19:14 / 18-10-2025
Prezident İlham Əliyev ABŞ Mərkəzi Komandanlığının komandanını qəbul edib - Fotolar
18:04 / 18-10-2025
Rusiyalı bloqer evində ölü tapılıb
16:37 / 18-10-2025
Vatikan zəfəri - Foto
16:15 / 18-10-2025
ANAMA sədrinə I müavin təyin olunub
16:01 / 18-10-2025
Ramiz Mehdiyev Təhlükəsizlik Şurasının üzvlüyündən azad edilib
11:54 / 18-10-2025
İlham Əliyev “Kazinform”a müsahibə verib
11:14 / 18-10-2025
Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyinin inzibati ofisi açılıb
10:26 / 18-10-2025
Mehriban Əliyeva: "Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi..." - Foto
09:13 / 18-10-2025
Premyer Liqa: Bu gün daha iki görüş baş tutacaq
00:03 / 18-10-2025
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
23:44 / 17-10-2025
Mehriban Əliyeva Vatikanın dövlət katibi ilə görüşüb - Foto
23:09 / 17-10-2025
Zelenski ilə Tramp Ağ evdə görüşüblər - Yenilənib
21:40 / 17-10-2025
"Qarabağ" "Turan Tovuz"a qalib gəlib
19:51 / 17-10-2025
Füzlinin intensiv inkişafı... - Şəfa Əliyev yazır
19:50 / 17-10-2025
Mehriban Əliyeva Roma Papası ilə görüşüb - Fotolar
19:38 / 17-10-2025
Deportasiyadan bəhs edən kitabın təqdimatı olub - Fotolar
19:17 / 17-10-2025
Macarıstan Putini həbs etməyəcək
19:11 / 17-10-2025
NATO Avropada dron təxribatlarına qarşı tədbirləri gücləndirib
18:53 / 17-10-2025
Kreml Donald Trampı çaşdırır
18:38 / 17-10-2025
Prezident yeni səfirlik təsis edib - Sərəncam
18:08 / 17-10-2025
Ceyhun Bayramov İƏT Əmək Mərkəzinin baş direktoru ilə görüşüb
18:02 / 17-10-2025
DİN-də kollegiya iclası keçirilib
17:55 / 17-10-2025
HƏMAS-İsrail sülhü davamlı olacaqmı?
17:16 / 17-10-2025
Azərbaycanın əsas neft ixrac etdiyi ilk 5 ölkə - Siyahı
16:57 / 17-10-2025
Ramiz Mehdiyev ev dustaqlığını bu villasında çəkir - Fotolar
16:46 / 17-10-2025
AMEA Ramiz Mehdiyevlə bağlı məhkəmə qərarını gözləyir
16:20 / 17-10-2025
Departament rəisi vəzifədən azad edilib
16:14 / 17-10-2025
Azərbaycan millisi FIFA reytinqində bir pillə irəliləyib
16:00 / 17-10-2025
Bakıda TDT-nin Sənaye, Elm, Texnologiya və İnnovasiya Nazirlərinin 2-ci iclası keçiriləcək
15:30 / 17-10-2025
Ramiz Mehdiyev 7 saat dindirilib?
12:11 / 17-10-2025

19:51 / 17-10-2025

17:37 / 15-10-2025

14:10 / 16-10-2025

22:14 / 14-10-2025

13:21 / 15-10-2025

11:33 / 16-10-2025

13:05 / 16-10-2025

16:01 / 18-10-2025

23:49 / 15-10-2025

11:59 / 15-10-2025

16:37 / 14-10-2025

Ayaz Mütəllibov: “Həlak olanlar mənim komandam, mənim arxam idi” - Müsahibə
Tarix: 21-11-2017 12:03 | Bölmə: Müsahibə

Azərbaycanın eks-prezidenti Qarakənd səmasında baş vermiş terrorun sirrini açmaq istəmir
1991-ci ilin 20 noyabrında baş verən vertolyot terroru ilə bağlı Azərbaycanın ilk prezidenti olmuş Ayaz Mütəllibov ilginc açıqlamalarla çıxış edib.
1991-ci il 20 noyabrda Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında erməni hərbi dəstələri tərəfindən vurulan Azərbaycanın hərbi helikopterində həlak olanlar arasında dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, sabiq daxili işlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov və Vəli Məmmədov, baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri və jurnalist Osman Mirzəyev, Qazaxıstan Respublikası daxili işlər nazirinin müavini Sanlal Serikov, jurnalisti Alı Mustafayev də var idi. Ümumilikdə qəza nəticəsində 22 nəfər həlak olub.
Eks-prezidentlə 1991-ci ilin 20 noyabrında törədilən vertolyot terroru barədə danışmaq elə də asan olmayıb. A.Mütəllibov bu mövzuda danışmağın onun üçün asan olmadığını, üstəlik, bəzi mətləbləri açmaq istəmədiyini deyərək, danışmaq istəməsə də, Qarabağla bağlı danışıqların hazırkı mərhələsini də əhatə edən söhbət israrla sayəsində baş tutub.
Reyting.az saytı A.Mütəllibovun “Yeni Müsavat” qəzetinə verdiyi müsahibəni təqdim edir:
- Ayaz müəllim, 26 il sonra Qarakənd faciəsi barədə həm də tarix naminə danışmağınız daha faydalıdır. Susmağınızın mənası nədir ki?
- İldönümlərdə mən danışırdım, öz münasibətimi bildirirdim. İndi yeni bir fikir də yoxdur ki, deyəsən. Ürək ağrısından başqa...
- Ötən illərdə elə bizimlə söhbətinizdə demişdiniz ki, hələ 20 noyabr cinayətləri açılmayıb. Açılması üçün həm də danışmaq lazımdır. Bəlkə sizin deyəcəkləriniz həm də hansısa həqiqətlərin açılmasına ipucu verə bilər, elə deyilmi?
- (Pauza) Nə deyim vallah...
- Ayaz müəllim, əminliklə deyə bilərsinizmi ki, 20 noyabrla bağlı artıq hər şeyi danışmışınız?
- Bilirsiniz, siyasətdə elə şeylər var ki, lazımi məqamda həm danışmaq olur, həm də danışmaq məsləhət olmur. Mən bunu deməklə bildirirəm ki, məsələyə ehtiyatla yanaşmalıyıq. Əgər diqqət varsa, demək, bu suallar nahaq yerə verilmir, kimsə nəyisə öyrənmək istəyir, mənə istinad edərək. Sözün doğrusu, mən də hələ danışmağa səbəb tapmıram. Bu o deməkdir ki, mən sabah sizin sualınıza “hə”, “yox” cavablarını verməliyəm. Ancaq mən bunu edə bilmirəm, çünki əlimdə əsas da yoxdur. Kölgəli məsələlər bu vaxta qədər qalıb. Düzdür, söz-söhbətlər illər boyu geniş miqyasda gedir, ancaq tərpəniş yoxdur. Həqiqəti ayırd etmək üçün tərpəniş lazımdır.
- Deməli, sizin də şübhələrə son qoyulmayıb. Üstəlik də bu günə qədər vertolyot faciəsi ilə bağlı hər şeyi deməmisiniz, eləmi?
- Yox, hər şeyi demək də mümkün deyil. Bir-iki sözlə də qurtarmaq olmur. Niyə belə olub? Kimdir bunun arxasında dayanan? Bu hadisələri törədənlər kimlərdir?
Mən bu haqda müsahibələrimdə çox demişəm, müsahibələrimdə vurğulamışam. İndinin özündə vertolyot qəzasına aid olan bildiklərimi kifayət qədər demişəm...
- Sabiq daxili işlər naziri İsgəndər Həmidov qəzetimizə müsahibəsində “İstintaq bilavasitə gəlib Rusiyanın üstünə çıxırdı”, “O vaxt nə ermənilərdə, nə də bizdə hava qurğusunu vuran raketlər yox idi” kimi çox ciddi fikirlər səsləndirib. Siz necə, keçmiş prezident kimi bu fikirlərlə razılaşırsınızmı?
- Mən bilmirəm hansı silahlardan, raketlərdən söhbət gedir. Bunlar Rusiyada olub, ya olmayıb, deyə bilmərəm.
- Bəs siz inanırsınızmı ki, vertolyotu vuran ermənilər olub, yaxud öz təşəbbüsləri ilə bu terroru törədiblər?
- (Sükut) Nə deyim vallah...
- Bakıdan yüksək çinli məmurların olduğu vertolyotun Qarabağa uçacağı barədə məlumat erməni terrorçularına sızdırıla bilərdimi? Yoxsa bu hadisənin bir təsadüf olması versiyasına üstünlük verirsiniz?
- (Yenə də pauzadan sonra) Gəl bu söhbəti gələcəyə saxlayaq. Mənim indi danışmaq imkanım yoxdur. Ona görə də indi heç nə deyə bilmərəm. Zaman gəlsin, danışaram. Siz oturub düşünmüşünüz, hansı sualları mənə verəcəksiniz... O sualları da verirsiniz, ancaq mənə imkan vermirsiniz ki, düşünüm, analitika edim, görüm budur, bu deyil. Heç olmasa bir balaca fikirləşim.
- Fikirləşmək üçün 26 il bəs eləmədimi?
- Elə məqamlar var ki, hələ növbəsi çatmayıb.
- Bir dəfə demişdiniz ki, bu hadisə ilə mənim qol-qanadımı vurdular...
- Vurdular da. Həlak olanlar mənim komandam, mənim arxam idi.
- Hadisəni Ayaz Mütəllibovun təşkil etməsi, onları bir vertolyotda göndərməsi barədə iddialar barədə nə deyə bilərsiniz?
- Yox, mən elə şey eşitməmişəm. Əgər deyirlərsə, bunu deyən axmaq adamdır.
- Kifayət qədər nüfuzlu dövlət xadimləri idi. Siz necə hesab edirsiniz, onlar sağ qalsaydı, Qarabağda vəziyyət indikindən fərqli ola bilərdimi?
- Bəli, bəli. Hər şey ola bilərdi. O zaman təlatümlü bir dövr idi.
- Rusiyaya aparılan “qara qutu”nun sonrakı taleyi haqda sizdə nə xəbər var?
- Yox, mənim xəbərim olmadı, bu vaxta qədər də yoxdur. Bircə onu eşitdim ki, dedilər “qara qutu” elə bir vəziyyətdədir ki, ondan istifadə etmək mümkün deyil.
- Tamerlan Qarayevin son anda vertolyota minməməsinin səbəbləri barədə uzun illərdir danışılır. Siz bu barədə nə deyə bilərsiniz? Bu istiqamətdə sualların cavabı varmı sizdə?
- Yox. Mən bu haqda danışmaq istəmirəm. Əsasım da yoxdur. Ümumi sözlərlə nə deyə bilərəm ki? “Ola bilər”, “çox güman”... Bu cür danışmaq yersiz olar. Ancaq müasir tariximiz araşdırılanda imkan tapıb bu məsələlərə qayıtmaq olar, əgər cəmiyyətin tələbatı olarsa.
- Ayaz müəllim, həlak olan komanda üzvlərinizin arasında sizə ən yaxın olan kim idi ki, bu günə qədər onun yoxluğunu qəbul edə bilmirsiniz?
- Hamı mənə əziz idi, hamısının mənim qəlbimdə yeri var idi. Mən burada ayrı-seçkiliyə yol verə bilmərəm. Məsələn, daxili işlər naziri Məhəmməd Əsədov çox böyük kömək edirdi. Onunla birgə Tofiq İsmayılov... Bunlar mənim əl-qolum idi. İsmət Qayıbovun özü. Çox işgüzar adamlar idilər, bunlar can-başla işləyirdilər. Vəzifə, hansısa şəxsi məqsədlər, xal qazanmaq üçün çalışmırdılar. Onlar Vətənə xidmət üçün gəlmişdilər. Tofiqin özü gəlib mənə dedi ki, sənə kömək lazımdır. Özü də biz bir-birimizə “sən” deyirdik. Dedim, a kişi, sən Moskvada böyük yük götürmüsən çiyninə, Ali Sovetin tərkibində ermənilərə qarşı danışan təkcə sənsən. Deyirdi, eybi yoxdur, başqa adam taparıq, ancaq bura vacibdir. Dedim, çox gözəl, sabahdan etibarən çıx işə! Elə də oldu.
Məhəmməd Əsədov da gəldi yanıma ki, bax, mən heç kimə xahiş etməmişəm, Ayaz müəllim, bilavasitə sizə bildirirəm ki, mən Vətənimə, sizə kömək etmək istəyirəm. Heç kimə həvalə eləməmişəm, özüm gəlmişəm.
Mən onu hələ Sumqayıt partiya təşkilatından tanıyırdım, olduqca istedadlı adam idi. Onun əhəmiyyətini mən indi də təsəvvür edəndə istiliyini hiss edirəm.
- İldönüm günü onların məzarlarını ziyarət etməyə imkanınız oldumu?
- Getdim, ziyarət elədim, qohum-əqrəbalarına başsağlığı verdim. Kifayət qədər adam var idi. Ancaq fürsətdən istifadə edərək demək istəyirəm ki, onların ailələrinin müəyyən problemləri var. Mən uzaqdan-uzağa eşitmişəm ki, bəzi xahişləri var.
- Bu barədə bəlkə siz konkretləşdirib ölkə başçısına müraciət etsəniz, daha effektli olardı...
- Mən də ehtiyatımı əldən buraxmıram. Çünki mənim sahəm deyil. Sözün doğrusu, heç elə imkana da malik deyiləm. Ancaq siz dediyinizdə həqiqət var. Lazımdır. Prezidentin də o qədər vaxtı olmur, başı qarışıqdır, mühüm məsələlərlə məşğuldur. Lakin kimsə bu məsələ ilə məşğul olmalıdır.
- Necə bilirsiniz, nə zamansa Qarakənd terrorunun sirri açılacaqmı? Yoxsa daha bundan sonra mümkün deyil?
- Bu da təbii məsələdir. Getdikcə tarix öz sözünü deməlidir. Gələcəkdə də tarixə maraq olacaq. Heç kim deyə bilməz ki, bu məsələyə nöqtə qoyulub, bitib. Xeyr!
- Ermənistanda zəlzələ baş verəndə, 1989-cu ilin dekabrında da Azərbaycanın “İL 76” təyyarəsi müəmmalı şəkildə qəzaya uğradı, 76 nəfər həlak oldu.
- Hə, yadımdadır, zəlzələ ilə bağlı gedənlər idi.
- O hadisə barədə sizdə nə kimi məlumatlar var?
- Yox, məlumatsızam. Ermənilər təyyarəni qəbul etməkdən imtina etdilər.
- Ermənistandan azərbaycanlılar qovulan vaxtda, ərazi iddiaları irəli sürülən zaman Azərbaycandan yardım üçün adamlar göndərilirdi. Niyə?
- O zaman SSRİ-nin olduğu zaman idi. Mərkəz belə bir qərar qəbul etmişdi. Ancaq ermənilərin bizim addımımıza qarşı münasibəti çox sərt oldu. Ağılsız...
- O heyəti siz göndərdiniz?
- Yox, yox. Mən bu işlə məşğul deyildim.
- Qayıdaq bu günə. Rusiya XİN başçısı Sergey Lavrov Bakıdan sonra İrəvana getdi. Qarabağla bağlı nə isə gözləyirsinizmi?
- Vallah, həmişə eşidəndə deyirəm nə ola, nəhayət, ağıllı davranıb, bir məxrəcə gəlib bu məsələnin nöqtəsini qoyaydılar. Çünki mən belə düşünürəm ki, Azərbaycan-Rusiya münasibətlərinin saf olması ilk növbədə Rusiyaya lazımdır.
- Bəs Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması, Qarabağın azadlığı necə, Kremlə lazımdırmı?
- Burada ən mühüm məsələlərə aid qərarlar hazırlayıb meydana çıxartsaq, artıq bu barədə danışmaq olar. Biz prinsipial mövqeyimizi bildirməliyik ki, tələbimiz nədir. Ancaq onu da deyə bilərəm ki, çox şey ermənilərdən asılıdır, azərbaycanlılardan yox.
Kompromis məsələsinə gələndə, Azərbaycanın nə kompromisi olacaq? 20 faiz torpaqlarımız işğal edilib, hansı kompromisdən danışmaq olar? Kompromisə ermənilər getməlidir.
- Erməni əsilli rus nazir Qarabağ məsələsini Azərbaycanın faydasına həll etmək istəyərmi?
- Birinci növbədə Lavrov Rusiya Federasiyasının xarici işlər naziridir, erməni olmağına baxmayaraq. Məmurdur, məmura deyirlərsə, onu icra etməlidir, özbaşına heç nə edə bilməz.
- Bu ilin yanvarında demişdi ki, Dağlıq Qarabağ məsələsi Azərbaycanın daxili işi deyil. Belə bir adamdan nəsə gözləmək olarmı?
- Yəqin ki, o, böyük geosiyasi məsələləri nəzərdə tutur. Doğrudan da burada Moskva-Vaşinqton məsələsi var.
- Lavrovun dediklərindən bir daha aydın oldu ki, Azərbaycanın Avrasiya İqtisadi Birliyinə qoşulması Rusiyaya daha çox lazımdır, nəinki bölgədə sülhün yaradılması.
- Yəqin ki, belədir. Ancaq mən belə olan halda deyirəm ki, Rusiya iqtisadi nöqteyi-nəzərdən maraq yetirməsə də, Azərbaycanın geostrateji, coğrafi vəziyyəti çox önəmli faktordur, ruslar da bundan imtina edə bilməz. Baxın, Yaxın Şərq, Orta Asiya, Xəzərin o tayı, Çin… Mühüm regiondur. Ona görə də Qərbin də burada marağı böyükdür. İndi hansı tərəf tezliklə Qarabağ məsələsini həll etsə, qələbə onundur. Söhbət Moskva ilə Vaşinqtonun arasında olan məsələlərə aiddir.
- Ümumiləşdirəndə bu səfər Dağlıq Qarabağa həsr olunub, yoxsa gündəmdə başqa məsələ var?
- Ümumi məxrəcə gəlməlidirlər, bu işdə hansısa düstur tapılmalıdır və siyasi iradə göstərilməlidir.
- Rusiyanın məqsədi odur ki, Azərbaycan 5 rayonun qaytarılması müqabilində Dağlıq Qarabağdan imtina etsin...
- Heç kim bizim qarşımıza bu şərti qoya bilməz! Bu, Azərbaycan dövlətinin, Azərbaycan rəhbərliyinin işidir. Hansısa şərt qoymaq yersizdir. Yəni siz 5 rayonu alın, ancaq bundan imtina edin. Alverin yeri deyil...
Bölməyə aid digər xəbərlər

6-08-2025, 14:15
Təranə Muradova: “Sevgisiz heç nə yaratmaq mümkün deyil” - Müsahibə
24-07-2025, 17:03
Abdulla: Aktyorları attestasiyadan keçirmək lazımdır - Müsahibə
1-03-2025, 15:45
Deputat: Ukraynanı yalnız ABŞ xalqının Trampa qarşı qalxması xilas edə bilər - Müsahibə
23-01-2025, 19:03
İmran Bədirxanlı: “Özünü tapandan sonra yaşamaq asanlaşır” - Müsahibə
8-01-2025, 10:49
“Kino adamı kimi bir çox şeylər məni qane etmir” - Müsahibə
18-11-2024, 12:28
Turan Manafzadə: “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Müsahibə
17-08-2024, 15:25
“Böyük güclər sülhdə maraqlı görünmürlər” - Müsahibə
12-08-2024, 11:00
Emin Əfəndiyev: “Yeni ssenarilər, layihələr barədə düşünürəm” - Müsahibə
22-07-2024, 09:58
Gənc xanəndə: “Məcnun kimi səhnəyə çıxmaq ən böyük arzularımdan biri olub” - Müsahibə
8-07-2024, 10:43
Aktrisa: “Mən ürək adamıyam...” - Müsahibə
14-06-2024, 15:06
Nazir: “Sertifikatlaşdırmada iştirak edən hər beş müəllimdən biri kəsilir” - Müsahibə
6-04-2024, 21:12
Qulu Ağsəs: “Tənqidi indi çox tənqid edirlər” - Müsahibə
2-04-2024, 20:28
“Hava hücumu ssenarisi mümkündür” - Müsahibə
19-02-2024, 16:33
Aktyor: “Əvvəldən bilsəydim o filmə çəkilməzdim...” - Müsahibə
16-02-2024, 12:55
Bəstəkar: “Zamanın ritmini tutmaq çətinləşib” - Müsahibə
28-01-2024, 15:36
Qüdrət Həsənquliyev: “Azərbaycan yenidən qurulmalıdır” - Müsahibə
9-12-2023, 20:57
Hərbi ekspert: “Krım körpüsü dağıdılmalıdır” - Müsahibə
14-11-2023, 19:08
Xalq artisti: “Teatrın ən ağrılı məsələlərindən biri də yaş senzi ilə bağlıdır” - Müsahibə
4-11-2023, 09:41
İlham Əziz: “Hər yazıçının öz əlifbası olmalıdır” - Müsahibə
27-10-2023, 15:19
Zahid Oruc: “Zəfər dövləti, Zəfər təşkilatı, Zəfər təhsil modeli yaradılmalıdır” - Müsahibə
27-10-2023, 11:01
Əlizadə Nuri: “Şairlik-sözlə inqilab etməkdir” - Müsahibə
23-10-2023, 18:22
General Sırski: “Düşmən ciddi itkilər verir, lakin onlar...” - Müsahibə
23-10-2023, 10:26
Aktrisa: “Özümü olmalı olduğum yerdə hiss edirəm” - Müsahibə
19-09-2023, 13:48
Hərbi analitik: “Rusiya Moskvanı lazımi şəkildə qoruya bilmirsə, deməli...” - Müsahibə
5-09-2023, 18:40
General: “Rusiya elitası Putini devirməyə hazırdır” - Müsahibə
23-08-2023, 18:14
Beynəlxalq ekspert: “Ruslar Ukrayna ilə uzunmüddətli hərbi qarşıdurmaya ümid edirlər” - Müsahibə
16-08-2023, 12:08
Kənan Məmmədov: “Kino günündə göstərməyə yeni film olmadı” - Müsahibə
10-08-2023, 15:00
Rıjenko: “Rusiyanın Qara dəniz donanmasını məhv etmək üçün yüzlərlə drona ehtiyac var” - Müsahibə
30-05-2023, 16:48
Kinorejissor: “Bəzilərini kinonun taleyi yox, kinostudiyanın ərazisi maraqlandırır”
16-05-2023, 16:48
Şeytelman: “Priqojin Rusiyada yeganə şəxsdir ki, dövlət çevrilişlərini uğurla həyata keçirə bilir”
13-05-2023, 09:34
Qüdrət Həsənquliyev: “Davamlı sülh üçün danışıqları Türkiyə və Rusiya ilə aparmalıyıq” - Müsahibə
3-03-2023, 16:55
Keçmiş deputat: “Rus imperiyasının dağılması qaçılmazdır” - Müsahibə
9-02-2023, 12:36
Deputat: “Ciddi əks-zərbə vurulmalıdır” - Müsahibə
7-01-2023, 15:55
Sərdar Cəlaloğlu: “Rusiya Qarabağı ələ keçirməyə çalışır” - Müsahibə
30-12-2022, 10:55
Köçəri Nağıbəyli: “Bizim öz torpaqlarımızda yaşamaq hüququmuz olmalıdır” - Müsahibə
11-12-2022, 13:12
Səxavət Əlisoy: “Partiya sədrlərinin əksəriyyəti təkəbbürlü və yekəxanadır” - Müsahibə
27-11-2022, 10:15
Professor: “Rusiya və Fransa Azərbaycan-Ermənistan danışıqlarında böhranlı vəziyyət yaradıb” - Müsahibə
12-11-2022, 19:43
Tofiq Zülfüqarov: “Rusiyada siyasi böhran zamanıdır” - Müsahibə
28-10-2022, 13:08
Deputat: "Putin ikinci böyük səhvə yol verdi, həm də sübut etdi ki..."