19:37 / 20-11-2025
Ruben Vardanyanın məhkəməsində ifadələr dinlənilib - Fotolar
19:02 / 20-11-2025
Kosovoda növbədənkənar parlament seçkiləri təyin olunub
18:18 / 20-11-2025
Bakıda D-8 Media Forumu keçiriləcək
18:01 / 20-11-2025
Mədəniyyət Nazirliyi ilə bağlı qalmaqal efirdə müzakirə olunub - Açıqlamalar
17:51 / 20-11-2025
Sabah Bakıda Ermənistandan olan ekspertlərin iştirakı ilə dəyirmi masa keçiriləcək
17:40 / 20-11-2025
Nikol Paşinyan Qazaxıstana səfər edib
17:28 / 20-11-2025
"Azəraqrar"ın direktoru vəzifədən azad edilib - Nazirdən yeni təyinat
17:13 / 20-11-2025
Marsda tapılan qaya alimləri təəccübləndirib - Foto
17:02 / 20-11-2025
Daha 54 nəqliyyat vasitəsi hərraca çıxarılıb
16:54 / 20-11-2025
Yaşayış minimumu və ehtiyac meyarı 300 manat olacaq
16:32 / 20-11-2025
Həqiqi hərbi xidmətə çağırış başlayır - Sərəncam
16:28 / 20-11-2025
Trampın sülh planı Ukraynaya baha başa gələ bilər
16:15 / 20-11-2025
Ağdərəyə daha 27 ailə köçüb - (Yenilənib)
16:09 / 20-11-2025
Ermənistana silah satan Hindistan ABŞ-dan silah alır
16:00 / 20-11-2025
Qlobal təchizat zənciri kökündən dəyişə bilər
15:52 / 20-11-2025
Asim Xudiyev UEFA-dan təyinat alıb
15:47 / 20-11-2025
İşsizlikdən sığorta haqlarının artacağı gözlənilir
15:45 / 20-11-2025
Məhkəmədə baş redaktorun halı pisləşib
15:37 / 20-11-2025
Nazir: “Əmək pensiyalarının orta aylıq məbləği 590 manat olacaq”
15:25 / 20-11-2025
Mikayıl Cabbarov İsrail XİN başçısı ilə görüşüb
15:11 / 20-11-2025
Mahir Quliyevin cəzaçəkmə yeri dəyişib
15:02 / 20-11-2025
Rusiyada Polşa səfirinə hücum edilib
14:49 / 20-11-2025
Stomatoloqların kütləvi ixtisarları ilə bağlı etiraza Qurbanovdan - Reaksiya
14:33 / 20-11-2025
Yeni ildə bir həftə tətil olacaq? - Açıqlama
14:23 / 20-11-2025
Şuşakəndə və Hadruta köç karvanı gedib - (Yenilənib)
14:19 / 20-11-2025
Rusiyaya göndərilən afrikalıları eks-prezidentin qızı aldadıb
14:12 / 20-11-2025
Polşa təxribatlara qarşı tədbirləri gücləndirir
14:09 / 20-11-2025
AFFA 6 komandaya texniki məğlubiyyət verib
14:05 / 20-11-2025
Nəriman Həsənzadə xəstəxanaya yerləşdirilib
13:08 / 20-11-2025
Trampın köməkçisi sülh planını şərh etməyib
20:14 / 16-11-2025
Altımış beşinci aşırım - Etibar Cəbrayıloğlu yazır
18:00 / 16-11-2025
İlham Əliyev Mərkəzi Asiya Dövlət Başçılarının iclasında çıxış edib - (Yenilənib) - Fotolar
16:07 / 17-11-2025
Keçmiş baş nazir edam cəzasına məhkum edilib
14:42 / 17-11-2025
Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələri vahid platformaya çevrilir
08:22 / 16-11-2025
Litva ordusu Molotov kokteyli ilə döyüşməli olacaq
22:22 / 15-11-2025
Bakıda yaşayış binasında yanğın olub - Video
08:25 / 18-11-2025
Əməkdar artist Yadigar Muradov vəfat edib
13:11 / 17-11-2025
ANAMA-nın əməkdaşı Ermənistanla sərhəd bölgədə minaya düşüb
21:00 / 19-11-2025
Bir qrup Füzuli sakini Qurbanqulu Berdiməhəmmədova məktub ünvanlayıb
10:58 / 16-11-2025
Hikmət Hacıyev: Azərbaycan Mərkəzi Asiya ailəsinin üzvünə çevrilir
09:11 / 16-11-2025
Bu gecə Rusiya səmasında 57 PUA vurulub
11:05 / 16-11-2025
Japarov: Qırğızıstan Azərbaycanın təşəbbüsünü alqışlayır
“Azerspace-1”in 25-dən çox ölkədə müştəri bazası var
Tarix: 11-03-2018 09:23 | Bölmə: Layihə

Dünyada kosmik sənayenin inkişafı istiqamətində uzun illərdir ki, mühüm irəliləyişlər əldə edilib. Müsbət haldır ki, Azərbaycan da kosmik sənayenin inkişafı yönündə önəmli addımlar ata bilib. Belə qısa zaman kəsiyində ölkəmiz ilk telekommunikasiya peykini orbitə buraxıb.
Son illər ərzində Azərbaycanda qeyri-neft sektorunun ixrac potensialının artırılması fonunda prioritet istiqamətlərdən hesab olunan kosmik sənaye davamlı inkişaf yolundadır. 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı” sayəsində 2013-cü ilin fevral ayının 7-də (Bakı vaxtı ilə 8 fevral) Azərbaycanın ilk telekommunikasiya peyki “Azerspace-1” Fransız Qvianasının Kuru kosmodrumundan orbitə buraxılıb. Yəni Azərbaycan Respublikasının ilk telekommunikasiya peyki “Azerspace-1”-nin orbitə buraxılmasından beş il ötür.
Azərbaycanda hazırkı yerüstü rabitə infrastrukturuna alternativ olaraq peyk rabitəsinin əhəmiyyəti böyükdür.
“Azərkosmos”dan verilən məlumata görə, “Azerspace-1” peyki telekommunikasiya sahəsində digər ölkələrdən asılılığının aradan qaldırılması, yerüstü infrastrukturdan asılı olmadan informasiya təhlükəsizliyinin təmin edilməsi kimi üstünlükləri təmin edir. Belə ki, Azərbaycan telekanallarının fasiləsiz peyk yayımı Azərbaycan həqiqətlərinin ölkəyə və dünya ictimaiyyətinə maneəsiz çatdırılmasını təmin etməklə ötən əsrin sonlarında ölkəmizin üzləşdiyi informasiya blokadasının yenidən ortaya çıxma riskini aradan qaldırır.Hazırda Naxçıvan Muxtar Respublikası ilə fasiləsiz peyk rabitəsi “Azerspace-1” vasitəsilə təhlükəsiz və etibarlı şəkildə təmin edilir. Ölkədə geniş şaxələnmiş şəbəkəyə malik bir sıra dövlət qurumları arasında peyk rabitəsi “Azerspace-1” üzərindən həyata keçirilir. Yerüstü kabel şəbəkəsinin mövcud olmadığı ərazilərdə, məsələn, Xəzər dənizində üzən Azərbaycan gəmilərində və neft platformalarında peyk rabitəsi və internet xidməti “Azerspace-1” vasitəsilə təmin edilir.
“Azerspace-1” peykinin texniki layihəsi hazırlanarkən Azərbaycanın coğrafi mövqeyi və digər texniki xüsusiyyətlər nəzərə alınıb, habelə peyk əlverişli 46° şərq uzunluğu orbital mövqeyində yerləşdirilib. Bunun nəticəsi olaraq, “Azerspace-1” peyki bu gün Azərbaycan üzərində ən güclü siqnala malik peyklərdəndir. Hazırda peyk üzərindən Azərbaycan, türk, rus, ingilis və digər dillərdə, yerli və beynəlxalq səviyyəli, ümumilikdə, 100-ə yaxın televiziya və radio kanalı yayımlanır. Bundan əlavə, “Azerspace-1” peyki respublika əhəmiyyətli kanallarla yanaşı, Dünya TV, ARB TV, ARB:24, ARB Ulduz və ARB Günəş kimi region kanalları üçün dünya yayımına çıxış imkanı yaradıb.
Azərbaycanda peyk xidmətləri bazarında lider olan “Azerspace-1” peyki digər ölkələrdə də aktivlik nümayiş etdirir. “Azerspace-1” peykinin dünyanın 25-dən çox ölkəsində sabit müştəri bazası var. “Azerspace-1” peyki teleradio yayımı sahəsində qonşu Gürcüstan bazarında lider mövqeyə və Türkiyədə özünəməxsus bazar payına sahibdir. Peyk Orta Asiyada müştərilərinin sayını artırmağa başlayıb.Data xidmətlərinin göstərilməsində isə Yaxın Şərq və Afrikada xüsusi aktivlik göstərir. Hazırda Reuters, MTV, National Geographic kimi media nəhəngləri və Birləşmiş Ərəb Əmirliyininin aparıcı dövlət mobil operatoru olan “Etisalat” şirkəti iləəməkdaşlıq edilir.

“Azərkosmos” operatoru olduğu “Azerspace-1” peyki vasitəsilə “Bakı-2015” İlk Avropa Oyunlarının, ötən ilin ən böyük idman hadisələrindən olan 4-cü İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış mərasimlərinin, “2017 Formula-1 Azərbaycan Qran Prisi” yarışlarının görüntülərinin beynəlxalq yayım mərkəzlərinə ötürülməsi üzrə peyk yayım təchizatçısı funksiyasını həyata keçirib. Bunun nəticəsi olaraq “Azerspace-1” peyki “İSB” və “Tata Communications” kimi nüfuzlu yayım şirkətlərinin daimi subpodratçılar siyahısına daxil edilib. Beləliklə, “Azərkosmos” “Azerspace-1” peyki vasitəsilə oyunların ən maraqlı anlarının Avropa, eləcə də dünyanın digər qitələrindəki milyonlarla televiziya tamaşaçısına yüksək keyfiyyətlə və fasiləsiz çatdırılmasında mühüm rol oynayıb. Həmçinin, “Azerspace-1” peykinin tutumlarından bir çox yerli və beynəlxalq əhəmiyyətli siyasi, mədəni və idman tədbirlərinin – Gürcüstanda yüngül atletika üzrə Avropa çempionatı, Qırğızıstanda Dünya Köçəri Oyunları, Türkiyədə parlament seçkiləri və digər tədbirlərin yayımlanmasında istifadə olunub.
“Azerspace-1” peyki kommersiya fəaliyyətində olduğu dövr ərzində 72 milyon ABŞ dolları məbləğində gəlir gətirib.
İlk telekommunikasiya peykinin orbitə buraxılmasından ötən beş il ərzində Azərbaycanda “Azerspace-1” peyki ilə yanaşı, “Azersky” – Yer səthinin məsafədən müşahidəsi və “Azerspace-2” telekommunikasiya peykləri, habelə peyk idarəetməsi üzrə yerüstü sistemlərin inkişafı istiqamətində digər müasir kosmik layihələr də həyata keçirilməyə başlanılıb. “Azərkosmos” ASC tərəfindən həyata keçirilən bu layihələr ölkənin informasiya və milli təhlükəsizliyinə, peyk xidmətlərin ixracı ilə ölkəyə valyuta gətirilməsinə, kosmik sahədə beynəlxalq əlaqələrin inkişafına və elmi tədqiqatların dəstəklənməsinə, ümumilikdə ölkənin və regionların sosial-iqtisadi inkişafına xidmət edərə milli iqtisadiyyata birbaşa və dolayı faydalar verib.
2014-cü ilin dekabr ayında Fransanın “Airbus DS” şirkəti və “Azərkosmos” arasında imzalanmış strateji əməkdaşlıq çərçivəsində Azərbaycanın sayca ikinci, təyinatına görə Yer səthinin məsafədən müşahidəsi peyki olan “Azersky” “Azərkosmos” tərəfindən təhvil alınıb. Bununla da, “Azərkosmos” Yer səthinin məsafədən müşahidəsi üzrə kommersiya fəaliyyətinə başlayıb.
“Azersky” peykinin kommersiya istismarında olduğu dövr ərzində 19 milyon ABŞ dolları məbləğində gəlir əldə edilib.
Bu gün “Azersky” peyki sayəsində dünyanın istənilən nöqtəsinin yüksək ayırdetməli peyk təsvirlərinə birbaşa, qeyd-şərtsiz çıxış imkanı var. Ötən dövr ərzində “Azersky” peykinin xidmətlərindən kənd təsərrüfatı, xəritəçəkmə, infrastrukturun planlaşdırılması və monitorinqi, kadastr məlumatlarının yenilənməsi, dənizdə və quruda neft çirklənmələrinin tədqiqi, müdafiə, təhlükəsizlik və digər sahələrdə istifadə olunur. “Azerspace-1” peyki ilə yanaşı, “Azersky” da Azərbaycanın suverenliyinin qorunması və ölkə həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün geniş imkanlara malikdir.
Belə ki, 2015-ci ildən etibarən “Azersky” peykindən ölkənin müdafiə və təhlükəsizliyi üçün davamlı şəkildə istifadə olunur. İşğal olunmuş ərazilərdə törədilmiş yanğınların mütəmadi olaraq monitorinqi və dəymiş ziyanın qiymətləndirilməsi aparılır. Bundan başqa, ötən il Kəlbəcər və Zəngilan rayonları ərazisində yerləşən filiz yataqlarının kosmik monitorinqi həyata keçirilib və hasilat sahələrində baş vermiş genişlənmələr aşkar edilib. Bunlarla yanaşı, Azərbaycana qarşı müxtəlif informasiya təxribatlarının qarşısının alınmasında da “Azersky” peykinin imkanları böyükdür. 2015-ci ildə Xəzər dənizində - “Günəşli” yatağında baş vermiş qəza nəticəsində neft çirklənmələri barədə xarici mətbuatda yayılan xəbərlərin əsassız olması operativ qaydada sübuta yetirilib.
Artıq iki ildir ki, “Azərkosmos” tərəfindən həyata keçirilən “Azərbaycanın davamlı inkişafı naminə Yer səthinin məsafədən müşahidəsi xidmətlərinin təşviqi” layihəsi çərçivəsində elmi-tədqiqat institutları, universitetlər, elmi-tədqiqatla məşğul olan digər qurumları təmsil edən tədqiqatçılara coğrafiya, dendrologiya, botanika, zoologiya, torpaqşünaslıq və aqrokimya kimi ən geniş sahələri əhatə edən innovativ elmi layihələrin həyata keçirilməsi məqsədilə “Azersky” peykindən əldə edilmiş təsvirlər təmənnasız olaraq təqdim olunur.
Yerin məsafədən müşahidəsi bazarında Azərbaycanın mövcudluğu və bu sahədə qurulan beynəlxalq əməkdaşlıq sayəsində xarici ölkələrin digər yüksək, çox yüksək və radar peyk təsvirlərinə də daha asan və sərfəli şərtlərdə çıxış imkanları əldə olunub. Bu imkanlardan istifadənin texniki cəhətdən də mümkünlüyünü təmin etmək məqsədilə Azərbaycan üzərindən keçən bütün peyklərdən təsvirlərin alınması üçün ölkədə Universal Yerüstü Stansiya istismara verilib.
Azərbaycanın kosmik peyk layihələrinin daha bir faydası da insan kapitalının inkişafına gətirdiyi töhfədir. Hazırda bütün peyklərin idarə edilməsi Azərbaycan ərazisindən tamamilə azərbaycanlı mütəxəssislər tərəfindən həyata keçirilir. Bu isə peyk xidmətlərinin etibarlığını və təhlükəsizliyini təmin etməklə yanaşı, ölkədə yeni, texnoloji iş yerlərinin açılması, ölkədə və xaricdə təhsil almış yüksək potensiallı gənclərin işlə təmin edilməsi, onlara özünü reallaşdırma imkanının verilməsi və ölkədən “beyin axını”nın qarşısının alınması deməkdir. Bununla yanaşı, peyk layihələri yüksək texnologiyaların ölkəyə transferi, eləcə də kosmik proqramların idarə edilməsi, kosmik layihələrin müstəqil həyata keçirilməsi üzrə peşəkar bilik, bacarıq və vərdişlərin mənimsənilməsinə xidmət etməkdədir.“Azərkosmos” ASC toplanmış bu təcrübəni bölüşmək və gələcəkdə Azərbaycanda kosmik cihazların hazırlanması üzrə bilik və vərdişlərin gənclər arasında formalaşdırılması məqsədilə bu ildən Təhsil Nazirliyi ilə birlikdə tələbələr arasında “Cansat Azərbaycan” model peyk müsabiqəsinə start verib. Bu layihənin Azərbaycanda keçirilməsində əsas məqsəd ölkədə tələbə peyki layihələrinə marağın artırılması, Azərbaycanın beynəlxalq analoji müsabiqələrdə daha çox və təcrübəli komandalarla təmsil olunması və gələcəkdə nano və digər real peyklərin məhz yerli mütəxəssislər tərəfindən Azərbaycanda hazırlanması üçün bacarıq və vərdişlərin əldə edilməsinə nail olmaqdır. Cari ildən etibarən start verilən “Cansat Azərbaycan” müsabiqəsi çərçivəsində ölkənin artıq 11 universitetindən 31 komanda qeydiyyatdan keçib.
Kosmik sahədə təcrübi elmi tədqiqatların aparılması məqsədilə “Azərkosmos” ASC-nin nəzdində Tədqiqat və İnkişaf Mərkəzi qurulub. Hazırda bu Mərkəzdə peyklərin idarə edilməsi sahəsində müxtəlif proqram təminatlarının hazırlanması, neyron şəbəkələr əsasında qurulmuş sistemlər vasitəsilə peyk təsvirlərində obyektlərin və dəyişikliklərin avtomatik tanınması, süni intellekt həlləri və digər sahələr üzrə tədqiqatlar aparılır.
Bu ildən etibarən “Azərkosmos” ASC ölkədən kənarda da beynəlxalq kosmik layihələr çərçivəsində yerinə yetirilən işlərin əlaqələndirilməsi və onlarda iştirak edilməsi, aidiyyati beynəlxalq təşkilatlarla, həmçinin xarici dövlətlərin kosmik agentlikləri ilə kosmosdan dinc məqsədlərlə istifadə üzrə beynəlxalq əməkdaşlıq aparmağa başlayıb. Kosmik layihələrin həyata keçirilməsi, bu sahədə əməkdaşlığın, xüsusilə də ixracın genişləndirilməsi Azərbaycanın beynəlxalq siyasi və iqtisadi nüfuzunun artmasına xidmət edir. “Azərkosmos” ASC-nin nümayəndə heyəti 23-24 noyabr 2017-ci il tarixində Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində keçirilən Afrika İttifaqının Kommunikasiya və İnformasiya Texnologiyaları üzrə İxtisaslaşmış Komitəsinin ikinci iclasında aktiv iştirak edib. Eyni zamanda, 22 Afrika ölkəsinin üzv olduğu və 12 Afrika ölkəsinin dövlət başçısının idarə heyətinə daxil olduğu “Smart Africa” Təşəbbüsünün rəhbərliyi layihələrində peyk texnologiyalarının tətbiqi istiqamətində “Azərkosmos” ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirib. Bunlarla yanaşı, Azərbaycan özünə məxsus peyk resurslarını regional və qlobal problemlərin həlli üçün digər ölkələrə təqdim etmək və eyni məqsədlər üçün digər ölkələrin peyk resurslarından istifadə etmək və beləcə, dövlətlərarası qarşılıqlı münasibətlərin möhkəmlənməsi və inkişafına töhfə verə bilmək imkanlarına malikdir. Misal üçün, ötən il qonşu Gürcüstan ərazisində baş vermiş meşə yanğınları zamanı təbii fəlakət ərazisinin “Azersky” peykindən çəkilmiş təsvirləri operativ qaydada qonşu dövlətin müvafiq qurumlarına təqdim edib və dəymiş ziyanın qiymətləndirilməsi üzrə təhlillər vasitəsilə yardım edilib.
Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə buraxılmasından beş il sonra – 2018-ci ilin birinci yarısında “Azərkosmos” ASC-nin telekommunikasiya xidmətlərinin davamlılığının və etibarlılığının təmin edilməsi, həmçinin yayımın əhatə dairəsinin, xidmət çeşidinin və satışlarının həcminin artırılması məqsədilə Azərbaycanın ikinci telekommunikasiya peyki – “Azerspace-2”nin orbitə çıxarılması planlaşdırılır. “Azerspace-2” peykinin əhatə zonasına Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və Tropik Afrika ölkələri daxildir. Orbitdə istismar müddəti 15 il nəzərdə tutulan “Azerspace-2” həm də birinci telekommunikasiya peyki olan “Azerspace-1”in orbitdəki ehtiyatı rolunu öz üzərinə götürəcək. İkinci telekommunikasiya peykinin mövcudluğu iri həcmli tenderlərdə iştirak edərək iri həcmli sifarişlərin alınması, peyk tutumlarının çoxalması səbəbilə miqyas effektindən istifadə edilməsi və nəticədə “Azərkosmos”un bazarda rəqabətli mövqeyinin yaxşılaşdırması üçün imkanlar yaradır.
Z.MƏMMƏDLİ
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə "İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” layihəsi çərçivəsində hazırlanıb.
Bölməyə aid digər xəbərlər

22-06-2022, 12:01
Patrik Andrade "Qarabağ"dan ayrılıb
31-05-2021, 10:30
Ermənilər dövlət sərhəddində növbəti təxribat törədib?
11-01-2020, 17:00
Mərkəzi Seçki Komissiyası DSK-nın qərarını ləğv edib
27-01-2019, 21:02
Elektron elm üçün fundamental layihələr icra olunur - Foto
20-01-2019, 11:03
Müasir texnologiyaların tətbiqi daha da sürətlənir
12-01-2019, 18:12
“Qaynar xətt” vətəndaşların işini asanlaşdırıb
5-01-2019, 10:28
Bir mərkəzdə 46 elektron xidmət... - Fotolar
29-12-2018, 21:27
İKT sahəsində mühüm araşdırmalar aparılıb
22-12-2018, 21:39
İnnovativ və texnoloji yeniliklər…
15-12-2018, 22:52
İKT-yə investisiya qoyuluşu 69 faiz artıb
8-12-2018, 23:15
50-dən artıq startap...
30-11-2018, 07:12
İKT ilə bağlı yeni tədbir…
25-11-2018, 08:57
Elektron dövlət və E-elm... - Yeniliklər
19-11-2018, 09:46
Vətəndaşlara “şəxsi kabinet” hazırlanır
4-11-2018, 17:41
Elektron sənəd dövriyyəsi yeni mərhələyə qədəm qoyur
28-10-2018, 06:21
“Rəqəmsal hökumət”ə keçid başlayıb
20-10-2018, 20:14
Dövlət orqanlarında elektron xidmətlərin təşkili araşdırılır
15-10-2018, 01:12
İKT sektoru üzrə gəlirlər 1,2 milyard manata yüksəlib
7-10-2018, 06:54
“Azərbaycan kosmik sənayedə də mövqeyini ortaya qoyur”
29-09-2018, 14:26
Elektron ticarətin strategiyası hazırlanır
24-09-2018, 00:33
Elektron mediada təhlükəsizlik müzakirə olunub
16-09-2018, 11:19
İnformasiya ehtiyatları təkmilləşdirilir - Qaydalar
1-09-2018, 00:13
İKT sahəsində yeni layihələr reallaşdırılacaq
24-08-2018, 15:12
Müasir texnologiyaların tətbiqi genişlənir
13-08-2018, 10:12
Daha bir peykimiz orbitə hazırlanır
5-08-2018, 15:32
Ölkəmizdə elektron ticarət dövriyyəsi artır
30-07-2018, 13:35
İKT üçün yeni tədbirlər planı var
23-07-2018, 02:27
Müasir texnologiyalar daha da təkmilləşdirilir
14-07-2018, 14:01
“Elektron hökumət”ə müraciətlərin sayı 23 milyonu ötüb
7-07-2018, 22:21
Əmlakla bağlı elektronlaşma prosesi genişlənir - Yenilik
30-06-2018, 14:10
Müasir texnologiyalar biznes mühitini yaxşılaşdırır
23-06-2018, 10:45
İKT sahəsində elmi araşdırmalar davam etdirilir
11-06-2018, 01:03
Virtual məkan uşaqlar üçün təhlükəyə çevrilib - Ekspert
2-06-2018, 11:32
Elektron sənədləşmənin yeni mərhələsinə start verilib
26-05-2018, 21:57
İKT böyük şirkətləri bir araya gətirib
19-05-2018, 21:50
“Elektron dövlət” idarəçilik keyfiyyətini artıracaq
14-05-2018, 20:32
“Mobil elektron imza" layihəsinə start verilib
6-05-2018, 21:58
İnformasiya təhlükəsizliyi ilə bağlı yeniliklər edilir
28-04-2018, 10:46
Uşaqların zərərli informasiyalardan qorunması prioritetə çevrilib
23-04-2018, 23:28
Çətin relyefli ərazilərdə 4-cü nəsil texnologiyanın tətbiqi üçün yeni işlər görülür
16-04-2018, 19:59
Təhlükəsizlik Mərkəzi Azərbaycanın virtual sərhədlərini necə qoruyur?
8-04-2018, 12:25
Elektron media və sosial şəbəkələrin problemi – Ekspertlər
31-03-2018, 06:58
Dövlət xidmətlərində elektronlaşmanın yeni mərhələsi başlayır
17-03-2018, 08:46
İKT üzrə yeni tədqiqatlar aparılır
11-03-2018, 09:23
“Azerspace-1”in 25-dən çox ölkədə müştəri bazası var
3-03-2018, 09:32
Elektron arayışların tətbiqi...
25-02-2018, 11:06
Şagird qəbulunun elektronlaşdırılması valideynlərin işini asanlaşdırıb
12-02-2018, 22:01
Təhsildə müasir texnologiyaların tətbiqinə yeni imkanlar yaranır

Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər
ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır
Rus Dram Teatrının aktyoru deyir ki. bölgə teatrlarında diplomlu aktyor və rejissor tapmaq müşkül məsələdir
Qüdrət Həsənquliyevin fikrincə, Tramp görsə ki, Ukrayna qalib gəlir, Rusiyaya təkcə siyasi yox, hərbi dəstək də verəcək