21:22 / 26-02-2026
İsrail Livanın yaşayış məntəqəsinə zərbələr endirib
20:34 / 26-02-2026
Ramazanın 9-cu günü: dua, imsak və iftar vaxtı
19:26 / 26-02-2026
İran uranın zənginləşdirilməsini dayandıra bilər
19:06 / 26-02-2026
Leyla Əliyeva Vətən müharibəsi qazisini ziyarət edib - Fotolar
18:03 / 26-02-2026
İqtisadi Şuranın iclası keçirilib
17:45 / 26-02-2026
Rusiya almaz bazarlarından birini itirir
16:53 / 26-02-2026
İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında iştirak edib - (Yenilənib-3)
16:53 / 26-02-2026
Efiopiyanın baş naziri Azərbaycanda səfərdədir
16:47 / 26-02-2026
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng edib
16:43 / 26-02-2026
Epşteyn qalmaqalı: Dünya İqtisadi Forumunun rəhbəri istefa verib
16:25 / 26-02-2026
Xalq artistinin həyat yoldaşı vəfat edib
16:24 / 26-02-2026
Deputat seçicilərini aldadır
16:10 / 26-02-2026
Milli Məclis beynəlxalq təşkilatlara müraciət ünvanlayıb
16:01 / 26-02-2026
Çin tank sayına görə lider ölkədir
15:48 / 26-02-2026
AFFA iki klubu cəzalandırıb
15:02 / 26-02-2026
Peskov: Danışıqlarda nüvə ritorikası gözardı edilə bilməz
14:41 / 26-02-2026
Sabiq deputatı cərimələyiblər
14:06 / 26-02-2026
Zelenski: 420 dron və 39 raketin hücumuna məruz qalmışıq
13:56 / 26-02-2026
Rusiya üçün raket və nüvə hücumlarını zərərsizləşdirmək asanlaşır
13:27 / 26-02-2026
Saleh Məmmədovun fəaliyyətini araşdırırlar
13:07 / 26-02-2026
Cenevrədə ABŞ-İran danışıqları başlayıb
13:01 / 26-02-2026
Apteklərdə nöqsanlar aşkar edilib
12:50 / 26-02-2026
Dünya üçün qorxunc proqnozlar veriblər
12:34 / 26-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:26 / 26-02-2026
Orban Zelenskiyə qəzəbli şikayət məktubu yazıb
12:22 / 26-02-2026
Cəbrayıl sakini iş yoldaşları tərəfindən bıçaqlanıb
12:17 / 26-02-2026
Fuad Həsənov 51 kq narkotiklə saxlanılıb
12:13 / 26-02-2026
Pezeşkian: İran nüvə silahlarına qarşıdır
12:05 / 26-02-2026
Onun milli jurnalistikada yeri görünür - Foto
11:59 / 26-02-2026
Britaniya ukraynalılara sığınacaq vermək istəmir
15:02 / 24-02-2026
Urusun adamı - Etibar Cəbrayıloğlu yazır
15:52 / 23-02-2026
Dövlət Agentliyinin sədri vəzifədən azad edilib
15:45 / 23-02-2026
Polkovnikə maraqlı məktub - Fotolar
13:28 / 24-02-2026
Keçmiş rektorun milyonluq mülkləri müsadirə olunub - Siyahı
23:30 / 23-02-2026
Rusiya ABŞ-a İranla bağlı çağırış edib
14:24 / 23-02-2026
Ağdərənin 4 kəndinə köç karvanı gedib - (Yenilənib)
11:55 / 23-02-2026
Prezident bu şəxsləri təltif edib - Siyahı
17:02 / 24-02-2026
Məktəb direktoruna təzyiq altında ərizə yazdırıblar - Fotolar
11:43 / 23-02-2026
Hərbi xidmətə çağırış başlayır
15:59 / 24-02-2026
İcra hakimiyyətinin 43 əməkdaşı vəzifədən azad edilib
21:11 / 23-02-2026
Ramazanın 6-cı günü: dua, imsak və iftar vaxtı
23:40 / 24-02-2026
DTX Gültəkin Hacıbəylinin evində axtarış aparıb - (Yenilənib)
Bir yazının taleyi - Firuz Mustafa yazır
Tarix: 25-08-2020 14:19 | Bölmə: Firuz MUSTAFA

“Lev Tolstoy və Azərbaycan ədəbiyyatı” kitabı və onun müəllifi haqqında
Aşağıda təqdim etdiyim yazının altındakı çap tarixini (4 noyabr 1972-ci il) görərkən yaddaşım məni, necə deyərlər xatirələrin cığırı ilə, bir daha ötənlərə-keçənlərə qaytardı. Mən o vaxt tələbə idim. Səhv etmirəmsə, 2-ci kursda oxuyurdum. Mətbuatda ilk qələm təcrübələrim dərc olunurdu. Hər yazının dərci bir bayram idi o vaxt.
İndi oxuyacağınız məqaləni “Gənc müəllim” qəzetinin redaksiyasına təqdim etmişdim. Bir-iki gün sonra yazının dərc ediləcəyi nömrəni oxumaq, korrektə etmək üçün redaksiyaya dəvət olundum. Redaktor Zakir Sərdarov mənimlə görüşüb əlimi sıxdı, gülümsəyərək dedi ki, yazın xoşuma gəlib, təbrik edirəm, amma bir balaca əl gəzdirmişəm, daha doğrusu, onu azacıq ixtisar etmişəm, məncə bundan inciməzsən. Əlbəttə, inciməyə elə bir əsas ola bilməzdi, o ki ola Zakir müəllim kimi səriştəli, diqqətli bir redaktordan. Mən onu hələ “Müxbir” jurnal-büllütenində işləyəndən tanıyırdım. (Onu da deyim ki, Zakir Sərdarov 1995-2000-ci illərdə deputat olmuşdur).
Yazı dərc olunanda mən onu elə redaksiyadaca oxudum və... heyrətə gəldim. Məqalə az qala yarıbayarı “ixtisar” olunmuş, necə deyərlər əməlli-başlı “qayçılanmışdı”. Redaktor mənim üzümə baxıb ürəyimdən keçənləri duyubmuş kimi yenə ötən dəfəki kimi gülümsəyərək dedi: “Bildim bu dəqiqə nə düşünürsən. Məsələ belədir: mən bu yazını bütövlükdə verəcəkdim. Amma kimsə kitabın müəllifi Alməmməd müəllimə çatdırıb ki, bir cavan oğlan, özü də tələbə, kəskin bir yazı yazıb, sənin yeni kitabını möhkəm tənqid edib. Bunu eşidən Alməmməd Alməmmədov başıalovlu gəlmişdi yanıma, çox əsəbi idi. Məqaləni oxudu, xahiş etdi ki, oradan tənqidi yerləri çıxarım. Mən o deyən yerləri ixtisar elədim. Tələbənin onu tənqid etməsi ilə razılaşa bilmirdi. Hər halda, bunları sənə görə elədim. Çünki birdən gələcəkdə sənə dərs deyə bilər, onunla yollarınız kəsişər...”
Susdum.
Əslində nə baş verirdi? Mən tanınmış tədqiqatçı-alim Alməmməd Alməmmədovun “Lev Tolstoy və Azərbaycan ədəbiyyatı” kitabı haqda rəy yazıb onu bir sıra məsələlərə birtərəfli yanaşdığına görə, gəncliyə məxsus bir emosionallıqla tənqid etmişdim. İndi o vaxt yazdığım həmin “tənqidi qeydlərin” bir çoxu yadımdan çıxıb. Amma xatırlayıram ki, o qeydlərdə dahi Tolstoya Şərq düllərindən dərs demiş Mirzə Kazımbəyin adının üstündən sükutla keçdiyi, Qayıbovla məktublaşmaya geniş işıq salınmadığı, islam dini haqda dediyi fikirlərə istinad etmədiyi üçün müəllifi tənqid etmişdim...
Bütün bunlar öz yerində.
Sən demə, Alməmməd müəllimin öz həmkarı, məşhur tənqidçi, bizə rus ədəbiyyatı tarixindən mühazirə deyən Əhəd Hüseynovla elmi müstəvidə konflikti varmış və nədənsə elə düşünüb ki, bu məqaləni yazmaq üçün mənə onun “rəqibi” istiqamət verib. Təbii ki, məqalə haqda redaksiya əməkdaşlarından başqa heç kəsin xəbəri yox idi. Söhbət gedib Əhəd Hüseynova çatanda o da demişdi ki, nə kitabdan xəbərim var, nə də o yazıdan. Bir qədər sonra mənim qəzetdə çıxan yazımla tanış olduqdan sonra Əhəd müəllim dedi ki, həqiqətən məqalə çox xoşuma gəldi, amma burada tənqid gözümə dəymədi. Bir neçə gün sonra Zakir müəllim redaksiyaya gələn Əhəd Hüseynova məqalənin əlyazmasının orijinalını “bütöv şəkildə” təqdim etdi. Yazını oxuyan Əhəd müəllimin necə qəhqəhə çəkdiyini indi də yaxşı xatırlayıram. Sonra o, yarızarafat-yarıcıddi dedi ki, istərdim ki, məni də bü cür qərəzsiz tənqid edən qələm sahibi olsun.
Onu da xatırlayıram ki, o, Azərbaycan satirik nəsri haqda yazdığı materialı (doktorluq dissertasiyasının bir hissəsini) əvvəlcə mənə təqdim edəcəyinə söz verdi və əlavə etdi ki, “o yazını nə qədər istəsən tənqid edə bilərsən, mən özüm tənqidçiyəm və obyektiv tənqiddən xoşum gəlir”... Mən həmin yazını diqqətlə oxudum və öz qeydlərimi bildirdim. Əhəd müəllim mənim “tənqidimdən” doğrudan da çox razı qalmışdı. Hətta, mühazirə zamanı “qeydlərimdən” sitat gətirməyi də unutmurdu.
Bir müddət sonra Əhəd Hüseynov rəhmətə getdi. Bundan sonra onun dərslərini Alməmməd Alməmmədov deməyə başladı. Düşünürdüm ki, aramızda xoşagəlməz situasiya yarana bilər. Amma belə olmadı, əksinə, bizim münasibətlərimiz yaxşılaşdı. Görünür, mənim hazırlığım yeni müəllimimin və “köhnə dostumun” xoşuna gəlmişdi. Biz onunla sözün əsl mənasında dostlaşdıq. Arada zarafatla deyirdi ki, sizin Şınığın yolu bizim Şamlıxdan keçir. Müəllimim tez-tez mənə deyirdi ki, bax nədən-kimdən mövzu götürsən, sənin elmi rəhbərin mütləq mən özüm olacağam. O vaxt mətbuatda çıxan yazılarımın ilk oxucularından biri, o yazılara görə sevinən və məni ilk təbrik edən də adətən professor (məqalə yazılan vaxt o, dosent idi) Alməmməd Alməmmədov olardı...
Allah hər iki alimə - Əhəd Hüseynova və Alməmməd Alməmmədova, o cümlədən redaktor Zakir Sərdarova rəhmət eləsin.
Hə, bu da həmin ixtisar olunmuş, qəzetdə dərc olunmuş başıbəlalı yazı.
***
Tələbə müəllimin yaradıcılığı haqqında
“Lev Tolstoy və Azərbaycan ədəbiyyatı”
Filoloji elmlər namizədi Alməmməd Alməmmədovun ADPİ-nin nəşriyyatı tərəfindən dərc edilmiş yeni kitabı belə adlanır. A. Alməmmədov indiyə kimi rus və Azərbaycan ədəbi əlaqələrinə dair bir neçə kitab və məqalə yazmışdır. Müəllif yeni kitabında Tolstoy irsinin Azərbaycanda yayılması, təbliği və nəşri tarixini tədqiq etməyi qarşısına məqsəd qoymuşdur.
Kitab üç hissədən ibarətdir.
Birinci hissədə böyük yazıçının həyat və fəaliyyətindən, zəngin ədəbi irsindən söz açılır. Avtobioqrafik xarakter daşıyan trilogiyasından başlayaraq ta ömrünün sonuna qədər Tolstoyun yazdığı əsas əsərlərin geniş təhlili verilir.
V. İ. Lenin “Rus inqilabının güzgüsü” adlandırdığı L. Tolstoy böyük sənətkar olmaqla yanaşı həm də böyük şəxsiyyət olmuşdur. Buna görə də L. Tolstoyun zəngin və maraqlı həyatı ədəbiyyat-tarixçilər üçün tədqiqat obyekti olmuşdur.
A. Alməmmədovun kitabında L. N. Tolstoyun həyat və yaradıcılığı, zəngin ədəbi irsi xronoliji surətdə izlənilir, yazıçının ilk qələm təcrübəsi hesab edilən “Dünənki günün tarixi” adlı hekayəsindən başlayaraq həyatının son dövrlərində yazmış olduğu əsərlərdən, onların yarandığı tarixi şəritdən, həmin əsərlərin məzmun və ideyasından danışdılar. “Lev Tolstoy və Azərbaycan ədəbiyyatı” kitabında müəllif, Tolstoy yaradıcılığının dünyəvi əhəmiyyətindən, Tolstoy realizmindən söhbət açaraq bu zəngin irslə Azərbaycan ziyalılarının hələ keçən əsrin sonlarından maraqlandığını bildirir. Kitabda böyük sənətkarın ən məşhur əsərlərindən bir neçəsinin geniş təhlili verilmişdir. A. Alməmmədov bu və ya digər bir əsərin sadəcə məzmununu söyləməklə kifayətlənməyərək, həmin əsərin sənətkarlıq xüsusiyyətlərindən danışır, müxtəlif surətlərin səciyyələndirilməsində, bir ədəbiyyatşünas kimi, öz mülahizə və fikirlərini irəli sürür. Şübhəsiz ki, bütün bu əlamətlər oxucunun Tolstoy irsi haqqında bildiyi məlumatlar çərçivəsini xeyli genişləndirir. Müəllif “Hərb və sülh”, “Anna Karenina”, “Dirilmə”, “Hacı Murad” kimi əsərlərin təhlili zamanı bir sıra yeni nəticələrə gəlmiş, həmin əsərlər haqqında indiyə qədər söylənilən fikirləri zənginləşdirməyə çalışmışdır.
“Hərb və sülh”... Tolstoy qələmindən çıxan sənət abidəsi. Elə bir abidə ki, üstündə təkrarən nəqqaş əlləri gəzsə, heç bir artıq çıxıntıya, izafi cizgiyə rast gələ bilməz. Rusların qəhrəmanlıq salnaməsi sayılan bu romanda, Tolstoyun özünün dediyi kimi, xalq tarixi qələmə alınmışdır. Milli ənənə, reallıq, tarixilik romanın əsasını təşkil edən obyektiv amil kimi götürülərək, konkret materiallar əsasında təhlil edilmişdir.
A. Alməmmədov öz kitabında Tolstoyun bədii əsərləri ilə yanaşı publisistik xarakterli dini-əxlaqi, fəlsəfi-etik əsərləri üzərində də dayanmışdır. Belə ki, Tolstoyun son dövr yaradıcılığında baş verən təbəddülat daha doğrusu, kəskin dönüş, tədqiqatçının nəzərini cəlb etmişdir. Həmin dövrdə ədib “Etiraf”, “Mənim inamın nəyədir?”, “Həyat haqqında”, “İndi biz nə etməliyik?” kimi traktatlarını yazmaqla, A. Alməmmədovun dediyi kimi, “insanı kölə halına salan, pulun qüvvəsinə hücum edir. Bədbəxtliklərin kökünü xüsusi mülkiyyətdə görür. Onun fikrincə texnikanın inkişafı işsizliyin artmasına səbəb olur ki, bu da bədbəxtliyi daha da çoxaldır”.
Müəllif kitabın birinci hissəsində o zamankı Senzura komitələrinin “Tolstoy irsinə necə münasibət bəslədiyini araşdırmaq, öz tədqiqatını Leninqrad mərkəzi dövlət tarix arxivində və Gürcüstan SSR-nin arxivlərində davam etdirmişdir.
Müəllif “Lev Tolstoy və Azərbaycan ədəbiyyatı” kitabının ikinci hissəsində ilk mənbələrindən gətirdiyi sitat və faktlarla sübut etməyə çalışır ki, böyük yazıçı hələ keçən əsrdə S. Ə. Şirvani, M. Ə. Sabir, S. M. Qənizadə, A. Nazir kimi sənətkarların yaradıcılığına müsbət təsir göstərmişdir. Ancaq qeyd etmək lazımdır ki, əsrimizin əvvəllərində, yəni müxtəlif ideya və məslək toqquşmaları zamanı mürtəce mətbuatla, demokratik mətbuat arasında münaqişə getdiyi bir vaxtda, Tolstoy yaradıcılığına münasibət məsələsi bütün hallarda düzgün və obyektiv xarakter daşıya bilməzdi. Ona görə də “Fyuzat” jurnalının redaktoru Əlibəy Hüseynzadə mürtəce mədəniyyət və mətbuat adından çıxış edərək Tolstoyun sənətkarlığından, realizmindən, yaradıcılıq fəaliyyətindən daha çox yazıçının yeni din yaradıcısı və əxlaq kahini olması ilə maraqlanırdı.
Kitabda Ə. Hüseyzadə və onun kimi burjua ideloqlarının məqsəd və istəkləri ətraflı şərh edilmişdir. A. Alməmmədov həmçinin Azərbaycanın bir çox realist yazıçılarının və maarif xadimlərinin Tolstoy yaradıcılığından bəhrələndiklərini qeyd edərək, H. A. Abbasovun, Ə. Qasımovun Tolstoy haqqındakı xatirələrindən də istifadə etmişdir. Haqqında danışdığımız hissənin sonunda Abbasağa Nazir adlı şairin 1910-cu ildə yazdığı “Qraf Tolstoyun vəfatına aid” adlı şeiri ilk dəfə bütünlüklə verilmişdir ki, bu da azərbaycanlı ziyalıların qardaş xalqın ədəbiyyatına göstərdiyi marağın təzahürüdür.
Kitabın üçüncü hissəsi yazıçının əsərlərinin tərcüməsinə həsr edilmişdir. Həmin məsələdən bəhs edən müəllif yazır:
“Tərcümə olunan əsərləri, tərtib edilən dərslikləri nəzərdən keçirdikdə məlum olur ki, keçən əsrin axırları və XX əsrin əvvəllərində Azərbaycan ziyalılarının, müəllim və yazıçılarının biri L. N. Tolstoy olmuşdur”. S. M. Qənizadənin başladığı tərcümə işi C. Məmmədquluzadə, A. Güləhmədov, Q. R. Mirzəzadə, H. İ. Qasımov, R. Tahirov, Ə. Səbri, Ə. Səttar və onlarla bu kimi ziyalı və yazıçılar tərəfindən davam etdirilmişdir.
Kitab bəzi xırda qüsurlardan da xali deyildir. Belə ki, kitabın qraf Tolstoyun həyat və yaradıcılığına həsr edilmiş birinci hissəsində böyük yazıçının dramaturji fəaliyyətindən çox ötəri danışılır. Bundan başqa, Tolstoyun yaxın dostları ilə əlaqəsindən, yazışma və məktublarından daha çox istifadə etmək olardı.
Yeri gəlmişkən, korrektorun və nəşriyyatın ünvanına da bəzi məsələləri çatdırmaq istəyirik. Əsərdə bir çox üslubi və orfoqrafik səhvlər, dil xətaları vardır. Kitabda “araqarışdıran”, “çoxtərəfli”, “artıqtamahlıq” kimi sözlər “ara qarışdıran” (səh.51), “çox tərəfli” (səh.68), “artıq tamahlıq” (səh.71) şəklində getmişdir.
“Ali Baş Komandan” (səh.59) sözləri bir yerdə böyük, başqa bir yerdə kiçik hərflərlə, Əhməd xan (səh.59) sözü gah bitişik, gah da ayrı yazılmışdır.
A. Alməmmədovun “Lev Tolstoy və Azərbaycan ədəbiyyatı” kitabı SSRİ-nin və institutumuzun yarıməsrlik bayramları ərəfəsində müəllim və tələbələrimizə müəllifin layiqli hədiyyəsidir.
Firuz MUSTAFAYEV,
filologiya fakültəsinin tələbəsi
“Gənc müəllim” qəzeti, 4 noyabr 1972-ci il
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Firuz MUSTAFA
Bölməyə aid digər xəbərlər
29-07-2020, 09:23
Firuz MUSTAFA - Türk və hindu dillərinin kök yaxınlığı haqda... - Firuz Mustafa yazır
4-07-2020, 01:05
Firuz MUSTAFA - Rejissor Mərahim Fərzəlibəyovun əmək kitabçası… - Firuz Mustafa yazır
1-07-2020, 20:38
Firuz MUSTAFA - Oljas Süleymenov: “Azərbaycan həmişə ürəyimdədir...” - Firuz Mustafa yazır

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək