14:08 / 21-11-2024
Ukrayna ərazi əvəzində sülhə razılaşmayacaq - Nazir
13:50 / 21-11-2024
NASA yüzlərlə mütəxəssisi işdən çıxarır
13:49 / 21-11-2024
Yaşayış minimumu 285 manat olacaq
13:32 / 21-11-2024
Dünyanın ən güclü donanmaları... - Qardaş Türkiyə siyahıda neçəncidir?
13:17 / 21-11-2024
Türkiyədə azərbaycanlı qadın güllələnib
13:16 / 21-11-2024
Prezidentə əhəmiyyət vermirlər - Gürcüstan parlamenti öz işinə başlayır
13:12 / 21-11-2024
Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? - DİM-dən açıqlama
13:10 / 21-11-2024
Zaxarova: “NATO qüvvələrinin Ukraynaya gəlməsi fəlakətə səbəb olacaq”
13:04 / 21-11-2024
Kino şirkəti Batmobil avtomobili istehsal edir
12:54 / 21-11-2024
Zaxarova: "COP29 beynəlxalq arenada Bakının nüfuzunu artıracaq"
12:45 / 21-11-2024
Trampdan qaçan amerikalılara 1 avroya ev təklif edirlər
12:38 / 21-11-2024
Rusiya-Ukrayna savaşı: Qərb silahları müharibənin xarakterini dəyişir
12:36 / 21-11-2024
Hesablama Palatası İşsizlikdən Sığorta Fondunun büdcəsi ilə bağlı təkliflər verib
12:24 / 21-11-2024
Sabah hava necə olacaq? - Proqnoz
12:13 / 21-11-2024
İrəvan-Tbilisi-İrəvan istiqamətində hava uçuşları başlayır
12:13 / 21-11-2024
Kərim Vəliyev pakistanlı komandanla görüşüb
12:00 / 21-11-2024
Sahil Babayev: "Bu paket 3 milyon insanı əhatə edəcək"
12:00 / 21-11-2024
Rusiyaya güclü artilleriya sistemləri göndərirlər - Foto
11:50 / 21-11-2024
Ermənistan 78 artilleriya qurğusu almaq istəyir
11:45 / 21-11-2024
Generalın oğlu vəzifəyə təyin olunub
11:43 / 21-11-2024
Rusiya Həştərxandan ballistik raket buraxıb - Foto
11:39 / 21-11-2024
Nazir pensiyalarda proqnozlaşdırılan artımları açıqlayıb
11:27 / 21-11-2024
COP29 zirvəsi Ərdoğanı leyboristlərlə barışdırıb
11:19 / 21-11-2024
Dövlət sərhədini pozan hava gəmiləri və... - Hökumət yeni qərar verib
11:15 / 21-11-2024
Bakıda daha 46 marşrutun fəaliyyəti bərpa olunur
10:56 / 21-11-2024
Şəhid ailələri ilə bağlı yeni qaydalar təsdiqlənib
10:54 / 21-11-2024
Pivə istehsalçıları cərimələnib
10:42 / 21-11-2024
İranda güclü zəlzələ olub
10:03 / 21-11-2024
İlon Mask miqrasiya ilə bağlı təklif verib
12:28 / 18-11-2024
Turan Manafzadə: “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Müsahibə
12:05 / 19-11-2024
MMC vətəndaşın mənzilini dağıdıb, indi də obyektini ələ keçirmək istəyir - Fotolar
19:50 / 19-11-2024
Beynəlxalq Bank 272 min manat cərimələnib
16:45 / 20-11-2024
Nazir: "Regionlardakı bəzi poçt şöbələrinin bağlanması araşdırılacaq"
16:22 / 20-11-2024
“Real Betis” klubunun nümayəndəsi Bakıda nəyə təəccüblənib? - Foto
15:29 / 18-11-2024
Daha üç şəhərə konsul təyinatı olub - Siyahı
10:03 / 20-11-2024
Azərbaycan və Türkiyənin bələdiyyə təşkilatları arasında görüş keçirilib - Fotolar
17:09 / 18-11-2024
Deputatın oğlu yeni vəzifəyə təyin olunub
15:55 / 20-11-2024
Deputatın "Zəngimcell" oyunu: "Balansınız bitmişdir..."
16:18 / 19-11-2024
Birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - Siyahı
13:32 / 21-11-2024
Dünyanın ən güclü donanmaları... - Qardaş Türkiyə siyahıda neçəncidir?
00:03 / 19-11-2024
Yer kürəsinə təhlükə: qitələr arasındakı məsafələr itəcək
Qriqol Robakidzenin “üçüncü sahili” - Firuz Mustafa yazır
Tarix: 17-06-2020 00:20 | Bölmə: Firuz MUSTAFA
Qriqol Robakidze Gürcüstanın böyük ədəbi simalarından biridir. O, öz əsərlərini mükəmməl bildiyi üç dildə - gürcü, rus və alman dillərində yazmışdır.
Sovetlər dönəmində Robakidzenin əsərlərinə uzun illər tabu qoyulmuşdur. Bununsa müəyyən səbəbləri vardı.
Məşhur ədib 1880-ci il oktyabr ayının 28-də Kutaisi yaxınlığındakı Sviri kəndində dünyaya göz açıb. İndi səhv etmirəmsə, həmin kəndə şəhər statusu verilib. Robakidzelər ailəsində dörd uşaq vardı: Qriqol və onun üç bacısı. Bəzi mənbələrdə Robakidzenin 1884-cü ildə doğulduğu qeyd olunur. Bunun “günahkarı” yazıçının özü olub. Sonralar o, öz yaşından az göründüyü üçün, bu cür “düzəlişə” qol qoyduğunu etiraf edib.
Qriqol Robakidze haqda söz açmağımız heç də təsadüfi deyildir. Məsələ burasındadır ki, onun taleyi Azərbaycanla bağlı olub. Bu barədə bir qədər sonra.
Qriqol ədəbiyyat adamları arasında Qriqoriy Titoviç Robakidze kimi də tanınır.
Robakidze altı yaşında Kutaisidəki ruhani məktəbinə daxil olmuş, 1895-ci ildən 1901-ci ilə qədərsə ruhani seminariyasında təhsil almışdır. Kutaisidə təhsilini başa vurduqdan sonra 1901-ci ilin avqust ayında Yuryev (İndiki Tartu) universitetinin hüquq fakültəsinə qəbul olunub. Amma təhsil haqqını ödəyə bilmədiyi üçün həmin ilin dekabr ayında universitetdən uzaqlaşdırılıb.
Qriqol daim oxumaq, təhsil almaq arzusu ilə yaşayırdı. Elə buna görə də 1902-ci ildə Almaniyaya gedərək Laypsik universitetinin fəlsəfə fakültəsinə daxil oldu.
Təhsilini başa vuran gənc ədib 1908-ci ildə vətənə dönərək Kutaisi və Tiflis şəhərlərində kütləvi mühazirələr söyləməyə başladı. O, daha çox xarici ölkələrin, xüsusən Avropa xalqlarının ədəbiyyatını və mədəniyyətini tədris və təbliğ edirdi. Dinləyicilər onun hər çıxışını maraqla qarşılayırdılar.
Robakidze hələ o zamanlar (1907-ci ildən etibarən) tez-tez Rusiyanın paytaxtına səfər edirdi. Əvvəllər onu Fridrix Nitsşenin yaradıcılığı daha çox cəlb edirdi. Peterburqa yaşayan Andrey Belıy, Zinaida Gippus, Valeri Bryusov, Nikolay Qumilyov və başqaları ilə tanışlıq onun həyat və yaradıcılığında yeni bir mərhələnin əsasını qoydu. Bu əlaqələr sonralar dostluğa çevrildi. O, ciddi yaradıcılığa da həmin dövrdən başlamışdır.
Artıq qeyd etdiyimiz kimi, Qriqol Robakidze vaxtilə Tartu universitetində qısa bir müddətdə də olsa təhsil almışdı. O, yenidən öz arzusunun arxasınca həmin universitetə üz tudu. 1910-1914-cü illər arasında burada hüquq fakültəsində təhsil almağa başladı. Qriqolun Tartudakı tələbəlik illəri başdan-başa axtarışlar dövrü kimi səciyyələndirilə bilər. Fəlsəfi təfəkkürlü yazıçı həmin vaxtlar öz yolunu, daha doğrusu, özünü axtarırdı.
Təhsil illərində Rokabidze simvolizmlə bağlı təsəvvürlərini daha da genişləndirdi. Universitet dövründə (1913-cü ildə) o, “Həyatın estetik həlli” adlı referat işi yazdı. Sonralar “Kavkaz” qəzetində dərc etdirdiyi elmi-publisistik yazıların bir çoxunda o simvolizmlə və ümumiyyətlə ədəbiyyat haqqında fikirlərini daha da konkretləşdirməyə çalışırdı. Rokabidze simvolizmə nə qədər maraq göstərsə də belə bu cərəyanın çatışmayan cəhətlərini də nəzərə çarpdırırdı.
Qriqol Robakidze 1915-ci ildə yenidən vətənə döndü.
Gürcüstana gəldikdən sonra gənc ədib gənc şairlərdən ibarət “Mavi şeypurlar” adlı bir qrup yaratdı. Həmin qurumun əsas vəzifəsi gürcü poeziyasını Qərbi Avropa və rus simvolizmi zəminində yeni bir məcraya yönəltməkdən ibarət idi. Qpupa T. Tabidze, P. Yaşvili, V. Qaprindaşvili kimi istedadlı söz adamları daxil idi.
Titsian Tabidze öz jurnalının birinci sayında Robakidzeyə həsr etdiyi məqalədə onu “modernizm yevangeleyasını” gürcülər üçün ilk dəfə açan ustad adlandırırdı. (Yevangeleya - İsa peyğənbərin həyatına və təliminə həsr olunmuş kitab və ya kitablar toplusu-F.M.)
Robakidze gecə-gündüz axtarışda idi. O, daim yeniliyə can atırdı. Artıq bir tədqiqatçı və yazıçı kimi öz ölkəsindən kənarda tanınmağa başlamışdı.
Onun rus həmkarları Vyaç. İvanov, A. Belıy, A. Blok, K. Belmont, V. Bryusov haqda yazdığı məqalələr öz dəyərini bu gün də itirməyib.
Qriqol 1917-ci ildə bir müddət Birinci Dünya müharibəsində hərbi müxbir kimi iştirak edib. O, həmin vaxt şəfqət bacısı Nina Domanskaya ilə tanış olub. Tezliklə onlar ailə qurublar. Bu izdivacdan onların Mira adlı qızları dünyaya gəlib. Ninanın və Miranın Azərbaycanla bağlı olan gələcək taleyi haqda bir qədər sonra məlumat veriləcək.
Gürcüstanın müstəqillik əldə etdiyi mərhələdə (1918-21-ci illərdə) Qriqol Robakidze yeni quruluşun siyasətini can-başla dəstəkləyir, Noy Jordaniyanın hökumətində qanunların redaktəsi və tərtibi ilə məşğul olur. O, dövlət işində çalışmaqla yanaşı, öz pedaqoji fəaliyyətini də davam etdirir, 1918-ci ildə Tiflis Universitetində dərs deməyə başlayır.
(Qeyd: Noy Nikolayeviç Jordaniya Gürcüstan Demokratik Respublikasının Baş naziri vəzifəsində çalışıb. O, 1869-cu ildə Lançxuti qəsəbəsində doğulub. Hələ tələbə ikən marksizmlə tanış olub. Sonralar Gürcüstanda Sosial-Demokrat qrupun rəhbərlərindən biri kimi geniş fəaliyyət göstərmiş, G.V Plexanovun yaxın məsləkdaşı və tərəfdarı olmuşdur.
1917-ciil fevral hadisələrindən sonra Jordaniya Tiflis Sovetini sədri seçilmişdi. O, Oktyabr çevrilişinə mənfi münasibət bəsləyirdi. Gürcüstanın tam müstəqilliyini müdafiə edən Noy Nikolayeviç 26 noyabr 1917-ci il tarixdə Gürcüstan Milli Şurasının sədri seçildi. Zaqafqaziya Seymi buraxıldıqdan sonra (26 may 1918-ci il tarixdə) o, Gürcüstan Demokratik Respublikasının müvəqqəti parlamentinə, 24 iyul 1918-ci il tarixdənsə Gürcüstan hökumətinə rəhbərlik etməyə başladı. Jordaniya 1919-cu ildə RSFSR-lə saziş imzalanmasının təşəbbüskarı kimi çıxış edib. Həmin saziş 1920-ci ilin may ayında bağlanıb. Bu sazişə görə Rusiya Gürcüstanın suverenliyini qəbul edirdi.
O zamankı Baş nazir belə hesab edirdi ki, artıq mühüm dövlət sənədindən, yəni bağlanan sazişdən sonra Gürcüstan öz seçdiyi yolla irəliləyəcək, mütərəqqi, sivil dünya birliyinə qoşulacaq. Amma necə deyərlər, sən öz saydığını say... Məlum olduğu kimi, Qızıl Ordu Azərbaycanı və Ermənistanı işğal etdikdən sonra 1921-ci ildə Gürcüstan ərazisinə soxuldu. Beləliklə, gənc milli dövlət süquta uğradı. Gürcüstanda Sovet hakimiyyəti quruldu. Gürcü dövlətinin və hökumətinin rəhbərləri, o cümlədən Baş nazir mühacirətə getməli oldu.
Noy Nikolayeviç Jordaniya qalan ömrünü Fransanın paytaxtında yaşamağa başladı. O, ömrünün sonunacan öz mücadiləsini apardı. Görkəmli siyasi xadim 1953-cü ildə vəfat etmişdir. Qəbri Parisdədir. Yeri gəlmişkən, Stalinin “sağ əli” hesab olunan Lavrenti Beriyanın arvadı Nina Teymurazovna Gegeçkori, indi haqqında söhbət açdığımız Jordaniyanın bacısı qızıdır. Jordaniyanın nəvəsi Nikol isə hazırda Ukraynanın Səhiyyə naziri Aleksandr Kvitaşvilinin arvadıdır).
Gürcüstan Baş nazirinin Noy Jordaniyanın dostu olan Qriqol Robakidze Azərbaycan Demokratiuk Respublikası Milli Şurasının sədri Məmməd Əmin Rəsulzadə və Bakı Universitetinin ilk rektoru professor V. İ. Razumovski ilə də tanış idi. 1920-ci ilin mart ayında Bakıda rus dilində çapdan çıxmış, "1920-ci il üçün Azərbaycan Respublikasının təqvim-ünvanında" qeyd edilir ki, M. Ə. Rəsulzadə özü də bir müddət BDU-nun Tarix-filologiya fakültəsində "Osmanlı ədəbiyyatı tarixi”ndən dərs demişdir.
Robakidze artıq alman ədəbiyyatının bilicisi kimi məşhurlaşmışdı. Elə buna görə də onu bir mütəxəssis kimi Azərbaycan Demokratik Cümhuriyyətində yeni fəaliyyətə başlayan Bakı Universitetinə dəvət etdilər.
Universitetin açılması barədə qərar 1919-cu il sentyabrın 1-də Azərbaycan Cümhuriyyətinin parlamenti tərəfindən qəbul edilmişdi. Universitet Şurasının 1919-cu il noyabrın 10-da olan ilk iclasında professor-müəllim heyətinin tərkibi təsdiq edilib, 15 noyabr 1919-cu il tarixə Bakı Universitetinin ilk dərs günü kimi daxil olub.
Bakı Universitetin ilk tədris ilində cəmi 2 fakültə – tarix-filologiya və tibb fakültələri fəaliyyət göstərirdi. Universitetin ilk rektoru Kazan Universitetinin professoru, məşhur cərrah V. İ. Razumovski olmuşdur. Qriqol Titoviç 1919-20-ci illərdə həmin universitetdə alman və rus dillərində Alman romantizmi üzrə mühazirələr söyləməyə başladı.
Həmin illərdə Azərbaycan sanki özünün intibah dövrünü yaşayırdı. Rusiyada qurulmuş Sovet hakimiyyətini qəbul etməyən rusiyalı sənət adamları axın-axın Bakıya gəlirdilər. Bakı bu dövrdə sənətin, yaradıcılığın bir “azadlıq adası” kimi tanınırdı.
Güman etmək olar ki, Robakidze bu dövrdə Bakıdakı ziyalılarla da ünsiyyətdə olmuşdur.
Gürcüstanda qurulmuş müstəqil dövlət 1921-ci il fevral ayının sonlarında süquta uğradı. Qriqol vətəninə qayıtmalı oldu. İlk dövrlərdə yeni qurulan Sovet quruluşu ilə Robakidze arasında kəskin bir “ixtilaf” yox idi. O, 1921-1925-ci illərdə Maarif Nazirliyində İncəsənət şöbəsinə, habelə ölkənin Yazıçılar Birliyinə rəhbərlik etmişdir.
Bu illərdə Robakidzenin pyesləri Gürcüstan teatrının səhnəsində uğurla oynanılır. Onun “Londa”, “Malştrem”, “Lamara” dramları bu deyilənlərə yaxşı misaldır. Yeri gəlmişkən, adını çəkdiyimiz “Lamara” əsəri 1930-cu ildə Moskvada uğurla oynanılmışdı və tamaşaçılar arasında Stalin də vardı.
1925-26-cı illərdə, Sovet hökumətinin hələ tam möhkəmlənmədiyi, nisbətən “demokratik” çağlarında Tiflisdə nəşr olunan “Mnatobi” juranalında məşhur “İlan dərisi” romanı nəşr edildi. Bu əsər digər dillərdə “İlan köynəyi”, “İlan qabığı” adı ilə də nəşr edilib. Həmin roman Qərbi Avropada geniş şöhrət qazanıb. Əsər vaxtilə Almaniyada Stefan Sveyqin təqdimatı ilə nəşr olunub.
“İlan köynəyi” bir sıra Qərb ölkələrində nəşr edilib uğur qazansa da SSRİ-də ədəbiyyat məmurları tərəfindən ya soyuq, ya da tənqidlə qarşılandı. Partiya mənsublu tənqidçilər belə bir iddiada bulunurdular ki, guya bu əsər burjua cəmiyyətinin oxucuları üçün qələmə alınıb, “milli xüsusiyyətlərdən” uzaqdır. Əsərdəki hadisələr inqilabdan əvvəl baş verir. Amma yazıçının qələmə aldığı hadisələr sanki “yaxın günlərdə” baş verirdi.
Artıq bütün SSRİ-də olduğu kimi, Gürcüstanda da repressiyalar başlamışdı. Müstəqil düşüncə sahiblərinə, ziyalılara divan tutulurdu. Xüsusilə xaricdə, Avropa ölkələrində təhsil alanlara potensial düşmən kimi yanaşılırdı. Qarşıdan gələn təhlükəni Robakidze yaxşı duyur və görürdü.
1931-ci ildə Şota Rustaveli adına teatrın kollektivi xaricə qastrola gedir. Robakidze də heyətin tərkibinə qatılmışdı. Həmin səfərdə yazıçı Almaniyada qalmağı qərara alır. Tezliklə öz vətənində onun adını çəkmək yasaq olur. Əsərləri kitabxanalardan yığışdırılır. Keçmiş dostlar da ondan üz çevirməyə məcbur oldular. Sanki Gürcüstanda heç zaman belə bir yazıçı olmayıbmış.
Robakidze yazırdı: “Sovet İttifaqında düşünürlər ki, mən əks tərəfdəki sahildəyəm. Onlar səhv edirlər. Mən üçüncü sahildəyəm. Hər bir çay bu cür üçüncü sahilə malikdir. O üçüncü sahildə olmayan adamdan nə yazıçı çıxa bilər, nə də sənətkar”.
Robakidze mühacirət dövründə özünün bir sıra əsərlərini, çox yüksək səviyyədə bildiyi alman dilində qələmə alır. Stefan Sveyq, Romen Rollan kimi dünya şöhrətli yazıçılar gürcü ədibi haqda təqdiredici məqalələr yazırlar.
Tədqiqatçılar Robakidzenin Avropada yaşadığı dövrü onun həyatının həm yüksəliş, həm də faciəli mərhələsi kimi qiymətləndirir. Həqiqətən, o dövrdə yazıçının əsərləri Qərbdə məşhur idi.
Amma məsələ burasında idi ki, Robakidze alman ədəbiyyatı ilə yanaşı, alman nasizminə, daha doğrusu faşizmə də müəyyən rəğbət bəsləyirdi. Onun 1939-cu ildə qələmə alınmış “Adolf Hitler. Xarici şairin baxışı” və 1940-cı ildə nəşr olunmuş “Mussolini. Günəşlə manşırlanmış” adlı bestsellerlərdə faşizmə bəraət aydın hiss olunurdu. Bu rəğbətinsə öz konkret səbəbi vardı: yazıçı belə hesab edirdi ki, faşizmin qələbəsi dünyada sosializm xofunu aradan qaldırarsa, onun vətəni Gürcüstanda isə müstəqilliyi yenidən bərpa edə bilər.
Yeri gəlmişkən, yazıçının Stalin haqda da əsəri vardır. Hesab edirəm ki, Qriqol Robakidzenin “Stalin Əhrimənin ruhu kimi” adlı yazısı diktator haqda qələmə alınmış ən yaxşı tədqiqatlardan biridir. Yazıçı öz “qəhrəmanının” (Stalinin) simasında Avestdakı şər allahının yeni bir ampluada zühur etdiyini göstərir. Məşhur Şərq abidəsində şəri qoruyan Əhrimən xeyirin təcəssümü olan Hörmüzə qarşı vuruşduğu kimi, Stalin də xeyirə qarşı çıxıb. Ruhani məktəbinin keçmiş şagirdi Stalin bolşeviklərlə ünsiyyətdən sonra əmin oldu ki, Allah yoxdur. O, bundan sonra özünü tamamilə azad hesab etməyə başladı. O, dərk etmirdi ki, Allahla rabitəsini itirən adam elə kainatla əlaqəsini də itirir. Yazıçı vurğulayırdı: ola bilsin ki, Stalin allahsızlıqdan yaranan boşluğu özü doldurmaq istəyirdi.
Robakidze Stalini obrazlı şəkildə belə səciyyələndirirdi: “Köhnə dünya ilə onun haqq-hesabı qurtarmışdı. Onunçün nə nəsil, nə xalq, nə inam, nə ruhi bağlılıq mövcud deyildi. Xalqı kütlə, ruhu isə sinif əvəz etmişdi. Bu məsələdə o öz stixiyasında idi. Sosialist ideyasının təcəssümü üçün o tam yetkin idi. Romantikaya və utopiyaya meyli olmadığı üçün Sen-Simonun və Furyenin təlimi onu maraqlandırmırdı. Amma Marksın doktrinası onun şüurunu zəbt etmişdi. Artıq burada həm məntiq, həm də möhkəmlik vardı. Stalin - anadangəlmə bolşevikdir. Nə zamansa başqa adamı xtistianlıqdan əvvəlki xristian adlandırıblar. Stalini tam hüquqla bolşevizmə qədərki bolşevik adlandırmaq olar.
Gürcüstana qeyri-leqal ədəbiyyat Rusiyadan daxil olurdu. Həmin ədəbiyyatlar sırasında arabir Leninin də məqalələri gözə dəyirdi. Həmin yazılar Stalini cəzb etmişdi. Onunçün həyat yenidən başlamışdı. Stalin Leninin ideyalarında kor kimi qarasına gedib gəzdiyi şeyi - marksizm ideyasının dominizmini əldə etmişdi. Qərbdə “söz” olan bir şey Şərqdə “iş” olmalı idi. Və bu “iş” görünməmiş bir tufan kimi, onsuz da əsasları müharibədən sarsılmış dünyanın başı üzərində guruldamalı idi”.
Gördüyümüz kimi, elə təkcə təqdim edilən bu kiçik parçada Stalinin obrazı sanki həm bir rəssam, həm də bir psixoloq tərəfindən çəkilib.
1933-cü ildə yazıçı Almaniyada özünün “Üzülən ürək” adlı yeni romanının nəşrinə icazə verir. Bu əsərdə sənətkar öz qəhrəmanının timsalında insanların başına gətirilən fəlakətin anatomiyasını açmağa çalışıb.
Otuzuncu illərdə Almaniyanın bir çox nüfuzlu nəşriyyatları yazıçının alman dilində yazılmış və bu dilə tərcümə olunmuş əsərlərini nəşr edir. “Qafqaz novellaları”, “Meqi. Gürcü qızı”, “İlahənin çağırışı”, “Demon və mif (Magik qeydlər)” bu deyilənlərə misaldır.
Qriqol Robakidze bütün müharibə boyu Almaniyada yaşamışdı. Almaniyanın məğlubiyyətindən sonra başqa ölkəyə köçməyi qərara aldı. Əlbəttə, bu məsələdə vaxtilə Hitler və Mussolini haqda yazılmış əsərlərin də rolu vardı. Amma yazıçı həmin əsərləri qətiyyən faşıst ideologiyasına xidmət edən yazılar hesab etmirdi. O, öz neytral, fərqli mövqeyini ortaya qoymağa çalışmışdı. Axı o, əslində öz dövrünün bütün üzdə olan simaları, o cümlədən, Lenin, Trotski, Stalin haqda da yazmışdı. Sənətkar, özünün dediyi kimi, “üçüncü sahildə” dayanmışdı. Bir də ki, keçmiş simvolist və romantikin Nitsşedən gələn ideyalara inanması - “fövqəlbəşər” aramaq istəyi bu əsərlərdə aydın hiss olunurdu.
Bəzi mənbələrdə Robakidzenin müəyyən dövrdə Adolf Hitlerin məsləhətçisi olduğu da qeyd edilir. Əlbəttə, bu fikirlər tamamilə əsassızdır. Ortada bu mülahizəni təsdiq edən elə bir inandırıcı fakt yoxdur. Yazıçı kənar, “fövqəltəbii” qüvvələrdən bircə şey umurdu: vətənin xilası. Amma sağlığında onun bu ümidləri puç oldu.
1945-ci ildə yazıçı İsveçrəyə köçdü. O, indi “intellektual emiqrant” statusu almışdı. Tanınmış ədib yeni mühacirət etdiyi ölkədə də qələmi yerə qoymadı.
Vurğuladığımız kimi, Qriqol Robakidzenin həyat və fəaliyyətinin bir dövrü Azərbaycanla bağlı olub. Yuxarıda onun vaxtilə Bakı Universitetində dərs dediyi barədə söhbət açmışdıq. Amma məsələ təkcə bu fəaliyyətlə yekunlaşmır. İş burasındadır ki, Robakidzenin ailəsinin, daha dəqiq desək, arvadının taleyi də Azərbaycanla bağlı olub.
Artıq qeyd etdiyimiz kimi, Qriqol Robakidze gələcək arvadı Nina Petrovna ilə 1915-ci ildə Qarsda tanış olub ailə qurmuşdu. Mərmilər altında başlanan bu odlu sevginin xoşbəxtlik çalarları çox az oldu.
Nina Petrovnanın qəribə bir taleyi olmuşdur. O, məşhur zadəgan Domanskilər nəslinə mənsubdur. Atası Tiflisdə milyonçu Mirzoyevin işlər idarəsində çalışırdı. Anası isə Azərbaycanın Quba şəhərində yaşayan məhkəmə hakiminin qızı idi.
Qriqol Robakidze xaricə getdikdən sonra ərlə arvadın nikahı pozuldu. Nina Petrovna öz anasının yaşadığı şəhərə qayıtmalı oldu. Az sonra qadın Aleksandr İvanoviç Meletyevlə ailə qurub Xaçmaz şəhərində yaşamağa başladı. Meletyev 1938-ci ildə repressiya olundu. Nina bütün həyatı boyu məhrumiyyətlər içində yaşamalı oldu. Artıq onun qızı Mira öz doğma atası Qriqol Robakidzenin yox, atalığı Aleksandr Meletyevin familiyasını daşıyırdı. Qızın hətta atasının adı və insialı da dəyişmişdi: Mira Aleksandrovna Meletyeva. Qız sonralar bütün bunları xatırlayaraq deyirdi: “1939-cu ildə Xaçmazda “NKVD” rəisinin oğlu ilə bir sinifdə oxuyurdum. Rəis bir gün məni çağıraraq üzərində “Qriqol Robakidze” yazılmış qovluğu cıraraq dedi ki, heç yerdə bu adı çəkmə”. Bəli, Mira uzun illər öz məşhur atasının kimliyini gizlətməli olmuşdu.
Sonrakı illərdə Mira Aleksandrovna Meletyeva (əslində isə Mila Qriqoryevna Robakidze) anası Nina ilə Dağıstanın Dərbənd şəhərinə köçdü. Gənc qız burada neft sənayesi sahəsində çalışmağa başladı. Laborantlıqdan böyük mühəndisliyə qədər bir əmək yolu keçdi. Görünür, atasından ona irsi ədəbi istedad keçibmiş. Çünki gənclik illəri arxada qalandan sonra o, bədii yaradıcılıqla məşğul olmağa başladı. 2003-cü ildə Mira Aleksandrovna Meletyevanın (əslində isə Mila Qriqoryevna Robakidzenin) Ukraynanın Xmelnitsk vilayətinin Kamenes-Podolsk şəhərində seçilmiş şeirləri nəşr olundu. Qadın ahıl çağlarında artıq bu şəhərdə yaşayırdı.
Gürcü yazıçısı Qriqol Robakidze ilə Azərbaycan yazıçısı Yusif Vəzir Çəmənzəminlinin taleyi arasında bir oxşarlıq mövcuddur. Onların hər ikisi vətəndən kənarda ali təhsil alıb, hər ikisi Avropada yaşayıb. Qriqol Robakidze almanca, Çəmənzəminli fransızca sərbəst yazıb. Hər iki yazıçının əsərlərində paralel dövr və hadisələr qələmə alınıb. Amma onların şəxsi tanışlığının olması barədə ortada tutarlı dəlil yoxdur. Məsələ burasındadır ki, son zamanlar bəzi tədqiqatçılar “Əli və Nino” romanının şöhrətindən “ruhlanaraq” ən ağlasığmaz, qəribə “mülahizələrlə” çıxış edirlər. Həmin “mülahizələrlərdən” birisi də budur ki, guya hazırda məlum romanın müəllifi hesab olunan Əsəd bəy, Azərbaycan yazıçısı Yusif Vəzir Çəmənzəminli ilə Qriqol Robakidzenin əsərlərini cəmləyərək nəşriyyata öz adı ilə təqdim etmişdir.
Əlbəttə, bunlar uydurmadan başqa bir şey deyildir. Yusif Vəzir Çəmənzəminli xarici mühacirətdən 1926-cı ildə Vətənə dönüb, Qriqol Robakidze isə mühacirətə 1931-ci ildə gedib.
Yeri gəlmişkən, Robakidze Nobel mükafatı nominantı olmuşdur.
Yazıçı 1962-ci ildə Cenevrədə klinikalardan birində vəfat edib. O, artıq əldən düşmüş bir qoca, çoxlarının unutduğu bir yazıçı idi. O, Cenevrədə dəfn edilib. Bir müddət sonra gürcü diasporunun təkidi ilə onun nəşi Fransaya gətirilərək Paris yaxınlığındakı Levil-syur-Orj kommunasındakı məzarlıqda dəfn olunub.
Qriqol Robakidze qələmə aldığı bir yazıda gələcək nəslə öz arzusunu, daha doğrusu, öz vəsiyyətini də bildirmişdir: “Mən bu dünyada olmayan zaman doğulduğum oktyabr ayında gürcü ananın Mtsexiyə gələrək kiçik kilsədə şam yandırıb öz dualarında məni xatırlamasını arzu edirəm. Mən Gürcüstandan özgə heç bir şey xahiş etmirəm”.
Hazırda Gürcüstanda Qriqol Robakidzenin adına universitet və fond fəaliyyət göstərir.
Böyük yazıçının son arzusu isə hər ilin oktyabr ayında xatırlanır.
Əslində bu gün məbəddə Qriqol Robakidzenin dərddən parçalanan ürəyi od tutub yanır. Sadəcə olaraq, indi o ürəyin alovu şamın şöləsinə çevrilib.
P.S. Yeri gəlmişkən qeyd edim ki, Qriqol Robakidzenin maraqlı, zəngin, ziddiyyətlərlə dolu həyatı uzun müddət məni rahat buraxmadı. Onun fəaliyyəti ilə bağlı çoxlu materiallar topladım. Nəhayət, bu azadlıqsevər insan və onun dostları haqda “Üçüncü sahil və yaxud “Sonuncu instansiya” adlı pyesi qələmə aldım. Həmin əsərin qəhrəmanlarından biri də Azərbaycanlı legionunun başçısı, “Azadlıq” radiosunun Azərbaycan redaksiyasının Baş redaktoru Əbdürrəhman bəy Fətəlibəyli- Düdənginskidir. Mən artıq həmin pyesin ruscaya çevrilmiş variantını A. S Qriboyedov adına Tbilisi Akademik Rus Dövlət Dram Teatrına təqdim etmişəm.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Firuz MUSTAFA
Bölməyə aid digər xəbərlər
29-07-2020, 09:23
Firuz MUSTAFA - Türk və hindu dillərinin kök yaxınlığı haqda... - Firuz Mustafa yazır
4-07-2020, 01:05
Firuz MUSTAFA - Rejissor Mərahim Fərzəlibəyovun əmək kitabçası… - Firuz Mustafa yazır
1-07-2020, 20:38
Firuz MUSTAFA - Oljas Süleymenov: “Azərbaycan həmişə ürəyimdədir...” - Firuz Mustafa yazır