13:47 / 30-01-2026
Avropanın ən varlı ölkəsi təhlükəsizliyə görə vergiləri artıracaq
13:35 / 30-01-2026
Tramp Çinə görə Britaniyanı təhdid edir
13:26 / 30-01-2026
Yeni ilin ilk “Ulduz”u çap olunub - Foto
13:22 / 30-01-2026
"Bandotdel”dən əməliyyat: saxlanılanlar var - Foto
13:20 / 30-01-2026
Zelenski Moskvada Putinlə görüşü istisna edib
13:06 / 30-01-2026
ABŞ Yaxın Şərqə əlavə qüvvə göndərir
12:53 / 30-01-2026
Ukrayna ordusunda fərarilərin sayı artır
12:45 / 30-01-2026
Qumar oyunları: 428 internet resursuna giriş məhdudlaşdırılıb
12:42 / 30-01-2026
Ceyhun Bayramov BƏƏ-nin XİN başçısı ilə telefonda danışıb
12:36 / 30-01-2026
Sabah hava necə olacaq? - Proqnoz
12:29 / 30-01-2026
Xankəndi, Xocalı və Ağdərəyə növbəti köç karvanları gedib
12:20 / 30-01-2026
Nazirliyin əməkdaşı 18 kq qızılla tutulub
12:09 / 30-01-2026
ABŞ müdafiə naziri NATO-nun əsas görüşündə iştirakdan imtina edib
11:42 / 30-01-2026
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
11:34 / 30-01-2026
Azərbaycan UEFA reytinqində irəliləyib
11:21 / 30-01-2026
Sahibə Qafarovaya ağır itki üz verib
11:01 / 30-01-2026
Tanınmış iş adamı həbs olunub - Səbəb
10:57 / 30-01-2026
Ağ ev münaqişəni sona çatdırmağa tələsir
10:47 / 30-01-2026
Bakıda binanın birinci mərtəbəsində blok çöküb
10:37 / 30-01-2026
Bayden Ağ evdən cəmi iki hədiyyəsini aparıb
10:23 / 30-01-2026
Agentlik sədrinin müavini vəzifədən azad edilib
10:22 / 30-01-2026
İndoneziyada Semeru vulkanı püskürüb
10:13 / 30-01-2026
Tramp sülhün əldə olunacağına əmindir
10:12 / 30-01-2026
Abşeronun prokuroru vəzifəsindən azad olunub
10:05 / 30-01-2026
Vəzifəli şəxslər saxlanılıb - Foto
09:55 / 30-01-2026
Rusiya BMT-dən nəyi xahiş edir?
09:46 / 30-01-2026
Ərdoğan: Türk dünyası XXI əsrə öz izini qoyacaq
07:31 / 30-01-2026
Kvant kompüterində "zaman kristalı" yaradılıb
13:37 / 28-01-2026
Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
16:16 / 26-01-2026
Keçmiş səfir: ...İrana hücum məsələsi ciddidir - Müsahibə
17:31 / 29-01-2026
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
16:54 / 27-01-2026
Prezident iki nazir müavini təyin edib - Fotolar
11:08 / 27-01-2026
İran mühasirəyə alınır, tezliklə zərbə endirə bilərlər
13:38 / 28-01-2026
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
17:21 / 26-01-2026
Nazir müavinlərinin sayı artırılıb
15:06 / 27-01-2026
Buraxılış imtahanında yeni model tətbiq ediləcək
11:59 / 26-01-2026
Vensin Bakı və İrəvana gəlməkdə məqsədi nədir?
14:09 / 28-01-2026
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
13:48 / 29-01-2026
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
14:42 / 26-01-2026
Xocalıya növbəti köç karvanları gedib - (Yenilənib) - Fotolar
Deputat: “Aztəminatlı təbəqənin kredit borcları silinməlidir” - Müsahibə
Tarix: 27-01-2019 11:19 | Bölmə: Müsahibə / Slayd

Əli Məsimli: “Xeyli vətəndaşımız və biznes strukturları bank kreditlərinin girovuna çevrilib”
Azərbaycanda kredit borcları ciddi problem olaraq qalır. Milli Məclisdə bəzi deputatlar dəfələrlə bu problemin həlli ilə bağlı təkliflərini səsləndirsələr də, hələ ki müsbət irəliləyiş yoxdur.
Milli Məclisin deputatı, İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri Əli Məsimli “Reytinq” qəzetinə müsahibəsində bu və digər məsələlərdən danışıb.
- Əli bəy, 2018-ci ilin iqtisadi yekunları 2019-cu ilə optimist baxmağa əsas verirmi?
- 2018-ci ildə Azərbaycan iqtisadiyyatı 2015-ci ilin devalvasiyalarından sonra başlanan resessiya və durğunluq mərhələsindən artım trayektoriyasına çıxmağa başladı. Azərbaycanda 2016-cı ildə ümumi daxili məhsulun (ÜDM) 3,8 faiz azalması, 2017-ci ildə 0,1 faiz artımı fonunda 2018-ci ildə ÜDM 1,4 faiz artıb.
Ötən il manatın məzənnəsi 1 dollar - 1,7 manat ətrafında olmaqla sabit qaldı. Digər şərtlərlə yanaşı, 2018-ci ildə manatın məzənnəsinin sabit qalması inflyasiyanın 2017-ci ildəki ikirəqəmli səviyyədən, yəni 15 faizdən birrəqəmli səviyyəyə - 2,3 faizə enməsində mühüm rol oynayıb.
2017-ci ildə əhali gəlirlərinin artımı inflyasiya tempindən 2 dəfə geri qaldığından, əhalinin güzəranını xarakterizə edən real gəlirlər aşağı düşmüşdür. 2018-ci ildə inflyasiyanın orta hesabla 2,3 faiz artımı fonunda əhalinin nominal gəlirləri 9 faiz yüksəlib. 2018-ci ildə sadalanan istiqamətlərə müsbət meyllərin yaranması bu il iqtisadi artım templərinin bir qədər də artırılmasına müəyyən əsaslar yaradır. Amma proqnozlaşdırlan 3,6 faiz artımdan daha yaxşı nəticələrə nail olunması həm qlobal ticarətdə proteksionizmin və ticarət müharibələrinin vüsət aldığı bir zamanda xarici şokların ölkə iqtisadiyyatına təsirlərinin neytrallaşdırılması dərəcəsindən, həm də makroiqtisadi sabitliyin möhkəmləndirilməsi və ölkədə yığılıb qalmış problemlərin həll sürətindən asılı olacaq. Problemlərin həllini sürətləndirməkdən ötrü isə həyata keçirilən islahatların sürəti üstümüzə gələn problemlərin sürətindən yüksək olmalıdır. Ona görə də Azərbaycan üçün çox şey xeyli dərəcədə dünya bazarında neftin qiymətinin büdcə proqnzlaşdırılması zamanı bir barrel üçün götürülmüş 60 dollardan nə dərəcədə kənarlaşmasından və ortalama hansı səviyyədə olmasından və bir də həyata keçirilməyə başlanan islahatların daha da genişləndirilməsi, dərinləşdirilməsi və səmərəlilik dərəcəsindən asılı olacaq.
- Hansı sahələrdə islahatların davam etdirilmsəni daha vacib hesab edirsiniz?
- Fikrimcə, Azərbaycanın hazırkı yavaşımış artım templərindən yenidən öz potensialına layiq templərlə artım trayektoriyasına çıxmasından ötrü cəmiyyət həyatının bütün sahələrində sistemli islahatlara, idarəetmənin fəlsəfəsini əsaslı surətdə dəyişdirib, müasir mərhələdə rəqabətə davamlı səviyyədə səmərəli fəaliyyət göstərə bilən iqtisadi sistemin formalaşmasına yönəltməyə böyük ehtiyac var. Ona görə də hazırda iqtisadi artım templərinin yenidən yüksəlməsinə mane olan amillər içərisində idarəetmənin təşkilatı strukturnun müasir tələblərə cavab verməməsi xüsusi yer tutur. Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı yekun nitqində xüsusi vurğulayıb:
“... İdarəetmədə struktur köhnəlib. Daha çevik, daha yığcam, daha məqsədyönlü yeni idarəetmə strukturu olmalıdır. İndi dünyada əks proses gedir - idarəetmə daha yığcam, çevik, daha da məqsədyönlü və az işçi ilə böyük iş görmək üçün. Amma bizdə idarəetmə sistemi şişir. Buna son qoyulmalıdır. Ona görə struktur islahatı, kadr islahatı aparılmalıdır. Hər bir sahədə o sahəyə rəhbərlik edən şəxslər mütləq maksimum səmərə ilə işləməlidirlər”.
İdaretmə aparatı həqiqətən də çox şişirdilib və vəziyyətin getdikcə mürəkkəbləşdiyi hazırkı mərhələdə səmərəli fəaliyyət göstərmək imkanları tükənib. 2019-cu ilin büdcə xərclərində ümumi dövlət xidmətləri üzrə xərclər 3,9 milyard manata çatıb ki, bu da müdafiə xərclərindən 13 faiz, təhsil xərclərindən 70 faiz, sosial müdafiə, sosial təminat xərclərindən 48 faiz, səhiyyə xərclərindən 3,7 dəfə çoxdur. Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin dövlət idarəçiliyinin təkmilləşdirilməsi, dövlət orqanlarının və qurumlarının fəaliyyətinin optimallaşdırılması, dövlət büdcəsi vəsaitindən səmərəli istifadənin təmin edilməsi məqsədilə həyata keçirdiyi islahat xarakterli addımları müsbət qiymətləndirir və davamlı olmasını arzulayırıq.
- Sizcə, həyata keçirilən tədbirlərdə nələr çatışmır?
- Ötən il keçirilən prezident seçkilərindən sonra başlanan islahatların, xüsusən də struktur islahatlarının bu il daha intensiv templərlə davam etdirilməsini təqdir edirik. Dövlət idarəetmə sistemindəki lüzumsuz strukturların ləğvi, eyni funksiyanı yerinə yetirən qurumlarda paralelçiliyin aradan qaldırılması, bir-birinə yaxın olan qurumların birləşdirilməsi istiqamətində atılan addımlar genişləndikcə, dövlət büdcəsi vəsaitinə bu yöndə edilən qənaətin də məbləği artacaq və nəticədə struktur islahatları daha çox büdcə vəsaitinə qənaət etməyə imkan verəcək. Bunu dolğun şəkildə reallaşdırmaqdan ötrü obyektiv araşdırmalar aparıb, optimal variantda həlli vacib olan xeyli ciddi problemlərin həllində nəzərəçarpan irəliləyişlərə nail olmaq lazımdır. Belə ki, həyata keçirilən struktur islahatlarının səmərəlilik dərəcəsini artırmaqdan ötrü, obyektiv tələbata çevrilən şərtlər içərisində bayaq qeyd etdiyimiz kimi, islahatların cəmiyyət həyatının bütün tərəflərini əhatə etməsi, kompleks xarakter daşıması, idarəetmənin təşkilatı strukturunun təkmilləşdirilməsinə yönəlik islahatların iqtisadi azadlıqların və şəffaflığın artırılmasına, ictimai nəzarətə geniş meydan verən və cəmiyyət həyatının bütün sahələrində korrupsiyaya, inhisarçılığa, məmur özbaşınalıqlarına və bunlardan doğan talançılığa son qoymağa yönəlmiş köklü islahatlarla əlaqəli şəkildə həyata keçirilməsi və həmin addımların gözləntiləri daha dolğun və səmərəli olsun deyə, həyata keçirilən islahatlar neft amilinin aparıcı roluna əsaslanan modeldən yeni iqtisadi modelə - insan amilinin aparıcı roluna əsaslanan innovasiyalı inkişaf modelinə transformasiya üçün şərait yaratmalıdır. Bundan ötrü, Azərbaycanın yeni iqtisadi modelinə uyğun vahid strategiyanın həyata keçirilməsi çox vacibdir.
- Hansı məsələlərin həllini daha vacib sayırsınız?
- Konkret məsələlərə gəldikdə, üç problemin həllini daha vacib hesab edirik:
Birinci qəbildən olan problemlər iqtisadi artım templəri ilə bağlıdır. Azərbaycanda əhali hər il orta hesabla 1,3 faiz artır və orta perspektivdə həmin tempin davam edəcəyi gözlənilir. Əhali artımının bu səviyyədə müsbət dinamikası şəraitində iqtisadi artım templərimiz 2018-ci ildəki kimi 1,4 faiz yox, 6-7 faiz olmalıdır ki, əhalinin güzəranının yaxşılaşdırılmasının iqtisadi bazası yaransın.
İkinci qəbildən olan problemlər əhalinin sosial vəziyyəti, xüsusən də aztəminatlı təbəqənin güzəranı ilə bağlıdır. İqtisadi artım templərimizin yavaşıması, ölkədə sosial göstəricilərə də mənfi təsir göstərir və inkişaf etməkdə olan ölkələr, MDB məkanı və region ölkələri ilə müqayisdə pisləşir. Bu il ölkə üzrə orta əmək haqqının 642 manata çatdırılması proqnozlaşdırılıb. Bununla belə, büdcə təşkilatlarında çalışanların xeyli hissəsi orta əmək haqqından aşağı - 200-300 manat arasında maaş alır.
Bu il orta pensiyanın 240 manata çatdırılması proqnozlaşdırılıb. Bu, kiçik rəqəm olmaqla yanaşı, həm də xeyli insan orta pensiyadan da aşağı səviyyədə pensiya alır.
Müavinətlər də çox aşağı olmaqla, simvolok səviyyədədir. İqtisadi artım templərini yüksəltməklə və sadalayacağımız istiqamətlərdə köklü dəyişikliklərə nail olmaqla Azərbaycanda əmək haqqı, pensiya, müavinət və sair ödənişlər potensial imkanlarımız səviyyəsinə çatdırılmalıdır. Bundan ötrü hökumət islahatlar yolu ilə müasir mərhələdə qarşıda duran problemlərin köklü və sürətli həlli yolunda alternativi olmayan insan kapitalının üstün inkişafına dayanan innovasiyalı inkişaf modelinin reallaşdırılmasına çalışılmalıdır. Yeni yaradılan dəyərin bölgüsündə ədalətın təmin edilməsi, kölgə iqtisadiyyatının dairəsinin məhdudlaşdırılması, korrupsiyaya, məmur özbşınalıqlarına və bundan irəli gələn talançılıq hallarına, büdcə vəsaitlərinin xeyli hissəsinin gəlirli olmayan sahələrə, səmərəsiz və az səmərəli layihələrə və eyni infrastruktura dəfələrlə pul xərclənməsi praktikasına son qoyulmalıdır. Bu cür üsullarla iqtisadi artım templərimizi və buna uyğun olaraq əhalinin gəlirlərini, əmək haqqı, pensiya və sairi də potensialımıza uyğun səviyyədə əhəmiyyətli dərəcədə artırmaq olar.
Üçüncü qəbildən olan problemlər əhalinin güzərarının yaxşılaşdırılması qarşısında duran ciddi problemlərlə bağlıdır. Bununla bağlı zəruri olan amilləri sadalayanda, korrupsiya, məmur özbaşınalıqları və bundan irəli gələn talançılıq hallarına son qoyulması məsələsini artıq dedik...
Bu sahədə həlli vacib olan ən ciddi məsələlərdən biri də problemli kreditlər məsələsidir. Artıq beşinci ildir ki, vətəndaşların xeyli hissəsinin borc tələsinə düşməsi Azərbaycanda əhalinin müəyyən hissəsnin güzəranının yaxşılaşması qarşısında ciddi maneəyə çevrilib. Ölkə əhalisinin hər 4 nəfərindən birinin banka borcu var. 2015-ci ilin iki şok devalvasiyasından sonra əhalinin xeyli hissəsi və banklar həmin şoku hələ də hiss edir. Banklara borcu olanlarla yanaşı, 1 milyon nəfərdən artıq vətəndaşımız borclara zamin olmaqdan əziyyət çəkir. Xeyli vətəndaşımız və biznes strukturları bank kreditlərinin girovuna çevrilib. Bu problemi, xüsusən də xarici valyutada olan kreditlər problemini çözmək lazımdır ki, həm bankların sağlamlaşdırılmasına, həm də əhalinin güzəranının yaxşılaşmasına geniş yol açılsın. Xarici valyutada olan kreditlərlə bağlı problemə differensiallaşdırılmış şəkildə baxmaq lazımdır: qanunun bütün sərtliyini 2015-ci ilin devalvasiyalarına qədər borcunu vaxtında, səliqə ilə qaytaran və devalvasiyadan sonra artan borclarını qaytarmaq üçün gəlirinin imkan vermədiyi, eləcə də devalvasiya nəticəsində artan kreditləri qaytarmaq iqtidarında olmayan yoxsul təbəqəyə yox, banklarla əlbir olub kreditləri əslində qaytarmaq yox, qaytarmamaq üçün alanlara tətbiq etmək lazımdır. 2015-ci ilin devalvasiyalarına qədər borcunu vaxtında səliqə ilə qaytaran və devalvasiyadan sonra artan borclarını qaytarmaq üçün gəlirinin imkan vermədiyi şəxslərə güzəştlər edilməlidir. Borcu olan insanların əksəriyyəti aldığı borcun 2-3 qatını banka çoxdan ödəyib. Bəzi banklar həmin insanlardan artıq aldığından əlavə faiz, cərimə və sair formalı manipulyasiyalarla əslində almadığı kreditə görə pul tələb edirlər. Devalvasiyadan əvvəl 2 min manat kredit alıb, son 3 ildə 7 min manat qaytarmasına baxmayaraq, bəzi bankların hələ də belə insanların yaxasından əl çəkməməsi faktları obyektiv araşdırılmalı, müflisləşmə mexanizmi tətbiq edilməli və əhalinin aztəminatlı təbəqəsinin kredit borcları silinməlidir.
Reyting.az
Bölməyə aid digər xəbərlər

26-01-2026, 16:16
Keçmiş səfir: ...İrana hücum məsələsi ciddidir - Müsahibə
21-01-2026, 17:35
Qurban Qurbanov: Rəqiblər artıq bizi daha ciddi qəbul edirlər - Müsahibə
15-01-2026, 16:21
Cəlaloğlu: Hadisələr bir qədər də inkişaf etsə, İranın parçalanması gündəmə gələcək - Müsahibə
16-12-2025, 17:49
Abdulla: Yeni “Klinik A” teatrında tamaşa yox, seans olacaq - Müsahibə
29-10-2025, 14:34
Baş rejissor: Hazırladığımız 12 tamaşanı “Axır Zaman”la yekunlaşdıracağıq - Müsahibə
6-08-2025, 14:15
Təranə Muradova: “Sevgisiz heç nə yaratmaq mümkün deyil” - Müsahibə
24-07-2025, 17:03
Abdulla: Aktyorları attestasiyadan keçirmək lazımdır - Müsahibə
1-03-2025, 15:45
Deputat: Ukraynanı yalnız ABŞ xalqının Trampa qarşı qalxması xilas edə bilər - Müsahibə
23-01-2025, 19:03
İmran Bədirxanlı: “Özünü tapandan sonra yaşamaq asanlaşır” - Müsahibə
8-01-2025, 10:49
“Kino adamı kimi bir çox şeylər məni qane etmir” - Müsahibə
18-11-2024, 12:28
Turan Manafzadə: “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Müsahibə
17-08-2024, 15:25
“Böyük güclər sülhdə maraqlı görünmürlər” - Müsahibə
12-08-2024, 11:00
Emin Əfəndiyev: “Yeni ssenarilər, layihələr barədə düşünürəm” - Müsahibə
22-07-2024, 09:58
Gənc xanəndə: “Məcnun kimi səhnəyə çıxmaq ən böyük arzularımdan biri olub” - Müsahibə
8-07-2024, 10:43
Aktrisa: “Mən ürək adamıyam...” - Müsahibə
14-06-2024, 15:06
Nazir: “Sertifikatlaşdırmada iştirak edən hər beş müəllimdən biri kəsilir” - Müsahibə
6-04-2024, 21:12
Qulu Ağsəs: “Tənqidi indi çox tənqid edirlər” - Müsahibə
2-04-2024, 20:28
“Hava hücumu ssenarisi mümkündür” - Müsahibə
19-02-2024, 16:33
Aktyor: “Əvvəldən bilsəydim o filmə çəkilməzdim...” - Müsahibə
16-02-2024, 12:55
Bəstəkar: “Zamanın ritmini tutmaq çətinləşib” - Müsahibə
28-01-2024, 15:36
Qüdrət Həsənquliyev: “Azərbaycan yenidən qurulmalıdır” - Müsahibə
9-12-2023, 20:57
Hərbi ekspert: “Krım körpüsü dağıdılmalıdır” - Müsahibə
14-11-2023, 19:08
Xalq artisti: “Teatrın ən ağrılı məsələlərindən biri də yaş senzi ilə bağlıdır” - Müsahibə
4-11-2023, 09:41
İlham Əziz: “Hər yazıçının öz əlifbası olmalıdır” - Müsahibə
27-10-2023, 15:19
Zahid Oruc: “Zəfər dövləti, Zəfər təşkilatı, Zəfər təhsil modeli yaradılmalıdır” - Müsahibə
27-10-2023, 11:01
Əlizadə Nuri: “Şairlik-sözlə inqilab etməkdir” - Müsahibə
23-10-2023, 18:22
General Sırski: “Düşmən ciddi itkilər verir, lakin onlar...” - Müsahibə
23-10-2023, 10:26
Aktrisa: “Özümü olmalı olduğum yerdə hiss edirəm” - Müsahibə
19-09-2023, 13:48
Hərbi analitik: “Rusiya Moskvanı lazımi şəkildə qoruya bilmirsə, deməli...” - Müsahibə
5-09-2023, 18:40
General: “Rusiya elitası Putini devirməyə hazırdır” - Müsahibə
23-08-2023, 18:14
Beynəlxalq ekspert: “Ruslar Ukrayna ilə uzunmüddətli hərbi qarşıdurmaya ümid edirlər” - Müsahibə
16-08-2023, 12:08
Kənan Məmmədov: “Kino günündə göstərməyə yeni film olmadı” - Müsahibə
10-08-2023, 15:00
Rıjenko: “Rusiyanın Qara dəniz donanmasını məhv etmək üçün yüzlərlə drona ehtiyac var” - Müsahibə
30-05-2023, 16:48
Kinorejissor: “Bəzilərini kinonun taleyi yox, kinostudiyanın ərazisi maraqlandırır”
16-05-2023, 16:48
Şeytelman: “Priqojin Rusiyada yeganə şəxsdir ki, dövlət çevrilişlərini uğurla həyata keçirə bilir”
13-05-2023, 09:34
Qüdrət Həsənquliyev: “Davamlı sülh üçün danışıqları Türkiyə və Rusiya ilə aparmalıyıq” - Müsahibə
3-03-2023, 16:55
Keçmiş deputat: “Rus imperiyasının dağılması qaçılmazdır” - Müsahibə
9-02-2023, 12:36
Deputat: “Ciddi əks-zərbə vurulmalıdır” - Müsahibə
7-01-2023, 15:55
Sərdar Cəlaloğlu: “Rusiya Qarabağı ələ keçirməyə çalışır” - Müsahibə
Bu gün, 11:01
Tanınmış iş adamı həbs olunub - Səbəb
Bu gün, 10:05
Vəzifəli şəxslər saxlanılıb - Foto
Dünən, 17:31
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Dünən, 15:27
Bəylər Eyyubovun qardaşı oğlu həbsdən buraxılmayıb
Dünən, 11:03
Şaraa Əsədi geri almaq istəyir
28-01-2026, 22:26
Kreml Zelenskini Moskvaya dəvət edib
28-01-2026, 16:17
Genişmiqyaslı münaqişə təhlükəsi artır - Foto
28-01-2026, 15:37
Magistratura üzrə sınaq imtahanının nəticələri elan olunub
28-01-2026, 14:09
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
28-01-2026, 13:37
Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
28-01-2026, 12:19
Ukraynaya təhlükəsizlik zəmanəti verməyin əsas şərti müəyyən edilib
27-01-2026, 14:56
Professor: Müharibə başlasa, İrandakı rejimin süqutu qaçılmaz olacaq
27-01-2026, 11:08
İran mühasirəyə alınır, tezliklə zərbə endirə bilərlər
27-01-2026, 09:44
Ən güclü ordular... - Siyahı
26-01-2026, 23:13
Rusiya Cənubi Qafqaza təsirini itirir
26-01-2026, 17:41
Cəlaloğlu: İran dünya güclərinin hədəfində qalacaq
26-01-2026, 16:16
Keçmiş səfir: ...İrana hücum məsələsi ciddidir - Müsahibə
26-01-2026, 11:59
Vensin Bakı və İrəvana gəlməkdə məqsədi nədir?
26-01-2026, 08:37
Yaddaş pozğunluğuna səbəb olan amil tapılıb
24-01-2026, 16:25
Bakıda yüksək vəzifəli şəxsi intim videoları ilə şantaj ediblər
23-01-2026, 12:05
ABŞ Ümumdünya Səhiyyə Təşkilatının sıralarını tərk edib
23-01-2026, 11:44
Avropa ölkələrində iğtişaşlar başlayıb, yaralananlar var
23-01-2026, 10:58
TRIPP: imkanlar və əsas risklər
23-01-2026, 09:28
Professor: Moskva Bakı və İrəvanın sülh prosesinə mane ola bilməyəcək
22-01-2026, 15:05
Sülh Şurasına üzvlük Azərbaycanın imkanlarını genişləndirir
22-01-2026, 13:19
Davos görüşləri: Azərbaycan dünyaya yenidən təqdim olunur
22-01-2026, 11:54
2026-cı il: Ermənistanda nələr ola bilər?
22-01-2026, 09:14
Professor: İranda etirazların “Allaha qarşı çıxış” kimi təqdim olunması təhlükəlidir
21-01-2026, 15:56
Mollazadə: Putin Qorbaçovun yolu ilə gedir
21-01-2026, 11:08
Azərbaycan ilə Ermənistan arasında buzlar tam əriyib?
21-01-2026, 10:50
Ali Məhkəmə estetik əməliyyatlarla bağlı vahid qərar verib
21-01-2026, 10:32
İlham Əliyev "Zayed İnsan Qardaşlığı Mükafatı" ilə bağlı nümayəndə heyətini qəbul edib - Fotolar
21-01-2026, 09:56
Azərbaycan Trampın Sülh Şurasına dəvətini qəbul edib
21-01-2026, 08:58
Tramp: İranı Yer üzündən silə bilərəm!
20-01-2026, 19:45
Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib - Fotolar
20-01-2026, 16:16
Prezident Davosda "Euronews" televiziyasına müsahibə verib - (Yenilənib) - Fotolar
20-01-2026, 11:29
Bölgələrə güclü qar yağıb
20-01-2026, 09:54
ABŞ kreditorlarla münaqişəyə başlayır

“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər