18:14 / 03-12-2024
Tom Kruz qorxulu filmə çəkiləcək
18:08 / 03-12-2024
"TikTok bəlası": 13 yaşlı qıza təcavüz edən şəxs tutulub
17:59 / 03-12-2024
Cənubi Koreyada hərbi vəziyyət tətbiq edilib
17:55 / 03-12-2024
Azərbaycan Kuboku: "Araz-Naxçıvan" 1/4 finala yüksəlib
17:48 / 03-12-2024
Rusiya donanması məhv olmaq üzrədir?
17:33 / 03-12-2024
Naxçıvan Şəhər Mədəniyyət İdarəsinə müdir təyin olunub
17:25 / 03-12-2024
Azərbaycan və İran XİN başçıları Məşhəddə görüşüb - (Yenilənib)
17:16 / 03-12-2024
Bakalavriat səviyyəsi üzrə 7 yeni ixtisas yaradılıb
17:08 / 03-12-2024
Üç rayonun Təhsil Şöbəsinə müdir təyin olunub
16:59 / 03-12-2024
Sabiq deputat Sahil Babayevin müşaviri təyin edilib
16:42 / 03-12-2024
ABŞ-nın Gürcüstandakı səfirliyindən “Gürcü arzusu”na ittiham: "Başqalarını günahlandırmayın"
16:38 / 03-12-2024
Mərkəzi Xəstəxananın direktoru vəzifədən azad olunub
16:10 / 03-12-2024
Zakir Həsənov Türkiyə ordusunun Kəşfiyyat Baş İdarəsinin rəisi ilə müzakirə aparıb
16:01 / 03-12-2024
Vüqar Həşimovun bacısı: “Valideynlərimin vəziyyəti ağırdır”
15:45 / 03-12-2024
Ağadadaş Ağayev məhkəmədə: "Bunu özümə yaraşdırmıram"
15:31 / 03-12-2024
AXCP üzvü Famil Xəlil ev dustaqlığına buraxılıb
15:20 / 03-12-2024
Prezident İlham Əliyev daha bir səfirin etimadnaməsini qəbul edib
15:12 / 03-12-2024
“Xidməti və mülki silah haqqında” qanun dəyişib
15:03 / 03-12-2024
Litva Zurabişviliyə sığınacaq verməyə hazırlaşır
14:36 / 03-12-2024
Tramp: “Kanada ABŞ-nın 51-ci ştatı ola bilər, Trüdo isə...”
14:13 / 03-12-2024
Naxçıvan Dövlət Universitetinə rektor təyinatı olub - Sərəncam
14:10 / 03-12-2024
Siqdi Şövkət: "Lalə Şövkət xroniki ürək xəstəliyindən əziyyət çəkir"
14:00 / 03-12-2024
Dövlət büdcəsi zərfi ikinci oxunuşda qəbul olunub
13:51 / 03-12-2024
Xalq artisti Ağadadaş Ağayevi döyən mühafizəçinin məhkəməsi başlayır
13:28 / 03-12-2024
Əsəd rejimi əsgər toplayır, əhaliyə silah paylayır
13:25 / 03-12-2024
AFFA "Neftçi"ni cərimələyib
13:14 / 03-12-2024
9 milyard dollar verməsə, edam olunacaq
13:14 / 03-12-2024
İlham Əliyev yeni səfirləri qəbul edib - (Yenilənib) - Fotolar
13:10 / 03-12-2024
Azərbaycan regional qrupuna sədr və COP16 Bürosuna üzv seçilib
13:02 / 03-12-2024
Meyxanaçı Xəyyam Əhmədli vəfat edib
12:05 / 01-12-2024
SDU tələbələrinin məqaləsi ABŞ-da nəşr edilib - Fotolar
09:12 / 29-11-2024
Narkotiklə dolu avtomobili evakuatorla paytaxta gətirmək istəyən dəstə üzvləri saxlanılıblar - Fotolar
14:08 / 29-11-2024
DTX polkovnikin 70 kq qızılla İstanbulda saxlanılması barədə məlumat yayıb
13:30 / 30-11-2024
DAMMİB İH-yə yeni sədr və üzvlər seçilib
14:15 / 29-11-2024
Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb - (Yenilənib)
15:10 / 29-11-2024
Faiq Ağayev yeni klipini təqdim edib - Video
08:57 / 03-12-2024
Fazil Mustafa vətəndaş qəbulu keçirib - Fotolar
17:03 / 29-11-2024
Agentlikdə qanunsuzluq: tender keçirmədən 42 milyonluq müqavilə imzalanıb
13:11 / 02-12-2024
Cəbrayıla daha 34 ailə köçürülüb - (Yenilənib)
11:57 / 29-11-2024
Orta Dəhlizin ən böyük düşməni... - Xəzərin dayazlaşması mühüm tranzitə ciddi problem yaradır
12:58 / 02-12-2024
SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıb
11:09 / 03-12-2024
Sumqayıtda yaşayış binasında partlayış olub - (Yenilənib)
Bizim Camal müəllim - Firuz Mustafa yazır
Tarix: 20-07-2020 11:06 | Bölmə: Firuz MUSTAFA
(Professor Camal Mustafayev haqda düşünərkən)
Tərcümeyi-halından çıxarış:
Camal Vəli oğlu Mustafayev (1928-2017) - fəlsəfə elmlər doktoru, professor, əməkdar elm xadimi. 1928-ci ildə Qarayazının (indiki Qardabani) Kosalı kəndində anadan olub. Orta təhsilini 1935-1944-cü illərdə Kosalı kənd orta məktəbində alıb. Sonra Tbilisi də ikiillik Müəllimlər İnstitutunda oxuyub.
1946-1948-ci illərdə Kosalı kəndində müəllim işləyib.
1948-ci ildə Azərbaycan Dövlət Universitetinin fəlsəfə şöbəsinə daxil olub. 1949-cu ildə Moskva Dövlət Universitetinə keçirilib və oranı 1952-ci ildə bitirib. İki il Qarayazı rayonunda məktəb direktoru işləyib.
1954-cü ildə SSRİ EA Fəlsəfə İnstitutunun əyani aspirantı olub. Aspirantura illərində onun elmi araşdırmaları "Nizaminin fəlsəfi və etik görüşləri" mövzusu ətrafında olub. O, bu mövzuda namizədlik dissertasiyası müdafiə edib.
1957-1968-ci illərdə C. Mustafayev Azərbaycan EA Fəlsəfə və Hüquq İnstitutunda kiçik elmi işçi, elmi işçi və baş elmi işçi vəzifələrində işləyib.
1968-ci ildə o, Azərbaycan Dövlət Universitetinin müdafiə şurasında "Nizaminin ideyalar aləmi və müasirlik" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək fəlsəfə elmləri doktoru alimlik dərəcəsinə layiq görülüb.
1968-1976-cı illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunda fəlsəfə kafedrasının müdiri işləyib.
1976-cı ildən 1999-cu ilədək Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) professoru olub. 1985-1991-ci illərdə universitetdə etika-estetika kafedrasının müdiri vəzifəsində çalışıb.
Professor Camal Mustafayev 1999-cu ildən Xəzər Universiteti Xəzər Tərcümə Araşdırmaları Mərkəzinin direktoru vəzifəsində çalışıb.
Camal müəllim tez-tez yada düşən, xatırlanan ziyalılardandır.
Mənim Camal Mustafayevlə bağlı müxtəlif illərdə qələmə alınmış iki yazım var. Onlardan biri Camal müəllimin sağlığında-1992-ci ildə, digəri isə onun vəfatından sonra yazılıb.
Hər iki qeydi oxuculara təqdim edirəm:
Ziyalının vəzifə yükü
Bu gün cəmiyyətdə ziyalıların rolu barədə çox müxtəlif, ziddiyyətli mülahizələr eşitmək mümkündür. Bəziləri ziyalını bitərəf mövqeli sosial qrupa, başqaları isə radikal təbəqəyə aid edirlər. Onları sosial müstəvinin “passiv” və “fəal”, “zəif” və “güclü” hesab olunan əks qütblərinə ayıran baxışlar da mövcuddur. İrili-xırdalı məclislərdə tez-tez kəskin mübahisələr səslənir: Kimdir ziyalı? Kimə ziyalı deyirlər? Onu başqalarından hansı keyfiyyətləri fərqləndirir və ya fərqləndirməlidir?
Doğrudan da, axı sən kimsən, ziyalı?
Təəssüflər olsun ki, həmin suala birbaşa, yığcam şəkildə cavab vermək mümkün deyil. Elmi ədəbiyyatda da “ziyalı” fenomeni haqqında birmənalı, yekdil rəy mövcud deyil.
Hesab edirəm ki, ziyalı deyərkən yada düşən isimlərdən biri məhz filosof, pedaqoq, professor Camal Mustafayevdir. Camal Mustafayev M.Ə.Rəsulzadə adına BDU-nun etika və estetika kafedrasının müdiridir. Onun ziyalılığı dərin elmi savadında, mühakimə və baxışındadır. İşıqlı zəkası və qəlbi ziyalılığa gözəl nümunədir.
Bəlkə də bəziləri üçün o, zahirən çox şeyə laqeyd, sözün müəyyən mənasında liberal adam təsiri bağışlayır. Sanki “hamının” dediyi ilə razılaşan, hər kəslə “dil tapan” adamdır. Amma onu uzun illər tanıyanlar yaxşı bilirlər ki, xırdaçılığa varmayan, kiçik intriqa və qeybçilikdən uzaq olan bu adam, prinsipial məsələlərdə həmişə çox aydın və dəqiq mövqedə dayanıb, öz sözünü “qırmızıcasına”, şax deməkdən çəkinməyib.
Camal müəllim həmişə hakimiyyətlə müxalifətdə olan ziyalılardandır: “durğunluq” dövründə də, “yenidənqurma” əyyamında da. Elə indi - 90-ların əvvəlində, adını xüsusi terminlə formulə etməyə çətinlik çəkdiyimiz bir vaxtda da o, müxalifətdədir. Həm də bu, süni yalançı “müxalifətçilik” deyil. Yalanla, irtica ilə, despotiya ilə, anarxiya ilə barışmamaq onun alim-filosof təbiətindən irəli gəlir. Mən həmişə müşahidə edib görmüşəm ki, arı şana daraşan kimi, hakimiyyət stolunun ətrafındakı boş stollara can atan ziyalılara (adam az qalır “ziyanlı” desin) Camal müəllim necə acayıb, onların əvəzinə necə xəcalət çəkib.
Camal Mustafayev bizim bəzi filosoflarımız kimi “partiya qərarlarından ruhlanaraq” gündə bir məzhəbə qulluq etməyib. Onun öz ədəbi tədqiqat sahəsi, öz mövzusu olub. Orta yüzilliklər fəlsəfəsi, xüsusən Nizami haqqında fundamental tədqiqat görkəmli alimlər tərəfindən yüksək qiymətləndirilib, indi nüsxələrə çevrilib.
Onun elmi fəaliyyətinin mühüm bir qismi müəllimliklə bağlıdır. On illərdir ki, ötkəm və həlim səsi respublikanın müxtəlif ali məktəblərinin auditoriyalarından gəlir. Aristotel, Nizami, Kant, Hegel, Kamyu haqqında saatlarla söhbətinə qulaq asanlar yorulmur. Fəlsəfə tarixinin gözəl mütəxəssisi kimi öz şəxsi mülahizə və aləminin formalaşması sayəsində irəli getmək mümkündür. Şəxsiyyətin daxili azadlığı barədə danışmaq əsassız şeydir.
Ətrafımızda baş verən hadisələrə öz münasibəti var Camal müəllimin. O, hər cür yüksəlişin, inkişafın əsasında: istərsə də siyasi sahədə - mənəviyyatı başlıca amal hesab edir.
Camal Mustafayev “ümumi”, mücərrəd qaydada danışmağı sevmir, konkret misallara müraciət etməyi üstün tutur. Onun üçün mücərrəd xoşbəxtlik, mücərrəd xeyirxahlıq yoxdur: elə onun özünün də xeyirxahlığı və tənqidi da ünvanlıdır.
Son zamanlara qədər öz ictimai mənliyini gizlədən, yaxud özünün “muzdur”, “nökər” ailəsindən olduğunu fəxrlə bəyan edən, hətta bundan istifadə edərək, vəzifə pillələri ilə üzüyuxarı dırmananların bir çoxu indi özünü “kapitalist”, “burjua” nəslinin nümayəndəsi kimi qələmə verir. Camal Mustafayevin valideynləri, ailə üzvlərinin çoxu repressiyanın qurbanı olub. Amma necə deyərlər, o kəshakəs, tuthatut illərindən belə, alim öz nəsli, şəcərəsi barədə fəxrlə danışır, heç nəyi gizlətmirdi. Professor belə hesab edir ki, hər bir kəsə onun əməyinə, xalq qarşısındakı, xidmətlərinə görə qiymət verilməlidir. İnsanda daxili qürur, əyilməzlik, vüqar olmalıdır. Ələbaxımlıq təkcə ayrı-ayrı adamları yox, elə bütöv milləti də fəlakətə düçar edə bilər. Görünür, bu səbəbdəndir ki, Camal müəllim keçmiş SSRİ xalqlarının xaricdən göndərilən ərzaq yüklü təyyarələrə - “Humanitar yardıma” hərisliklə əl açmasına çox yumorlu istehsalı münasibət bəsləyir. Doğrudan da, onun-bunun əlinə baxan millətin hansı xoş gələcəyi, hansı nikbin vəziyyəti haqda danışmaq olar?
Camal Mustafayev tribuna, “meydan” ziyalılarından deyil. Hərçənd ki, milli dirçəlişdə, ictimai-siyasi şüurun təşəkkülündə heç bir müsbət, mütərəqqi yolu istisna hesab etmir. O, yeri düşəndə qədim yunan demokratiyasından, Şərq intibahından maraqlı detallar söyləyir, xalqımızın öz istiqlaliyyəti uğrunda apardığı mübarizədən vəcdlə danışır. Və belə hesab edir ki, təkamül, tərəqqi inkişaf təbii-tarixi bir proses kimi qiymətləndirilməlidir. Bu prosesdə hər bir ziyalının taleyinə, qismətinə, çiyninə müəyyən vəzifə düşür.
Alimi çox vaxt cavanların əhatəsində görmək olar. O, hər kəsin uğuruna özününkü qədər sevinir. Bəyəndiyi əsər, məqalə haqqında fəxrlə danışır, ürəyinə yatmayan fikri bəzən yumşaq tərzdə, bəzən də qətiyyətlə rədd edir. Öyrətməklə işini bitmiş hesab etmir, özü də öyrənir. Və bunu etiraf etməkdən çəkinmir. Görünür, elə bu səbəbdəndir ki, onun vaxtının, ömrünün çox hissəsi kitabxanaların qiraət zallarında keçir...
Qoca Sokratın tez-tez təkrar etdiyi bir ifadə vardı: “Özünü dərk et!” Sonralar alman mütəfəkkiri Höte sual edirdi: “Özünü necə dərk etməli?” Və elə özü də cavab verirdi – fəaliyyətlə, öhdənə düşən vəzifəni yerinə yetirməklə.
Professor Camal Mustafayev öz öhdəsinə düşən vəzifəni həmişə namusla yerinə yetirir: bir vətəndaş kimi, ziyalı kimi...
P.S. Professor Camal Mustafayev famildaşım-soydaşım olsa da, qohumum deyil.
13 may 1992-ci il
***
Bu dünyanın işığı bir qədər azaldı...
Camal Mustafayev dünyasını dəyişdi.
Məlumatı bu səhər eşitdim. Onu da eşitdim ki, öz vəsiyyətinə görə Qarayazının (Qardabaninin) Kosalı kəndində dəfn ediləcək.
Xalqımız özünün çox ləyaqətli, istedadlı, dəyanətli övladlarından birini də itirdi.
Camal müəllim sözün əsl mənasında Şəxsiyyət, Alim, Filosof, Vətəndaş idi.
Aramızdakı böyük yaş fərqinə baxmayaraq, bizi uzun illərin dostluq telləri bağlayırdı. Əslində o dövrün, ötən əsrin uzaq və yaxın 70-80-ci illərinin gəncliyinin bir neçə yaxın dostu vardı ki, onlardan biri də Camal müəllim idi. Bizi Axundov kitabxanası dostlaşdırmışdı. Az qala, bütün günümüz o işıqlı məbəddə keçirdi.
Camal müəllim kitabxanaya gələnlər arasında az qala “öz statusu” olan nadir bir adamdı. Əslində kitablar Camal Mustafayevin ən yaxın dostu, Camal Mustafayevsə kitab oxuyanların ən yaxın dostu idi. Bax, onun “statusu” bu idi.
O vaxtlar filosof Asif Ata (Əfəndiyev) də həmin kitabxanaya tez-tez gələn adamlardan biri idi. Adəti üzrə hər adamı saymayan, bir qədər acıdil, bir xeyli iddialı Asif müəllim, həmkarı Camal Mustafayev haqda söhbət düşəndə ehtiramla: “O, filosofdur” - deyərdi.
Bəli, o, filosof idi. Dostlardan bəziləri familiyamız eyni olduğuna görə, hətta, bizi qohum hesab edirdi. O da, mən də adətən bu barədə söhbət düşəndə təxminən eyni fikri deyərdik: “Biz qohumuq, amma mənəvi cəhətdən...”
Bəzən məndən soruşardılar: “Görəsən, Camal müəllim niyə belə az yazır?”. Mənim cavabım adətən belə olardı: “Əksinə, Camal müəllim ən məhsuldar alimlərimizdəndir. Bir tarixə baxın, Sokratdan bizə bir yazılı cümlə belə gəlib çatmayıb. Çünki o öz ideya və fikirlərini şifahi şəkildə yayıb. Amma Camal müəllimin həm yazılı fikirləri çoxdur, həm də şifahi”.
O, dünyanın ən zəngin adamlarından biri idi. Əlbəttə, mənəviyyatca.
Cüzi qazancını, maaş və qonorarını gənclərə xərcləməkdən xüsusi zövq alardı.
...Bir neçə il əvvəl dostlardan biri ilə (Vahid Ömərlə) vədələşib onun mikrorayondakı mənzilinə getdik. Yataq xəstəsi idi. Düzü, inanmırdım ki, bizi tanıyacaq. Amma... dünən xudahifizləşib ayrılmış adam kimi qarşıladı bizi. Səsi gümrah idi. Xeyli söhbət etdik. Dedi ki, hələ iyirmibeş-otuz il bundan əvvəl mənim haqqımda yazmısan, yaxşı xatırlayıram...
Sonra dahi Nizamidən söhbət açdı, vaxtilə onun haqqında doktorluq müdafiə etmişdi.
Sonra çox sevdiyi Səməd Vurğunla bağlı xatirələrini danışdı. Dedi ki, bilirəm son vaxtlar Səmədə qarşı hücumlar var. Qoy olsun. Bu, ötəri bir şeydir. Mən Vurğunun şairliyini qoyuram bir kənara, onun “məmurluğunu” yada salmaq istəyirəm. Bunun üçün təkcə öz həyatımdan misal çəkməyim kifayətdir: o zaman atası repressiya qurbanı, “xalq düşməni” olan bir gənci aspiranturaya göndərmək hər oğulun işi deyildi. Bunu o vaxt yalnız Səməd Vurğun edə bilərdi və etdi də... Onda Səməd Elmlər Akademiyasının vitse-prezidenti idi... Bir özünüz fikirləşin, indiki “akademiklərdən” hansı belə cürətə malik ola bilər?.. İndiki “alimlərimiz”, “şairlərimiz” adi bir icra başçısının, polis rəisinin qorxusundan cınqırını çıxara bilmir, o ki ola hansısa “vurulmuş” bir adamın övladına əl tutmaq... İndi az qala yoxdur elə adamlar...
Bilirdi ki, elmi fəaliiyətlə yanaşı bədii yaradıcılıqla da məşğul oluram. Məni sorğu-suala tudu. Dedim ki, yenə yazıb-pozuram. Dedi ki, yoxsa kitabsız gəlmisən bizə?.. Düzü, onu yormaq istəmirdim. İsrar edib kitab istədi. Çantamdan çıxartdığım “Qapı” romanını stolun üstünə qoydum. Dedi ki, mütaliəm köhnə qaydada davam edir. Məni kitablardır yaşadan...
Aradan bir gün keçmiş ev telefonum zəng çaldı. Dəstəyi götürdüm. Camal Mustafayev idi. Hal-əhval tutandan sonra dedi ki, əsərini oxudum, sən demə sizin nəsildən də repressiyaya məruz qalanlar olub. Dedim ki, bəli, olub. Babamı isə 34-cü ildə güllələyiblər. Dedi ki, indi bildim bizi həm də elə bu dərd “qohum” edibmiş; axı mənim atam da repressiya qurbanı olub.
Sonra əsər haqda (“Qapı” romanı ilə bağlı) geniş təəssüratını danışmağa başladı. Düzü, ona kitab verdiyimə, narahat etdiyimə görə bir az peşimançılıq hissi də keçirdim. O, bunu hiss edib dedi:
- Yaxşı ki, belə bir mövzuya müraciət etmisən. Yaxşı ki, belə bir kitabı mənə də təqdim etmisən. Mən indiyəcən bizdə bu mövzuya belə geniş spektrdən yanaşan yazıçı görməmişəm. Elə bilirdim ki, təkcə ruslar yazıb bu mövzuda. Tam səmimi deyirəm ki, bu roman bizim babalarımıza-atalarımıza qoyulan ən yaxşı abidədir...
O, əsərdəki obrazları, xarakterləri, hadisələri geniş təhlil süzgəcindən keçirir, xahiş edirdi ki, onun dediklərini qələmə alım. Amma mən onun dediklərini yazmağa bir ehtiyac duymurdum. Axı Sokrat üçün yazıdan daha önəmli bir şifahi dil də var. Bəlkə də bu dil, yazılı dildən daha uzunömürlüdür.
... Mən hərdən özüm-özümə bir sual verirəm: “Görəsən, əsl azərbaycanlı, lap elə bu dünyanın əsl adamı necə olmalıdır?” Və istər-istəməz gözlərim önündə bir neçə insanın obrazı canlanır. Həmin obrazlardan biri Camal Mustafayevin, bu nurlu, kübar, ziyalı, ağayana insanın obrazıdır.
Hər bir işıqlı insanın bu dünyanı tərk etməsi ilə sanki dünyamız bir az kiçilir, bir az daralır, hətta bir az qaranlıqlaşır. Bizi bir işıqlı insan tərk etdi bu gün... O, bizim Camal müəllim idi.
Çoxları ona “Dədə Camal” deyərdi.
Əlvida, Dədə Camal.
04 dekabr 2017-ci il
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Firuz MUSTAFA
Bölməyə aid digər xəbərlər
29-07-2020, 09:23
Firuz MUSTAFA - Türk və hindu dillərinin kök yaxınlığı haqda... - Firuz Mustafa yazır
4-07-2020, 01:05
Firuz MUSTAFA - Rejissor Mərahim Fərzəlibəyovun əmək kitabçası… - Firuz Mustafa yazır
1-07-2020, 20:38
Firuz MUSTAFA - Oljas Süleymenov: “Azərbaycan həmişə ürəyimdədir...” - Firuz Mustafa yazır