14:08 / 21-11-2024
Ukrayna ərazi əvəzində sülhə razılaşmayacaq - Nazir
13:50 / 21-11-2024
NASA yüzlərlə mütəxəssisi işdən çıxarır
13:49 / 21-11-2024
Yaşayış minimumu 285 manat olacaq
13:32 / 21-11-2024
Dünyanın ən güclü donanmaları... - Qardaş Türkiyə siyahıda neçəncidir?
13:17 / 21-11-2024
Türkiyədə azərbaycanlı qadın güllələnib
13:16 / 21-11-2024
Prezidentə əhəmiyyət vermirlər - Gürcüstan parlamenti öz işinə başlayır
13:12 / 21-11-2024
Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? - DİM-dən açıqlama
13:10 / 21-11-2024
Zaxarova: “NATO qüvvələrinin Ukraynaya gəlməsi fəlakətə səbəb olacaq”
13:04 / 21-11-2024
Kino şirkəti Batmobil avtomobili istehsal edir
12:54 / 21-11-2024
Zaxarova: "COP29 beynəlxalq arenada Bakının nüfuzunu artıracaq"
12:45 / 21-11-2024
Trampdan qaçan amerikalılara 1 avroya ev təklif edirlər
12:38 / 21-11-2024
Rusiya-Ukrayna savaşı: Qərb silahları müharibənin xarakterini dəyişir
12:36 / 21-11-2024
Hesablama Palatası İşsizlikdən Sığorta Fondunun büdcəsi ilə bağlı təkliflər verib
12:24 / 21-11-2024
Sabah hava necə olacaq? - Proqnoz
12:13 / 21-11-2024
İrəvan-Tbilisi-İrəvan istiqamətində hava uçuşları başlayır
12:13 / 21-11-2024
Kərim Vəliyev pakistanlı komandanla görüşüb
12:00 / 21-11-2024
Sahil Babayev: "Bu paket 3 milyon insanı əhatə edəcək"
12:00 / 21-11-2024
Rusiyaya güclü artilleriya sistemləri göndərirlər - Foto
11:50 / 21-11-2024
Ermənistan 78 artilleriya qurğusu almaq istəyir
11:45 / 21-11-2024
Generalın oğlu vəzifəyə təyin olunub
11:43 / 21-11-2024
Rusiya Həştərxandan ballistik raket buraxıb - Foto
11:39 / 21-11-2024
Nazir pensiyalarda proqnozlaşdırılan artımları açıqlayıb
11:27 / 21-11-2024
COP29 zirvəsi Ərdoğanı leyboristlərlə barışdırıb
11:19 / 21-11-2024
Dövlət sərhədini pozan hava gəmiləri və... - Hökumət yeni qərar verib
11:15 / 21-11-2024
Bakıda daha 46 marşrutun fəaliyyəti bərpa olunur
10:56 / 21-11-2024
Şəhid ailələri ilə bağlı yeni qaydalar təsdiqlənib
10:54 / 21-11-2024
Pivə istehsalçıları cərimələnib
10:42 / 21-11-2024
İranda güclü zəlzələ olub
10:03 / 21-11-2024
İlon Mask miqrasiya ilə bağlı təklif verib
12:28 / 18-11-2024
Turan Manafzadə: “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Müsahibə
12:05 / 19-11-2024
MMC vətəndaşın mənzilini dağıdıb, indi də obyektini ələ keçirmək istəyir - Fotolar
19:50 / 19-11-2024
Beynəlxalq Bank 272 min manat cərimələnib
16:45 / 20-11-2024
Nazir: "Regionlardakı bəzi poçt şöbələrinin bağlanması araşdırılacaq"
16:22 / 20-11-2024
“Real Betis” klubunun nümayəndəsi Bakıda nəyə təəccüblənib? - Foto
15:29 / 18-11-2024
Daha üç şəhərə konsul təyinatı olub - Siyahı
10:03 / 20-11-2024
Azərbaycan və Türkiyənin bələdiyyə təşkilatları arasında görüş keçirilib - Fotolar
17:09 / 18-11-2024
Deputatın oğlu yeni vəzifəyə təyin olunub
15:55 / 20-11-2024
Deputatın "Zəngimcell" oyunu: "Balansınız bitmişdir..."
16:18 / 19-11-2024
Birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - Siyahı
13:32 / 21-11-2024
Dünyanın ən güclü donanmaları... - Qardaş Türkiyə siyahıda neçəncidir?
00:03 / 19-11-2024
Yer kürəsinə təhlükə: qitələr arasındakı məsafələr itəcək
Özü boyda ürəkdi Babək - Firuz Mustafa yazır
Tarix: 27-07-2020 14:16 | Bölmə: Firuz MUSTAFA
Tanınmış filosof, musiqişünas, bəstəkar, esseist, pedaqoq, tərcüməçi, professor Dr.Babək Qurbanov (Osmanoğlu) haqda bir neçə söz
Tərcümeyi-halından çıxarış:
Babək Qurbanov (d.26 iyun 1939, Qazax rayonunda doğulub. - 28 mart 2019-cu ildə Bakı şəhərində vəfat edib, Qazax rayonununda dəfn olunub) - Xalq şairi Osman Sarıvəllinin oğlu, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, fəlsəfə elmləri doktoru, professor.
Babək Qurbanov 26 iyun 1939-cu ildə Qazax rayonunda anadan olmuşdur. Ü. Hacıbəyov adına Konservatoriyanın Musiqi nəzəriyyəsi fakültəsində oxuyub və "Azərbaycan aşıq musiqi yaradıcılığı" mövzusunda diplom işini müdafiə edib.
1967-ci ildə Bakı Dövlət Universitetinin Müdafiə şurasında "Musiqi ilə ədəbiyyatın qarşılıqlı əlaqəsi" adlı namizədlik dissertasiyasını; 1981-ci ildə 42 yaşında olanda isə Moskvada SSRİ EA-nın fəlsəfə İnstitutunda "Proqramlı musiqinin estetik prinsipləri" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.
1985-ci ildən professordur. Azərbaycan Bəstəkarlar və Jurnalistlər Birliyinin üzvüdür. 1990-cı illərdə Bəstəkarlar İttifaqının İdarə heyətinin üzvü olub. 1981-1989-cu illər arası AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunda Estetika və etika bölməsinin müdiri, 1989-1992-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunda fəlsəfə və mədəniyyət tarixi kafedrasının müdiri, 1992-2008-ci illərdə Türkiyədə Atatürk Universitetinin professoru, kafedra müdiri olmuş, 2009-cu ildən Qaziəntəp Türk Musiqisi Dövlət Konservatoriyasında işləmiş. 1992-ci ildən Türkiyənin Atatürk Universitetində üç fakültədə Etika, Estetika, Fəlsəfə, Ümumi və xüsusi təhsil metodları, Türk düşüncə tarixi, Musiqi nəzəriyyəsinə giriş, Musiqi nəzəriyyəsi, Musiqi əsərlərinin təhlili, Musiqi estetikası, Sənət fəlsəfəsi, Musiqi formaları, Harmoniya fənlərindən dərs demiş, bu fənlər üzrə magistr və aspirantlarla da məşğul olmuşdur. Professor Babək Qurbanov Azərbaycan və Türkiyədə Azərbaycan musiqisinə, ədəbiyyatına, incəsənətinə, folkloruna, fəlsəfə və estetika məsələlərinə, tanınmış elm adamlarına üç yüzdən artıq publisistik və elmi məqalələr həsr etmişdir. Babək Qurbanovun 700-ə yaxın əsəri və 30-a yaxın kitabı çıxmışdır. Babək Qurbanov türk alimləri prof. Mehmet Takkaçla "Televiziya sənəti", "Ev tiyatrosu" kitablarını, prof. Bilgə Seyidoğlu, dosentlər M.Karabulut, Yavuz Şen və b. ilə müştərək məqalələr yazaraq çap etdirmişdir.
Tədqiqatçının başqa mətbu orqanlarda - qəzet və dərgilərdə çıxan çoxsaylı məqalələri də yuxarıda deyilənlərə dayaq olur.
***
Mən Babək Qurbanovla çoxdan, lap çoxdan tanışam. Biz ötən əsrin 80-ci illərində eyni bir elmi-tədqiqat qurumunda - Fəlsəfə və Hüquq İnstitutunda çalışmışıq. Mən Elmlər Akademiyasının aspiranturasına daxil olanda Babək Qurbanov artıq tanımış alim, fəlsəfə elmləri doktoru idi.
Babək Qurbanov çoxsaylı elmi əsərlərin müəllifidir. O, ölkəmizi dəfələrlə xarici məmləkətlərdə layiqincə rəmsil etmişdir. Alimin Rusiyada, Türkiyədə kitabları nəşr olunmuşdur.
Babək müəllim artıq 25 ilə yaxındır ki, qonşu və dost ölkədə - Türkiyədə çalışır. O, indiyəcən müxtəlif universitetlərdə dərs demiş, yüzlərlə öyrənci yetişdirmişdir.
Söhbətimin əvvəlində qeyd etdiyim kimi, mən Babək bəylə çoxdan tanışam. Amma qəribə burasıdır ki, bu əzəli tanışlıq yalnız sonralar - Babək müəllim Türkiyəyə gedəndən sonra yaxın dostluğa çevrildi.
Etibarlı dostum hər dəfə Vətənə dönəndə telefon açıb məni arayır, iş-gücümlə maraqlanır. Adətən, biz görüşəndə Babək Qurbanovun sualı belə olur:
- Qağa, təzə nə yazırsan, nə yaradırsan? Təzəlikcə hansı pyesin tamaşaya qoyulub? Uzaqdayam, tamaşalarına baxa bilmirəm. Heç olmasa kitablarından ver, qoy qürbət eldə oxuyum.
Doğrusunu deyim ki, mən son vaxtlar adamlara kitab verdəyi xoşlamıram. Niyəsi də bununla bağlıdır ki, əksəriyyət “etika xətrinə” kitab istəyir və çox vaxt bu kitabların heç varağını da tərpətmir.
Növbəti görüşlərin birində Babək bəy məndən yenə kitab istədi. Çantamdakı kitabı çıxarıb ona təqdim etdim. Bu, mənim rusca nəşr edilmiş “Pyeslər” («Пьесы») məcmuəm idi. Doğrusu, bir müddət kitabın sonrakı taleyindən xəbərsiz qaldım. Bir də ki, nə xəbər olmalı idi?
Günlərin bir günü internetdə öz ad-soyadımı yazarkən haqqımda osmanlı türkcəsində bir yazının nəşr olunduğunu gördüm. Təəccübləndim. Baxıb gördüm ki, yazının müəllifi Babək müəllimdir. Yazı Türkiyənin “İL QAZETESİ”ndə (ekim ayı 2009-cu il tarixdə) iki sayda dərc olunmuşdu.
Məni təəccübləndirən məsələlərdən biri dostumun bu barədə mənə heç bir söz deməməsi oldu. Yalnız bizim növbəti görüşümüz zamanı bunu xatırladanda Babək bəy özünəməxsus bir xoş təbəssüm və təvazökarlıqla dedi:
- Ay qağa, bu, nə böyük işdir ki? Xoşuma gəlib, yazmışam.
Məni təəccübləndirən başqa bir nəsnə də vardı ki, bu da tam bir cəhətlə bağlıydı. Artıq qeyd etdiyim kimi, mən dostuma, rusca tərcümə olunmuş kitabımı vermişdim. Təbii ki, Babək Qurbanov rus dilini yüksək səviyyədə bilir. Bu dildə onlarla əsərin müəllifidir. Yəni burada təəccüblü heç nə yoxdur. Təəccüblü orası idi ki, Babək müəllim rusca təqdim edilən kitabdakı pyeslər haqqında (o əsərlərin sayı isə, səhv etmirəmsə onbeş idi) yazarkən, onların hamısının adını Azərbaycan dilində, yəni orijinalda olduğu kimi, tam adekvat variantda vermişdi. Deyə bilərlər ki, burada təəccüblü nə var ki? Məsələ burasındadır ki, həmin pyesləri rus dilinə çevirən tərcüməçilər bəzən əsərin konkret adı ilə bağlı müxtəlif variantlar təklif etmişdilər. Biz rus dilində son variantın adını “tapmaq” üçün bəzən uzun-uzadı götür-qoy etmiş, hətta tərcüməçilərlə kəskin mübahisələrə qatılmışdıq. Babək bəysə, necə deyərlər, bu adların düzgün çevrilməsi üçün heç kəslə fikir dartışması aparmamış, amma oxu necə deyərlər “gözündən vurmuşdu”.
Sonrakı dönəmlərdə biz görüşən zaman Babək müəllim məndən yenə təzə kitablarımı istəyirdi. Təbii ki, mən dostumun sözündən çıxmırdım. Və aradan çox az bir müddət keçmiş ona təqdim edilən kitabların rəyini sayt və ya qəzet-jurnal səhifələrində görürdüm.
Beləliklə, indi mənim əlimin altında Babək Qurbanovun kitablarımla bağlı yazdığı dörd məqalə var. Və mənə elə gəlir ki, bu yazılar görkəmli bir alimin təkcə mənim fəaliyyətimlə bağlı adi, sıradan fikir və mülahizələri deyil, bütöv mədəniyyətşünaslıq və elmşünaslığımızla bağlı həssas düşüncələridir. Həmin yazılarda müəllifin erudisiyası, ürək genişliyi, prinsipiallığı, mövqeyi, səmimiyyəti aydın duyulur.
Babək müəllimlə bu günlərdə görüşərkən onun mənim elmi və bədii kitablarımla bağlı yazdığı məqalələrin sayı ilə maraqlandım. O, gülümsəyib dedi:
- Qağa, mənə neçə kitab vermisənsə, hamısı barədə yazmışam. Ola bilsin ki, o yazıların bəzisi sənə çatmayıb.
Mən də ona zarafatla dedim:
- Gözəl insan, o məqalələrin yazıldığı tarixi, çap olunduğu qəzet-jurnalın adını mənə demisiz ki, mən də onların sayını dəqiq bilim? Ordan-burdan eşidib bilirəm ki, barəmdə hardasa nəsə yazmısız. Ta belə qərara gəlmişəm ki, innən belə Sizə kitab bağışlamayım.
O, təəccübləndi:
- Niyə? Nə üçün? Nə olub ki?
Mən yarızarafat-yarıciddi dedim:
- Rəhmətliyin oğlu, əvvəla, indi az qala, heç kitab oxuyan yoxdur. İkincisi də ki, kitablarla Sizi yormaq istəmirəm.
Dostum bir az fikrə gedib, özünəməxsus asta səslə, ciddi tərzdə dedi:
- Yox, bunu düz demirsən. Əvvvəla, kitab oxuyan var, misal üçün elə biri mən özüm. İkincisi də ki, kitablar məni yormur. Xüsusən, bəyəndiyim kitablar. Sevdiyim müəlliflərin kitablarını mən ürəklə oxuyuram. Hətta, onlar haqda ürəklə yazıram da. Bir də ki, kitabsız ziyalı ömrü olar? Allaha şükür, bizdə kitab probleminin komik və faciəli cəhətlərini sən özün “Köhnə kitablara elegiya” hekayəndə açıb tökmüsən...
Babək Qurbanov pedaqoq, filosof, musiqişünas, bəstəkar, esseist, tərcüməçi kimi bu gün öz fəaliyyətini Qaziantep Universitetində (Türkiyə) davam etdirir.
P.S. Ötən əsrin 90-cı illərində (səhv etmirəmsə, lap elə 90-cı ildə) o vaxt yenicə fəaliyyətə başlasa da oxucular arasında çox tez populyarlıq qazanmış “Xəzər” jurnalı redaksiyasına getmişdim. Dərginin Baş redaktoru Vaqif Cəbrayılzadə ilə görüşən zaman şair dostum mənə dedi ki, bəlkə bizə bir fəlsəfi tərcümə verəsən. Mən müxtəlif filosofların və əsərlərin adını çəkdim. Tərcümə mərkəzinin o vaxtkı müdiri, mərhum Aydın Məmmədov bizimlə söhbətə qoşuldu. Belə qərara gəldik ki, görkəmli rus filosofu Nikolay Berdyayevin “Rus kommunizminin qaynaqları və mənası” əsərini tərcümə edim. Əsərin böyük bir hissəsini dilimizə çevirdim. Və həmin parca dərgidə dərc olundu. Amma tərcüməni obyektiv və subyektiv səbəblərə görə başa çatdıra bilmədim. Aradan illər keçdi. Bir-iki il əvvəl Babək müəllim mənə bir kitab verib dedi ki, vaxtın olsa baxarsan. Baxıb gördüm ki, vaxtilə Berdyayevin bir hisssəsini tərcümə etdiyim məşhur əsəridir. Əsər osmanlı türkcəsində nəşr edilmişdi. Təbii ki, mənim etdiyim tərcümədən Babək bəyin xəbəri yox idi. Əsəri tərcümədə təzədən diqqətlə oxudum. Babək Qurbanovun ruscadan türkcəyə tərcüməsinə heyran qaldım və növbəti görüşdə zarafatla ona dedim:
- Babək müəllim, gərək mən bu əsəri öz dilimizə orijinaldan, yəni Nikolay Berdyayevdən yox, elə sizin tərcümədən- osmanlı türkcəsindən çevirəydim.
P.P.S. İstəyirəm bir-iki kəlmə də Babək Qurbanovun xarakterik cəhətləri barədə deyim. O, olduqca təvazökar, sadə, səmimi bir insandır. Adamlarla tez ünsiyyətə girir, yumoru sevir və elə özündə də yumor hissi güclüdür. Necə deyərlər, hamı ilə dil tapmağı bacarır. Yüksək mədəniyyət, mənəviyyat və əxlaq sahibidir. Onun dostları arasında hər cür peşə və sənət sahibi (hətta, heç bir işi-peşəsi olmayanlar da) vardır. Babək öz dostlarını çox sevir. Elə dostları da Babək bəyi daim xətrini yüksək tutur, onu qiymətləndirirlər.
Xatırlayıram, bir gün Babək bəy Türkiyədən zəng etdi:
- Xocam, vallah, sən əməlli-başlı şairsən.
Tez cavab verdim:
- Xeyr, xocam. Qətiyyən. Mən şair deyiləm. Heç o iddiada bulunmuram da.
Babəkin cavabı gecikmədi:
- Ta mənə yox də, xocam. Mən gözümü açıb evimizdə Səməd Vurğunu, Süleyman Rüstəmi, Zeynal Xəlili, Hüseyn Arifi görmüşəm. Hələ rus şairlərini demirəm. Yəni, şeirin nə olduğunu pis bilmirəm.
- Xocam, sözünün Mustafasını de.
- Sənin “Qocalma, gözəl” adlı bir şeirini oxudum. Çox xoşuma gəldi. Ona musiqi bəstələmək itəyirəm. İcazə verməyini istərdim...
- İcazəyə bir ehtiyac yox, xocam...
Bir neçə gündən sonra Babək şeirin notunu və ifasını mənə göndərdi. Çoxları bilmir ki, Babək ilk ixtisası etibarı ilə bəstəkardır.
Mahnının mətni belədir:
Gözəl, qocalma
Dən düşübdür saçlarına,
Amandı, qocalma, gözəl.
Dünya özü qocalsa da,
Amandı, qocalma, gözəl.
Əlim göydə, üzüm haqda,
Mən ayaqda, sənsə taxtda,
Gəl baş əymə keçən vaxta,
Amandı, qocalma, gözəl.
Qəm əkilər gözlərimə,
Sədd çəkilər sözlərimə,
Ağrı çökər dizlərimə,
Amandı, qocalma, gözəl.
Dərd adamı heydən salır,
İlan olub ürək çalır.
Firuz sənlə bir qocalır,
Amandı, qocalma, gözəl.
İndi Babək Qurbanovun bəstələdiyi həmin mahnı Türkiyə efirlərində bir çox müğənnilərin ifasına tez-tez səslənməkdədir.
P.P.S.S. Yeri gəlmişkən, onu da deyim ki, Babək bəy bir çox yazılarının altına bəzən “Osmanoğlu” imzasını da atır. O, böyük sənətkarımız, Xalq şairi, mərhum Osman Sarıvəllinin oğul yadigarıdır. Çoxumuz Babək Qurbanovu elə şair ürəkli filosof kimi tanıyırıq.
Bizim çoxumuza örnəkdi Babək,
Uşaqtək həssasdı, kövrəkdi Babək.
Daim dostlarının ürəyindədir,
Elə özü boyda ürəkdi Babək.
Oxuduğunuz bu yazını mən Babəkin sağlığında yazmışdım.
Təəssüf ki, bu gün Babək yoxdur.
***
Bəli, günəşli bir yay günündə dünyaya gələn Babək Osmanoğlu günəşli bir bahar günündə də dünyasını dəyişdi. O, bu müvəqqəti dünyaya “əlvida” deyib gözlərini yumdu, əbədiyyətə qovuşdu.
İstedadlı alim, böyük vətəndaş, gözəl şəxsiyyət... Bilirəm, bu gün bu “istedadlı”, “böyük” və “gözəl” kimi təşbehlər son dövrlərdə hətta, qeyri-ciddi “sənət” aləmində yeni iməkləyən hansısa təsadüfü adamlara da şamil olunur. Amma... Amma nə yazıqlar ki, çox ciddi alimlər bu gün bizim cəmiyyətimizə layiqincə təqdim olunmur.
Professor Babək Qurbanov ciddi alim və nəzəriyyəçi idi. O, Azərbaycanın Xalq sairi Osman Sarıvəlli ocağının itirdiyi son oğul yadigarı idi.
Babək Osmanoğlu ömrünün son illərində Türkiyə Cümhuriyyətinin müxtəlif universitetlərində çalışmışdı. Ümumiyyətlə, müxtəlif auditoriyalarda müxtəlif dillərdə - Azərbaycan, türk, rus, ingilis dillərində mühazirələr söyləyən Babək Osmanoğlu unikal bir insan idi. O, hər yerdə Azərbaycanımızın layiqli təbliğatçısı idi.
Babək Qurbanov mənim barəmdə də bir çox məqalələr yazıb və həmin məqalələri Türkiyə, Rusiya və Azərbaycan mətbuatında dərc etdirib.
Sonralar həmin yazılar ayrıca kitab şəklində nəşr olunub. “Firuz Mustafanın yaradıcılığı (Dörd bucaq)” adlı həmin kitab mənimçün bu gün də çox əzizdir.
...Sonuncu dəfə ölümündən təxminən doqquz-on gün əvvəl zəng vurmuşdu. Ümumi dostumuz (Fazil Mustafayev vasitəsi ilə) mənə öz yeni kitabını və ruscadan türkcəyə çevirdiyi məşhur bir əsəri (“Canqar” dastanını) göndərmişdi. Bir xeyli söhbət etdik. Arada Babək müəllim məndən soruşurdu: “Xocam, dərdiş, ağlın nə kəsir, mənim xəstəliyim sağala bilərmi?”
Mən ona ürək-dürək verərək dedim:
- Xocam, sənin bu xəstəliyin ötəridir, müvəqqətidir. Allah qoysa, tezliklə sağalıb ayağa duracaqsan.
Telefon dəstəyində onun, ağır xəstəliyin cəngində çırpınan dostum Babəkin, uşaq kimi təvazökar, səmimi və sadəqəlbli sirdaşımın dirçələn səsini eşidirəm:
- Xocam, bəs bu xoş gün nə zaman, nə vaxt, harada olacaq?
Mən ona təskinlik verirəm:
- Xocam, Allah qoysa lap tezliklə, elə bu yaz sağalacaqsan. Sənin dərdinin dərmanı Şınıxda və Şıxlıdadır.
O, az sonra, arada heç on dəqiqə keçməmiş mənə yenə zəng edib bir qədər gümrah səslə dedi:
- Sən mənə yeni ümid verdin. Mən günəşli yazı gözləyirəm.
Mart ayının 28-də son illər Babək Qurbanovun daim qayğısına qalan, onunla gündəlik ünsiyyəti olan dostumuz rəssam-sənətşünas Sayyad Bayramov mənə zəng etdi:
- Babək müəllim bu gün keçindi. Biz indi onu Qazağa aparırıq...
Və beləliklə Babək Qurbanov günəşli bir yaz günündə Qazaxdakı İkinci Şıxlı qəbiristanlığında böyük sənətkarımız, Xalq şairi Osman Sarıvəllinin və üç qardaşının -Afər, Rafiq və Seyranın əbədi uyuduğu məzarıstanda torpağa tapşırıldı...
Bəbək xocam, mən adətən ona bu cür müraciət edirdim. O, özü ilə bizim, öz dostlarının və doğmalarının ürəyinin bir parçasını da getdiyi o əbədi dünyaya apardı.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Firuz MUSATAFA
Bölməyə aid digər xəbərlər
29-07-2020, 09:23
Firuz MUSTAFA - Türk və hindu dillərinin kök yaxınlığı haqda... - Firuz Mustafa yazır
4-07-2020, 01:05
Firuz MUSTAFA - Rejissor Mərahim Fərzəlibəyovun əmək kitabçası… - Firuz Mustafa yazır
1-07-2020, 20:38
Firuz MUSTAFA - Oljas Süleymenov: “Azərbaycan həmişə ürəyimdədir...” - Firuz Mustafa yazır