15:07 / 16-09-2025
Nigar Köçərlinin kitabları müsadirə olunub? - Açıqlama
14:55 / 16-09-2025
Alla Puqaçovanın son müsahibəsi 16 milyondan çox baxış toplayıb
14:50 / 16-09-2025
Prezident iqamətgahı üzərindən uçan PUA ələ keçirilib
14:44 / 16-09-2025
İsrail iqtisadiyyatını ağır sınaqlar gözləyir
14:06 / 16-09-2025
Xalq artisti II Fəxri xiyabanda dəfn olunub - Yenilənib
13:39 / 16-09-2025
Prezidentlər Füzulidən sonra Şuşaya gediblər - Fotolar
13:31 / 16-09-2025
Zülfüqarov: Xankəndidə terror törətməklə bir neçə məqsədə çatmaq istəyiblər
13:27 / 16-09-2025
Sabah yağış yağacaq
12:57 / 16-09-2025
Əliyar Ağayev “Bayer”in oyununa təyinat alıb
12:53 / 16-09-2025
Əlisəmid Kür reanimasiyaya yerləşdirilib
12:45 / 16-09-2025
Deputat: “Əvvəlcə ingilis-rus, sonra Azərbaycan dilində yazırlar”
12:39 / 16-09-2025
“Qərbi Azərbaycanın Səsi”nin əhəmiyyəti hiss olunur
12:05 / 16-09-2025
Məleykə Abbaszadə: "İmtahanlarda ən aşağı nəticə coğrafiya və kimya fənləri üzrədir"
11:57 / 16-09-2025
Yeni qadağa Rusiya-NATO müharibəsinə səbəb ola bilər
11:51 / 16-09-2025
DİM sədri: buraxılış imtahanlarında yeni test modeli tətbiq ediləcək
11:46 / 16-09-2025
Makqreqor prezident olmaq niyyətindən əl çəkir
11:42 / 16-09-2025
İlin ikinci Günəş tutulması baş verəcək
11:39 / 16-09-2025
Paşinyanı impiçment etmək istəyirlər
11:13 / 16-09-2025
Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğuna direktor təyin olunub
11:10 / 16-09-2025
Dörd ölkədən Azərbaycana bəzi məhsulların idxalına məhdudiyyət qoyulub
11:06 / 16-09-2025
Trampın London səfəri: kral Uels şahzadəsini önə verəcək
10:59 / 16-09-2025
Nazir: “Müharibə 60 və ya 90 günə bitə bilər”
10:49 / 16-09-2025
Rusiyanın komandanlıq məntəqələri vurulub
10:37 / 16-09-2025
Prokurorluq Əvəz Zeynallının telefonlarını və diktafonunu qaytarıb
10:28 / 16-09-2025
Tramp qəzetdən 15 milyard dollar təzminat istəyir
10:20 / 16-09-2025
“Formula-1” ilə əlaqədar əhaliyə müraciət edilib
10:16 / 16-09-2025
Çempionlar Liqası: bu gün 6 oyun keçiriləcək
10:08 / 16-09-2025
Dövlət Xidmətlərinin Elektron Reyestri yaradılacaq
20:48 / 13-09-2025

15:14 / 12-09-2025

18:29 / 12-09-2025

10:50 / 12-09-2025

18:40 / 14-09-2025

23:44 / 12-09-2025

22:10 / 12-09-2025

09:10 / 12-09-2025

15:37 / 14-09-2025

13:50 / 14-09-2025

00:21 / 12-09-2025

Ukrayna PA-nın əməkdaşı: “Rus ordusu fəlakətə dairəsinə girir” - Müsahibə
Tarix: 18-03-2022 11:25 | Bölmə: Müsahibə

Aleksey Arestoviç: “İşğalçıların vəziyyətdən çıxış yolları azdır. Onlar irəliləyə bilməzlər. Bu qabiliyyəti hər gün itirirlər. Dayanmaq da ölüm kimidir. Ərazini mühasirədə saxlamağa çalışmaq onlara hücumdan daha baha başa gələcək”
Rusiya-Ukrayna müharibəsinin dördüncü həftəsi başlayıb. Hazırda hər iki ölkənin ordusu Ukrayna ərazilərində bir-birinə zərbələr vurmaqda davam edirlər. Aydın görünür ki, rus ordusu qarşısına qoyduğu əsas məqsədə hələ çatmayıb, güclü müqavimət onları hərbi planlarına müəyyən dəyişikliklər etmək məcburiyyətində qoyub. Təbii ki, Ukrayna ordusu da itkisiz ötüşmür.
Reyting.az Ukrayna Prezident Aparatının (PA) məsləhətçisi, hərbi-analitik, keçmiş zabit Aleksey Arestoviçin müharibədəki real vəziyyətlə əlaqədar müsahibəsini təqdim edir.
- Kiyevin kənarındakı ən qaynar nöqtələrdən biri - Buça və Qostomel qəsəbələridir. Orada nə baş verdiyini şərh edə bilərsinizmi?
- Orada düşmən beş gündən çox müdafiə ilə məşğuldur. Hücum potensialları tükəndiyi üçün hər hansı hücum hərəkəti etmirlər. Biz onları quru, raket, artilleriya və aviasiya ilə məğlub etdiyimiz üçün tükəniblər. Quru qoşunlarımız təfərrüatı bir az məhdud ifadə edir. Lakin əsas məğlubiyyət artilleriya zərbələri ilə olub - düşmənin çoxlu canlı qüvvəsi, texnikası məhv edilib və ehtiyatları sıradan çıxarılıb.
- Bəs Kiyevin şərq hissəsi - Borispol və Brovarı?
- Qoşunlarımız onların qarşısını orada kəsib, artilleriyamız və quru qoşunlarımız onları həmin hissədə “döyür”. Beləliklə, burada da narahat ola bilməzsiniz. Bu, şimal-qərbdə olduğu kimidir. Mövqe döyüşləri, taktiki, kiçik, vəziyyəti yaxşılaşdırmaq cəhdləri... Artilleriyamız işləyir.
- İzyumun şimalı isə işğalçılar tərəfindən zəbt olunub, Ukrayna ordusu cənubda mövqe tutub?
- Bəli. Orada çay bölünür. Ağır döyüşlər gedir. Rus qoşunları şəhərdən yan keçməyə çalışıblar. Şəhərdən yan keçmək istəyərkən qüvvələrimiz əks-hücuma keçərək onları bu istiqamətdə məğlub edib. Bunlar taktiki əhəmiyyətli döyüşlərdir.
- Rusiyanın teleqram kanallarını izləyirəm, onlar Ukrayna ordusunu Xarkovdan cənuba çəkir və mühasirəyə almaq istəyirlər?
- Yaxınlıqda ətraf mühasirə yoxdur. Volnovaxada faktiki olaraq fəaliyyətini dayandırmış bir irəliləyiş var. Bizim dəstəmiz Volnovaxa istiqamətində şərqdən qərbə dönüş edib ki, düşmənin fəaliyyəti dayandırılsın.
Ruslar Uqledara hücum etməyə çalışırlar. Onlar bizim qoşunlarımız üçün çox real təhlükə yaradırlar, lakin indiyədək bu reallaşmayıb. Bu istiqamətdə təhlükə bütövlükdə deyil, yalnız bir briqadamızadır. Ancaq biz də onunla işləyirik.
- Görünən odur ki, şərqdə ruslar separatçı Luqanskidə “səfərbərlik” və moblizasiya olunan insanları döyüşə cəlb edib. Belə insanlardan nə qədərinin öldüyü barədə məlumat varmı?
- Hələ ki, ciddi şəkildə işləyə biləcəyimiz dəqiq məlumatımız yoxdur. Amma əlimizdə onların əsirlərinin ifadəsi var. Əsirlərdən biri deyir ki, onlar öncə Birgə Qüvvvələr Əməliyyat (OSS-Donbas) zonasında istifadə olunub, sonra Xarkova köçürülüb və nəticədə onunla birlikdə çağırılan 2000 nəfərdən yalnız 20-si sağ qalıb. Onların necə istifadə edildiyini anlamaq lazımdır.
İndi Avdevkaya hücumun ikinci günüdür. Onlar ukraynalıların illərdir müdafiə qurduqları, minalanmış ərazilərlə yanaşı şəhərlərə atılır, ərazi vurulur. Ardınca Rusiya kadr bölmələrini göndərir.
- Donbasda ən çətin istiqamət hansıdır?
- Severodonetsk, Avdeevka və Popasnaya. Həmçinin Şimali Volnovaxa və İzyum. Sösüz ki, Mariupol başda gəlir.
- Düşmən kiçik dəstələrlə Mariupola əsgərlər yeridir və onların demək olar ki, hamısının məhv edilməsi haqda deyilənlər nə dərəcədə doğrudur?
- Kiçik qrupları onunla əsaslandırmaq olar ki, bizim artilleriyaya istiqamət verəcəyimizdən qorxurlar. Prinsipcə, bu, ağlabatandır, lakin kiçik qruplar da müdafiə qüvvələri üçün böyük qruplar kimi həssas olur. Əgər elit 150-ci diviziyanın general-mayoru Oleq Mityayev öldürülürsə, bu artıq göstəricidir. Nəzərə alın ki, o, yaxşı təlim keçmiş biridir. Baxmayaraq ki, Mityaev yerli əhaliyə fərq qoymadan çox qəddar rəftarı ilə məşhurlaşmışdı.
- Dediklərimizdən belə nəticə çıxır ki, Rusiya Baş Qərargahı onları bütün hallarda döyüşə göndərir?
- Sözsüz. Əslində Mityaev cəbhə xəttində idi. Çox güman ki, necə döyüşmək lazım olduğunu göstərmək məqsədilə döyüşə girib. Çünki onun əsgərləri döyüşməkdən imtina edirdilər. Adətən general yaxın döyüşdə o zaman öldürülür ki, o yerə şəxsən rəhbərlik etsin.
- Başa düşülən odur ki, ndi Mariupola Qərbdən çox təzyiq göstərməyə çalışırlar?
- Bəli. Əsasən Berdyanskdan. Şəhər Şərqdən yaxşı qorunur.
- Mariupolu dəniz istiqamətindən hərbi gəmilərdən atəşə tutmağa başlayıblar?
- Şəhəri sındırmaq üçün bütün vasitələrdən istifadə edirlər. Aydındır ki, mülki yaşayış məntəqələrini də vururlar.
- Ordunuza nə qədər ziyan vururlar?
- Şəhərin müdafiəçiləri, hərbçilər ilə daimi əlaqəm var. Onlar özlərinə çox da hərbi ziyan dəydiyini hiss etmədiklərini deyirlər. Amma dinc əhalini, mülki məntəqələri heç bir səbəb olmadan bombalayırlar.
- Ruslar hələ də Xersonun ətrafına qoşun toplayıb Nikolayevdən yan keçməyə çalışırlar. Səbəb nədir?
- Rus döyüş tərzidir. Çernobayevka təkcə vertolyotlarla deyil, bizim hesablamalarımızla, qrupun bu istiqamətdə təkmil komanda məntəqəsi ilə əhatə olunduqdan sonra onlarda çaxnaşma yaranıb. Onlar Nikolayev yaxınlığından çaxnaşma içində qaçdılar və qaçışı orada hansısa səhra komandiri dayandırdı. Onlar qismən öz mövqelərinə qayıtdılar. Hazırda döyüşlər gedir.
- Odessa təhlükədədir?
- Odessa ilə bağlı qətiyyən narahat olmaq olmaz.
- Amma ruslar Odessa vilayətinin Tuzla kəndi istiqamətində vurmağa başlayıb...
- Bəli, kənd ərazisindən. Onlar hədəfə atəş açmayıblar. Onların vəzifəsi atəş gücümüzü yoxlamaq idi. Bizimkilər ağıllı davrandılar, cavab vermədilər. Bu səbəbdən də düşmən istədiyini əldə edə bilmədi. Təbii ki, əsgər endirmək riski qalır. Amma onun birbaşa Odessaya gedəcəyini düşünmürəm. Anlayırlar ki, dərhal məhv olacaqlar. Ruslar çuxur tapmağa çalışacaqlar, indi kəşfiyyat aparırlar. Onlar nəsə etməyə çalışdılar, lakin “Vasili Bıkov” patrul gəmisi hər şeyin necə bitdiyini söyləyə bilər.
- Hava hücumundan müdafiəyə toxunaraq demək olar ki, kifayət qədər çox təyyarə vurulur...
- Tezliklə yüz olacaq, dünən səhər vurulan təyyarələrin sayı 83 ədəd idi. Bizim hər cür hava hücumundan müdafiəmiz işləyir. Bundan əlavə, bəziləri hava döyüşlərində ölür. Döyüşçülərimiz onları vurur.
- Ukraynalı pilot - “Kiyev Kabusu” haqqında bütün deyilənlər sadəcə əfsanədir?
- Biz çoxlu atəş açırıq və bunun bir pilot olduğunu düşünmürəm. Bu, daha çox “Kiyev Kabusları”nın bir qrupudur.
- Siz bundan əvvəl qeyd etmişdiniz ki, ya iki həftə ərzində danışıqlarda müəyyən irəliləyiş olacaq, ya da müharibə may ayına qədər davam edəcək. İndi nə deyə bilərsiniz?
- Hesablamalara görə, düşmənin qüvvə və vasitələri hətta aprelin ortalarına qədər çatmayacaq.
- Onlar böyük şəhərlərin ətrafını qazıb mühasirədə saxlamağa çalışacaqlar?
- Mütləq qazmağa, müdafiəni saxlamağa çalışacaqlar. Ancaq təsəvvür edək: onlar hərəkətsiz dayandıqda və biz onların harada olduqlarını dəqiq bildikdə, bu bayırda hərbi karvanı axtarmaqdan və tutmaqdan daha asandır. Bundan əlavə,yaz gələcək, hər yer yaşıl geyinəcək. Partizanlarımız, xüsusi təyinatlılarımız və müdafiə qrupları nişan almağı və tutmaq işini daha rahat görəcəklər. Onlar əslində fəlakətə dairəsinə girirlər, bu vəziyyətdən çıxış yolları azdır. Onlar irəliləyə bilməzlər. Bu qabiliyyəti hər gün itirirlər. Dayanmaq da ölüm kimidir. Ərazini mühasirədə saxlamağa çalışmaq onlara hücumdan daha baha başa gələcək. Ona görə də yeganə çıxış yolları buradan çıxmalarıdır.
- Siz hakimiyyətdən getdiniz, sonra qayıtdınız - niyə?
- Müharibə başlayanda kommisarlığa getmişdim, hətta dörd dostumu da özümlə aparmışdım ki, bir bölməyə gedək. Amma Prezident Aparatının rəhbəri Andrey Ermak mənə zəng etdi və dedi ki, siz burada lazımsınız. Mən, hər bir zabit kimi, ən təsirli olduğum yerdə olmağa öyrəşmişəm. Razılaşdım və ofisə gəldim. Məsləhətçi statusunu tərk etməmişəm və deyildi ki, vəzifələr artıq prinsipə əsaslanır: nə qədər özünüzə götürəcəksiniz, hamısı sizindir. Mən həvəslə bir neçə ciddi istiqamət götürdüm. Onların bəziləri haqqında yəqin ki, müharibədən sonra da danışa bilmərik. Amma məsləhətçi statusunun nə olduğuna işarə edə bilərəm.
Bölməyə aid digər xəbərlər

6-08-2025, 14:15
Təranə Muradova: “Sevgisiz heç nə yaratmaq mümkün deyil” - Müsahibə
24-07-2025, 17:03
Abdulla: Aktyorları attestasiyadan keçirmək lazımdır - Müsahibə
1-03-2025, 15:45
Deputat: Ukraynanı yalnız ABŞ xalqının Trampa qarşı qalxması xilas edə bilər - Müsahibə
23-01-2025, 19:03
İmran Bədirxanlı: “Özünü tapandan sonra yaşamaq asanlaşır” - Müsahibə
8-01-2025, 10:49
“Kino adamı kimi bir çox şeylər məni qane etmir” - Müsahibə
18-11-2024, 12:28
Turan Manafzadə: “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Müsahibə
17-08-2024, 15:25
“Böyük güclər sülhdə maraqlı görünmürlər” - Müsahibə
12-08-2024, 11:00
Emin Əfəndiyev: “Yeni ssenarilər, layihələr barədə düşünürəm” - Müsahibə
22-07-2024, 09:58
Gənc xanəndə: “Məcnun kimi səhnəyə çıxmaq ən böyük arzularımdan biri olub” - Müsahibə
8-07-2024, 10:43
Aktrisa: “Mən ürək adamıyam...” - Müsahibə
14-06-2024, 15:06
Nazir: “Sertifikatlaşdırmada iştirak edən hər beş müəllimdən biri kəsilir” - Müsahibə
6-04-2024, 21:12
Qulu Ağsəs: “Tənqidi indi çox tənqid edirlər” - Müsahibə
2-04-2024, 20:28
“Hava hücumu ssenarisi mümkündür” - Müsahibə
19-02-2024, 16:33
Aktyor: “Əvvəldən bilsəydim o filmə çəkilməzdim...” - Müsahibə
16-02-2024, 12:55
Bəstəkar: “Zamanın ritmini tutmaq çətinləşib” - Müsahibə
28-01-2024, 15:36
Qüdrət Həsənquliyev: “Azərbaycan yenidən qurulmalıdır” - Müsahibə
9-12-2023, 20:57
Hərbi ekspert: “Krım körpüsü dağıdılmalıdır” - Müsahibə
14-11-2023, 19:08
Xalq artisti: “Teatrın ən ağrılı məsələlərindən biri də yaş senzi ilə bağlıdır” - Müsahibə
4-11-2023, 09:41
İlham Əziz: “Hər yazıçının öz əlifbası olmalıdır” - Müsahibə
27-10-2023, 15:19
Zahid Oruc: “Zəfər dövləti, Zəfər təşkilatı, Zəfər təhsil modeli yaradılmalıdır” - Müsahibə
27-10-2023, 11:01
Əlizadə Nuri: “Şairlik-sözlə inqilab etməkdir” - Müsahibə
23-10-2023, 18:22
General Sırski: “Düşmən ciddi itkilər verir, lakin onlar...” - Müsahibə
23-10-2023, 10:26
Aktrisa: “Özümü olmalı olduğum yerdə hiss edirəm” - Müsahibə
19-09-2023, 13:48
Hərbi analitik: “Rusiya Moskvanı lazımi şəkildə qoruya bilmirsə, deməli...” - Müsahibə
5-09-2023, 18:40
General: “Rusiya elitası Putini devirməyə hazırdır” - Müsahibə
23-08-2023, 18:14
Beynəlxalq ekspert: “Ruslar Ukrayna ilə uzunmüddətli hərbi qarşıdurmaya ümid edirlər” - Müsahibə
16-08-2023, 12:08
Kənan Məmmədov: “Kino günündə göstərməyə yeni film olmadı” - Müsahibə
10-08-2023, 15:00
Rıjenko: “Rusiyanın Qara dəniz donanmasını məhv etmək üçün yüzlərlə drona ehtiyac var” - Müsahibə
30-05-2023, 16:48
Kinorejissor: “Bəzilərini kinonun taleyi yox, kinostudiyanın ərazisi maraqlandırır”
16-05-2023, 16:48
Şeytelman: “Priqojin Rusiyada yeganə şəxsdir ki, dövlət çevrilişlərini uğurla həyata keçirə bilir”
13-05-2023, 09:34
Qüdrət Həsənquliyev: “Davamlı sülh üçün danışıqları Türkiyə və Rusiya ilə aparmalıyıq” - Müsahibə
3-03-2023, 16:55
Keçmiş deputat: “Rus imperiyasının dağılması qaçılmazdır” - Müsahibə
9-02-2023, 12:36
Deputat: “Ciddi əks-zərbə vurulmalıdır” - Müsahibə
7-01-2023, 15:55
Sərdar Cəlaloğlu: “Rusiya Qarabağı ələ keçirməyə çalışır” - Müsahibə
30-12-2022, 10:55
Köçəri Nağıbəyli: “Bizim öz torpaqlarımızda yaşamaq hüququmuz olmalıdır” - Müsahibə
11-12-2022, 13:12
Səxavət Əlisoy: “Partiya sədrlərinin əksəriyyəti təkəbbürlü və yekəxanadır” - Müsahibə
27-11-2022, 10:15
Professor: “Rusiya və Fransa Azərbaycan-Ermənistan danışıqlarında böhranlı vəziyyət yaradıb” - Müsahibə
12-11-2022, 19:43
Tofiq Zülfüqarov: “Rusiyada siyasi böhran zamanıdır” - Müsahibə
28-10-2022, 13:08
Deputat: "Putin ikinci böyük səhvə yol verdi, həm də sübut etdi ki..."
25-10-2022, 08:35
Politoloq: “Rusiya və İran Azərbaycanda nələrəsə nail olmağa çalışsa da...” - Müsahibə