22:45 / 02-04-2025
Gömrükçülər rəhbərlikdən narazıdır
22:12 / 02-04-2025
Frank-Valter Ştaynmayerin Azərbaycana səfəri başa çatıb
21:41 / 02-04-2025
Almaniya prezidenti "Ağ Şəhər”də olub - Fotolar
21:34 / 02-04-2025
Azərbaycan və Almaniya prezidentləri konsertdə iştirak ediblər
20:34 / 02-04-2025
Sumqayıtda küçədə 75 yaşlı kişinin meyiti tapılıb
19:01 / 02-04-2025
Azərbaycan Kuboku: "Araz-Naxçıvan" ilk oyunda "Qarabağ"a qalib gəlib
18:30 / 02-04-2025
Azərbaycan prezidenti Çinə səfər edəcək
18:17 / 02-04-2025
Almaniya prezidenti İçərişəhərlə tanış olub - Fotolar
18:04 / 02-04-2025
Xarici dövlət rəsmisinə Bakıya səfərində sui-qəsd planlaşdıran əcnəbilərə hökm oxunub
17:47 / 02-04-2025
Ermənistanı yenidən təhlükəli oyuna sürükləyirlər - Deputat
17:33 / 02-04-2025
Mövqelərimiz yenə atəşə tutulub
17:24 / 02-04-2025
Şərurlu İsfəndiyarı məhkəməyə veriblər
16:55 / 02-04-2025
3000 il yaşaya bilən ağac növləri tapılıb - Fotolar
16:48 / 02-04-2025
Təhlükəsizlik orqanı əməkdaşlarının peşə bayramı qeyd olunub - Fotolar
16:38 / 02-04-2025
Azərbaycan və Somali arasında əməkdaşlıq sazişi təsdiqlənib
16:02 / 02-04-2025
Zülfüqarov: Ermənistanla bağlı bəzi stereotiplərimiz dəyişməlidir
15:59 / 02-04-2025
İlham Əliyev Çindən gələn nümayəndəni qəbul edib
15:58 / 02-04-2025
Moldovalı deputat və gürcü hakimlərə qarşı sanksiyalar tətbiq olunub
15:44 / 02-04-2025
Dövlət xadimlərinin adından saxta müraciətlər hazırlayanların məhkəmələri başlayıb
15:44 / 02-04-2025
Bakı və İrəvan vaxtında sülhə nail olmasa... - Kreml fürsət gözləyir
15:42 / 02-04-2025
Azərbaycan və Almaniya prezidentləri görüşüb: "...top Ermənistan tərəfdədir" - (Yenilənib) - Fotolar
14:59 / 02-04-2025
Hesablama Palatasının ötənilki fəaliyyətinə dair hesabat MM-ə təqdim edilib
14:30 / 02-04-2025
Tarif Şurası dərmanlarla bağlı qərar verib - Siyahı
14:19 / 02-04-2025
Yeni tariflər qlobal iqtisadiyyata ağır zərbə vuracaq
14:18 / 02-04-2025
İlham Əliyevin adından Almaniya prezidentinin şərəfinə rəsmi nahar verilib
14:14 / 02-04-2025
Mərkəzi Bankda yeni təyinat olub
14:12 / 02-04-2025
Qarabağa növbəti köç karvanı gedib - (Yenilənib)
14:10 / 02-04-2025
Sabah yağış yağacaq
23:29 / 28-03-2025

23:32 / 28-03-2025

13:54 / 01-04-2025

20:19 / 29-03-2025

13:54 / 29-03-2025

00:03 / 30-03-2025

23:39 / 30-03-2025

16:25 / 29-03-2025

09:43 / 29-03-2025

11:26 / 29-03-2025

20:02 / 30-03-2025

00:03 / 31-03-2025

Politoloq: “Türkiyə atəşkəsi uzatmağa razı olmayacaq” - Müsahibə
Tarix: 11-10-2020 12:21 | Bölmə: Müsahibə

Qabil Hüseynli: “Əgər ermənilər Azərbaycan ərazilərini döyüşsüz tərk etməyə hazırdırlarsa, bu zaman döyüş dayandırıla bilər. Bunun üçün müəyyən qrafik veriləcək və bu qrafikə Azərbaycan Ordusu nəzarət edəcək. Yox, əgər razı olmasalar…”
9-10 oktyabr tarixlərində Moskva şəhərində Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşü nəticəsində humanitar atəşkəs razılaşması əldə edilsə də, işğalçı Ermənistan üzərinə götürdüyü öhdəliklərə əməl etmir. Humanitar atəşkəsdən sonrakı müddətdə də Ermənistan Azərbaycanın yaşayış məntəqələrini atəşə tutmaqda davam edir. Azərbaycanın ikinci böyük şəhəri Gəncənin raket atəşinə tutulması (11.10.2020-ci il tarixdə gecə saat 02 radələrində) nəticəsində isə 3-ü qadın olmaqla 9 nəfər dinc sakin həlak olub, 16-sı qadın, 6-sı azyaşlı olmaqla 34 nəfər yaralanıb, 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektlərə ziyan dəyib.
Azərbaycanın sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli xarici işlər nazirlərinin əldə etdiyi humanitar atəşkəs rejimini qiymətləndirərkən Reyting.az-a deyib ki, bu fürsətdən istifadə edərək ordumuza çəki-düzən verəcəyik:
- Humanitar atəşkəs həm Rusiya prezidenti Putinin çağırışı idi, həm də Fransa prezidenti Makron Avropada özünü cırırdı. Sözsüz ki, həm də beynəlxalq çağırışlar var idi. Bütün bunların qarşılığında Azərbaycan məcbur oldu ki, humanitar atəşkəs fasiləsi versin. Bu, əslində dünya müharibələrində, eləcə də lokal müharibələrdə tətbiq olunan üsuldur. Bu zaman cəsədlərin döyüş meydanlarından toplanması, onların şəxsiyyətinin müəyyən edilməsi və ailələrinə çatdırılması işi həll edilir. Eyni zamanda əsirlərlə bağlı müəyyən prosedurlar həyata keçirilir. Həm də ola bilsin ki, tərəflər müsbət niyyət nümayiş etdirərək bundan sonra müharibənin davam etdirilməməsi və müharibədə üstünlük qazanan tərəfin arzularının yerinə yetirilməsi nəticəsində birdəfəlik sülh əldə olunsun. Amma mən bunu Ermənistandan gözləmirəm. Hesab edirəm ki, Ermənistan dağılana qədər Azərbaycana təslim olmayacaq.
Bizim niyyətimiz yalnız işğal olunan ərazilərdən erməni təcavüzkar silahlı dəstələrini çıxarmaqdır. Buna da çox yaxınıq.
Hesab edirəm ki, bu, qısamüddətli atəşkəs dövrü olacaq. Biz sözsüz ki, bu fürsətdən istifadə edərək ordumuza çəki-düzən verəcəyik, onun təchizatını gücləndirəcəyik, işğaldan azad olunan ərazilərimizin gücləndirilməsi işini aparacağıq, düşmənin ehtimal olunan hücumlarının qarşısını almaq üçün tədbirlər görüləcək və s.
Yaxşı olardı ki, indiki humanitar atəşkəs dövründə ermənilər də gəlib döyüş meydanlarında qalan leşlərini yığıb aparsınlar. Hesab edirəm ki, bundan sonra da nəbz yoxlaması gedəcək. Əgər ermənilər Azərbaycan ərazilərini döyüşsüz tərk etməyə hazırdırlarsa, bu zaman döyüş dayandırıla bilər. Bunun üçün müəyyən qrafik veriləcək və bu qrafikə Azərbaycan Ordusu nəzarət edəcək. Yox, əgər razı olmasalar yenidən döyüş başlayacaq və ordumuz ərazi bütövlüyümüzü təmin etmək üçün addımlarını davam etdirəcək.
- Sizcə, ermənilərin sülh prosesindən qaçması və ya buna töhvə vermək niyyətində olması nə qədər müddətə bilinəcək?
- Atəşkəs rejimi uzağı 3 gün müddətinə nəzərdə tutula bilər. Bu müddət ərzində səngərlərdən Qırmızı Xaç Komitəsinin iştirakı ilə cəsədlərin yığışdırılması prosesi başa çatdırılmalıdır. Ondan sonra ermənilər istəsə qısamüddətli danışıqlar olacaq və danışıqlar prosesində bu dəfə ermənilər diktə edən tərəf olmayacaq, meydan sulamayacaq. Azərbaycan tərəfi ona açıq deyəcək ki, siz döyüş olmadan Azərbaycanın tarixi sərhədlərindən çıxmağa hazırsınızmı?
Yeri gəlmişkən, tarixi sərhədlər dedikdə, biz 1923-cü ildə hansı sərhədlə SSRİ-nin yaradılmasına qoşulmuşuqsa, o sərhədlər nəzərdə tutulur. Bəllidir ki, o zaman Azərbaycan ərazisi 116 min kvadratkilometr idi. Stalin və Mikoyan o zaman bəzi ərazilərimizi ermənilərə verdilər. O cümlədən də Zəngəzuru. Əslində Türkiyə bu torpaqların da geri qaytarılmasını tələb edir. Amma, hələlik biz deyirik ki, ermənilər 1991-ci ildə - SSRİ dağıldıqdan sonra və Azərbaycan müstəqilliyini bərpa etdikdə hansı ərazi ilə imperiyanın tərkibindən çıxıbsa, həmin sərhədlərdən kənara çıxsınlar. “Dağlıq Qarabağ bizimdir”, “Öz müqəddəratımızı təyinetmə hüququmuz var”, - kimi çağırışlar bu gün aktual olmayan məsələlərdir. Odur ki, erməni tərəfi müharibəni davam etdirmək istəyirsə, belə sarsaq addımlarını davam etdirsinlər. Yox, istəmirlərsə, çıxsınlar, biz də zamanında elan etdiyimiz kimi, ermənilərə mutariyyət hüququ verə bilərik. Bu, özünüidarə hüququdur, amma istəsələr özləri öz büdcələrini idarə edərlər. Amma belə olsa, onlar məmnuniyyətlə Azərbaycan büdcəsinə ortaq olmağa razılaşarlar. Bu halda daha çox pay ala bilərlər. Bir sözlə, ermənilər bizim vətəndaşlarımızdır. Kim istəyərsə, qayıdıb Dağlıq Qarabağda yaşaya və Azərbaycan vətəndaşlığını ala bilər. Söhbət Dağlıq Qarabağ regionunda yaşamış ermənilərdən gedir.
- Amma çoxları kimi Siz də ermənilərin belə xoş niyyət göstərəcəyinə ümid etmirsiniz...
- Mən hesab etmirəm ki, ermənilər bu yola gəlsinlər. Onlar yerin dibinə girməyə hazır olarlar, amma bu cür ağır şərtlərlə sülh müqaviləsi imzalamağa razı olmayacaqlar. O başqa məsələdir ki, razı olmayacaqlarsa, daha pis aqibətlə baş-başa qalacaqlar.
Amma işğaldakı ərazilər bizimdir, həmişə də bizim olacaq.
- Fakt odur ki, tərəflər Moskvada razılıq əldə etdi və görünən budur ki, atəşkəs bir müddət davam edəcək. Sizcə, Türkiyə bu atəşkəsdən, danışıqlardan razıdırmı?
- Hər halda Türkiyə razı olmasaydı bu görüş baş tutmayacaqdı. Görünür, Rusiya prezidenti Vladimir Putin Türkiyəni də razı sala bilib. Azərbaycanı da həmçinin. Bu, kompromis addımdır. Əgər biz buna getməsəydik, deyəcəkdilər ki, bunlar yalnız müharibə, adam öldürmək istəyirlər və s. Bu da bir diplomatik gedişdir və bunu etmək lazımdır. Amma Türkiyə atəşkəsi uzatmağa heç cür razı olmayacaq.
- Sizə elə gəlmirmi ki, hərbi əməliyyatlar ən tezi gələn ilin yazında başlaya bilər?
- Yox. Yaz niyə? Söhbət üç gündən gedir. Humanitar atəşkəs 3-5 gün ola bilər.
- Amma Moskva razılaşmasında humanitar atəşkəsin müddəti yoxdur...
- Məncə, müddət məsələsinin təfərrüatları iki tərəf arasındakı danışıqlar prosesində razılaşdırılır. Müddət məsələsi ona görə olmayıb ki, Azərbaycan tərəfi dəqiq müddətin müəyyən edilməsini istəməyib.
- Həm Ermənistan, həm də separatçı rejim elan edir ki, problemin yolu “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyinin tanınmasından keçir. Hətta bununla bağlı separatçı rejimin bir neçə müraciət və açıqlamaları var. Biz yaxın gələcəkdə belə pis ssenari ilə qarşılaşa bilərikmi?
- Sözsüz ki, biz belə çətinliklə üzləşib, onu dəf etməyə çalışacağıq. Amma nəzərə alın ki, bu, beynəlxalq hüquqa zidd məsələdir. Beynəlxalq hüquqda bir xalqın yalnız bir dəfə öz müqəddaratını təyinetmə hüququ var. Onlar onsuz da öz milli müqəddaratını bizim tarixi torpaqlarımızda bir dəfə əldə ediblər.
- Separatçı rejimin müstəqilliyini bu andan etibarən kimlərinsə tanıması ehtimalı varmı?
- Əvvəla, tanımaq ehtimalı yoxdur. Üstəlik, kimlərinsə tanımasının heç bir əhəmiyyəti olmayacaq. 65 min erməni və 45 min azərbaycanlının yaşadığı bir ərazidə hansı mütəqilliyin tanınmasından söhbət gedə bilər? Üstəlik, burada referendum Azərbaycanın milli qanunvericilik əsasında keçirilə bilər. Bu halda referenduma bütövlükdə Azərbaycan dövlətinin vətəndaşları səs verməlidir. Çünki torpaq xalqındır. Odur ki, belə axmaq ssenariləri əsaslı hesab etmirəm.
Reyting.az
Bölməyə aid digər xəbərlər

1-03-2025, 15:45
Deputat: Ukraynanı yalnız ABŞ xalqının Trampa qarşı qalxması xilas edə bilər - Müsahibə
23-01-2025, 19:03
İmran Bədirxanlı: “Özünü tapandan sonra yaşamaq asanlaşır” - Müsahibə
8-01-2025, 10:49
“Kino adamı kimi bir çox şeylər məni qane etmir” - Müsahibə
18-11-2024, 12:28
Turan Manafzadə: “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Müsahibə
17-08-2024, 15:25
“Böyük güclər sülhdə maraqlı görünmürlər” - Müsahibə
12-08-2024, 11:00
Emin Əfəndiyev: “Yeni ssenarilər, layihələr barədə düşünürəm” - Müsahibə
22-07-2024, 09:58
Gənc xanəndə: “Məcnun kimi səhnəyə çıxmaq ən böyük arzularımdan biri olub” - Müsahibə
8-07-2024, 10:43
Aktrisa: “Mən ürək adamıyam...” - Müsahibə
14-06-2024, 15:06
Nazir: “Sertifikatlaşdırmada iştirak edən hər beş müəllimdən biri kəsilir” - Müsahibə
6-04-2024, 21:12
Qulu Ağsəs: “Tənqidi indi çox tənqid edirlər” - Müsahibə
2-04-2024, 20:28
“Hava hücumu ssenarisi mümkündür” - Müsahibə
19-02-2024, 16:33
Aktyor: “Əvvəldən bilsəydim o filmə çəkilməzdim...” - Müsahibə
16-02-2024, 12:55
Bəstəkar: “Zamanın ritmini tutmaq çətinləşib” - Müsahibə
28-01-2024, 15:36
Qüdrət Həsənquliyev: “Azərbaycan yenidən qurulmalıdır” - Müsahibə
9-12-2023, 20:57
Hərbi ekspert: “Krım körpüsü dağıdılmalıdır” - Müsahibə
14-11-2023, 19:08
Xalq artisti: “Teatrın ən ağrılı məsələlərindən biri də yaş senzi ilə bağlıdır” - Müsahibə
4-11-2023, 09:41
İlham Əziz: “Hər yazıçının öz əlifbası olmalıdır” - Müsahibə
27-10-2023, 15:19
Zahid Oruc: “Zəfər dövləti, Zəfər təşkilatı, Zəfər təhsil modeli yaradılmalıdır” - Müsahibə
27-10-2023, 11:01
Əlizadə Nuri: “Şairlik-sözlə inqilab etməkdir” - Müsahibə
23-10-2023, 18:22
General Sırski: “Düşmən ciddi itkilər verir, lakin onlar...” - Müsahibə
23-10-2023, 10:26
Aktrisa: “Özümü olmalı olduğum yerdə hiss edirəm” - Müsahibə
19-09-2023, 13:48
Hərbi analitik: “Rusiya Moskvanı lazımi şəkildə qoruya bilmirsə, deməli...” - Müsahibə
5-09-2023, 18:40
General: “Rusiya elitası Putini devirməyə hazırdır” - Müsahibə
23-08-2023, 18:14
Beynəlxalq ekspert: “Ruslar Ukrayna ilə uzunmüddətli hərbi qarşıdurmaya ümid edirlər” - Müsahibə
16-08-2023, 12:08
Kənan Məmmədov: “Kino günündə göstərməyə yeni film olmadı” - Müsahibə
10-08-2023, 15:00
Rıjenko: “Rusiyanın Qara dəniz donanmasını məhv etmək üçün yüzlərlə drona ehtiyac var” - Müsahibə
30-05-2023, 16:48
Kinorejissor: “Bəzilərini kinonun taleyi yox, kinostudiyanın ərazisi maraqlandırır”
16-05-2023, 16:48
Şeytelman: “Priqojin Rusiyada yeganə şəxsdir ki, dövlət çevrilişlərini uğurla həyata keçirə bilir”
13-05-2023, 09:34
Qüdrət Həsənquliyev: “Davamlı sülh üçün danışıqları Türkiyə və Rusiya ilə aparmalıyıq” - Müsahibə
3-03-2023, 16:55
Keçmiş deputat: “Rus imperiyasının dağılması qaçılmazdır” - Müsahibə
9-02-2023, 12:36
Deputat: “Ciddi əks-zərbə vurulmalıdır” - Müsahibə
7-01-2023, 15:55
Sərdar Cəlaloğlu: “Rusiya Qarabağı ələ keçirməyə çalışır” - Müsahibə
30-12-2022, 10:55
Köçəri Nağıbəyli: “Bizim öz torpaqlarımızda yaşamaq hüququmuz olmalıdır” - Müsahibə
11-12-2022, 13:12
Səxavət Əlisoy: “Partiya sədrlərinin əksəriyyəti təkəbbürlü və yekəxanadır” - Müsahibə
27-11-2022, 10:15
Professor: “Rusiya və Fransa Azərbaycan-Ermənistan danışıqlarında böhranlı vəziyyət yaradıb” - Müsahibə
12-11-2022, 19:43
Tofiq Zülfüqarov: “Rusiyada siyasi böhran zamanıdır” - Müsahibə
28-10-2022, 13:08
Deputat: "Putin ikinci böyük səhvə yol verdi, həm də sübut etdi ki..."
25-10-2022, 08:35
Politoloq: “Rusiya və İran Azərbaycanda nələrəsə nail olmağa çalışsa da...” - Müsahibə
21-10-2022, 13:42
Vahid Əhmədov: “Heç kim bahalaşmanın qarşısını ala bilmir” - Müsahibə
15-10-2022, 09:58
Deputat: “Rusiya ilə məsələni konkretləşdirməyin vaxtı çatıb” - Müsahibə