21:22 / 26-02-2026
İsrail Livanın yaşayış məntəqəsinə zərbələr endirib
20:34 / 26-02-2026
Ramazanın 9-cu günü: dua, imsak və iftar vaxtı
19:26 / 26-02-2026
İran uranın zənginləşdirilməsini dayandıra bilər
19:06 / 26-02-2026
Leyla Əliyeva Vətən müharibəsi qazisini ziyarət edib - Fotolar
18:03 / 26-02-2026
İqtisadi Şuranın iclası keçirilib
17:45 / 26-02-2026
Rusiya almaz bazarlarından birini itirir
16:53 / 26-02-2026
İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında iştirak edib - (Yenilənib-3)
16:53 / 26-02-2026
Efiopiyanın baş naziri Azərbaycanda səfərdədir
16:47 / 26-02-2026
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng edib
16:43 / 26-02-2026
Epşteyn qalmaqalı: Dünya İqtisadi Forumunun rəhbəri istefa verib
16:25 / 26-02-2026
Xalq artistinin həyat yoldaşı vəfat edib
16:24 / 26-02-2026
Deputat seçicilərini aldadır
16:10 / 26-02-2026
Milli Məclis beynəlxalq təşkilatlara müraciət ünvanlayıb
16:01 / 26-02-2026
Çin tank sayına görə lider ölkədir
15:48 / 26-02-2026
AFFA iki klubu cəzalandırıb
15:02 / 26-02-2026
Peskov: Danışıqlarda nüvə ritorikası gözardı edilə bilməz
14:41 / 26-02-2026
Sabiq deputatı cərimələyiblər
14:06 / 26-02-2026
Zelenski: 420 dron və 39 raketin hücumuna məruz qalmışıq
13:56 / 26-02-2026
Rusiya üçün raket və nüvə hücumlarını zərərsizləşdirmək asanlaşır
13:27 / 26-02-2026
Saleh Məmmədovun fəaliyyətini araşdırırlar
13:07 / 26-02-2026
Cenevrədə ABŞ-İran danışıqları başlayıb
13:01 / 26-02-2026
Apteklərdə nöqsanlar aşkar edilib
12:50 / 26-02-2026
Dünya üçün qorxunc proqnozlar veriblər
12:34 / 26-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:26 / 26-02-2026
Orban Zelenskiyə qəzəbli şikayət məktubu yazıb
12:22 / 26-02-2026
Cəbrayıl sakini iş yoldaşları tərəfindən bıçaqlanıb
12:17 / 26-02-2026
Fuad Həsənov 51 kq narkotiklə saxlanılıb
12:13 / 26-02-2026
Pezeşkian: İran nüvə silahlarına qarşıdır
12:05 / 26-02-2026
Onun milli jurnalistikada yeri görünür - Foto
11:59 / 26-02-2026
Britaniya ukraynalılara sığınacaq vermək istəmir
15:02 / 24-02-2026
Urusun adamı - Etibar Cəbrayıloğlu yazır
15:52 / 23-02-2026
Dövlət Agentliyinin sədri vəzifədən azad edilib
15:45 / 23-02-2026
Polkovnikə maraqlı məktub - Fotolar
13:28 / 24-02-2026
Keçmiş rektorun milyonluq mülkləri müsadirə olunub - Siyahı
23:30 / 23-02-2026
Rusiya ABŞ-a İranla bağlı çağırış edib
14:24 / 23-02-2026
Ağdərənin 4 kəndinə köç karvanı gedib - (Yenilənib)
11:55 / 23-02-2026
Prezident bu şəxsləri təltif edib - Siyahı
17:02 / 24-02-2026
Məktəb direktoruna təzyiq altında ərizə yazdırıblar - Fotolar
11:43 / 23-02-2026
Hərbi xidmətə çağırış başlayır
15:59 / 24-02-2026
İcra hakimiyyətinin 43 əməkdaşı vəzifədən azad edilib
21:11 / 23-02-2026
Ramazanın 6-cı günü: dua, imsak və iftar vaxtı
23:40 / 24-02-2026
DTX Gültəkin Hacıbəylinin evində axtarış aparıb - (Yenilənib)
Qvineyalı Ajujinin acı göz yaşları
Tarix: 12-02-2019 10:49 | Bölmə: Akif CABBARLI

(Həyat etüdləri)
Ötən əsrin səksəninci illərində Moskvada Ümumittifaq Kinematoqrafiya İnstitutunda təhsil alan yaxın dostum (dünyasını dəyişdiyinə görə adını çəkmirəm – A.C.) rastlaşdığı, eşitdiyi hadisələri elə maraqla, şövqlə danışardı ki, istər-istəməz özümüzü o hadisələrin içində hiss edər, bir növ iştirakçısı sayardıq. Dostumun hekayətlərindən birini oxucuların diqqətinə çatdırmaq istərdim.
Deməli, beş il arxada qalır. Kursu bitirən müdavimlər ayrılıq ərəfəsində bir yaxşı məclis düzənləməyi qərara alırlar. Gənclər öz vətənlərinə qayıtmaq üçün gərəkli hazırlıq işlərini görüb qurtarandan sonra çemodan ovqatı ilə qaldıqları yataqxananın yeməkxanasında açılmış geniş ziyafət stolunun ətrafında əsl beynəlmiləl bir məclisə toplaşırlar. Yeyib-içirlər, tostlar bir-birini əvəzləyir. Ünvan mübadiləsi edən kim, əhd-peyman bağlayan, kövrələn, ağlayan kim. SSRİ-nin müxtəlif regionlarından, bir çox xarici ölkədən gələn cavanlar hər il eyni vaxtda Moskvada görüşməyə də əsl kişi kimi söz verirlər.
Məclisin şirin yerində Qvineyadan olan şən, zarafatcıl zənci balası Ajuji sağlıq demək üçün ayağa qalxır. Ötən beş ildə dostum qarışıq beş-altı qafqazlı balasına əsl lakey xidməti göstərmiş zənci oğlan araq badəsini hamınınkı ilə toqquşdurandan sonra sifətindəki hüzn işartıları ilə, qəmgin notlarla nə söyləsə yaxşıdır:
- Ay qardaşlar, bacılar, sevgili tələbə dostlarım, tarixə qovuşan bu beş ildə sizdən çox razı qalmışam. Doğrudur, ayaqqabılarınızı təmizləyir, şalvarınızı ütüləyirdim, bazar-dükan da mənlik idi, mətbəxdə axşamlar yemək bişirmək də. Sağ olun, əvəzində həmişə məni xoş dillə dindirmisiniz, heç vaxt xətrimə dəyməmisiniz. Bakıdan, Tiflisdən, hələ lap Kiyevdən, Kişinyovdan göndərilən cürbəcür yemək-içməkdən mənə də pay ayırmısınız, yəqin ki, halal edərsiniz. Amma mən bu gün çox kədərliyəm, izaholunmaz peşimançılıq hissi keçirirəm. Bu duyğular ömrüm boyu məni tərk etməyəcək.
Zənci bu sözləri deyib susdu. Məclisdəkilər yerbəyerdən Ajujinin şəninə xoş sözlər, epitetlər səsləndirdilər, lakin içməyə macal tapmadılar. Afrikalı oğlan göz yaşları içində öz tostunu bu sözlərlə bitirdi:
- Amma mən, axmağın lap yekəsi olan mən bu gün sizin qarşınızda çox xəcalətli, üzüqarayam. Çünki hər axşam sizin üçün qaynadıb dəmlədiyim çayı otağınıza gətirərkən mən başıdaşlı, mən əclaf yolumu əvvəlcə dəhlizin axırındakı tualetdən salır, çayniki qapağını ehmalca götürürdüm, yox-yox, dalısını deyə bilmirəm. Vurun öldürün, vallah, mən cəhənnəmliyəm, qoy Afrikaya mənim tabutumu göndərsinlər. İnanın, uşaqlar, elədiklərim sizdən nəyinsə heyifini çıxmaq deyildi, sadəcə xoş bir zarafat, azərbaycanlılar demiş, sadəcə “mırt” idi...
Zənci oğlan elə ağlayır, elə ağlayırdı ki, sanki bütün əzizləri o dünyalıq olub döşənmişdi ayaqlarının altına...
***
Qara saqqallı, universal oğlan
Bu günlərdə metronun Elmlər Akademiyası stansiyası ilə üzbəüzdəki avtobus dayanacağında bir cavan oğlanın məşhur sirk artistlərini də geridə qoyan hərəkətləri hansı üzünə olur-olsun, hər halda insanın çox şeyə qadir olduğu barədə qənaətimi daha da möhkəmləndirdi. Onu da fikirləşdim ki, tütək təki daracaq şalvarının arxa cibinə zorla dürtdüyü on iki vərəqli dəftərdən tələbə olduğu dərhal sezilən bu oğlanın yaxın gələcəkdə ölkənin tanınmış jonqlyorlarından biri kimi tanınması onun sadəcə olaraq Təzə bazarla üzbəüzdəki məşhur ünvana baş çəkməsini zəruri edir.
On səkkiz-iyirmi yaşlarındakı qapqara saqqallı, şivərək oğlan dayanacaqdakı uca sərv ağacına söykənib ləzzətlə siqaret sümürürdü. Bir əlində isə şaqqıltı ilə təsbeh fırladır, eyni zamanda, başı ilə çiyninə sıxdığı telefonu qulağına yaxınlaşdırıb kiminləsə “mırt vurur”, ara-sıra da saqqız çeynəməsindən yaranan tüpürcəyini (bu ifadəyə görə öz adımdan sizdən üzr istəyirəm – A.C.) düz küçənin ortasınadək vızıldadırdı. Yeri gəldikcə ayaqqabılarının ucu ilə dabanlarını və baldırlarını dindələyirdi. Görünür, qış fəslinə xas olan və təbii ki, vitamin çatışmazlığından ortaya çıxan qaşınma bu oğlandan da yan keçməmişdi.
Hə, birini də deyim. Bu universal adam bu qədər prosesin içərisində arada bir cibindən ovucla qara tum çıxarıb ağzına təpir və qabığını da sözsüz ki, ətrafa uçurdurdu. İşin şirin yerində qucağındakı telefonla ona nə dedilərsə, şırtıq çalıb rəqs də elədi – hər halda milli rəqslərimizdən deyildi.
Belə. Mən bilən, yaddan çıxan heç nə qalmadı. Doğrusu, maraq məni də, ətrafdakıları da nə təhər götürmüşdüsə, bu oğlanı qırx dəqiqəyə yaxın müddətdə diqqətlə izləməli olduq. Ayrı-ayrılıqda adamın ürəyini üzən, yorulub əldən salan hərəkətləri elə ardıcıllıqla, sinxron şəkildə nümayiş etdirirdi ki, ona tamaşa edən hər kəsin ürəyindən, zənnimcə, bircə söz keçirdi – molodes sənə, oğul bala, səni yetişdirib ortaya çıxaran valideynlərinə də eşq olsun.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Akif CABBARLI
Bölməyə aid digər xəbərlər
9-09-2024, 12:18
Akif CABBARLI - Kəlbəcərə gedə bilmədi, doğmalarının qəlbində yuva qurdu - Akif Cabbarlı yazır
14-07-2022, 10:47
Akif CABBARLI - Səfərin uğurlu olsun, yollarına günəş doğsun - Akif Cabbarlı yazır
26-11-2021, 11:35
Akif CABBARLI - Vicdan borcu - Kənan Hacı yeni romanında məhz bu prinsipi önə çəkir

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək