18:14 / 28-04-2024
"Boinq" kosmosa uçacaq - Fotolar
18:00 / 28-04-2024
"Qəbələ" Azərbaycan Premyer Liqasını tərk edib
17:52 / 28-04-2024
Türkiyə səmasında insanabənzər cismlər peyda olub
17:21 / 28-04-2024
Sədərəkdə sursat partlayıb: iki nəfər həlak olub
16:57 / 28-04-2024
Göygöldə naməlum meyit tapılıb
15:02 / 28-04-2024
Bu gün magistraturalara qəbul imtahanı olub - Yenilənib
14:08 / 28-04-2024
Sabahın hava proqnozu açıqlanıb
11:09 / 28-04-2024
Ukraynaya məxsus 17 PUA vurulub
08:08 / 28-04-2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
07:56 / 28-04-2024
Ağdamda növbəti mina partlayışı olub, xəsarət alan var
22:50 / 27-04-2024
Şair-publisist Namiq Hacıheydərli vəfat edib
22:39 / 27-04-2024
Yunanıstanın baş naziri Türkiyəyə səfərə hazırlaşır
18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
18:15 / 27-04-2024
DİN: "Toplum TV”-nin əməkdaşı saxlanılmayıb"
17:09 / 27-04-2024
Hərbçilərimiz Türkiyədə beynəlxalq təlimdə iştirak edir
15:53 / 27-04-2024
Ali Məhkəmənin hakimi özünü öldürüb
14:39 / 27-04-2024
Prezident bir qrup sahibkarı təltif edib - Siyahı
13:42 / 27-04-2024
ANAMA əməkdaşı Şuşada minaya düşüb
12:45 / 27-04-2024
Laçının Sus kəndinə ilk köç olacaq - Fotolar
12:11 / 27-04-2024
Sabah hava necə olacaq? - Proqnoz
11:59 / 27-04-2024
Dünyanın ilk süni enerji adası tikilir
10:14 / 27-04-2024
Xankəndidə silah və sursatlar aşkarlanıb
10:09 / 27-04-2024
Marsdakı "hörümçək sürüsü"nün sirri açılıb - Fotolar
09:27 / 27-04-2024
Britaniyanın lüks avtomobilləri Rusiyaya daşınır
08:18 / 27-04-2024
"Bir qalanın sirri" Musiqili Teatrda açılacaq - Fotolar
08:09 / 27-04-2024
Rusiyada azərbaycanlılarla taciklər arasında kütləvi dava: ölən və yaralananlar var
21:36 / 26-04-2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - Fotolar
20:58 / 26-04-2024
İlham Əliyevlə Olaf Şolts birgə mətbuat konfransı keçiriblər
14:03 / 24-04-2024
Professor Nəsib Quliyev özünü güllələyib
17:30 / 26-04-2024
İlham Əliyev Almaniyada tədbirə qatılıb - (Yenilənib) - Fotolar
17:29 / 24-04-2024
24 Aprel - Erməni Yalanı Günüdür
09:21 / 24-04-2024
Bakıda Qırğız Kino Günləri başlayıb - Fotolar
09:19 / 24-04-2024
Azərbaycan Kuboku: bu gün finalçılar bəlli olacaq
13:07 / 26-04-2024
Füzuli şəhərinə növbəti köç karvanı gedib - (Yenilənib)
10:09 / 27-04-2024
Marsdakı "hörümçək sürüsü"nün sirri açılıb - Fotolar
13:21 / 24-04-2024
Azərbaycanda Rusiya əleyhinə ikinci cəbhə olmayacaq
14:30 / 24-04-2024
İlham Əliyevlə Sadır Japarov görüşüb, yeni sənədlər imzalanıb - (Yenilənib)
00:11 / 24-04-2024
İrana qarşı sanksiya siyahısı genişləndirilib
21:36 / 26-04-2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - Fotolar
00:06 / 24-04-2024
Ukraynada partlayışlar baş verib
Sosial media cəmiyyət üçün əsas faktora çevrilir
Tarix: 20-11-2017 10:11 | Bölmə: Layihə
Ekspert deyir ki, hələlik sosial media və vətəndaş jurnalistikası ilə bağlı ciddi narahatlıq yoxdur
İnformasiya və kommunikasiya texnologiyalarının (İKT) inkişafı, informasiya cəmiyyətinin daha da təkmilləşdirilməsi özü ilə yeni sistemlər gətirib. Son illərin ən böyük yeniliyinin sosial şəbəkələr olduğunu desək, bəlkə də yanılmarıq. Sosial şəbəkələrin daha da təkmiləşdirilməsindən sonra isə sosial media anlayışı ortaya çıxıb ki, bu da, elektron media ilə sosial şəbəkələr arasında qərar tutan bir sistem kimi qəbul edilə bilər.
Bəs sosial media nədir?
Sosial media sosial ünsiyyət və paylaşma üçündür. Sosial media daha əlçatan və veb əsaslı texnologiyalardan istifadə etməklə ünsiyyəti interaktiv dialoqa çevirir. Yeni media vasitələri: elektron informasiya saytları, sosial şəbəkələr, bloqlar, mikro bloqlar, ani ünsiyyət proqramları forum kimi insanların bir-birilə ünsiyyətinə və informasiya mübadiləsinə şərait yaradan sayt və proqramlar sayəsində internet istifadəçiləri axtardıqları və maraqlandıqları məlumatları əldə edirlər. Hər kəs öz informasiyasını öncə bir neçə nəfər və ya kiçik qruplar arasında paylaşa bilər, amma şəbəkə artdıqca daha geniş kütləni məlumatlandırmaq mümkün olur. Lakin informasiyanı paylaşmaqdan öncə, sosial medianı izləməli və insanların necə dialoq yaratdığını anlamaq lazımdır.
İnternet vasitəsi ilə informasiyanın dəqiq, tez və daha böyük kütləyə çatdırılması nəzərə alınaraq sosial şəbəkələr və elektron informasiya saytları yaradılır. İlk sosial şəbəkə 1979-cu ildə “Usernet” adı altında yaradılsa da, populyarlıq qazana bilmədi.
Ümumiyyətlə, sosial şəbəkə nədir?
Sosial şəbəkə - internet istifadəçilərinin bir-biri ilə tanışlığı, informasiya mübadiləsi, müxtəlif mövzular ətrafında müzakirələrin aparılması üçün yaradılmış internet saytlardır. Misal olaraq, son zamanlar daha çox yayılmış Facebook-u göstərmək olar. Elektron informasiya saytları artdıqca informasiyanın operativ və sürətli çatdırılmasına ehtiyac duyuldu, bununla da bloqlar yaradıldı.
Bəs bloq nədir?
Bloqun hərfi mənası “web gündəliyi” deməkdir. Bloqlar bir və ya bir neçə nəfər, birlik və ya təşkilatlar tərəfindən yaradıla bilər. Beləliklə, hər kəs özünə bloq yaratmaqla həvəskar jurnalist (blogger) ola bilər.
Bloqda yazılanlar heç bir senzuraya məruz qalmadığı üçün bütün dəqiqliyi ilə çatdırılır. Lakin dünyanın hər hansı yerində olan bir yeniliyi daha tez çatdıran platformalar mikro bloqlardır. Bu platformalardan informasiyanı bir neçə cümlə ilə telefondan belə yayımlamaq olar.
Azərbaycanda sosial media, vətəndaş jurnalistikası ilə bağlı duruma gəlincə, bu sahədə xeyli irəliləyiş var. İstər ictimai-siyasi fəalların, istərsə də sıravi vətəndaşların sosial mediada aktiv fəaliyyəti nəzərəçarpacaq səviyyədədir.
Mövzu ilə bağlı fikirlərini “Reytinq”lə bölüşən Bakı Avrasiya Universitetinin dosenti Mütəllim Rəhimli deyib ki, hər şeydən öncə sosial media, vətəndaş jurnalistikası ilə bağlı cəmiyəti maarifləndirmək lazımdır:
“Əvvəlcə bu anlayışlara müəyyən aydınlıq gətirməsək irəli sürdüyümüz mülahizələrin həqiqət olması fikrini yaratmağa çətinlik çəkə bilərik. Ona görə də qeyd etmək vacibdir ki, informasiyanın opreativliyinə şərait yaradan yeni texnologiyanın inkişafı ilə müasir jurnalistika son illər yeni keyfiyyət mərhələsinə qədəm qoyub. Bütün bunlar isə jurnalistikada yeni sahələrin yaranmasını şərtləndirib. Bunlardan biri olan sosial media insanlar arasında virtual internet alətləri vasitəsilə sosial ünsiyyət yaratmaq və məlumatların paylaşılması deməkdir.
Sosial media veb əsaslı texnologiyalardan istifadə etməklə ünsiyyəti interaktiv dialoqa çevirir. Sosial mediaya internet üzərindən yayımlanan informasiya saytları, sosial şəbəkələr, ani ünsiyyət proqramları, forumlar daxildir. Sosial medianın təşəkkülü və inkişafı da informasiya texnologiyalarının, konkret olaraq internetin imkanlarına əsaslanır. Sosial şəbəkələrdə, bloqlarda, forumlarda hansısa mövzu ortaya atılır və hər kəs ona öz münasibətini bildirir. Nəticədə müəllifi dəqiq məlum olmayan, kollektiv bir məhsul alınır və hər kəs bu məhsuldan özünə lazım olan hissəni götürür”.
Müsahibimizin sözlərinə görə, sosial media vətəndaş cəmiyyətinin formalaşması üçün başlıca faktorlardan biridir. İnsanlar artıq internet və texnologiyanın imkanlarından istifadə edərək bloqlar və sosial şəbəkələr vasitəsilə İnsan Hüquqları Haqqında Ümumdünya Bəyannaməsində və Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş hüquqlarını reallaşdıra bilirlər:
“Vətəndaş jurnalistikası indiyədək auditoriya adlandırılan hissənin fəallaşmasıdır. Əgər hansısa internet istifadəçisinin şəxsi bloqunda yeləşdirdiyi informasiya ictimai əhəmiyyət kəsb edirsə, bunu vətəndaş jurnalistikası adlandırmaq olar. Bu gün sadə oxucunun fotomüxbir, operator yaxud publisist olmaq imkanı yaranıb. Bütün bu mənzərəni reallıqla müqayisə etdikdə, həqiqətən də, görünür ki, sosial media və vətəndaş jurnalistikası ilə bağlı ciddi bir narahatlıq yoxdur. İnsanlar internet üzərindən onları narahat edən, maraqlandıran informasiya və məlumatları yayırlar, çağırışlar edirlər. Amma bununla belə, bu sferada müəyyən özünüsenzuranın və Şərq çılğınlığının olduğunu müşahidə etmək mümkündür. Bütün bunlar isə ciddi qüsurlardır. Nəticədə bəzi həqiqətlərin gizlədilməsi, yalanın doğru kimi təqdim edilməsi, haqsız yerə kimlərinsə ittihama məruz qalması və s. hallarla rastlaşırıq. Bütün bunların aradan qaldırılması üçün proqramların həyata keçirilməsi çox yaxşı olardı”.
“Mediamark” şirkətinin direktoru, sosial media mütəxəssisi Orxan Rzayevin ölkədə sosial media istifadəçiləri ilə bağlı apardığı araşdırmada diqqəçəkən məqamlar ortaya çıxıb. Ekspert hesab edir ki, son illər Facebook Azərbaycanda ən populyar sosial şəbəkə olsa da, 2017-ci ildə bu mövzuda dəyişiklik olacaq: “Ölkədəki Instagram istifadəçilərinin artım tempi göstərir ki, yaxın aylarla Instagram istifadəçi sayına görə Facebook-u keçəcək və ölkəmizdə ən böyük auditosiyası olan sosial platforma adını qazanacaq. Facebook Reklam Panelinin (Ads Manager) statistika bölümünün son yenilənməsi bunu deməyə əsas verir. Son 6 ayın statistikasına baxdıqda Instagramın çox sürətlə auditoriyasını genişləndirdiyini görürük. İyul ayında 750 min istifadəçisi olan Instagramda hazırda istifadəçi sayı 1.66 milyona çatıb. Facebookda isə son 6 ayda cüzi artım qeydə alınıb”.
Orxan Rzayev bildirib ki, hazırda Azərbaycanda Facebook istifadəçilərinin sayı 1,75 milyon, Instagram istifadəçilərinin sayı isə 1,66 milyondur: “Facebook və Instagram istifadəçilərinin ümumi sayı hazırda 2,5 milyondur. Bunlardan 840 mini yalnız Facebook istifadəçisidir. 750 mini isə Instagramdan istifadə edir. 910 mini isə həm Facebook, həm Instagramdan yararlanır.
Yaş nisbətlərinə görə qeyd olunan sosial şəbəkələrə baxdıqda, Facebook və Instagram auditoriyalarının təxminən eyni səviyyədə bölündüyünü görürük, amma 36-45 yaşlarda Instagram istifadəçilərinin sayı Facebookla müqayisədə xeyli çoxdur. İnstagramın son vaxtlar sürətlə inkişaf etdiyini görürdük. Lakin 6 ayda 2 dəfə artaraq 1,66 milyona çatması gözlənilən deyildi. Əgər bu templə davam edəcəksə, növbəti aylardan etibarən artıq Instagram ölkədə ən böyük auditoriyaya malik sosial şəbəkə ünvanını qazanancaq. Lakin nəzərə almaq lazımdır ki, Instagramda satış profillərinin aktivliyi, sürətlə artması göstərilən ədədlə real istifadəçi sayının fərqli olduğunu deməyə əsas verir”.
Maraqlı məqamlardan biri də odur ki, sosial media inkişaf etdikcə, əhatə dairəsi genişləndikcə yeni mexanizmlər, strukturlar, ixtisaslar ortaya çıxır. Son illərin peşələrindən biri sosial media meneceridir.
Bəs, sosial media meneceri əslində kimdir?
Əslində, bu problem təkcə bizim ölkədə deyil, bir çox ölkələrdə mövcuddur. Əsas problem isə bu sahənin çox yeni olması, vəzifə və öhdəliklərin çərçivəsinin tam olaraq müəyyən edilməmiş olmasından qaynaqlanır. Hansı bacarıqların bu işi görəcək şəxsin məhsuldarlığı üçün əsas olduğu da tam olaraq müəyyən edilməyib. Vakansiyalara göz gəzdirsək görərik ki, əsas tələb olaraq "Sosial Medianı aktiv olaraq istifadə etməyi bacarmaq"- qeyd edilir. Ən əsası, bunu fərqləndirməyi mütləq bacarmaq lazımdır, bütün günü Facebookda, İnstagramda, Twitterdə oturan, status, şərh yazıb, şəkil paylaşan çox sayda insanlar var, amma bunu edən hər insanın sosial media marketinqi apara biləcəyi dəqiq deyil. Mütləq nəzərə almalıyıq ki, bu işi görəcək insana Facebook, Instagram, Twitter, Youtube səhifəsini deyil, markamızı əmanət edirik. Qısası, bu insanın marketinq, müştəri davranışları, brend menecmenti biliyinin olması mütləqdir.
Belə bir sual yaranır, bəs yaxşı sosial media ekspertini sosial media istifadəçisindən ayıran əsas xüsuiyyətlər hansılardır?
Sosial media üçün hazırlanacaq kontentlər markanın mesajını, markanın məhsul və ya xidmətlərini sadə formada ötürməkdən artıq olmalıdır. Şirkətin sosial mediasını idarə edən insan qeyri-adi, yaradıcı kontentlər yaratmalı, insanların marağını çəkməli, onları danışdırmalıdır. Bunu edərkən auditoriyanı çox gözəl tanımalıdır və markaya zərər verəcək şeylərdən uzaq durmalıdır.
Araşdırmalara görə, gözəl vizual olan postlar digərlərinə nisbətdə 94 faiz daha çox kliklənir. "Wishpond"un araşdırmasına görə isə maraqlı vizuallar aktivliyi 120 faiz artırır. Məhz bu səbəbdən sosial media menecerinin gözəl qrafik dizayn biliyinin olması çox faydalıdır. Markanın sosial media hesablarını idarə edəcək olan insanın ölkənin dilini mükəmməl bilməsi, onu səlis formada istifadə etmə bacarığının olması son dərəcə zəruridir. Bəzən bir söz çox şeyi dəyişdirir. Hazırda yaşadığımız dünya tam olaraq "Brend müharibəsi"dir. Bu səbəbdən brendimiz möhkəm strategiyaya sahib olmalı, digərlərindən öndə olmağa çalışmalı və brendin strategiyası bütün kanallarda öz əksini tapmalıdır. Yəni brendin sosial mediasını idarə edən şəxs brendini çox gözəl tanımalı, strategiyasını dəqiq bilməli və sosial media strategiyasını qurarkən bunları nəzərə almalıdır. Ümumiyyətlə, sosial media üçün reklam büdcəniz yoxdursa, sosial media kanallarının heç bir mənası yoxdur. Reklam büdcəniz varsa, onu mütləq gözəl şəkildə dəyərləndirməyi bacarmaq da lazımdır. Sosial media meneceri büdcəni elə bölüşdürməlidir ki, maksimum geridönüş əldə edilsin.
Sosial medianın ən əsas xüsusiyyətlərindən biri hər şeyin "göz qabağında” olmasıdır. Datalar rəqəmlər formasında təqdim edilir, bu rəqəmlər analiz edilməli, uğurlar və uğursuzluqlar barədə rəhbərliyə hesabat verilməldir.
Z.MƏMMDƏLİ
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə "İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” layihəsi çərçivəsində hazırlanıb.
Bölməyə aid digər xəbərlər

22-06-2022, 12:01
Patrik Andrade "Qarabağ"dan ayrılıb
31-05-2021, 10:30
Ermənilər dövlət sərhəddində növbəti təxribat törədib?
11-01-2020, 17:00
Mərkəzi Seçki Komissiyası DSK-nın qərarını ləğv edib
27-01-2019, 21:02
Elektron elm üçün fundamental layihələr icra olunur - Foto
20-01-2019, 11:03
Müasir texnologiyaların tətbiqi daha da sürətlənir
12-01-2019, 18:12
“Qaynar xətt” vətəndaşların işini asanlaşdırıb
5-01-2019, 10:28
Bir mərkəzdə 46 elektron xidmət... - Fotolar
29-12-2018, 21:27
İKT sahəsində mühüm araşdırmalar aparılıb
22-12-2018, 21:39
İnnovativ və texnoloji yeniliklər…
15-12-2018, 22:52
İKT-yə investisiya qoyuluşu 69 faiz artıb
8-12-2018, 23:15
50-dən artıq startap...
30-11-2018, 07:12
İKT ilə bağlı yeni tədbir…
25-11-2018, 08:57
Elektron dövlət və E-elm... - Yeniliklər
19-11-2018, 09:46
Vətəndaşlara “şəxsi kabinet” hazırlanır
4-11-2018, 17:41
Elektron sənəd dövriyyəsi yeni mərhələyə qədəm qoyur
28-10-2018, 06:21
“Rəqəmsal hökumət”ə keçid başlayıb
20-10-2018, 20:14
Dövlət orqanlarında elektron xidmətlərin təşkili araşdırılır
15-10-2018, 01:12
İKT sektoru üzrə gəlirlər 1,2 milyard manata yüksəlib
7-10-2018, 06:54
“Azərbaycan kosmik sənayedə də mövqeyini ortaya qoyur”
29-09-2018, 14:26
Elektron ticarətin strategiyası hazırlanır
24-09-2018, 00:33
Elektron mediada təhlükəsizlik müzakirə olunub
16-09-2018, 11:19
İnformasiya ehtiyatları təkmilləşdirilir - Qaydalar
1-09-2018, 00:13
İKT sahəsində yeni layihələr reallaşdırılacaq
24-08-2018, 15:12
Müasir texnologiyaların tətbiqi genişlənir
13-08-2018, 10:12
Daha bir peykimiz orbitə hazırlanır
5-08-2018, 15:32
Ölkəmizdə elektron ticarət dövriyyəsi artır
30-07-2018, 13:35
İKT üçün yeni tədbirlər planı var
23-07-2018, 02:27
Müasir texnologiyalar daha da təkmilləşdirilir
14-07-2018, 14:01
“Elektron hökumət”ə müraciətlərin sayı 23 milyonu ötüb
7-07-2018, 22:21
Əmlakla bağlı elektronlaşma prosesi genişlənir - Yenilik
30-06-2018, 14:10
Müasir texnologiyalar biznes mühitini yaxşılaşdırır
23-06-2018, 10:45
İKT sahəsində elmi araşdırmalar davam etdirilir
11-06-2018, 01:03
Virtual məkan uşaqlar üçün təhlükəyə çevrilib - Ekspert
2-06-2018, 11:32
Elektron sənədləşmənin yeni mərhələsinə start verilib
26-05-2018, 21:57
İKT böyük şirkətləri bir araya gətirib
19-05-2018, 21:50
“Elektron dövlət” idarəçilik keyfiyyətini artıracaq
14-05-2018, 20:32
“Mobil elektron imza" layihəsinə start verilib
6-05-2018, 21:58
İnformasiya təhlükəsizliyi ilə bağlı yeniliklər edilir
28-04-2018, 10:46
Uşaqların zərərli informasiyalardan qorunması prioritetə çevrilib
23-04-2018, 23:28
Çətin relyefli ərazilərdə 4-cü nəsil texnologiyanın tətbiqi üçün yeni işlər görülür
16-04-2018, 19:59
Təhlükəsizlik Mərkəzi Azərbaycanın virtual sərhədlərini necə qoruyur?
8-04-2018, 12:25
Elektron media və sosial şəbəkələrin problemi – Ekspertlər
31-03-2018, 06:58
Dövlət xidmətlərində elektronlaşmanın yeni mərhələsi başlayır
17-03-2018, 08:46
İKT üzrə yeni tədqiqatlar aparılır
11-03-2018, 09:23
“Azerspace-1”in 25-dən çox ölkədə müştəri bazası var
3-03-2018, 09:32
Elektron arayışların tətbiqi...
25-02-2018, 11:06
Şagird qəbulunun elektronlaşdırılması valideynlərin işini asanlaşdırıb
12-02-2018, 22:01
Təhsildə müasir texnologiyaların tətbiqinə yeni imkanlar yaranır