21:14 / 27-08-2025
Çempionlar Liqası: "Araz-Naxçıvan" rəqibi darmadağın edib
18:09 / 27-08-2025
Bakının üç rayonunda söküntü işlərinə başlayırlar
18:00 / 27-08-2025
Musiqi və incəsənət məktəblərinə yeni rəhbərlər təyin olunub
17:45 / 27-08-2025
Nazirlik "xaricdə onlayn təhsil" vədləri ilə bağlı açıqlama yayıb
17:40 / 27-08-2025
Hüseynli mərhum qardaşları ilə bağlı yayılan xəbərə sərt reaksiya verib
17:18 / 27-08-2025
Fransanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatıb
16:59 / 27-08-2025
Ağdərədə oğurluq edənlər tutulublar
16:47 / 27-08-2025
Xırdalanda DOST Mərkəzi yanır
16:24 / 27-08-2025
Sənaye metallarının qiyməti artıb
16:11 / 27-08-2025
Süni intellektlə bağlı yeni layihə təqdim olunub
16:11 / 27-08-2025
Daha 29 nəqliyyat vasitəsi hərraca çıxarılıb
16:06 / 27-08-2025
Azərbaycan və Uqanda XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
15:51 / 27-08-2025
Rus ordusuna qarşı yeni plan hazırlanır
15:49 / 27-08-2025
Şamaxıda yanğın törədən şəxs saxlanılıb
15:36 / 27-08-2025
Gəncədə iki qonşu bir-birini bıçaqlayıb
15:30 / 27-08-2025
Fərhad Əhmədovun böyük vergi borcu yaranıb
15:15 / 27-08-2025
Sumqayıtda çörək sexində yanğın olub
15:08 / 27-08-2025
Daha müasir silahlar nümayiş olunacaq - Foto
14:59 / 27-08-2025
Müəllimlərin işə qəbulu müsabiqəsinin nəticələri elan olunub
14:43 / 27-08-2025
Hökumətlə meriya arasında qarşıdurma yaranıb
14:35 / 27-08-2025
QHT koalisiyası 16 yaşlı İbrahimin azadlığa buraxılmasını tələb edir
14:21 / 27-08-2025
Dünya çempionatı: Azərbaycanın üç cüdoçusu 1/4 finala yüksəlib
14:00 / 27-08-2025
Şəhid jurnalistlərin medalları ailə üzvlərinə təqdim edilib
13:54 / 27-08-2025
Ağdama növbəti köç karvanı gedib - (Yenilənib)
13:38 / 27-08-2025
Merz: Moskva sülh yolu ilə nizamlanmaya mane olur
13:31 / 27-08-2025
Qəzzanın tam işğalı üçün hücumlar başlayıb
13:18 / 27-08-2025
Vəkil Fəxrəddin Mehdiyev avtomobil qəzasında xəsarət alıb
12:57 / 27-08-2025
Samuxda açıq ərazidə yanğın başlayıb
12:50 / 27-08-2025
Keçmiş rəqiblər barışır: Türkiyə Səddamla əlaqə qurur
15:41 / 25-08-2025

18:02 / 23-08-2025

00:05 / 23-08-2025

22:40 / 22-08-2025

14:25 / 23-08-2025

22:48 / 22-08-2025

14:04 / 26-08-2025

14:28 / 23-08-2025

19:23 / 24-08-2025

16:27 / 23-08-2025

00:03 / 25-08-2025

16:05 / 23-08-2025

“Elektron imza”nın tətbiqi müsbət nəticələr verir
Tarix: 13-11-2017 14:20 | Bölmə: Layihə

Ekspert hesab edir ki, elektron ticarətdən tutmuş sənədləşmə proseslərinə qədər bütün sahələrdə e-imzanın tətbiqi süni əngəlləri aradan qaldırır
6 ildən çoxdur ki, Azərbaycanda “Elektron imza”nın tətbiqinə başlanılıb. Layihənin icrası ölkədə sənəd dövriyyəsinin elektron formata keçməsini sürətləndirməkdir. Layihənin icrasında iştirak edən üç tərəf - hökumət, biznes mühiti və vətəndaş cəmiyyəti ilə iş aparılır.
Burada məqsəd “e-imza”nın daha geniş coğrafiyada tətbiqinə qısa zamanda nail olmaqdır. “E-imza”nın tətbiqi yazışmaları sürətləndirməklə yanaşı, sənədləşmədə süni əngəlləri də aradan qaldırır. Layihə “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı” (Elektron Azərbaycan) çərçivəsində həyata keçirilir.
Ötən dövr ərzində bu istiqamətdə kifayət qədər irəliləyişlər əldə edilib. Əgər ilk vaxtlarda “e-imza”nın əldə edilməsi uzun bir proses idisə, artıq bu sistem də asanlaşdırılır. Belə ki, Milli Sertifikat Xidmətləri Mərkəzi Azərbaycanın ayrı-ayrı bölgələrindən edilən müraciətləri nəzərə alaraq “Elektron imza”nı əldə etmək üçün onlayn müraciət sistemini daha da sadələşdirilib. Vətəndaşlar, fiziki və hüquqi şəxslər “Elektron imza” sertifikatını Qeydiyyat mərkəzlərinə getmədən “Elektron hökumət” portalından yaxud e-imza.az saytından onlayn müraciət edərək sifariş edə bilərlər. Bunun üçün ilk növbədə “Elektron hökumət”portalına daxil olub "E-xidmətlər" menyusundan “Bütün xidmətlər” bölməsini seçmək lazımdır. Sonra qurumların içərisindən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi seçilir və xidmətlər arasından “Vətəndaşlar üçün elektron imza sertifikatları sifarişi” xidməti seçilir. Açılan səhifədə E-müraciət üçün müqavilə şərtləri ilə tanış olub, səhifənin aşağı hissəsində «İstifadəçi qaydalarını qəbul edirəm» xanasını işarələyib, «DAVAM ET» düyməsini sıxmaq lazımdır.
Daha sonra “FİN məlumatları” xanasını seçməklə, FİN-ə uyğun məlumatlar avtomatik olaraq tamamlanacaq. Digər tələb olunan xanalar tamamlandıqdan sonra “Elektron imza” sertifikatının daşıyıcısını seçib, (USB-token, Smart Kart) “təsdiqləyin” düyməsini sıxmaqla müraciəti göndərmək mümkündür.
Qeyd edək ki, vətəndaş sifariş etdiyi “Elektron imza” sertifikatını "Azərpoçt" MMC-nin poçt filiallarında yerləşən Qeydiyyat mərkəzlərindən ala bilərlər. Bu Qeydiyyat mərkəzləri Bakı şəhərində və respublikanın bütün regionlarında mövcuddur. Sertifikatı götürmək üçün şəxsiyyət vəsiqəsinin təqdim olunması vacibdir. Hazırda Milli Sertifikat Xidmətləri Mərkəzi “Elektron imza” sertifikatını 2 daşıyıcıda təqdim edir. Smart Kart daşıyıcıda – “Elektron imza” sertifikatları kartda təqdim olunur. USB daşıyıcıda – “Elektron imza” sertifikatları USB formasında olan (fləş karta oxşar) Tokenlər vasitəsilə təqdim olunur. “Elektron imza” sifariş edən vətəndaş sifariş edəcəyi sertifikat daşıyıcını müəyyənləşdirdikdən sonra (Smart Kart, yaxud USB token) birini seçib, ödəniş edərək müraciətini göndərir. Smart Kartı seçmiş vətəndaş kart oxuyucunu da həmin səhifədən sifariş edə bilər. USB Token isə kompüterə birbaşa qoşulduğundan kart oxucuya ehtiyac yoxdur.
Məlumat üçün bildirək ki, Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən təqdim olunan “Elektron imza” sertifikatından istifadə tam pulsuzdur. 1 dəfə ödəniş edib, sertifikatı əldə etməklə 3 il müddətində heç bir xidmət haqqı olmadan tam ödənişsiz istifadə edilir. Bundan əlavə, “Elektron imza” beynəlxalq FİPS 140-2 təhlükəsizlik standartına uyğunlaşdırılıb və tam təkmil imzalama vasitəsidir.
Müsbət məqamlardan biri də odur ki, “Elektron imza”nın tətbiqi və onun müsbət tərəfləri cəmiyyət, eləcə də ictimai-siyasi dairələr tərəfindən təqdir olunur. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, sosial şəbəkə aktivi Niyaməddin Orduxanlı fikirlərini “Reytinq”lə bölüşərkən deyib ki, bu gün müasir dünyada svilizasiyanın inkişaf mərhələsində “Elektorn imza”nın önəmi var. Onun fikrincə, bu, bütün sahələrdə proseslərin sürətlənməsinə xidmət edir:
“Öncə onu deyim ki, elektron imza elektron dünyada şəxsiyyəti müəyyənləşdirmə vasitəsidir. Elektron imza anlayışı ümumi xarakter daşıyır. İnsanların əl imzalarının rəqəmli çeviricilərdən keçirilmiş, barmaq izləri, səs kimi bioloji əlamətlərinin və s. elektron halda kimliklərinin doğrulanmasını təmin edən vasitədir. Elektron imza elektron sistemdə imzanın malik olduğu bütün işləri yerinə yetirən, elektron sertifikat vasitəsilə bir elektron məlumata əlavə edilən və məlumatı göndərəni təyin edən bir ədədi koddur. İmzaların qısa müddət ərzində fəaliyyətini asanlaşdıran bir vasitədir. İnsan amilinə xidmət edir. Müsbət faydası var. Bu mənada sistemin fəaliyyəti təqdir edilir. Hesab edirəm ki, elektron ticarətdən tutmuş sənədləşmə proseslərinə qədər bütün sahələrdə e-imzanın tətbiqi süni əngəlləri də aradan qaldırır”.
Müsahibimiz onu da qeyd edib ki, cəmiyyətdə elektron informasiyanın yayılması prosesini aparmaq lazımdır. “Bu yalnız KİV, televiziya və digər vasitələrlə həyata keçirilməlidir. Bununla bağlı seminarlar, bölgələrdə təlimlər, görüşlər keçirilməli, Asan imzanın vətəndaşların müsbət fəaliyyətinə təsirini aşılamaq lazımdır.
Dünya təcrübəsində bu gün Asan imza xüsusi rol oynayır. Ən inkişaf etmiş ölkələr uzun müddətdir modern sistemə malikdir. Avropanın bir sıra ölkələrinin hökümətləri “Asan hökümət “ sisteminə keçib. İstənilən vətəndaş onu idarə edən hökümətin fəaliyyətini elektron formada izləyə, təklifini, iradını, problemini həll edə bilir. Qısa izahla desək, on günlərlə vaxt aparılan istənilən bir işi, bir necə saat ərzində həll etmək imkanları yaradır. Əlavə təbliğat vasitəsi kimi, dünyada sürətlə inkişaf edən sosial şəbəkədən də istifadə edib Eletron imzanın təbliğatını aparmaq olar”, - deyə N.Orduxanlı əlavə edib.
Onu da nəzərə çatdıraq ki, “Elektron imza”nın ən çox tətbiq olunduğu sahələrdən biri biznesdir. Belə ki, elektron ticarət prosesində e-imzanın rolu əvəzsizdir.
Qeyd edək ki, bu günlərdə Azərbaycan İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) təşəbbüsü ilə Bakıda Birinci Rəqəmsal Ticarət Qovşağına dair beynəlxalq konfrans keçirilib. "Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı: İnkişaf perspektivləri” mövzusunda təşkil edilən beynəlxalq konfransda açılış nitqi ilə çıxış edən İİTKM-in icraçı direktoru Vüsal Qasımlı bildirib ki, Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı ilk olaraq elektron ticarət və elektron kommersiya sahəsində dövlət – özəl əməkdaşlığı üçün gözəl nümunədir: “Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı Böyük İpək Yolu üzrə rəqəmsal məkanın, eyni zamanda Avropa coğrafiyasında vahid elektron məkanın yaradılması baxımından mühüm əhəmiyyətə malikdir”.
Beynəlxalq konfransda müzakirələr bir neçə paneldə aparılıb. Konfransın 3-cü panelində “Azexport” portalının rəhbəri Zaur Qardaşov, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) Məlumat Hesablama Mərkəzinin (MHM) direktoru Elnar Əsədov, Vergilər Nazirliyinin Qeydiyyat şöbəsinin rəhbəri Müslüm Şəfiyev, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu – AZPROMO-nun prezidenti Rüfət Məmmədov, “Paşa bank”ın baş strateji nəzarətçisi Aqşin Mirzəzadə iştirak ediblər.
Konfransda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin rəhbəri Elnar Əsədov “Rəqəmsal ticarətdə elektron imzanın tətbiqi” mövzusunda çıxış edib, elektron imzanın üstünlükləri və elektron ticarətdə perspektivlər barədə məlumat verib. O, çıxışı zamanı dünyada elektron ticarətin statistikası, rəqəmsal ticarət çərçivəsində reallaşdırılacaq əməliyyatların identifikasiya və təsdiqləyicisi olan “Elektron imza”nın prosesə təsirindən danışıb.
Ölkəmizdə NRYTN-in Milli Sertifikat Xidmətləri Mərkəzinin (MSXM) Açıq Açar İnfrastrukturunda iyerarxik modelə əsaslanan Kök Mərkəzinin fəaliyyəti ilə bağlı da ətraflı məlumat verilib. Bildirilib ki, mərkəzin funksiyalarından biri iyerarxik struktura daxil olan bütün mərkəzlər üçün təkmil sertifikatların verilməsidir. Strukturun ən üst səviyyəsində olan Kök Mərkəz ikinci səviyyəli mərkəzlərin (Hakimiyyət Orqanları Mərkəzi, Elektron Hökumət Mərkəzi, Vergilər Nazirliyinin Sertifikat Xidmətləri Mərkəzi və Mərkəzi bankın Sertifikat Xidmətləri Mərkəzi) reyestrə alınmasını və fəaliyyətini tənzimləyir.
Milli Sertifikat Xidmətləri Mərkəzinin 12356 dövlət qurumları, hökumət təşkilatları və bələdiyyələrlə, 35020 vətəndaş və biznes subyektləri ilə birgə çalışdığı qeyd olunub. 2016-2017-ci illər ərzində 41 714 “Elektron imza” sertifikatının istifadəyə verildiyi və 2015-2017-ci illər ərzində “Elektron imza” sertifikatları vasitəsilə imzalama sayının 23 milyona yaxın olduğu bildirilib.
“Elektron imza”nın e-ticarətdə tətbiqindən danışan MHM-in direktoru bunun internet bankçılıqda, sığorta xidmətlərində, virtual ofislərdə, e-sifarişdə, e-müqavilələrdə və e-ödənişlərdə tətbiq oluna biləcəyini söyləyərək qeyd edib ki, 2018-ci ildən ölkə vətəndaşlarına veriləcək yeni nəsil şəxsiyyət vəsiqələrində “Elektron imza” sertifikatları yerləşdiriləcək: “Potensial olaraq 8 milyon 200 mindən çox “Elektron imza” sertifikatlarına sahib olacaq ölkə vətəndaşları sözsüz ki, elektron ticarətin də fəal iştirakçısına çevriləcəklər”.
E.Əsədov qeyd edib ki, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən “Elektron imza” sahəsində beynəlxalq əməkdaşlığın tənzimlənməsi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən aparılır. Həmçinin, dövlətlərarası elektron ticarətin inkişafında beynəlxalq miqyasda “Elektron imza”ların qarşılıqlı tanınmasının da rolundan bəhs edib. Qeyd edilib ki, “Elektron imza” sahəsində müvafiq icra hakimiyyəti orqanı olaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu istiqaməti prioritet hesab edir və xarici ölkələrlə danışıqları davam etdirir. İlkin olaraq Türkiyə, İran, Qətər və Ukrayna ilə danışıqlara başlanılıb. Hazırda Avropa İttifaqının dəstəyi ilə Azərbaycan Respublikasında elektron xidmətlərin və e-ticarətin inkişafının gücləndirilməsi layihəsi üzrə işlər də aparılır. Bu layihə çərçivəsində “Elektron hökumət”, e-İDAS və e-ticarət sahəsində standartlar hazırlanır.
Cıxışçılar tərəfindən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təşkil etdiyi bu konfransın ölkəmizdə elektron ticarətin inkişafına xidmət etdiyi qeyd edilib və Mərkəzin bu sahədə apardığı fəaliyyəti yüksək qiymətləndirilib.
Z.MƏMMƏDLİ
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə "İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” layihəsi çərçivəsində hazırlanıb.
Bölməyə aid digər xəbərlər

22-06-2022, 12:01
Patrik Andrade "Qarabağ"dan ayrılıb
31-05-2021, 10:30
Ermənilər dövlət sərhəddində növbəti təxribat törədib?
11-01-2020, 17:00
Mərkəzi Seçki Komissiyası DSK-nın qərarını ləğv edib
27-01-2019, 21:02
Elektron elm üçün fundamental layihələr icra olunur - Foto
20-01-2019, 11:03
Müasir texnologiyaların tətbiqi daha da sürətlənir
12-01-2019, 18:12
“Qaynar xətt” vətəndaşların işini asanlaşdırıb
5-01-2019, 10:28
Bir mərkəzdə 46 elektron xidmət... - Fotolar
29-12-2018, 21:27
İKT sahəsində mühüm araşdırmalar aparılıb
22-12-2018, 21:39
İnnovativ və texnoloji yeniliklər…
15-12-2018, 22:52
İKT-yə investisiya qoyuluşu 69 faiz artıb
8-12-2018, 23:15
50-dən artıq startap...
30-11-2018, 07:12
İKT ilə bağlı yeni tədbir…
25-11-2018, 08:57
Elektron dövlət və E-elm... - Yeniliklər
19-11-2018, 09:46
Vətəndaşlara “şəxsi kabinet” hazırlanır
4-11-2018, 17:41
Elektron sənəd dövriyyəsi yeni mərhələyə qədəm qoyur
28-10-2018, 06:21
“Rəqəmsal hökumət”ə keçid başlayıb
20-10-2018, 20:14
Dövlət orqanlarında elektron xidmətlərin təşkili araşdırılır
15-10-2018, 01:12
İKT sektoru üzrə gəlirlər 1,2 milyard manata yüksəlib
7-10-2018, 06:54
“Azərbaycan kosmik sənayedə də mövqeyini ortaya qoyur”
29-09-2018, 14:26
Elektron ticarətin strategiyası hazırlanır
24-09-2018, 00:33
Elektron mediada təhlükəsizlik müzakirə olunub
16-09-2018, 11:19
İnformasiya ehtiyatları təkmilləşdirilir - Qaydalar
1-09-2018, 00:13
İKT sahəsində yeni layihələr reallaşdırılacaq
24-08-2018, 15:12
Müasir texnologiyaların tətbiqi genişlənir
13-08-2018, 10:12
Daha bir peykimiz orbitə hazırlanır
5-08-2018, 15:32
Ölkəmizdə elektron ticarət dövriyyəsi artır
30-07-2018, 13:35
İKT üçün yeni tədbirlər planı var
23-07-2018, 02:27
Müasir texnologiyalar daha da təkmilləşdirilir
14-07-2018, 14:01
“Elektron hökumət”ə müraciətlərin sayı 23 milyonu ötüb
7-07-2018, 22:21
Əmlakla bağlı elektronlaşma prosesi genişlənir - Yenilik
30-06-2018, 14:10
Müasir texnologiyalar biznes mühitini yaxşılaşdırır
23-06-2018, 10:45
İKT sahəsində elmi araşdırmalar davam etdirilir
11-06-2018, 01:03
Virtual məkan uşaqlar üçün təhlükəyə çevrilib - Ekspert
2-06-2018, 11:32
Elektron sənədləşmənin yeni mərhələsinə start verilib
26-05-2018, 21:57
İKT böyük şirkətləri bir araya gətirib
19-05-2018, 21:50
“Elektron dövlət” idarəçilik keyfiyyətini artıracaq
14-05-2018, 20:32
“Mobil elektron imza" layihəsinə start verilib
6-05-2018, 21:58
İnformasiya təhlükəsizliyi ilə bağlı yeniliklər edilir
28-04-2018, 10:46
Uşaqların zərərli informasiyalardan qorunması prioritetə çevrilib
23-04-2018, 23:28
Çətin relyefli ərazilərdə 4-cü nəsil texnologiyanın tətbiqi üçün yeni işlər görülür
16-04-2018, 19:59
Təhlükəsizlik Mərkəzi Azərbaycanın virtual sərhədlərini necə qoruyur?
8-04-2018, 12:25
Elektron media və sosial şəbəkələrin problemi – Ekspertlər
31-03-2018, 06:58
Dövlət xidmətlərində elektronlaşmanın yeni mərhələsi başlayır
17-03-2018, 08:46
İKT üzrə yeni tədqiqatlar aparılır
11-03-2018, 09:23
“Azerspace-1”in 25-dən çox ölkədə müştəri bazası var
3-03-2018, 09:32
Elektron arayışların tətbiqi...
25-02-2018, 11:06
Şagird qəbulunun elektronlaşdırılması valideynlərin işini asanlaşdırıb
12-02-2018, 22:01
Təhsildə müasir texnologiyaların tətbiqinə yeni imkanlar yaranır