19:14 / 18-10-2025
İlham Əliyev ABŞ Mərkəzi Komandanlığının komandanını qəbul edib - Fotolar
18:04 / 18-10-2025
Rusiyalı bloqer evində ölü tapılıb
16:37 / 18-10-2025
Vatikan zəfəri - Foto
16:15 / 18-10-2025
ANAMA sədrinə I müavin təyin olunub
16:01 / 18-10-2025
Ramiz Mehdiyev Təhlükəsizlik Şurasının üzvlüyündən azad edilib
11:54 / 18-10-2025
İlham Əliyev “Kazinform”a müsahibə verib
11:14 / 18-10-2025
Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyinin inzibati ofisi açılıb
10:26 / 18-10-2025
Mehriban Əliyeva: "Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi..." - Foto
09:13 / 18-10-2025
Premyer Liqa: Bu gün daha iki görüş baş tutacaq
00:03 / 18-10-2025
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
23:44 / 17-10-2025
Mehriban Əliyeva Vatikanın dövlət katibi ilə görüşüb - Foto
23:09 / 17-10-2025
Zelenski ilə Tramp Ağ evdə görüşüblər - Yenilənib
21:40 / 17-10-2025
"Qarabağ" "Turan Tovuz"a qalib gəlib
19:51 / 17-10-2025
Füzlinin intensiv inkişafı... - Şəfa Əliyev yazır
19:50 / 17-10-2025
Mehriban Əliyeva Roma Papası ilə görüşüb - Fotolar
19:38 / 17-10-2025
Deportasiyadan bəhs edən kitabın təqdimatı olub - Fotolar
19:17 / 17-10-2025
Macarıstan Putini həbs etməyəcək
19:11 / 17-10-2025
NATO Avropada dron təxribatlarına qarşı tədbirləri gücləndirib
18:53 / 17-10-2025
Kreml Donald Trampı çaşdırır
18:38 / 17-10-2025
Prezident yeni səfirlik təsis edib - Sərəncam
18:08 / 17-10-2025
Ceyhun Bayramov İƏT Əmək Mərkəzinin baş direktoru ilə görüşüb
18:02 / 17-10-2025
DİN-də kollegiya iclası keçirilib
17:55 / 17-10-2025
HƏMAS-İsrail sülhü davamlı olacaqmı?
17:16 / 17-10-2025
Azərbaycanın əsas neft ixrac etdiyi ilk 5 ölkə - Siyahı
16:57 / 17-10-2025
Ramiz Mehdiyev ev dustaqlığını bu villasında çəkir - Fotolar
16:46 / 17-10-2025
AMEA Ramiz Mehdiyevlə bağlı məhkəmə qərarını gözləyir
16:20 / 17-10-2025
Departament rəisi vəzifədən azad edilib
16:14 / 17-10-2025
Azərbaycan millisi FIFA reytinqində bir pillə irəliləyib
16:00 / 17-10-2025
Bakıda TDT-nin Sənaye, Elm, Texnologiya və İnnovasiya Nazirlərinin 2-ci iclası keçiriləcək
15:30 / 17-10-2025
Ramiz Mehdiyev 7 saat dindirilib?
12:11 / 17-10-2025

19:51 / 17-10-2025

17:37 / 15-10-2025

14:10 / 16-10-2025

22:14 / 14-10-2025

13:21 / 15-10-2025

16:01 / 18-10-2025

13:05 / 16-10-2025

11:33 / 16-10-2025

23:49 / 15-10-2025

11:59 / 15-10-2025

16:15 / 18-10-2025

Partiya sədri: “Bir sıra şəxslərin hakimiyyətdən gedəcəyini gözləyirəm” - Müsahibə
Tarix: 03-11-2019 15:26 | Bölmə: Müsahibə

Qulamhüseyn Əlibəyli: “Səlahiyyətlərindən sui-istifadə edib, xalqın sərvətini talayan şəxslər də hakim komandadan kənarlaşdırılacaqlar”
Azərbaycandakı kadr dəyişiklikləri ölkə müxalifətinin də əsas müzakirə mövzularından birinə çevrilib. Aydınlar Partiyasının sədri, keçmiş deputat Qulamhüseyn Əlibəyli Reyting.az-a müsahibəsində deyib ki, kadrların vaxtaşırı yerdəyişməsi rotasiya qaydası əsasında həyata keçirilir:
- Bu, özlüyündə müsbət hadisədir. Çünki bu və ya digər şəkildə təcrübəli kadrların irəli verilməsi, onların xalqa açıq olmaq istəkləri daha müsbət hadisə ola bilər. Hesab edirəm ki, son dövrlərdəki kadr dəyişiklikləri Prezidentin məmurları daha ciddi nəzarətə götürməsi, əvvəllər hakimiyyət və vəzifə imtiyazlarından istifadə edərək sərvət toplayan, habelə bu sərvətdən hakimiyyətə təzyiq vasitəsi kimi istifadə edən məmurların uzaqlaşdırılması, hakimiyyətə yeni idarəçilərin gətirilməsinə yol açır. Düşünürəm ki, bu dəyişikliklər düzgün addımlardır. Amma bunların nə dərəcədə xeyirli və müsbət olacağını zaman göstərəcək.
Mən belə kadr dəyişikliklərinə pozitiv yanaşıram və hesab edirəm ki, bu, yeni bir prosesin başlanmasına gətirib çıxara bilər.
- Kadr dəyişiklikləri ilə yanaşı struktur dəyişiklikləri də müşahidə olunur. Məsələn, Vergilər Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi İqtisadiyyat Nazirliyinə birləşdirildi. Struktur dəyişikliyini necə qarşılayırsınız?
- Əslində struktur dəyişikliklərinə də normal yanaşmaq lazımdır. Fikrimcə, münasibətlər dəyişəndə və çoxşaxəli olanda daha çevik idarəetmə strukturunun yaradılması qaçılmaz olur.
Düzdür, əvvəllər də Əmlak Məsələləri Dövlət Komitəsi İqtisadiyyat Nazirliyinin tabeliyndə olub. Eləcədə antiinhisar qurumu. Sonradan bu qurumlar İqtisadiyyat Nazirliyindən ayrılıb. Səhv etmirəmsə, bu hadisə 2005-ci ildə baş verib. Ola bilsin, həmin dövrdə hesab olunub ki, bu qurumların müstəqil fəaliyyəti daha məqsədəuyğundur. Amma görünən odur ki, bu, özünü doğrultmadığı üçün həmin qurumlar yenidən nazirliyin tərkibinə daxil edildi. Vergilər Nazirliyinin də bura tabe etdirilməsi artıq ciddi hadisədir. Bu o deməkdir ki, İqtisadiyyat Nazirliyi artıq super nazirliyə çevrilir. Gələcəkdə Gömrük Komitəsinin də bu nazirliyin tərkibinə verilə biləcəyi haqda söz-sohbətlər var. Bu o deməkdir ki, yeni nazirlik iqtisadi bloka bütövlükdə nəzarət etmək imkanına malik olacaq. Hər halda struktur dəyişikliklərinin hansı nəticə verəcəyini, uğur və ya uğursuzluq gətirəcəyini bir müddət keçdikdən sonra görə biləcəyik.
Əgər xatırlayırsınızsa ilin əvvəlində müəyyən dəyişikliklər baş verib. Amma mən, bu günə qədər həmin dəyişikliklərin nəticəsini iqtisadiyyatda hiss etməmişəm. Ümid edirəm ki, bu dəyişikliklərin müsbət nəticəsi özünü göstərəcək.
- Sizcə kadr dəyişikliklərini xalq necə qarşılayır?
- Düşünürəm ki, xalq da bu dəyişikliklərdən razıdır. Müəyyən kadrlar var idi ki, onların vəzifədən kənarlaşdırılması müsbət hadisə oldu. Nəzərə alın ki, insanın gözü eyni şəxsləri eyni vəzifədə uzun müddət görməkdən yorulub. Cəmiyyət də bundan yorulub və yeni kadra ümidlə baxır. Bu mənada, ola bilsin ki, son dəyişikliklər cəmiyyətdə pozitiv qarşılanır.
- Yaşlı və təcrübəli kadrların hakimiyyətdən getməsi mənfi poseslərlə nəticələnə bilərmi?
- Mən bu prosesi çıxdaş adlandırmazdım. Onlar vaxtı ilə işləyiblər, indiki hakimiyyətə öz töhvələrini veriblər. Sadəcə, indi zaman dəyişir, dünya inkişaf edir. Buna uyğun olaraq yaşlı nəsil vəzifədən, siyasətdən getməli, müəyyən mənada istirahət etməlidir. Buna təbii baxmaq lazımdır. Kimlərinsə getməyi, yenilərinin gəlməyi bu baxımdan gözləniləndir. Həm də idarəetmə prosesi elədir ki, eyni adamların vəzifədə qalması həmin vəzifələrin imkanlarını məhdudlaşdırır. Ona görə də vaxtaşırı belə dəyişikliklərin olması müsbət hadisədir. Hesab edirəm, bu o halda mənfi nəticələrə səbəb ola bilər ki, yeni təyin edilən kadrlar özünü doğrultmasın. Bu ehtimalı nəzərə almaq lazımdır. Bu kadrların özünü doğrultmaması yeni siyasətin mənfi nəticələri olacaq.
- Kadr dəyişikliklərindən sonra islahatlara gediləcəyini gözləyirsinizmi?
- Hələlik inqilabi dəyişikliyi nəzərdə tutan islahatlar başlanmayıb. Təbii ki, yeni kadr gələndə öz sahəsində nələrisə dəyişmək istəyir. İndi cavan kadrlarda dəyişikliklərə meyllər var.
Ola bilsin ki, yaxın dövrlərə iqtisadiyyat sahəsində islahatların başlanmasını müşahidə edək. Hər halda yeni kadrların gəlməsi islahatların başlanğıcı kimi qiymətləndirilə bilər.
- Sıradan çıxan məmurlar təhlükə mənbəyinə çevrilə bilərmi?
- Mən onlardan təhlükə gözləmirəm. Onlar nə edə bilərlər? Hər halda zaman keçib, onlar öz görəvlərini başa vurublar. Vəzifədə olanda cəmiyyət və dövlətçilik üçün ciddi təhlükə törətməyiblərsə, bundan sonra da ciddi problem yarada bilməzlər. Uzaqbaşı gedib müxalifətin bir hissəsinə qoşula və ya onları maliyyələşdirməyə çalışa bilərlər. Amma bu, son nəticədə cəmiyyət üçün ciddi təhlükə yaratmayacaq.
- Hələ də hakimiyyətdə 70-80 yaşlı insanlar təmsil olunur və onların istefa vermək niyyəti də açıq hiss edilmir. Bu yaşda vəzifədən ikiəlli yapışmağı nə ilə izah edirsiniz?
- Vəzifə səlahiyyətlərində xeyli üstünlüklər və imtiyazlar var. Ola bilsin ki, bu imtiyaz və üstünlükləri itirmək istəmirlər. Siz nəzərə alın ki, bununla paralel qeyri-rəsmi imtiyaz və üstünlüklər də olur. Bu imtiyazlardan imtina etmək istəmirlər. Mən vəzifədən gedənləri nəzərdə tutmuram, amma indi vəzifədə işləyən xeyli sayda məmurlar var ki, onların xaricdəki sərvətləri açıqlanır. Mən hesab edirəm ki, bu, həmin vəzifənin verdiyi imtiyazlardan doğan sərvətlərdir. Azərbaycanın sərvətidir, bəlkə də qanunsuz yolla ölkədən çıxarılıb və harasa yatırılıb. Əgər bu gün məmurlara belə imkan yaradılıbsa, əslində onların baxışlarına görə, belələrinin vəzifədə qalmaq istəyi təbii qarşılanmalıdır. Amma bu doğru yanaşma da deyil.
- Belə məmurlar işlərini itirəcəkmi?
- Hesab edirəm ki, dövlət başçısı yeni siyasi kurs götürüb. Artıq bu kursun konturları görünür. Mən bir sıra şəxslərin hakimiyyətdən gedəcəyini gözləyirəm. Yəni səlahiyyətlərindən sui-istifadə edib, xalqın sərvətini talayan şəxslər də hakim komandadan kənarlaşdırılacaqlar. Əslində başqa cür ola da bilməz.
Reyting.az
Bölməyə aid digər xəbərlər

6-08-2025, 14:15
Təranə Muradova: “Sevgisiz heç nə yaratmaq mümkün deyil” - Müsahibə
24-07-2025, 17:03
Abdulla: Aktyorları attestasiyadan keçirmək lazımdır - Müsahibə
1-03-2025, 15:45
Deputat: Ukraynanı yalnız ABŞ xalqının Trampa qarşı qalxması xilas edə bilər - Müsahibə
23-01-2025, 19:03
İmran Bədirxanlı: “Özünü tapandan sonra yaşamaq asanlaşır” - Müsahibə
8-01-2025, 10:49
“Kino adamı kimi bir çox şeylər məni qane etmir” - Müsahibə
18-11-2024, 12:28
Turan Manafzadə: “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Müsahibə
17-08-2024, 15:25
“Böyük güclər sülhdə maraqlı görünmürlər” - Müsahibə
12-08-2024, 11:00
Emin Əfəndiyev: “Yeni ssenarilər, layihələr barədə düşünürəm” - Müsahibə
22-07-2024, 09:58
Gənc xanəndə: “Məcnun kimi səhnəyə çıxmaq ən böyük arzularımdan biri olub” - Müsahibə
8-07-2024, 10:43
Aktrisa: “Mən ürək adamıyam...” - Müsahibə
14-06-2024, 15:06
Nazir: “Sertifikatlaşdırmada iştirak edən hər beş müəllimdən biri kəsilir” - Müsahibə
6-04-2024, 21:12
Qulu Ağsəs: “Tənqidi indi çox tənqid edirlər” - Müsahibə
2-04-2024, 20:28
“Hava hücumu ssenarisi mümkündür” - Müsahibə
19-02-2024, 16:33
Aktyor: “Əvvəldən bilsəydim o filmə çəkilməzdim...” - Müsahibə
16-02-2024, 12:55
Bəstəkar: “Zamanın ritmini tutmaq çətinləşib” - Müsahibə
28-01-2024, 15:36
Qüdrət Həsənquliyev: “Azərbaycan yenidən qurulmalıdır” - Müsahibə
9-12-2023, 20:57
Hərbi ekspert: “Krım körpüsü dağıdılmalıdır” - Müsahibə
14-11-2023, 19:08
Xalq artisti: “Teatrın ən ağrılı məsələlərindən biri də yaş senzi ilə bağlıdır” - Müsahibə
4-11-2023, 09:41
İlham Əziz: “Hər yazıçının öz əlifbası olmalıdır” - Müsahibə
27-10-2023, 15:19
Zahid Oruc: “Zəfər dövləti, Zəfər təşkilatı, Zəfər təhsil modeli yaradılmalıdır” - Müsahibə
27-10-2023, 11:01
Əlizadə Nuri: “Şairlik-sözlə inqilab etməkdir” - Müsahibə
23-10-2023, 18:22
General Sırski: “Düşmən ciddi itkilər verir, lakin onlar...” - Müsahibə
23-10-2023, 10:26
Aktrisa: “Özümü olmalı olduğum yerdə hiss edirəm” - Müsahibə
19-09-2023, 13:48
Hərbi analitik: “Rusiya Moskvanı lazımi şəkildə qoruya bilmirsə, deməli...” - Müsahibə
5-09-2023, 18:40
General: “Rusiya elitası Putini devirməyə hazırdır” - Müsahibə
23-08-2023, 18:14
Beynəlxalq ekspert: “Ruslar Ukrayna ilə uzunmüddətli hərbi qarşıdurmaya ümid edirlər” - Müsahibə
16-08-2023, 12:08
Kənan Məmmədov: “Kino günündə göstərməyə yeni film olmadı” - Müsahibə
10-08-2023, 15:00
Rıjenko: “Rusiyanın Qara dəniz donanmasını məhv etmək üçün yüzlərlə drona ehtiyac var” - Müsahibə
30-05-2023, 16:48
Kinorejissor: “Bəzilərini kinonun taleyi yox, kinostudiyanın ərazisi maraqlandırır”
16-05-2023, 16:48
Şeytelman: “Priqojin Rusiyada yeganə şəxsdir ki, dövlət çevrilişlərini uğurla həyata keçirə bilir”
13-05-2023, 09:34
Qüdrət Həsənquliyev: “Davamlı sülh üçün danışıqları Türkiyə və Rusiya ilə aparmalıyıq” - Müsahibə
3-03-2023, 16:55
Keçmiş deputat: “Rus imperiyasının dağılması qaçılmazdır” - Müsahibə
9-02-2023, 12:36
Deputat: “Ciddi əks-zərbə vurulmalıdır” - Müsahibə
7-01-2023, 15:55
Sərdar Cəlaloğlu: “Rusiya Qarabağı ələ keçirməyə çalışır” - Müsahibə
30-12-2022, 10:55
Köçəri Nağıbəyli: “Bizim öz torpaqlarımızda yaşamaq hüququmuz olmalıdır” - Müsahibə
11-12-2022, 13:12
Səxavət Əlisoy: “Partiya sədrlərinin əksəriyyəti təkəbbürlü və yekəxanadır” - Müsahibə
27-11-2022, 10:15
Professor: “Rusiya və Fransa Azərbaycan-Ermənistan danışıqlarında böhranlı vəziyyət yaradıb” - Müsahibə
12-11-2022, 19:43
Tofiq Zülfüqarov: “Rusiyada siyasi böhran zamanıdır” - Müsahibə
28-10-2022, 13:08
Deputat: "Putin ikinci böyük səhvə yol verdi, həm də sübut etdi ki..."