21:22 / 26-02-2026
İsrail Livanın yaşayış məntəqəsinə zərbələr endirib
20:34 / 26-02-2026
Ramazanın 9-cu günü: dua, imsak və iftar vaxtı
19:26 / 26-02-2026
İran uranın zənginləşdirilməsini dayandıra bilər
19:06 / 26-02-2026
Leyla Əliyeva Vətən müharibəsi qazisini ziyarət edib - Fotolar
18:03 / 26-02-2026
İqtisadi Şuranın iclası keçirilib
17:45 / 26-02-2026
Rusiya almaz bazarlarından birini itirir
16:53 / 26-02-2026
İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında iştirak edib - (Yenilənib-3)
16:53 / 26-02-2026
Efiopiyanın baş naziri Azərbaycanda səfərdədir
16:47 / 26-02-2026
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng edib
16:43 / 26-02-2026
Epşteyn qalmaqalı: Dünya İqtisadi Forumunun rəhbəri istefa verib
16:25 / 26-02-2026
Xalq artistinin həyat yoldaşı vəfat edib
16:24 / 26-02-2026
Deputat seçicilərini aldadır
16:10 / 26-02-2026
Milli Məclis beynəlxalq təşkilatlara müraciət ünvanlayıb
16:01 / 26-02-2026
Çin tank sayına görə lider ölkədir
15:48 / 26-02-2026
AFFA iki klubu cəzalandırıb
15:02 / 26-02-2026
Peskov: Danışıqlarda nüvə ritorikası gözardı edilə bilməz
14:41 / 26-02-2026
Sabiq deputatı cərimələyiblər
14:06 / 26-02-2026
Zelenski: 420 dron və 39 raketin hücumuna məruz qalmışıq
13:56 / 26-02-2026
Rusiya üçün raket və nüvə hücumlarını zərərsizləşdirmək asanlaşır
13:27 / 26-02-2026
Saleh Məmmədovun fəaliyyətini araşdırırlar
13:07 / 26-02-2026
Cenevrədə ABŞ-İran danışıqları başlayıb
13:01 / 26-02-2026
Apteklərdə nöqsanlar aşkar edilib
12:50 / 26-02-2026
Dünya üçün qorxunc proqnozlar veriblər
12:34 / 26-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:26 / 26-02-2026
Orban Zelenskiyə qəzəbli şikayət məktubu yazıb
12:22 / 26-02-2026
Cəbrayıl sakini iş yoldaşları tərəfindən bıçaqlanıb
12:17 / 26-02-2026
Fuad Həsənov 51 kq narkotiklə saxlanılıb
12:13 / 26-02-2026
Pezeşkian: İran nüvə silahlarına qarşıdır
12:05 / 26-02-2026
Onun milli jurnalistikada yeri görünür - Foto
11:59 / 26-02-2026
Britaniya ukraynalılara sığınacaq vermək istəmir
15:02 / 24-02-2026
Urusun adamı - Etibar Cəbrayıloğlu yazır
15:52 / 23-02-2026
Dövlət Agentliyinin sədri vəzifədən azad edilib
15:45 / 23-02-2026
Polkovnikə maraqlı məktub - Fotolar
13:28 / 24-02-2026
Keçmiş rektorun milyonluq mülkləri müsadirə olunub - Siyahı
23:30 / 23-02-2026
Rusiya ABŞ-a İranla bağlı çağırış edib
14:24 / 23-02-2026
Ağdərənin 4 kəndinə köç karvanı gedib - (Yenilənib)
11:55 / 23-02-2026
Prezident bu şəxsləri təltif edib - Siyahı
17:02 / 24-02-2026
Məktəb direktoruna təzyiq altında ərizə yazdırıblar - Fotolar
11:43 / 23-02-2026
Hərbi xidmətə çağırış başlayır
15:59 / 24-02-2026
İcra hakimiyyətinin 43 əməkdaşı vəzifədən azad edilib
21:11 / 23-02-2026
Ramazanın 6-cı günü: dua, imsak və iftar vaxtı
23:40 / 24-02-2026
DTX Gültəkin Hacıbəylinin evində axtarış aparıb - (Yenilənib)
Şınıx - Firuz Mustafa yazır
Tarix: 27-06-2020 00:13 | Bölmə: Firuz MUSTAFA

Şınıx...
Əslində “Şınıx” adlanan yaşayış məntəqəsi Gədəbəy rayonunun adi, kiçik kəndlərindən biridir. Lakin buna baxmayaraq, həmin kəndin əhatəsindəki digər kiçik və ya böyük yaşayış məskənləri də çox vaxt, elə bu kəndin adıyla “Şınıx” deyə çağrılır. Bundan başqa, Şınıxa xalq arasında “Şınıxdərə”, “Şınıx eli”, “Şınıx mahalı”, “Şınıx zonası” da deyirlər.
Dediyimiz odur ki, Şınıx ərazi və əhalı resursu baxımından kiçik bir yer olsa da, öz əhatə dairəsi ilə birgə götürdükdə rayonun mühüm strateji və təsərrüfat zonalarından biri hesab olunur.
Şınıx öz coğrafi statusuna görə də ölkəmiz üçün əlverişli, xüsusi bir mövqeyə malikdir. Bu ərazi Ermənistanın Göyçə mahalı (Krasno-Selsk rayonu) ilə sərhəddə yerləşir. Şınıx uzun illər Gədəbəyin rus (Saratovka, İvanovka), Ermənistanın erməni (Başkənd, Çəmbərək) kəndlərinin əhatəsində yerləşmişdir. İndi Başkənd kəndinin sakinləri ərazini tərk etmişlər. Daha doğrusu, daim nifaq və münaqişə zonasına çevrilmiş həmin kənd, ordumuzun əsgərləri tərəfindən 1992-ci ildə alınmışdır.
Şınıx təkcə Azərbaycanın deyil, mübaliğəsiz demək olar ki, bütün Qafqazın ən səfalı, mənzərəli məkanlarından biridir. Bu yerlər, öz yeraltı sərvətlərinin zənginliyinə görə də diqqəti cəlb etməkdədir. Burada mineral bulaqların sayı-hesabı isə yoxdur.
Şınıx haqqında yazılı və şifahi ədəbiyyatda kifayət qədər ədəbi-bədii materiallara təsadüf etmək mümkündür.
Özünün təbiəti ilə yanaşı həm də zəhmətsevər insanları ilə tanınan bu yerlərdə görkəmli tarixi şəxsiyyətlər, ziyalılar, əmək və müharibə qəhrəmanları yetişmişdir. İndi təkcə şınıxlılar deyil, bütün Azərbaycan həmin insanlarla fəxr edir.
Bizim apardırmalarımız göstərir ki, Şınıxa zaman-zaman uzaq və yaxın ərazilərdən miqrasiya etmiş insanlar toplaşmış, habelə bu ərazidən digər yerlərə fasiləsiz insan axını olmuşdur. Bu, bəlkə də ilk baxışdan təəccüblü görünə bilər. Məsələ burasındadır ki, bu gün Şınıxda mövcud olan kənd, tayfa və nəsil adlarına, eləcə də soyadlara indiki Ermənistan və Gürcüstan ərazində, habelə Orta Asiya civarında da gen-bol rast gəlmək mümkündür.
Şınıxı rayon mərkəzindən 50-60 km-lik bir məsafə ayırır. Gədəbəydə, məlum olduğu kimi metal, xüsusən, mis emalının tarixi çox qədimdir. Arxeoloji qazıntılar, əldə olunan faktlar bu bölgədəki əhalinin hələ e. ə. üçüncü- ikinci əsrlərdə mis emalı ilə məşğul olduğunu sübut edir. Yeni dövrdə, 19-cu əsrin 60-cı illərində isə misin və qızılın texnoloji üsulla çıxarılıb emal olunması təzədən vüsət almışdır. Üzun illər buradakı mədənlərin səhmlərinə məşhur Simens qardaşları sahib olmuşdur. Həmin mədənlərdə işləyən mühəndis-fəhlə heyətinin tərkibində şınıxlılar da az olmamışdır.
Açığını demək lazımdır ki, almanların və eləcə də rusların (malakanların) ondoqquzuncu əsrdə Gədəbəy ərazisinə gəlməsi yerli əhalinin təsərrüfat, mədəniyyət və təhsil səviyyəsinin formalaşmasında mühüm rol oynamışdır. Elə həm də bu inkarolunmaz təsirin nəticəsidir ki, Şınıx ziyalılarının sorağı bu gün onun hüdudlarını aşmışdır.
Zəruri qeyd. Bəlkə də bir çoxları bilmir ki, 1879-cu ildə Zaqafqaziyada ilk dəmir yolu Gədəbəy-Qalakənd arasında çəkilmişdir. Həmin xəttin uzunluğu 30 km-a yaxın olmuşdur. 1883-cü ildə isə Qalakənd kəndində çar Rusiyası ərazisində ilk su elektrik stansiyası tikilmişdir. Halbuki həmin dövrdə Avropanın, Asiyanın (habelə Rusiyanın) bir çox mərkəzi şəhərlərində ağ neft lampasından istifadə olunurdu.
Gədəbəy, o cümlədən Şınıx, özünün yerli, ölkə və dünya əhəmiyyətli abidələri ilə də məşhurdur.
Biz “Şınıx” toponiminə ən qədim yazılarda təsadüf edirik.
Yeri gəlmişkən, mən Şınıx eli, bu elin tarixi, habelə “Şınıx” sözünün (toponiminin) etimologiyası haqda bir neçə dəfə yazmışam. Hələ ötən əsrin 80-ci illərində o vaxtlar yarım milyona yaxın tirajla çıxan “Azərbaycan gəncləri” qəzetində bu mövzu ilə bağlı ilkin araşdırmalarım çap olunmuşdu. Yadımdadır, o vaxt oxuculardan, eləcə də Şınıxda yaşayan ziyalılardan xeyli sayda məktub almışdım. Şınıxlılar bu mövzuda aparılan tədqiqatın genişləndirilməsini arzu edirdilər. Amma çox keçmədi ki, bütün ölkəmiz kimi Şınıxın da başının üstünü qara buludlar aldı; axı Şınıx Ermənistanla az qala iç-içə olan bir bölgədir. Elə Göyçə mahalından qopub gələn ilk qaçqın köçünü də Şınıx qarşılamalı oldu.
Mən Şınıxla bağlı bəzi müxtəsər araşdırmalar aparmışam. Qeyd dəftərlərimdə bir çox faktlar əks olunub. Şınıx toponimi haqda nə demək olar?
Tarixə ötəri ekskursiya etsək, Şınıx sözünə ən qədim əlyazma və mətnlərdə rast gələ bilərik.
Tədqiqatlar göstərir ki, qədim türk mənbələrində “Şınıx” bir çox hallarda “şenlik”, yəni “yaşayış məntəqəsi” mənasında işlənmişdir.
Bəzi mənbələrdə isə bu toponimin “sınıq” sözü ilə əlaqəsi qeyd olunur. Ola bilsin ki, bununla köklü əhalinin bir qisminin nə vaxtsa Sınıq körpü yaxınlığında yaşadığı nəzərdə tutulmuşdur.
Başqa dillərdə də Şın və Şen etnonimlərinə təsadüf olunur. Məsələn, çin dilində “Şan” (Şin) sözü dağ anlamındadır. Elə “Tyan Şan” dağı buna konkret misal ola bilər. Qazax dilində, daha doğrusu əksər türk dillərində, bu söz Tanrı dağı (Tanrı şını) mənasında işlədilir.
Sinixinu sözü də bu deyilənlərə aiddir. Assurca yazılış formasında bu söz “sinix” və “in” hissələrinə ayrılır (sondakı u hərfi assur dilində adlıq hal şəkilçisidir). Türkcə “sinq”, “çinq” (məsələn, qazaxca “şınq”, tuvaca “şınq” və s. sözlər) sıldırım dağ yarğanı, alınmaz dağ deməkdir. Buradakı “in” leksemi “yarğan”, “çuxur”, “mağara” sözlərindəndir. (Bax: Мурзаев Э. М. Словарь народных географических терминов. М., 1985, səh 234).
Ölkəmizdə və onun hüdudlarından kənarda bir çox “Şınıx” adlı yaşayış məskənləri olmuşdur.
Mənbələrdə oxuyuruq: Şınıx - Tiflis quberniyasının Borçalı qəzasında, indiki Allahverdi (Tumanyan) rayonunda kənd. Rayon mərkəzindən 24 km məsafədə yerləşir. Kənddə 1897-ci ildə 5 nəfər, 1926-cı ildə 2 nəfər azərbaycanlı yaşamışdır. (Bax: Qorqodyan Z. “1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi”, İrəvan, «Melkonyan fond», 1932, 188 səh.). İndi bu ərazidə ermənilər yaşayır.
Ermənistan ərazisindəki Şınıx yaşayış məskəni erməni dilinə uyğunlaşdırılaraq “Şnox” kimi rəsmiləşdirilmişdir. (Bax: İbrahim Bayramov. “Qərbi Azərbaycanın türk mənşəli toponimləri”).
Şinq-Tiflis Quberniyasının Borçalı qəzasında da Şınıx toponimi (və yaşayış sahəsi) mövcud olmuşdur. Sonralar həmin kənd “Şnex” adlandırılıb.
Bir çox mənbələrdə qeyd olunur ki, bu toponim türk dilində “əyri sıldırım dağ yamacı”, “əlçatmaz”, “dərin çuxur, xəndək” mənasında işlənən “şın” sözünə -ıx şəkilçisinin artırılması yolu ilə düzəlmişdir. (Bax: Молчанова О.Т. “Структурные типы тюркских топонимов Горного Алтая”, Саратов, Издство Саратовского Университета, 1982, 256 с.).
Qədim türk dillərində “çınq”, “şinq” sözləri “sıldırım” mənasını verirdi.
Təəssüf ki, zaman-zaman Şınıx toponimlərinin hüdudu daralmağa başlayıb.
Yaşlı adamların dediyinə görə, Şınıxda bir neçə dəfə köç olmuşdur. Bu qədim yaşayış məskənində tapılan başdaşılar, qəbirlər, saxsı və mis qablar şınıxlıların hələ qədim zamanlardan dulusçuluq və dəmirçiliklə məşğul olduğunu sübut edir.
Sözümüzün əvvəlində dediyimiz kimi, Şınıx strateji bir mövqedə yerləşir. Ermənistanın Krasno-Selsk (keçmiş Çənbərək) rayonu ilə bu zonanı kiçik bir dağ silsiləsi ayırır.
Təəssüf ki, bir müddət Şınıxın kəndlərində yaşayan adamların sayı ilbəil azalırdı. Əlbəttə, bunun bir sıra obyektiv səbəbləri vardı. Amma digər, belə deyək “subyektiv səbəblər” də yox deyildi. Belə ki, vaxtilə adamlar böyük şəhərlərə iş axtarmaq üçün üz tutublar. Halbuki bu kəndlərdə mini-fabrik və istehsal müəssisələri yaratmaq mümkün idi.
Yaxşı ki, Şınıxda, daha doğrusu Şınıx kəndlərində, son zamanlar bir canlanma hiss olunur. Yeni müəssisə və fərdi yaşayış evləri tikilir.
Son illərdə Şınıxın bir sıra kəndləri qazlaşdırılıb. Və həmin kəndlərin ərazisindəki yaşıllıq zonaları təzədən genişlənməyə başlayıb. Yollar asfaltlanıb.
Güman edirik ki, Şınıxda quruculuq işləri get-gedə daha da genişlənəcək. Axı “Şınıx” sözünün bir anlamı da “şenlik”dir.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Firuz MUSTAFA
Bölməyə aid digər xəbərlər
29-07-2020, 09:23
Firuz MUSTAFA - Türk və hindu dillərinin kök yaxınlığı haqda... - Firuz Mustafa yazır
4-07-2020, 01:05
Firuz MUSTAFA - Rejissor Mərahim Fərzəlibəyovun əmək kitabçası… - Firuz Mustafa yazır
1-07-2020, 20:38
Firuz MUSTAFA - Oljas Süleymenov: “Azərbaycan həmişə ürəyimdədir...” - Firuz Mustafa yazır

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək