18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Ukraynanın savaş generalı
Tarix: 15-06-2023 17:50 | Bölmə: Xəbərlər / Dünya
Ukraynanın savaş generalı

Ukrayna ordusu Rusiyanın işğalı altında olan ərazilərini geri qaytarmaq üçün hərbi əməliyyatları tam sürətlə davam etdirir.

Reyting.az
xəbər verir ki, Ukraynanın əks-hücum əməliyyatına general Valeri Zalujnı rəhbərlik edir və o, hazırda dünya mətbuatının ən çox müzakirə etdiyi şəxslərdəndir.

General V. Zalujnının adı əks-hücumun planlaşdırılmasında və həyata keçirilməsində əsas şəxs kimi hallanır. Ukraynanın 49 yaşlı komandirinin populyarlığı prezident Vladimir Zelenski ilə müqayisə olunmağa başlayıb. Hətta yaxın vaxtlara qədər haqqında çox az məlumat olan Zalujnının siyasi fiqur ola biləcəyi də deyilir.

Sinif yoldaşlarının “Bizim Valera” adlandırdığı şəxs 2021-ci ilin iyulunda Ukrayna ordusunun başçısı təyin edilib. Onu yaxından tanıyanlar deyir ki, Zelenskinin işarəsi ilə edilən promosyon çoxları üçün sürpriz olub.

Vəzifəyə gəldikdən cəmi 7 ay sonra Zalujnı ölkənin hərtərəfli işğala qarşı müdafiəsinə rəhbərlik edib. 2022-ci il fevralın 26-da məlum olub ki, rus qoşunları “Kiyevi üç günə ələ keçirmək” məqsədinə nail ola bilməyəcəklər. Bununla belə, küçələrdə çaxnaşma ab-havası hökm sürürdü və Ukrayna hakimiyyəti ictimaiyyəti panikaya düşməməyə çağırırdı. Rus qoşunları şimaldan, şərqdən, cənubdan irəliləyərək paytaxt üçün ciddi təhlükə yaradırdı. Paytaxt Kiyevə aparan Dnepr çayı üzərindəki körpülərin partladılması ideyası Ukraynanın yüksək səviyyəli rəsmiləri arasında səslənməyə başlayarkən, məsləhətləşmək üçün çağrılan Zalujnı “heç bir halda bunu etməyəcəyik”, - cavabını verib. "Bu, çayın şərqindəki mülki şəxslərə və əsgərlərə xəyanət olardı", - general deyib. İki müxtəlif mənbədən təsdiqlənib ki, bu söhbət oxşar mənada baş verib.

Sovet İttifaqı ordusunda xidmət edən ər-arvadın ailəsində dünyaya gələn Zalujni Sovet ordusunda kəskin iyerarxiyadan uzaq olub. O, 1990-cı illərdə Ukraynada hərbi məktəbə daxil olanda ölkə artıq müstəqillik əldə etmişdi. Onun döyüş meydanında ilk təcrübəsi 2014-cü ildə ölkənin şərqində separatçı qruplara qarşı olub. Bu gün onun ictimaiyyət qarşısında populyarlığı ölkə lideri Zelenski ilə müqayisə edilsə və aralarında nüfuz rəqabətinin getdiyi deyilsə də, bunu sübut edəcək heç nə yoxdur.

Qəhrəman kimi tanınan Zalujni ukraynalıların gözündə kifayət qədər möhkəm şəxsdir. Amma gələcək onun üçün çətin ola bilər.

Y. QACAR




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər