21:22 / 26-02-2026
İsrail Livanın yaşayış məntəqəsinə zərbələr endirib
20:34 / 26-02-2026
Ramazanın 9-cu günü: dua, imsak və iftar vaxtı
19:26 / 26-02-2026
İran uranın zənginləşdirilməsini dayandıra bilər
19:06 / 26-02-2026
Leyla Əliyeva Vətən müharibəsi qazisini ziyarət edib - Fotolar
18:03 / 26-02-2026
İqtisadi Şuranın iclası keçirilib
17:45 / 26-02-2026
Rusiya almaz bazarlarından birini itirir
16:53 / 26-02-2026
İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında iştirak edib - (Yenilənib-3)
16:53 / 26-02-2026
Efiopiyanın baş naziri Azərbaycanda səfərdədir
16:47 / 26-02-2026
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng edib
16:43 / 26-02-2026
Epşteyn qalmaqalı: Dünya İqtisadi Forumunun rəhbəri istefa verib
16:25 / 26-02-2026
Xalq artistinin həyat yoldaşı vəfat edib
16:24 / 26-02-2026
Deputat seçicilərini aldadır
16:10 / 26-02-2026
Milli Məclis beynəlxalq təşkilatlara müraciət ünvanlayıb
16:01 / 26-02-2026
Çin tank sayına görə lider ölkədir
15:48 / 26-02-2026
AFFA iki klubu cəzalandırıb
15:02 / 26-02-2026
Peskov: Danışıqlarda nüvə ritorikası gözardı edilə bilməz
14:41 / 26-02-2026
Sabiq deputatı cərimələyiblər
14:06 / 26-02-2026
Zelenski: 420 dron və 39 raketin hücumuna məruz qalmışıq
13:56 / 26-02-2026
Rusiya üçün raket və nüvə hücumlarını zərərsizləşdirmək asanlaşır
13:27 / 26-02-2026
Saleh Məmmədovun fəaliyyətini araşdırırlar
13:07 / 26-02-2026
Cenevrədə ABŞ-İran danışıqları başlayıb
13:01 / 26-02-2026
Apteklərdə nöqsanlar aşkar edilib
12:50 / 26-02-2026
Dünya üçün qorxunc proqnozlar veriblər
12:34 / 26-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:26 / 26-02-2026
Orban Zelenskiyə qəzəbli şikayət məktubu yazıb
12:22 / 26-02-2026
Cəbrayıl sakini iş yoldaşları tərəfindən bıçaqlanıb
12:17 / 26-02-2026
Fuad Həsənov 51 kq narkotiklə saxlanılıb
12:13 / 26-02-2026
Pezeşkian: İran nüvə silahlarına qarşıdır
12:05 / 26-02-2026
Onun milli jurnalistikada yeri görünür - Foto
11:59 / 26-02-2026
Britaniya ukraynalılara sığınacaq vermək istəmir
15:02 / 24-02-2026
Urusun adamı - Etibar Cəbrayıloğlu yazır
15:52 / 23-02-2026
Dövlət Agentliyinin sədri vəzifədən azad edilib
15:45 / 23-02-2026
Polkovnikə maraqlı məktub - Fotolar
13:28 / 24-02-2026
Keçmiş rektorun milyonluq mülkləri müsadirə olunub - Siyahı
23:30 / 23-02-2026
Rusiya ABŞ-a İranla bağlı çağırış edib
14:24 / 23-02-2026
Ağdərənin 4 kəndinə köç karvanı gedib - (Yenilənib)
11:55 / 23-02-2026
Prezident bu şəxsləri təltif edib - Siyahı
17:02 / 24-02-2026
Məktəb direktoruna təzyiq altında ərizə yazdırıblar - Fotolar
11:43 / 23-02-2026
Hərbi xidmətə çağırış başlayır
15:59 / 24-02-2026
İcra hakimiyyətinin 43 əməkdaşı vəzifədən azad edilib
21:11 / 23-02-2026
Ramazanın 6-cı günü: dua, imsak və iftar vaxtı
23:40 / 24-02-2026
DTX Gültəkin Hacıbəylinin evində axtarış aparıb - (Yenilənib)
Şirin bir xatirə tək... - Firuz Mustafa yazır
Tarix: 16-04-2020 17:24 | Bölmə: Firuz MUSTAFA

(Dünyadan nakam köçmüş tələbəlik dostum Məhəmməd Məhərrəmovun xatirəsinə)
Bir müddət əvvəl Dənizkənarı bulvarda qaçan yaşlı bir kişi mənim yaddaşımı təzələdi. Özümdən asılı olmayaraq uzaq illəri və o illərdən boy verən əziz bir dostumu xatırladım.
Məhəmməd Tovuz rayonunun Böyükqışlaq kəndində anadan olmuşdu.
Biz onunla eyni ali məktəbin eyni fakültəsində təhsil alırdıq. Müxtəlif qruplarda oxusaq da tez dostlaşmışdıq. Bir müddət eyni yataqxanada və eyni otaqda qaldıq. Az qala hər gün dərsdən sonra Axundov adına kitabxanaya gedər, acgözlüklə mütaliə edərdik. Təhsili başa çatdırandan sonra hər ikimiz eyni rayona - Saatlıya getdik. Əvvəlcə təyinatımızı kənd məktəbinə vermişdilər. Sonra iş yerini rayon məktəbinə dəyişildik. O, Səməd Vurğun adına məktəbdə çalışırdı, mən isə Əzizbəyov adına məktəbdə işləməli oldum. “Mərkəzə” gəlməkdə məqsədimiz o idi ki, tezliklə əsgərliyə gedək, sonra aspiranturaya daxil olaq. O zamanlar kənd məktəblərindən hərbi xidmətə aparmırdılar. Birlikdə kirayə ev tutduq. Çalışdığımız illərdə Saatlının küçələrini o ki var eninə-uzununa “ölçdük”.
Daim bir yerdə olardıq. Məni tək görən tanışlar təəccüblə soruşurdular ki, bəs dostun hanı? Elə ona da həmin sualla müraciət edənlər olurdu.
Məhəmməd zahirən yaraşıqlı bir oğlandı. Ucaboy, ağsifət, qaragöz-qaraqaş. Alnına tökülən uzun saçlarını tez-tez əli ilə arxaya daraqlayardı. Pianoçular kimi uzun barmaqları vardı. Maraqlı və ya məzəli bir şeydən danışanda əl-qolunu yana açarqaq qəhqəhə ilə gülər, bikef və düşüncəli vaxtlarında isə uzun qolları sinəsinin üstündə çarpazlaşardı.
Onun daxili aləmi zahiri görünüşünü tamamlayırdı. Yəni mənim dostum daxilən də gözəl bir insandı. Ədalətli, səmimi, düzünəqulu, ürəyigeniş...
O, mənə “mirzə”, ya da “qoca” deyərdi, mən isə ona “gənc”.
O, çox emosional və coşqun idi, mən isə nisbətən dinc.
Öz aramızda nadanlara, cahillərə “çürük qafa” deyərdik.
Yaltaqlara, yalaqlara, simasızlara “aftafa” deyərdik.
İşdən sonra kiçik rayon mərkəzinin az qala yeganə geniş küçəsi - raykomun yerləşdiyi binaların həndəvərində gəzişərdik. Yaxınlıqdakı kiçik mehmanxananın müdiri - Seyid deyilən yaşlı kişi arabir bizi xəbərdarlıq edərdi:
“Müəllimlər, xahiş edirəm keçin o biri küçəyə”.
Biz onun bu sözləri nədən ötrü dediyini bilsək də yenə öz “əbədi” sualımızı verərdik: “Nə olub, yoxsa küçədən qoşun keçəcək?”
Onun cavabı adətən qısa-konkret olardı: “Ordu keçsə nə vardı ki, müəllimlər? Bir azdan yoldaş Babayev keçəcək”.
Məhəmməd ciddi şəkildə, əslində isə zarafatyana, bu kişiyə hər dəfə bir söz tapıb deyərdi. Bir dəfə də lap ciddi görkəm alıb dedi: “Seyid, yoldaş Babayevə sizdən şikayət edəcəyəm”.
Kişi qorxub soruşdu: “Nə üçün, axı mən neyləmişəm?”
Məhəmmıd dedi: “Deyəcəm ki, Seyid sizin xətrinizi lazım olandan çox istəyir”.
Kişi heyrətlə bizə baxıb başını buladı.
Əlisahib Babayev o vaxtlar həmin rayonda - Saatlıda raykom katibi idi. Çox sərt, ciddi, inzibatçı, tələbkar bir adamdı.
Çox zarafatcıl və hazırcavab idi Məhəmməd. Xüsusən, qadınlara xoş münasibət, diqqət yetirməyi xoşlayardı. Arada ona təxminən belə zarafatyana atmacalar deyərdim:
- Cavan oğlan, gözəllərə yaman tez-tez vurulursan,
Vurulandan sonrasa Axıncı tək durulursan.
Yeri gəlmişkən, Axıncı çayı öz mənbəyini bizim tərəfdən götürüb onun doğulduğu Böyükqışlaq kəndindən keçirdi.
Bəzən o da mənə zarafatla cavab verərdi:
- Axıncı nə gəzir, sən Araza bax.
Gələn yaza, nalə çəkən saza bax...
Bilirdim ki, məktəbdəki gənc xanımlardan hansınasa vurulub. Arada Səməd Vurğundan misal gətirərdi:
Şirin bir xatirə tək qalacaqdır dünyada,
Sevərək yaşayanlar, sevilərək ölənlər...
O zamanlar şagird və müəllimləri pambıq yığımına aparırdılar. Təhsildən yayınan, əl-ayağını kol-kosun cızdığı, işləməkdən yorulub əldən düşən körpə balaları “şərəfli əməkdən” yayındırmağa cəhd etdiyimiz üçün dəfələrlə “yuxarılardan” xəbərdarlıq almışdıq. Şagirdlər daim onların tərəfini saxlayan, yüksək səviyyədə dərs deyən, gənclərin yolunda şam kimi yanan müəllimlərini - Məhəmməd Məhərrəmovu hədsiz dərəcədə sevirdilər.
Bizi hətta rayon mərkəzində yerləşən təhsil ocağından belə, əsgərliyə aparmaq istəmirdilər. Çünki müəllimə ehtiyac çox idi. Dediyim kimi, fikrimiz bu idi ki, əsgərlik xidmətini tezliklə başa vurub aspiranturaya daxil olaq. Buna görə Respublika Hərbi Komissarlığına ərizə ilə müraciət etdik.
Nəhayət, günlərin bir günü bu arzumuza da çatdıq. Əvvəlcə Məhəmməd hərbi xidmətə getdi. O, Ukraynada - Lvov şəhərində qulluq etdi. Bir il sonra mən də hərbi xidmətə yola düşdüm. Uzaq Şərqdə, Xabarovskda qulluq etməli oldum. Dostumla tez-tez məktublaşırdıq.
O, artıq Bakıda, Xırdalanda müəllim işləyirdi. Bir dəfə mənə məktubunda yazmışdı ki, işlərini aspiranturaya verib. Amma onun rəqibi Elmlər Akademiyasında “tanış” taparaq, özünə yuxarı qiymət yazdırıb. Elə həmin il həmin yerə onun rəqibi qəbul olundu. Mən ona məktub yazıb bir xeyli təsəlli verdim. Sonralar həmin yerə qəbul edilən adam maşın qəzasına düşüb həlak oldu. Sən demə, ən böyük qəza hələ irəlidə imiş.
Mən hərbi xidmətdən geri dönəndən sonra biz yenə tez-tez görüşməyə çalışırdıq. Lakin artıq vaxtımız məhdud idi. Çətin, ağır, amma maraqlı günlər yaşayırdıq. Mən qəzetlərə, radio-televiziyaya məqalələr, süjetlər, reportajlar yazır, qonorarla dolanırdım. O isə müəllimlik edirdi, dərs deyirdi. Mən “Ulduz” metrostansiyasının yaxınlığında, o isə Xırdalanda yaşayırdı. Yenə kitabxanada bir araya gəlirdik. Aspiranturaya imtahan verməli idik... Planlarımız çox idi.
Günlərin bir günü, daha doğrusu isti bir yay günü, dostlardan birinin verdiyi qəfil xəbər məni sarsıtdı. “Məhəmməd həlak olub”. Onu son mənzilə-doğulduğu kəndə aparmışdılar. Tələbə yoldaşımız Əsgər Quliyevlə axşam qatarına əyləşib Tovuza yola düşdük. Səhər tezdən stansiyadan maşın tutub birbaşa Böyükqışlağa yola düşdük... Artıq dostumuzu torpağa tapşırmışdılar.
Biz həmin gün - yağışlı, çisəkli, şimşəkli yay günü Əsgərlə uzun bir məsafəni, Böyükqışlaqdan bizim kəndə, yəni İsalıyacan olan yolu piyada qət etdik. Heç birimiz danışmırdıq. Arada göylər öz ildırım və yağış dili ilə “danışırdı”. Mən yol boyu öz nakam dostumu, onun gözüm önündə keçən unudulmaz anlarını, qısa və mənalı ömrünü yada salır, qovrulurdum. Yəqin ki, Əsgər də həmin anlarda eyni hissləri keçirirdi. Sədaqətli, ləyaqətli, cəsarətli bir dost itirmişdik...
Sonralar tələbə dostumuz, uzun illər polis orqanlarında işləmiş İsmayıl Həkimov mənə kiçik bir qovluq gətirdi. O qovluqda Məhəmmədin elə öz ömrü kimi yarmçıq, bitməmiş yazıları toplanmışdı.
Əgər xatirinizdədirsə, söhbətimin əvvəlində dedim ki, “Dənizkənarı bulvarda qaçan yaşlı bir kişi mənim yaddaşımı təzələdi”.
Məsələ belə olmuşdu. Biz tələbə olarkən Məhəmmədlə Nabrana tələbə-idman düşərgəsində dincəlməyə getmişdik. Səhərlər Günəşi dənizin sahilində qarşılayırdıq. Demək olar ki, hər gün orada eyni mənzərənin şahidi olardıq; belə ki, Xəzərin qumlu sahili boyu arıq, yaşlı bir kişi, onun da arxası ilə kişinin özü kimi, arıq, tükləri tökülmüş bir it qaçardı.
Bir dəfə Məhəmmədlə aramızda belə bir dialoq oldu:
- Bu kişi hara qaçır belə?
- Ölümdən qaçır.
- Bəlkə də ölümə doğru qaçır.
- Onda ölümdən ölümə qaçır...
Bir müddət sonra dedilər ki, kişi suda, özü də sahilə yaxın, dayaz bir yerdə həyatla vidalaşıb.
Elə mənim dostum Məhəmməd Bəhram oğlu Məhərrəmov da həyatını Xəzərdə qeyb etdi...
O, işıqlı bir adam idi və mən düşünürəm ki, onun ürəyinin işığı bu gün də şölə salır. Çünki onun dərs dediyi şagirdlər arada mənə rast gələndə ehtiramla öz sevimli müəllimlərini xatırlayırlar və fəxrlə deyirlər: “Bizə Məhəmməd müəllim dərs deyib”. Mən o keçmiş şagirdlərin çöhrəsində Məhəmmədin qəlbinin ziyasını, işığını, nurunu görürəm. Sanki bu anlarda unudulmaz dostumun səsini eşidirəm:

Bölməyə aid digər xəbərlər

Elegiya

Müəllifin bütün yazıları - Firuz MUSTAFA
Bölməyə aid digər xəbərlər
29-07-2020, 09:23
Firuz MUSTAFA - Türk və hindu dillərinin kök yaxınlığı haqda... - Firuz Mustafa yazır
4-07-2020, 01:05
Firuz MUSTAFA - Rejissor Mərahim Fərzəlibəyovun əmək kitabçası… - Firuz Mustafa yazır
1-07-2020, 20:38
Firuz MUSTAFA - Oljas Süleymenov: “Azərbaycan həmişə ürəyimdədir...” - Firuz Mustafa yazır

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək