər 1,2 milyard manata yüksəlib
7-10-2018, 06:54
“Azərbaycan kosmik sənayedə də mövqeyini ortaya qoyur”
29-09-2018, 14:26
Elektron ticarətin strategiyası hazırlanır
24-09-2018, 00:33
Elektron mediada təhlükəsizlik müzakirə olunub
16-09-2018, 11:19
İnformasiya ehtiyatları təkmilləşdirilir - Qaydalar
1-09-2018, 00:13
İKT sahəsində yeni layihələr reallaşdırılacaq
24-08-2018, 15:12
Müasir texnologiyaların tətbiqi genişlənir
13-08-2018, 10:12
Daha bir peykimiz orbitə hazırlanır
5-08-2018, 15:32
Ölkəmizdə elektron ticarət dövriyyəsi artır
30-07-2018, 13:35
İKT üçün yeni tədbirlər planı var
23-07-2018, 02:27
Müasir texnologiyalar daha da təkmilləşdirilir
14-07-2018, 14:01
“Elektron hökumət”ə müraciətlərin sayı 23 milyonu ötüb
7-07-2018, 22:21
Əmlakla bağlı elektronlaşma prosesi genişlənir - Yenilik
30-06-2018, 14:10
Müasir texnologiyalar biznes mühitini yaxşılaşdırır
23-06-2018, 10:45
İKT sahəsində elmi araşdırmalar davam etdirilir
11-06-2018, 01:03
Virtual məkan uşaqlar üçün təhlükəyə çevrilib - Ekspert
2-06-2018, 11:32
Elektron sənədləşmənin yeni mərhələsinə start verilib
26-05-2018, 21:57
İKT böyük şirkətləri bir araya gətirib
19-05-2018, 21:50
“Elektron dövlət” idarəçilik keyfiyyətini artıracaq
14-05-2018, 20:32
“Mobil elektron imza" layihəsinə start verilib
6-05-2018, 21:58
İnformasiya təhlükəsizliyi ilə bağlı yeniliklər edilir
28-04-2018, 10:46
Uşaqların zərərli informasiyalardan qorunması prioritetə çevrilib
23-04-2018, 23:28
Çətin relyefli ərazilərdə 4-cü nəsil texnologiyanın tətbiqi üçün yeni işlər görülür
16-04-2018, 19:59
Təhlükəsizlik Mərkəzi Azərbaycanın virtual sərhədlərini necə qoruyur?
8-04-2018, 12:25
Elektron media və sosial şəbəkələrin problemi – Ekspertlər
31-03-2018, 06:58
Dövlət xidmətlərində elektronlaşmanın yeni mərhələsi başlayır
17-03-2018, 08:46
İKT üzrə yeni tədqiqatlar aparılır
11-03-2018, 09:23
“Azerspace-1”in 25-dən çox ölkədə müştəri bazası var
3-03-2018, 09:32
Elektron arayışların tətbiqi...
25-02-2018, 11:06
Şagird qəbulunun elektronlaşdırılması valideynlərin işini asanlaşdırıb
12-02-2018, 22:01
Təhsildə müasir texnologiyaların tətbiqinə yeni imkanlar yaranır

Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər
ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır
Rus Dram Teatrının aktyoru deyir ki. bölgə teatrlarında diplomlu aktyor və rejissor tapmaq müşkül məsələdir
Qüdrət Həsənquliyevin fikrincə, Tramp görsə ki, Ukrayna qalib gəlir, Rusiyaya təkcə siyasi yox, hərbi dəstək də verəcək