10:32 / 16-02-2026
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olunub - Fotolar
10:26 / 16-02-2026
Bryansk vilayətinə kütləvi hücum olub
10:04 / 16-02-2026
Ukrayna nümayəndə heyəti danışıqlar üçün Cenevrəyə yola düşüb
09:52 / 16-02-2026
"Zirə" klubu qələbə qazanıb
09:28 / 16-02-2026
Ağdərə və Pirəkəşküldə iki gün partlayış səsləri eşidiləcək - Xəbərdarlıq
09:07 / 16-02-2026
Qazaxıstan Müdafiə Nazirliyi xəbərdarlıq yayıb - Foto
09:00 / 16-02-2026
Zaxarova: Rus idmançıları Olimpiadada təqibə çağırış isterikadir
08:54 / 16-02-2026
Nadir quş növü kütləvi şəkildə tələf olur
08:42 / 16-02-2026
Starmerin kabineti “çat verməyə” başlayıb
08:36 / 16-02-2026
Ərdoğan BƏƏ-yə və Efiopiyaya səfər edəcək
08:30 / 16-02-2026
ABŞ İranı inandırmağa çalışır
08:24 / 16-02-2026
Gəncədə üç tələbə dəm qazından zəhərlənib
08:03 / 16-02-2026
İran tibb sahəsində öncüllər sırasındadır
00:14 / 16-02-2026
ABŞ-İran danışıqları Cenevrədə keçiriləcək
21:19 / 15-02-2026
Azərbaycan və Serbiya prezidentləri bəyanatla çıxış ediblər - (Yenilənib) - Video
18:01 / 15-02-2026
Belqradda Azərbaycan-Serbiya sənədləri mübadilə olunub
17:43 / 15-02-2026
Magistraturaya qəbul imtahanı keçirilib
17:04 / 15-02-2026
Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası başlayıb
16:10 / 15-02-2026
İlham Əliyev Serbiyada rəsmi səfərdədir - (Yenilənib-5) - Fotolar
12:16 / 15-02-2026
İdmançımız beynəlxalq turnirdə medal qazanıb
09:27 / 15-02-2026
"Neftçi" "Kəpəz"lə, "Sumqayıt" "Araz-Naxçıvan"la qarşılaşacaq
23:53 / 14-02-2026
İlham Əliyev Münxendə panel iclasda iştirak edib - (Yenilənib) - Tam mətn
22:59 / 14-02-2026
Nazirin üç müavini vəzifədən azad edilib - (Yenilənib)
22:36 / 14-02-2026
Xanəndə xəstəxanada dünyasını dəyişib
19:41 / 14-02-2026
İlham Əliyev Münxendə Aİ-nin ali nümayəndəsi ilə görüşüb
16:55 / 14-02-2026
Armen Qriqoryan Azərbaycan nümayəndə heyəti ilə görüşüb
15:44 / 14-02-2026
“Qızıl xəstəliyi” Çində gərginlik yaradıb
15:17 / 14-02-2026
Naxçıvanda yeddi nəfər dəm qazından zəhərlənib, ölən var - Yenilənib
14:18 / 14-02-2026
Müdafiə Nazirliyində kollegiya iclası keçirilib
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
12:53 / 12-02-2026
Toyota Bakı Mərkəzinin baş direktorunun meyiti tapılıb
15:54 / 12-02-2026
Prezident bir qrup şəxsə ali xüsusi rütbələr verib - Sərəncam
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
00:05 / 12-02-2026
Ərdoğanın siyasi varisi oğlu Bilal ola bilər
12:57 / 12-02-2026
Ramiz Mehdiyev, Əli Kərimli, Abbas Abbasov... - DTX həbsin detallarını açıqlayıb - (Video)
18:31 / 12-02-2026
Antarktidada itən cihazı yadplanetlilər aparıb? - Foto
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
İşıq axtaran adam - Firuz Mustafa yazır
Tarix: 05-08-2020 11:41 | Bölmə: Firuz MUSTAFA

Xalq yazıçısı Gülhüseyn Hüseynoğlu ilə bağlı düşüncələr
“Gülhüseyn Hüseynoğlu barədə bir şey yaza bilərsənmi?” Vaxtilə qələm dostlarımdan birinin verdiyi sual mənimçün bir qədər gözlənilməz oldu. Niyə məhz mən? Niyə məhz Gülhüseyn Hüseynoğlu barədə?
… Və qarışıq düşüncələrimdən boy verən həmin suallara əsaslı cavab axtarmadan Gülhüseyn müəllim barədə müxtəsər də olsa söz demək qərarına gəldim. Axı, mənim bu sadə (bəlkə də sadəlövh), qəribə, çılğın, zahirən tündməcaz, əslində isə xeyirxah adam haqqında öz qənaətlərim vardır.
Məsələ burasındadır ki, Gülhüseyn Hüseynoğlu vaxtilə adını evimizdə tez-tez eşitdiyim yazıçılardan biri olub. Bu da səbəbsiz deyildi. Söhbətə aydınlıq üçün xatırlatma: 50-cı illərin sonunda universitetin filoloji fakültəsini (qiyabi) bitirən atamın, mərhum Qədimalı Mustafayevin diplom rəhbəri Gülhüseyn müəllim olmuşdu. Uşaq ədəbiyyatının tədqiqinə həsr olunmuş həmin işi G. Hüseynoğlu bəyənib tərifləmiş, yüksək qiymətləndirmişdi. O vaxt məşəqqətli sürgündən Vətənə təzəcə qayıdan Gülhüseyn müəllimlə bağlı atamın söylədikləri indi də yadımdadır.
O da yadımdadır ki, evimizdə Gülhüseyn müəllimin öz dəsti-xətti, avtoqrafı ilə yazıb atama bağışladığı bir kitab da vardı: “Aydın gecələr”. “Avtoqrafın” nə olduğunu mən bəlkə də ilk dəfə onda bilmişəm.
Sonralar mən Gülhüseyn müəllimin mənsur şeirlərini, lirik hekayə və povestlərini, Müşfiqlə bağlı tədqiqatlarını oxumuşam. Gülhüseyn Hüseynoğluyla həyatda “əyani” tanışlığımız isə sonralar olub. Bizi, hələ 60-cı illərin “köhnə tanışlarını” bir-birinə təqdim edən dayım yazıçı Nahid Hacızadəyə Gülhüseyn müəllimlə “ilk tanışlığımızın” tarixini xatırladanda üçümüz də gülüşdük… Gülhüseyn müəllimin dedikləri indi də yadımdadır: “Hə, yaxşı xatırlayıram atanı. Gədəbəydən Qədimalı müəllim... Ziyalı adam idi. Gərək ki, özü də müharibə iştirakçısı olmuşdu... Belə de... Uşaq ədəbiyyatı haqda iş yazmışdı. Onda hər ikimiz cavan idik. Mənim ilk diplomantlarımdan biri olub”.
Mənim Gülhüseyn Hüseynoğlu ilə bir neçə “atüstü” görüşüm olub və hər görüşdən sonra məndə belə bir təəssürat yaranıb ki, yaşının belə müdrik çağında bu lirik yazıçı epik əsərlər yazmağa qadirdir bir sənətkardır. Gülhüseyn müəllimin keçdiyi zəngin, mürəkkəb həyat yolu, təcrübəsi, taleyi və nəhayət, qələmi bu cür düşünmək üçün əsas verir. Ağır sürgün həyatı yaşamış, dünyanın, necə deyərlər hər cür sərt üzünü görmüş G. Hüseynoğlu kimi adamın epoxal əsərlərində daha çox lirik təəssüratlara üstünlük verməsi bəlkə də özlüyündə qəribə təsir bağışlayır. Görəsən, ağır epik təhrik nə üçün yüngül lirik təsvirin ayağına verilib? G. Hüseynoğlu niyə həyatın faciələrini yox, romantikasını qələmə alır? Onun öz yaradıcılığında tünd yox, əlvan rənglərə üstünlük verməsi nə ilə bağlıdır?
Bu sulların cavabını yəqin ki, Gülhüseyn Hüseynoğlunun öz tərcümeyi-halında, həyat kredosunda axtarmaq lazımdır: o, hər yerdə işıq axtarır, hətta zülmət gecələrdə də… Bu işıq sənətkarın yazılarına da hopub.
02 sentyabr 2001-ci il
***
Artıq qeyd etdiyim kimi, Gülhüseyn Hüseynoğlu həssas, emosional, çılğın bir adam idi. Bu keyfiyyətlərinə onun sadəlövhlüyünü, hətta deyərdim ki, qəribəliklərini də alavə etmək olar. İndi bu sətirləri yazarkən bu sadə və sadəlövh insanla bağlı yaddaşımda qalan bəzi epizodları xatırlayıram.
1980-ci illərin əvvəllərində “Azərbaycan gəncləri” qəzetində ədəbi işçi vəzifəsində çalışırdım. Bir dəfə Gülhüseyn müəllim redaksiyaya gəlmişdi. Hamımız onu hörmətlə qarşıladıq. Gülhüseyn müəllim öz mənsur şeirlərini gətirmişdi. Şöbə müdiri, şair Tofiq Mütəllibov söz verdi ki, yazılar qəzetin yaxın saylarında işıq üzü görəcək və sonra etiram əlaməti olaraq onu qapıyacan ötürdü. Görüşüb ayrılarkən Tofiq Mütəllibov onun əlini sıxıb dedi:
- Gülhüseyn müəllim, əynindəki paltonun çox gözəl rəngi var.
Gülhüseyn müəllim başını aşağı dikib öz əynindəki paltoya üstdən-yuxarı diqqətlə nəzər salıb dedi:
- Necə bəyəm? Nəyə görə belə deyirsən?
- Payızın rənginə oxşayır,- deyə, Tofiq Mütəllibov cavab verdi.
Səhər tezdən Gülhüseyn müəllim artıq redaksiyada idi. Hamımız təəccübləndik. O, Tofiq Mütəllibova yaxınlaşıb dedi:
- Sən dünən mənim paltomun rəngini nə üçün payızla müqayisə etdin?
Tofiq Mütəllibov çaşqın halda dedi:
- Dünən səbəbini dedim də... Payızın rənginə oxşayır.
Gülhüseyn Hüseynoğlu bir qədər əsəbi halda dedi:
- Sən mənim payız kimi qocalmağıma işarə edirsən.
Şair and-aman etdi ki, qətiyyən belə bir istəyi olmayıb:
- Ay Gülhüseyn müəllim, vallah, mən sizi yox, paltonuzun rəngini payıza bənzətmişəm. Sizin özünüz də, mənsur şeirləriniz də bahar kimi təravətlidir...
Gülhüseyn müəllim razılıq edib getdi...
Mənsur şeir demişkən, onu tanıyanlar yaxşı bilir ki, yazıçı ən çox bu janra müraciət edənlərə və Müşfiqdən yazanlara qısqanclıqla yanaşırdı. Yadımdadır, bir dəfə Nahid Hacızadə və Əlibala Hacızadə ilə EA-nın qarşısındakı bağda gəzişərkən Gülhüseyn müəllimlə rastlaşdıq. Görüşüb əhvallaşdıq. O, üzünü Nahid müəllimə tutub dedi:
- Nahid, mən səndən çox razıyam.
- Nəyə görə? - deyə, Nahid müəllim soruşdu.
Gülhüseyn müəllim:
- Sən əvvəllər mənsur şeirlər yazırdın... Yaxşı ki, ta yazmırsan.
Nahid müəllim gülərək dedi:
- Gülhüseyn müəllim, yazmağına yazıram ey, amma ta onları “məsur şeir” kimi yox, “miniatürlər” başlığı altında çap etdirirəm. Mən “sizin janra” müdaxilə edə bilmərəm ki...
Özümü saxlaya bilməyib yarızarafat-yarıcıddi şəkildə dedim:
- Əlibala Hacızadə də əvvəlllər o janrda yazırdı, amma ta başqa janra keçib....
Gülhüseyn müəllim mənə üz tutub soruşdu:
- Bəs sən özün necə?
Mən gülərək dedim:
- Mən o janra qətiyyən müraciət edə bilmərəm. Onun İvan Turgenevdən sonra Gülhüseyn Hüseynoğlu kimi bilicisi var.
Gülüşdük.
Nahid Hacızadə dedi:
- Gülhüseyn müəllimin “Mücrü”sü doğrudan da şedevrdir...
Yenə bir maraqlı əhvalat.
Gülhüseyn Hüseynoğlu çox dəqiq, düzgün, obyektiv, təmənnasız bir adam idi. Hətta, öz tanışları ilə belə bir masa arxasında oruranda öz yediyinin hesabını özü ödəyərdi. Biz onunla bir neçə dəfə birgə nahar etmişik və hər dəfə də, bizim təkid və israrımıza baxmayaraq, naharın pulunu “alman qaydasında” (yəni nemetskiy şot) özü verib.
Bir dəfə şair Oqtay Rza ilə birgə nahar etməli olurlar. Gülhüseyn müəllim deyir ki, bəlkə adama yüz iyirmi beş qram içək. Oqtay Rza etiraz etmir. Yazıçı dükandan 250 qramlıq araq götürür. Yaməkxanaya gedib yarım pay xörək sifariş edirlər. Sonra arağı yarıbayarı bölüb içirlər. İçkini Gülhüseyn müəllim aldığı üçün Oqtay Rza irəli durub yeməyin pulunu vermək istəyir. Xörəkpaylayan pulun artıq çatdığını bildirir. Məlum olur ki, kiçik xərci Oqtay Rzanın keçmiş tələbələrindən biri ödəyib. Onlar “ödəyiciyə” təşəkkür edib eşiyə çıxırlar. Avtobus dayanacağına çatanda Gülhüseyn müəllim Oqtay Rzaya deyir:
- Oqtay, indi avtobus gələcək...
Oqtay Rza deyir:
- Gəlir gəlsin də... Ustad, yoxsa yenə nəsə planınız var?
Gülhüseyn müəllim deyir:
- Oqtay, bilirsən də, bayaq o 250 qramlıq arağı mən götürmüşdüm.
- Bəli, bilirəm. Təşəkkür ustad.
- Amma yeməyin pulunu sənin keçmiş tələbən verdi.
- Bəli, ona da təşəkkür, ustad.
- Gərək sən özün ödəyəydin...
- Nə fərqi var ki, ustad? Bir də ki, biz adama, rus demişkən yarım “pors” xörək yemişik. Elə böyük xərc deyil ki...
- Oqtay, onda arağın pulunu yarı bölməliyik.
- Nə üçün, ustad?
- Bax biz üç manat yarımlıq araq içmişik. O arağı mən almışam. Deməli, onun yarısını sən ödəməlisən... Necə deyərlər, “alman hesabı”, yəni “nemetski şot” daha düzgün variantdır.
Oqtay Rza ustadının xasiyyətini bildiyi üçün dinməz-söyləməz cibindən çıxarıb iki manat uzadır və Gülhüseyn müəllim qalığı - 25 qəpiyi səliqə-sahmanla ona qaytarır...
Bəli, bu hadisə də onun dürüstlüyünə kiçicik bir nümunədir.
Gülhüseyn Hüseynoğlu böyük vətəndaş, gözəl alim, maraqlı insan, istedadlı yazıçı, təcrübəli pedaqoq idi.
Onun bütün əsərlərində bir işıq, bir ziya var. Gülhüseyn Hüseynoğlu həyatın hər üzündə, hər qatında işıq axtaran adam idi.
02.05.2020
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Firuz MUSTAFA
Bölməyə aid digər xəbərlər
29-07-2020, 09:23
Firuz MUSTAFA - Türk və hindu dillərinin kök yaxınlığı haqda... - Firuz Mustafa yazır
4-07-2020, 01:05
Firuz MUSTAFA - Rejissor Mərahim Fərzəlibəyovun əmək kitabçası… - Firuz Mustafa yazır
1-07-2020, 20:38
Firuz MUSTAFA - Oljas Süleymenov: “Azərbaycan həmişə ürəyimdədir...” - Firuz Mustafa yazır

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək