19:08 / 21-02-2026
Azərbaycan millisi Belarus yığmasına qalib gəlib
15:31 / 21-02-2026
İctimai vəkillik layihəsi çərçivəsində tədbirlər keçirilib - Foto
15:20 / 21-02-2026
Ötən ay Azərbaycanda 18 milyon tondan çox yük daşınıb
11:21 / 21-02-2026
Sumqayıt-Laçın avtobus reysi təşkil ediləcək
11:00 / 21-02-2026
Narkotikin təsiri altında olan sürücü saxlanılıb
10:52 / 21-02-2026
Azərbaycanda işsizlərin sayı artıb
10:44 / 21-02-2026
Yanan avtomobili söndürən FHN əməkdaşlarını maşın vurub, ölən var
23:14 / 20-02-2026
Ramazanın üçüncü günü: dua, imsak və iftar vaxtı
20:53 / 20-02-2026
İlk dəfə 3D çapı ilə beton hazırlanıb
20:41 / 20-02-2026
Rusiyalı ekspert: Avropa buzqıran donanması Arktika üçün yetərli deyil
20:23 / 20-02-2026
Misirdə qızılla örtülmüş mumiya tapılıb
19:30 / 20-02-2026
Azərbaycandan Ukraynaya növbəti yardım göndərirlər
18:52 / 20-02-2026
Səfirlik: "Prezidentin avtomobilinə hücum aktları həyata keçiriblər"
18:45 / 20-02-2026
Elçibəyin keçmiş köməkçisi partiya sədrindən pulunu istəyir
18:31 / 20-02-2026
Bayraktar: Ermənistan Türkiyə-Azərbaycan enerji əməkdaşlığına qoşula bilər
17:33 / 20-02-2026
Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində yeni qurum yaradılır - Fərman
17:28 / 20-02-2026
Şagirdlərin elektron yerdəyişməsinə başlanılır
17:24 / 20-02-2026
Holdinqin Müşahidə Şurasına yeni üzvlər təyin edilib
16:57 / 20-02-2026
STM MEDİA-ya birləşdirilir, BMTM yenidən təşkil olunur
16:50 / 20-02-2026
ABŞ 2026-cı ildə Ukraynada sülhə nail ola bilməyəcək
16:34 / 20-02-2026
Azərbaycan əhalisinin sayı açıqlanıb
16:16 / 20-02-2026
Qadınları xaricə apararaq cinsi istismara məruz qoyan mütəşəkkil dəstə aşkarlanıb - Video
15:38 / 20-02-2026
Netanyahu: Ayətullahlara təsəvvür etmədikləri cavabı verəcəyik
15:27 / 20-02-2026
Xocavəndə ilk köç karvanları gedib - (Yenilənib)
15:27 / 20-02-2026
İrana hücum zamanı ilk hədəflər müəyyən olunub
15:19 / 20-02-2026
İdman federasiyalarından birinin adı dəyişdirilib
15:02 / 20-02-2026
Qərbi Azərbaycan İcması Səməd Vəkilovu təltif edib - Foto
14:51 / 20-02-2026
Sem Altman: Süni intellekt fəlakətə səbəb ola bilər
14:37 / 20-02-2026
Müğənni Fərəh Samirəqızı saxlanılıb
09:44 / 17-02-2026
Rəssam Ayla İnsanovanın əsərləri Parisdə sərgilənib - Fotolar
16:16 / 20-02-2026
Qadınları xaricə apararaq cinsi istismara məruz qoyan mütəşəkkil dəstə aşkarlanıb - Video
14:42 / 18-02-2026
Avropa ABŞ-dan asılılığı azaltmaq istəyir: müstəqil nüvə çətiri qurmağa çalışırlar
16:31 / 19-02-2026
ASC rəhbəri Ruslan Eyyubovun həbs müddəti uzadılıb - (Yenilənib)
10:26 / 20-02-2026
Şovinist ermənilər Azərbaycanın anti-milli qüvvələrini dəstəkləyir
16:57 / 18-02-2026
İcra başçısı sabiq deputatdan polisə şikayət edib
15:31 / 21-02-2026
İctimai vəkillik layihəsi çərçivəsində tədbirlər keçirilib - Foto
16:19 / 18-02-2026
Əli Mustafa: Azərbaycanda Rusiyanın nüfuz dairəsində olan mərkəzlər zəiflədilməlidir
08:56 / 17-02-2026
ABŞ-da tələbələr kütləvi şəkildə ixtisaslarını dəyişirlər
17:02 / 18-02-2026
Məşhur kollecin direktorunun adı qalmaqalda: milyonluq mülklər...
10:55 / 18-02-2026
Daha 17 itkin-şəhidimiz dəfn olunacaq - Siyahı
Ölkəmizdə elektron ticarət dövriyyəsi artır
Tarix: 05-08-2018 15:32 | Bölmə: Layihə

Ekspert Həsən Babayev deyir ki, növbəti illərdə Azərbaycanda e-ticarət sahəsində artım daha yüksək olacaq
Son illər Azərbaycanda elektron ticarət inkişaf etməkdədir. Əgər 10 il öncəyə qədər insanlar ancaq nağd yolla alış-veriş edirdilərsə, yaxud çox nadir insanlar elektron ticarətdən yararlanırdısa, artıq ölkə əhalisinin böyük əksəriyyəti bu sahəyə meyl edib.
Artıq insanlar evlərində oturub dünyanın istənilən nöqtəsindəki malı sifariş verə, internet üzərindən ödəniş edərək ala bilirlər. Təbii ki, bütün bunlara görə insanların hüquqları həm ölkədaxili, həm də beynəlxalq qanunlarla qorunur.
Müsbət məqamlardan biri də odur ki, Azərbaycan dövləti bu sahayə önəm verir, hətta elektron ticarətlə bağlı müxtəlif dövlət qurumları tədbirlər, dəyirmi masalar təşkil edirlər.
Bu günlərdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) və Avropa İttifaqının (Aİ) birgə təşkilatçılığı ilə Bakıda “Azərbaycanda elektron ticarət: mövcud vəziyyət və inkişaf perspektivləri” mövzusunda dəyirmi masa keçirilib. Tədbir NRYTN və Aİ tərəfindən 2017-ci ildən reallaşan “Azərbaycan Respublikasında elektron xidmətlərin və elektron ticarətin inkişafının gücləndirilməsi” layihəsi çərçivəsində baş tutub. Dəyirmi masanın məqsədi milli elektron-ticarətin inkişafı istiqamətində müxtəlif dövlət qurumlarının səylərini birləşdirəcək platforma təklif etmək, elektron ticarət sahəsində kiçik və orta sahibkarların üzləşdiyi mövcud maneələri və fəaliyyət məhdudiyyətlərini müzakirə edərək, təkliflər hazırlamaqdır.
Dövlət qurumları, beynəlxalq təşkilatlar və özəl sektor nümayəndələrinin iştirak etdiyi tədbir “E-kommersiya biznesinin (təchizat zənciri, logistika və sair) inkişafı məqsədilə kiçik və orta sahibkarlığa dövlət dəstəyi”, “E-kommersiya biznesi qurarkən kiçik və orta sahibkarların üzləşdiyi mövcud maneələr, fəaliyyət məhdudiyyətləri və bu maneələrin aradan qaldırılması yolları”, “E-kommersiya sahəsində qabaqcıl beynəlxalq təcrübə” kimi mövzuları əhatə edib. Dəyirmi masada, həmçinin “Bakı E-kommersiya Forumu-2018” layihəsinin təqdimatı keçirilib.
Tədbirdə çıxış edən nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə son illərdə qlobal iqtisadi çağırışlara uyğun genişmiqyaslı iqtisadi islahatların aparılmasından söz açıb. Nazir qeyd edib ki, ölkədə aparılan məqsədyönlü siyasət biznes və investisiya mühitinin əlverişliliyinin artırılması və ölkəmizin beynəlxalq reytinqlərdə mövqeyinin daha da yaxşılaşdırılması ilə nəticələnib. O bildirib ki, sahibkarlıq siyasətinə dair vahid yanaşmanın, innovasiyaların, beynəlxalq standartların daha geniş tətbiqi, ixrac bazarlarının araşdırılmasında dövlət dəstəyinin artırılması və digər dəstək mexanizmlərinin genişləndirilməsi ölkədə sahibkarlığın inkişafına böyük təkan verib.
R. Quluzadə əlavə edib ki, iqtisadiyyatın diversifikasiyası, sahibkarlığın və qeyri-neft sektorunun inkişafı Azərbaycanda həyata keçirilən iqtisadi siyasətin prioritet istiqamətlərindəndir. “Son illərdə ölkədə elektron ticarət sürətlə inkişaf edir. 2016-cı ildə Azərbaycanda pərakəndə elektron kommersiya dövriyyəsi 25 milyon 613 min manat, 2017-ci ildə isə 46 milyon 227 min manat olub. Hazırda BMT-nin Ticarət və İnkişaf Konfransının (UNCTAD) B2C elektron kommersiya indeksində Azərbaycan 144 ölkə arasında 68-ci yerdədir”,- deyə nazir qeyd edib.
Nazir məlumat verib ki, “Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə ölkədə vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş şəxslərlə onların xarici biznes tərəfdaşları arasında sənədlərin, o cümlədən müqavilələrin elektron formada tərtibinə və imzalanmasına, habelə real vaxt rejimində transsərhəd elektron xidmətlərin həyata keçirilməsinə imkan verən “Azərbaycan Rəqəmsal Ticarət Qovşağı” yaradılıb. R.Quluzadə Azərbaycanın yerləşdiyi əlverişli geostrateji mövqeyin beynəlxalq elektron ticarət məhsullarının poçt vasitəsilə daşınma və çatdırılması baxımından ölkəmiz üçün yeni imkanlar açdığını vurğulayıb. Onun sözlərinə görə, bu imkanlardan istifadə edərək hazırda Azərbaycan poçtu ölkələrarası elektron ticarətin həyata keçirilməsi üçün regional tranzit poçt mərkəzi (HUB) kimi fəaliyyət göstərir.
Daha sonra Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas çıxış edib. Azərbaycanın Aİ üçün vacib partnyor olduğunu qeyd edən səfir bu əməkdaşlığın 20 ildən artıq davam etdiyini bildirib. Elektron kommersiya sahəsində ölkəmizin bir çox nailiyyətlər əldə etdiyini də deyən K. Yankauskas Azərbaycanın nəqliyyat qovşağına çevrilməsi üçün regional və coğrafi üstünlüyə malik olmasını vurğulayıb. “Dünyanın qloballaşması texnologiyaların paylaşmasını zəruri edir və bu gün bütün dünyada xidmətlər rəqəmsallaşır. Azərbaycan da bu açıq rəqabətə girməlidir. Bu baxımdan, “Azərbaycan Respublikasında elektron xidmətlərin və elektron ticarətin inkişafının gücləndirilməsi” layihəsi çox vacibdir. Artıq iki ildir ki, həyata keçirilən bu layihə çərçivəsində xeyli nailiyyətlər əldə olunub və biz bundan sonra da ən yaxşı təcrübələri Azərbaycana gətirməyə hazırıq”.
Dövlət Gömrük Komitəsinin (DGK) sədr müavini İqbal Babayev isə bu sahənin inkişafında rast gəlinən problemlərə toxunub. “Azərbaycanda da elektron ticarət dinamik inkişaf edir. Amma dünya ticarəti ilə nisbətdə Azərbaycanın ticarət dövriyyəsində hələ də yaxşı nəticələr yoxdur. Elektron ticarət - elektron platforma, elektron ödəniş sistemləri və logistika kimi 3 əsas meyar üzərindən inkişaf edir ki, yaranan problemlər də əsas elektron ödəniş sistemləri ilə bağlıdır”, - deyə sədr müavini bildirib.
İ. Babayev bildirib ki, bazarın qloballaşması, ticarət zəncirinin, eyni zamanda bununla bağlı prosedurların mürəkkəbləşməsi gömrük sahəsində də dəyişiklikləri tələb edir. Gələcəyin elektron kommersiya üzərində qurulduğunu da diqqətə çatdıran gömrük rəsmisi bu sahədə ümumi maarifləndirilmə tədbirlərinin genişləndirilməsini vacib sayıb.
Daha sonra BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) İKT siyasəti şöbəsinin müdiri, UNCTAD-ın İKT, e-kommersiya və rəqəmsal iqtisadiyyat sahələri üzrə məsul şəxsi Torbjorn Fredriksson çıxış edib. Dünya iqtisadiyyatının sürətlə rəqəmsallaşmasını vurğulayan BMT rəsmisi iqtisadiyyatın bir qolu olan elektron kommersiyanın transformasiya xarakteri daşıdığını nəzərə çatdırıb. “Bu sahə böyük və kiçik bizneslər kimi, dövlətlərə də faydaları ilə yanaşı, problemlər də gətirir. Təbii ki, elektron ticarətin inkişafı ilə qazananlar və uduzanlar da olacaq. Təsadüfi deyil ki, BMT-də “Elektron kommersiya və rəqəmsal iqtisadiyyat üzrə hökumətlərarası ekspert qrupu yaradılıb”, - deyə Torbjorn Fredriksson bildirib.
Çıxışlardan sonra isə “Azərbaycanda elektron ticarətin inkişafının əsas meyarları”, “Elektron kommersiya istifadə olunmayan potensialdır” kimi mövzularında məruzələr dinlənilib və özəl sektor nümayəndələrinin fəal iştirakı ilə fikir mübadiləsi aparılıb. Ölkədaxili elektron ticarətlə məşğul olan sahibkarların mövcud vəziyyətlə bağlı fikirləri və təklifləri dinlənilib. Özəl sektoru təmsil edən iştirakçılar elektron ticarətin inkişafı ilə bağlı mövcud problemlər və çətinliklər barəsində danışıb, onların aradan qaldırılması üçün dövlət qurumları tərəfindən müvafiq addımların atılmasını təklif edib.
Tədbir “Elektron kommersiyanın inkişafında dövlətin rolu”, “Elektron kommersiyanın inkişafında dövlət və özəl sektor əməkdaşlığı”, “Elektron kommersiyanın inkişafı üzrə təşəbbüslər” adlı sessiyalar üzrə işini davam etdirib.
İqtisadçı-kibernetik, İKT üzrə mütəxəssis Həsan Babayev electron ticarətlə bağlı fikirlərini “Reytinq”lə bölüşərkən deyib ki, informasiya texnologiyalarının sürətli inkişafı ticarət, alış-satış sahələrində də mühüm dəyişikliklərlə müşahidə olunur.
Onun sözlərinə görə, artıq dünyada ticarətin yeni növü elektron ticarətin payı artmaqdadır:
“Elektron ticarət - informasiya və internet resurslarından istifadə etməklə ticarətin aparılmasıdır. Dünyada bütün alış əməliyyatlarını internet üzərindən aparan, sırf elektron ticarətlə məşğul olan şirkətlərin sayı getdikcə artmaqdadır. Buna misal olaraq “Amazon”, “Ebay“, “Alibaba” və.s şirkətləri göstərə bilərik. Avropanın demək olar, əksər ölkələrində marketlər müştərilərinə elektron alış-veriş etmək imkanı da yaradıblar. İnternet üzərindən ticarətin bir çox mənfi və müsbət xüsusiyyətləri vardır”.
Ekspertin fikrincə, müsbət cəhət ondan ibarətdir ki, məhsul vitrinlərə daşınmadan və ona əlavə xərc sərf olunmadan birbaşa müştəriyə çatdırılır ki, bu da həmin məhsulun maya dəyərinə təsir edir və nəticədə qiymət aşağı olur: “Yəni bu istehsalçı ilə müştəri arasında birbaşa əlaqədir. Müştəri evində oturub mağazaya getmək üçün vaxt sərf etmədən məhsul seçib sifariş verə bilir ki, bu da vaxta qənaət baxımından əhəmiyyətlidir”.
Elektron ticarətin mənfi xüsusiyyətlərinə gəlincə, müsahibiz bildirib ki, seçilən məhsulu müştəri bəyənmədiyi təqdirdə geri qaytarması və eynisi ilə əvəzləməsi müəyyən vaxt aparır:
“Avropada bir çox şirkətlər müştəri məmnunluğu üçün birinci dəfənin geri qaytarılma xərclərini özləri qarşılayır.
Elektron ticarətin digər mənfi xüsusiyyəti də var. Bu da bank hesabının təhlükəsizliyi məsələsədir. Təbii ki, intenet üzərindən alış-veriş zamanı online-bank xidmətlərindən istifadə olunur. Bu da bir çox hallarda bank hesablarına hakerlər tərəfindən müdaxilə kimi xoşagəlməz halların baş verməsinə səbəb olur”.
H. Babayev onu da nəzərə çatdırıb ki, Azərbaycanda da elektron ticarət getdikcə inkişaf edir və bu sahə Azərbaycanda qanunla tənzimlənir. “Belə ki, 2005-ci il may ayının 10-da ''Elektron ticarət haqqında'' Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Elektron ticarətlə bağlı tərəflərin bütün hüquq və vəzifələri, tərəflərin bütün məsuliyyətləri həmin qanunla tənzimlənir. Ötən ilin statistikasına nəzərə saldıqda görürük ki, Azərbaycanda pərakəndə elektron ticarət dövriyyəsi 46 milyon manatdan çox olub. Bu açıqlamanı Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə "Azərbaycanda elektron ticarət: mövcud vəziyyət və inkişaf perspektivləri" mövzusunda keçirilən tədbirdəki çıxışında bildirib. Nazirin sözlərinə görə, son dövrlər Azərbaycanda elektron ticarət dövriyyəsi sürətlə inkişaf edir. Belə ki, 2016-cı ildə ölkədə pərakəndə ticarət dövriyyəsi 25 milyon manat, 2017-ci ildə isə 46 milyon manatdan çox olub. Bu da onu göstərir ki, Azərbaycanda elektron ticarətin dövriyyəsi artır və bu da növbəti illərdə e-ticarətin daha da inkişaf edəcəyinə əsas yaradır”,– deyə ekspert fikrini tamamlayıb.
Z.MƏMMƏDLİ
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə "İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” layihəsi çərçivəsində hazırlanıb.
Bölməyə aid digər xəbərlər

22-06-2022, 12:01
Patrik Andrade "Qarabağ"dan ayrılıb
31-05-2021, 10:30
Ermənilər dövlət sərhəddində növbəti təxribat törədib?
11-01-2020, 17:00
Mərkəzi Seçki Komissiyası DSK-nın qərarını ləğv edib
27-01-2019, 21:02
Elektron elm üçün fundamental layihələr icra olunur - Foto
20-01-2019, 11:03
Müasir texnologiyaların tətbiqi daha da sürətlənir
12-01-2019, 18:12
“Qaynar xətt” vətəndaşların işini asanlaşdırıb
5-01-2019, 10:28
Bir mərkəzdə 46 elektron xidmət... - Fotolar
29-12-2018, 21:27
İKT sahəsində mühüm araşdırmalar aparılıb
22-12-2018, 21:39
İnnovativ və texnoloji yeniliklər…
15-12-2018, 22:52
İKT-yə investisiya qoyuluşu 69 faiz artıb
8-12-2018, 23:15
50-dən artıq startap...
30-11-2018, 07:12
İKT ilə bağlı yeni tədbir…
25-11-2018, 08:57
Elektron dövlət və E-elm... - Yeniliklər
19-11-2018, 09:46
Vətəndaşlara “şəxsi kabinet” hazırlanır
4-11-2018, 17:41
Elektron sənəd dövriyyəsi yeni mərhələyə qədəm qoyur
28-10-2018, 06:21
“Rəqəmsal hökumət”ə keçid başlayıb
20-10-2018, 20:14
Dövlət orqanlarında elektron xidmətlərin təşkili araşdırılır
15-10-2018, 01:12
İKT sektoru üzrə gəlirlər 1,2 milyard manata yüksəlib
7-10-2018, 06:54
“Azərbaycan kosmik sənayedə də mövqeyini ortaya qoyur”
29-09-2018, 14:26
Elektron ticarətin strategiyası hazırlanır
24-09-2018, 00:33
Elektron mediada təhlükəsizlik müzakirə olunub
16-09-2018, 11:19
İnformasiya ehtiyatları təkmilləşdirilir - Qaydalar
1-09-2018, 00:13
İKT sahəsində yeni layihələr reallaşdırılacaq
24-08-2018, 15:12
Müasir texnologiyaların tətbiqi genişlənir
13-08-2018, 10:12
Daha bir peykimiz orbitə hazırlanır
5-08-2018, 15:32
Ölkəmizdə elektron ticarət dövriyyəsi artır
30-07-2018, 13:35
İKT üçün yeni tədbirlər planı var
23-07-2018, 02:27
Müasir texnologiyalar daha da təkmilləşdirilir
14-07-2018, 14:01
“Elektron hökumət”ə müraciətlərin sayı 23 milyonu ötüb
7-07-2018, 22:21
Əmlakla bağlı elektronlaşma prosesi genişlənir - Yenilik
30-06-2018, 14:10
Müasir texnologiyalar biznes mühitini yaxşılaşdırır
23-06-2018, 10:45
İKT sahəsində elmi araşdırmalar davam etdirilir
11-06-2018, 01:03
Virtual məkan uşaqlar üçün təhlükəyə çevrilib - Ekspert
2-06-2018, 11:32
Elektron sənədləşmənin yeni mərhələsinə start verilib
26-05-2018, 21:57
İKT böyük şirkətləri bir araya gətirib
19-05-2018, 21:50
“Elektron dövlət” idarəçilik keyfiyyətini artıracaq
14-05-2018, 20:32
“Mobil elektron imza" layihəsinə start verilib
6-05-2018, 21:58
İnformasiya təhlükəsizliyi ilə bağlı yeniliklər edilir
28-04-2018, 10:46
Uşaqların zərərli informasiyalardan qorunması prioritetə çevrilib
23-04-2018, 23:28
Çətin relyefli ərazilərdə 4-cü nəsil texnologiyanın tətbiqi üçün yeni işlər görülür
16-04-2018, 19:59
Təhlükəsizlik Mərkəzi Azərbaycanın virtual sərhədlərini necə qoruyur?
8-04-2018, 12:25
Elektron media və sosial şəbəkələrin problemi – Ekspertlər
31-03-2018, 06:58
Dövlət xidmətlərində elektronlaşmanın yeni mərhələsi başlayır
17-03-2018, 08:46
İKT üzrə yeni tədqiqatlar aparılır
11-03-2018, 09:23
“Azerspace-1”in 25-dən çox ölkədə müştəri bazası var
3-03-2018, 09:32
Elektron arayışların tətbiqi...
25-02-2018, 11:06
Şagird qəbulunun elektronlaşdırılması valideynlərin işini asanlaşdırıb
12-02-2018, 22:01
Təhsildə müasir texnologiyaların tətbiqinə yeni imkanlar yaranır

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək