20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Rusiyada alkoqoliklərin sayı artır
Tarix: 15-01-2024 18:45 | Bölmə: Xəbərlər / Cəmiyyət
Rusiyada alkoqoliklərin sayı artır

Rusiyada son 10 il ərzində ilk dəfə olaraq alkoqol asılılığı diaqnozu hallarında artım qeydə alınıb.

Reyting.az
xəbər verir ki, bu barədə “Kommersant” nəşri yazıb.

Məlumata görə, 2010-cu ildən 2021-ci ilə qədər alkoqol asılılığı ilə yeni diaqnoz qoyulmuş xəstələrin sayı demək olar ki, iki dəfə azalıb - 100 mindən 53 min nəfərə. Bununla belə, 2022-ci ildə həkimlər 54,2 min belə xəstə aşkar ediblər. Ekspertlər geri çəkilməni bir sıra səbəblər - pandemiya, sosial-iqtisadi sarsıntılar və “geosiyasi qarşıdurmaların intensivləşməsi” ilə əsaslandırıblar.

Narkoloji və Psixiatriya Klinikasının rəhbəri, psixiatr-narkoloq Ruslan İsayev nəşrə təsdiqləyib ki, COVİD-19-dan əvvəlki dövrdə Rusiya əhalisi arasında alkoqolizmdə nəzərəçarpacaq dərəcədə azalma olub.

“Birincisi, bu, dövlətin və bütövlükdə cəmiyyətin işinin ümumi nəticəsidir. İkinci səbəb isə aludəçiliyin özünün təbiətində qlobal dəyişiklikdir. Müasir gənclər spirtli içki qəbul etməyi dayandırır və qeyri-kimyəvi növlərə keçirlər. Xüsusən də qumar, məsələn, nomofobiya – mobil telefona aludəçilik və ya onsuz qalmaq qorxusu”, - deyə həkim izah edib.

Eyni zamanda, İsayev razılaşır ki, son illərdə “sosial-iqtisadi sarsıntılar, artan geosiyasi qarşıdurmalar və sanksiyalar təzyiqi” rusların alkoqol istehlakının azalmasının müsbət dinamikasını “bir az dayandırıb”.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq
20-11-2024, 08:43 Şamaxıda zəlzələ olub

bütün xəbərlər