15:06 / 16-10-2019
İkibaşlı oyun
Ağıllı vəzir
Tarix: 19-02-2017 14:20 | Bölmə: Mətanət ƏLİYEVA


Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov 98 faiz səs yığmaqla 3-cü dəfə ölkə prezidenti seçilib.

98 faiz istənilən halda gülünc görünür. Amma Qurbanqulu niyə də seçilməsin? Türkmənistan heç bir itki vermədən müstəqil oldu, əhalisi də neftin, qazın hesabına firavan dolanır. Çörək qazanmaq üçün ölkəsini tərk edən türkmənlərin sayı isə bizimkilərdən dəfələrlə azdır.

Qazaxıstan prezidenti Nursultan Nazarbayev də eyni yolu tutdu, Rusiya ilə dost münasibətdə qaldı, qazını su qiymətinə Avropaya satıb Rusiya ilə düşmən olmadı, nə torpaq itirdi, nə də bu gün çörək qazanmaq üçün ölkəsindən didərgin düşən bir qazaxa rast gəlməzsən.

Bizim neftimiz, qazımız olduğu halda vətəndaşlarımız ailələrini başsız qoyub keçmiş SSRİ ərazisinə səpələniblər. Öz torpaqlarımız boş qaldığı halda Rusiyada, Belorusda torpaq götürüb təsərrüfatla məşğul olan azərbaycanlılar var. Azərbaycanlılar bu gün nefti, qazı olmayan özbəklər və taciklər kimi yoxsul yaşayırlar.

Türkmənistan, Qazaxıstan da qazını Avropaya sata bilər, amma satmır.

Azərbaycan TANAP layihəsi vasitəsilə qazını Gürcüstan və Türkiyədən keçirməklə Avropaya satmağa hazırlaşır. Türkmənistana və Qazaxıstana da təklif edirlər ki, onlar da qazlarını bu kəmər vasitəsilə Avropaya satsınlar, amma bu dövlətlərin başçıları buna razılıq vermirlər.

Maraqlıdır ki, bu dövlətlərin qazı bizimkindən dəfələrlə çox olduğu halda nə üçün onlar TANAP-a qoşulmaq istəmirlər?

Mən özlüyümdə bu sualın cavabını tapmışam, amma nə dərəcədə haqlı olduğumu bilmirəm. Mənə elə gəlir ki, Qurbanqulu və Nazarbayev Rusiyanın qəzəbindən qorxur. Hər iki prezident müstəqil siyasət yürütmək adı ilə qazını Avropa bazarına çıxara bilər. Amma bu müstəqil siyasət onlara Azərbaycan, Gürcüstan, Ukrayna kimi torpaq itkisi, vətəndaş müharibəsi bahasına başa gələr.

İndi mən deyə bilmərəm hansı dövlət baçşısı daha müdrik siyasət aparır, Qərblə əməkdaşlıq edənlər, yoxsa Rusiya ilə müttəfiq olanlar. Daha doğrusu, mən Rusiya ilə müttəfiqliyi daha müdrik siyasət hesab edirəm.

Mətbuat daha çox Cəbrayılın Cocuq Mərcanlı kəndindən yazır. Kiçik bir kəndi bərpa etmək üçün milyonlarla manat pul lazımdır. Bu qayda ilə hesabladıqda rayonlarımız işğaldan azad olunandan sonra neftdən və qazdan qazandığımız milyardlar rayonların bərpasına bəs etməyəcək.

Pulu bir kənara qoyaq. Bəs bu müharibədə həyatını itirən, şikəst olan cavanların itkisini nəyin hesabına bərpa edəcəyik?

Telekanallarımızda politoloq adı ilə siyasi hadisələrə şərh verənləri görəndə adam dəhşətə gəlir. Öz fikri olmayan bu adamlar hökumətin yanlış siyasətini tərifləməklə həqiqəti əhalidən gizlətməyə çalışırlar. Nəyə görə televiziyalarımızda alternativ fikrə yer yoxdur? Əgər hökumət apardığı siyasətin düzgünlüyünə bu qədər arxayındırsa, qoy, telekanallarda əks fikirlər dəsəsləndirilsin və hökumət nümayəndələri sübut etsinlər ki, məsələn, TANAP layihəsi xalqın xeyrinədir.

İtirdiyimiz sərvətlərə, itirdiyimiz insanlığa heyfim gəlir. Ümid edək ki, insanlığımızı bərpa edəcəyik.

Bu yerdə yenə də çox sevdiyim yazıçı Fərman Kərimzadənin "Xudafərin körpüsü” əsərinə istinad etmək istəyirəm. Əsərdə göstərilir ki, Ağqoyunlu hökmdarı Uzun Həsənin vəfatından sonra onun oğlanları və nəvələri hakimiyyət üstündə bir-birini öldürür, dövlət dağılır, yoxsulluq içərisində yaşayan insanların əxlaqı pozulmaqda davam edir. Uzun Həsənin ən ağıllı və ən sədaqətli vəziri olmuş Zəkəriyyə Keçəçi görür ki, sarayda ağıllı məsləhətə ehtiyac yoxdur, doğulduğu Kür qırağındakı kəndinə qayıdır və kədərlə hadisələrin gedişini izləyir. İllər keçir, dövran dəyişir. Uzun Həsənin ağılsız qohumları bir-birini qırıb qurtardıqdan sonra yenidən ağıllı adamlar hakimiyyətə gəlirlər. Zəkəriyyə Keçəçi yenidən saraya qayıdır.

Ağıllı adamlara dövlətin və xalqın həmişə ehtiyacı olub. 15-cı əsrdə ölkəmizdə ağıllı adamlar olduğu kimi, indi də var. Ümid edək ki, nə vaxtsa onlar xalqı ağ günə çıxarar.

скачать dle 10.5фильмы бесплатно




Bölməyə aid digər xəbərlər
13-05-2019, 21:02 Mətanət ƏLİYEVA - Yoxsulun süfrəsi... - M. Əliyeva yazır
31-03-2019, 11:49 Mətanət ƏLİYEVA - Qarşıdakı faciə və üçüncü qüvvə... - M. Əliyeva yazır
16-03-2019, 13:13 Mətanət ƏLİYEVA - Batan gəminin kapitanı - M. Əliyeva
31-12-2018, 13:54 Mətanət ƏLİYEVA - Xoşbəxtlik modeli - M. Əliyeva yazır
16-12-2018, 21:22 Mətanət ƏLİYEVA - Solçu düşüncə, nostalji hisslər... - M. Əliyeva yazır
20-11-2018, 16:52 Mətanət ƏLİYEVA - Talanan sərvət ... - M.Əliyeva yazır
19-10-2018, 23:00 Mətanət ƏLİYEVA - Qadın həbsxanası və pişiyin evi
10-05-2018, 10:37 Mətanət ƏLİYEVA - Allahşükür Paşazadə və Skarlet Oxara
23-04-2018, 09:56 Mətanət ƏLİYEVA - İkinci Hitler peyda olacaq
31-03-2018, 07:11 Mətanət ƏLİYEVA - Əlinin bayramı
17-03-2018, 16:04 Mətanət ƏLİYEVA - Bir günlük sevgi
3-03-2018, 08:26 Mətanət ƏLİYEVA - Nazirin ölüm kanalı
6-02-2018, 13:51 Mətanət ƏLİYEVA - Süpürgə pulu
20-01-2018, 11:56 Mətanət ƏLİYEVA - Şeytanın nökərləri
13-01-2018, 14:45 Mətanət ƏLİYEVA - Rasim Musabəyov və məkri-zənən
6-01-2018, 15:44 Mətanət ƏLİYEVA - Ümid qaloşa qalıb
23-12-2017, 11:40 Mətanət ƏLİYEVA - Putin variantı və miskin qullar
14-12-2017, 13:55 Mətanət ƏLİYEVA - Məhkəmə və oğru qanunları
7-12-2017, 13:54 Mətanət ƏLİYEVA - Kralların biabırçılığı
30-11-2017, 12:28 Mətanət ƏLİYEVA - Vacib əməl
20-11-2017, 13:08 Mətanət ƏLİYEVA - Qəriblər ağası və gömrük münasibətləri
5-11-2017, 14:52 Mətanət ƏLİYEVA - Bakı və Cocuq Mərcanlı
28-10-2017, 14:21 Mətanət ƏLİYEVA - Ruhun rahatlığı
14-10-2017, 14:36 Mətanət ƏLİYEVA - Su, su, su!!!
12-10-2017, 16:30 Mətanət ƏLİYEVA - Biznesin süqutu
4-10-2017, 14:41 Mətanət ƏLİYEVA - Bizə pul lazımdır
19-09-2017, 14:59 Mətanət ƏLİYEVA - Böyük oğurluq
11-06-2017, 15:57 Mətanət ƏLİYEVA - Ölü karvanı
29-05-2017, 16:39 Mətanət ƏLİYEVA - Tutulmayan oğru...
11-05-2017, 14:27 Mətanət ƏLİYEVA - Göydən gələn daş
4-05-2017, 13:59 Mətanət ƏLİYEVA - Deputat və balıq mafiyası
22-04-2017, 12:22 Mətanət ƏLİYEVA - Pambıq və zibilqabı
11-04-2017, 16:07 Mətanət ƏLİYEVA - Qarabağ atı, Heydər Əsədov və üç qadın
24-03-2017, 16:43 Mətanət ƏLİYEVA - Bizim Venesiya
14-03-2017, 12:59 Mətanət ƏLİYEVA - Əsas hədəf
6-03-2017, 10:51 Mətanət ƏLİYEVA - Xoşbəxt şair
25-02-2017, 14:10 Mətanət ƏLİYEVA - Qorxulu nağılbazlar
19-02-2017, 14:20 Mətanət ƏLİYEVA - Ağıllı vəzir
30-01-2017, 13:33 Mətanət ƏLİYEVA - Asan işin çətin tərəfi
17-01-2017, 18:05 Mətanət ƏLİYEVA - YAP-çıların çömçəsi
5-01-2017, 14:21 Mətanət ƏLİYEVA - Ayaz Mütəllibovun haqqı
12-12-2016, 14:51 Mətanət ƏLİYEVA - Xoruz ili və “kotyol” mətbuatı
6-12-2016, 14:19 Mətanət ƏLİYEVA - Susmuş aclar
1-12-2016, 14:05 Mətanət ƏLİYEVA - Şirməmməd Hüseynov və oğru qanunları
22-11-2016, 15:51 Mətanət ƏLİYEVA - Yarımçıq demokratiya
8-11-2016, 14:38 Mətanət ƏLİYEVA - Oğruların sığınacağı
24-10-2016, 14:14 Mətanət ƏLİYEVA - Müstəqillik zəhəri
16-10-2016, 15:38 Mətanət ƏLİYEVA - Xoşqədəmin güzgüsü
11-10-2016, 14:20 Mətanət ƏLİYEVA - Dözülməz mühit
3-10-2016, 13:15 Mətanət ƏLİYEVA - Ögey Şamaxı

{sape_links}{sape_article}