10:08 / 13-07-2025
MEDİA: "Nazirlərin adından yayılan xəbərlər “deep fake”dir"
06:20 / 13-07-2025
Bu gün ali təhsil müəssisələrinə növbəti qəbul imtahanıdır
06:13 / 13-07-2025
Qum və toz fırtınaları hər il 7 milyon insanın ölümünə səbəb olur
23:03 / 12-07-2025
Əliyev Ərdoğana zəng edib
18:10 / 12-07-2025
Əhməd Əl Şaraanın Azərbaycana səfəri başa çatıb
17:59 / 12-07-2025
Əhməd Əl Şaraa Fəxri xiyabanı ziyarət edib
15:19 / 12-07-2025
Suriya prezidenti Azərbaycana gəlib - (Yenilənib) - Fotolar
12:27 / 12-07-2025
Rusiya qonşu ölkələrdə gərginlik yaratmağa çalışır
12:18 / 12-07-2025
Sabah 41 dərəcə isti olacaq - Proqnoz
11:24 / 12-07-2025
Ali Məhkəmənin hakimi təqaüdə göndərilib - Foto
11:11 / 12-07-2025
Sumqayıtda kürəkən qayınatasını öldürüb
10:21 / 12-07-2025
Şəkidə 87 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb
09:46 / 12-07-2025
Polis Beyləqanda 9 nəfəri saxlayıb - Fotolar
09:21 / 12-07-2025
İsmayıllı rayonunda zəlzələ olub
21:16 / 11-07-2025
Xocalı soyqırımı zamanı girov götürülmüş qadın: "Yaşyarımlıq oğlum..." - Yenilənib
19:05 / 11-07-2025
"Qarabağ" klubu növbəti yoxlama oyununda qalib gəlib
18:06 / 11-07-2025
İqtisadi Şuranın iclası keçirilib
18:02 / 11-07-2025
Maliyyə Nazirliyi depozit hərracları keçirib
17:59 / 11-07-2025
Yerə düşən Mars parçası satışa çıxarılır
17:47 / 11-07-2025
Könül İbrahimlinin ölümü ilə bağlı cinayət işi açılıb
17:45 / 11-07-2025
Fransada üç deputatın mandatı ləğv edilib
17:37 / 11-07-2025
Kim Çen In Putinə nə qədər sursat verir?
17:32 / 11-07-2025
Aİ Azərbaycan və Ermənistana çağırış edib: sülh sazişini tezləşdirin!
17:24 / 11-07-2025
Bakı və daha üç bölgədə yaşıllıqlar məhv edilib
17:08 / 11-07-2025
Böyük şəhərlərdə pensiyalar verilir
17:01 / 11-07-2025
Miqrasiya Xidməti əməkdaşlarının geyim forması dəyişib - Fərman
16:57 / 11-07-2025
Prorektor vəzifədən azad olunub
16:56 / 11-07-2025
Rusiya Polşanın Baş Konsulluğunu bağlayır
16:32 / 11-07-2025
Ağsaqqallar Şurasının sədr müavini mıəhkəmədə dindiriləcək
12:16 / 08-07-2025

14:53 / 10-07-2025

13:25 / 08-07-2025

00:11 / 11-07-2025

17:07 / 08-07-2025

14:27 / 09-07-2025

16:28 / 10-07-2025

13:38 / 11-07-2025

22:13 / 08-07-2025

12:53 / 08-07-2025

13:42 / 10-07-2025

14:09 / 11-07-2025

Biznesin süqutu
Tarix: 12-10-2017 16:30 | Bölmə: Mətanət ƏLİYEVA

5 saylı xəstəxananın baş həkimi Ziya Əsədovun qəflətən vəfat etməsini eşidəndə qeyri-ixtiyari sual verdim:
- Həkimlər, tibbi avadanlıqlar əlinin altında olan bu adam niyə vaxtında ürəyini müalicə etdirməyib?
Cavab çox maraqlı oldu:
- Problemlərdən ürəyi partlayıb. Elə bilirsən məmurları az sıxışdırırlar?
Ziya Əsədov xalq şairi Bəxtiyar Vahabzadənin kürəkənidir. Ölkənin bu günə düşməsində B.Vahabzadənin də rolu çox olub.
5 saylı xəstəxanada tibbi xidmətlər özəl xəstəxanalardan yüksəkdir. Allah Ziya həkimə rəhmət eləsin! Bəzən bu dünyada yaşamaq insan üçün elə bir əzaba çevrilir ki, ölüm onun yanında xoşbəxtlik sayılır.
Hər bir insan özünə az ağrı, asan ölüm arzulayır. Pis əməllər törətmiş adamların əzablı ölümünü görəndə yaxınlarıma deyirəm ki, mən əzabla ölsəm, kefinizi pozmayın, pis əməl törətmişəmsə, özüm ona cavab verməliyəm, öz cəzamı çəkməliyəm.
Məsəl var, deyir, mərd özündən görər, namərd özgədən. Görəsən, bu gün kerdit borcu içərisində batan, həbs olunmaq qorxusu altında yaşayan məmur-biznesmenlər də günahı özlərində görürlərmi? Niyə ölkədə sahibkarlıq bu vəziyyətə düşdü, bu prosesin qarşısını almaq olarmı?
Bu suala savadlı iqtisadçılar daha dolğun cavab verə bilərlər. Mən isə öz müşahidələrim əsasında prosesə münasibətimi bildirmək istəyirəm.
Müstəqillikdən sonra büdcəyə böyük neft pulları gəlməyə başlayanda ölkədə sürətlə iş yerləri açıldı. Yüksək çinli məmurlar biznesin bütün sahələri üzrə şirkətlər yaratdılar. Hər nazir bir holdinq (şirkətlər qrupu) yaradaraq həm tikinti, həm xidmət sahələri (otel, restoran, şadlıq evləri, istirahət mərkəzləri), həm ticarət, həm aqrar sahə, özəl tibb və təhsil müəssisələri, media qurumları, istehsal sahələri, turizm şirkətləri, bank, sığorta xidməti və s. işlə də məşğul olmağa başladı. Hər nazirin 50-60 biznes obyektinin fəaliyyətinə start verildi. Sonradan məmurlarımız xarici ölkələrdə də şirkətlər açmağa başladılar. İndi məlum olur ki, məmurlarımız yalnız büdcədən oğurladıqları və rüşvət aldıqları pulları biznesə yatırmayıblar, onlar həm də banklardan külli miqdarda kredit götürüblər. Haram pulların dalı gəlməyəndə və krediti qaytarmaq lazım gələndə məmur-biznesmenlər necə dərin bir quyuya düşdüklərini dərk ediblər. Keçmiş nazirlər Fərhad Əliyevin, Eldar Mahmudovun, Heydər Babayevin, Ziya Məmmədovun, Cahangir Hacıyevin və digərlərinin biznes imperiyaları dağıldı.
Eyni səhvləri əslində kiçik bizneslə məşğul olan qeyri-məmurlar da ediblər. Faciənin birinci səbəbi odur ki, bizdə nəsildə bir nəfər pul qazana bilirsə, o, bütün nəsli saxlamalıdır. Kiçik bir biznes obyekti açılan kimi qohumlar ora yığışırlar, ərin qohumları ilə arvadın qohumları “kim daha çox qamarlayacaq”,- prinsipi ilə yarışa girirlər. Biznes sahibi ilə belə danışırlar : “Qoy uşaq yanında hərlənsin, onu dolandır”.
Məmur-sahibkar hər obyektinin idarəçiliyinə bir qohumunu, bir dostunu qoydu, əksəriyyəti savadsız, təmbəl, acgöz olan bu zümrə yaltaqlıqla, həyasızlıqla məmur-sahibkarı tovlayıb böyrü üstə qoydu. Təbii ki, bir nəfər sahibkar 50-60 obyektini nəzarətdə saxlaya biməzdi.
Bir səbəb qohumlar idisə, digər səbəb görməmişlik, acgözlük idi. Məmur-sahibkarlar hələ gəlir əldə etməmiş, krediti qaytarmamış saysız-hesabsız evlərə, maşınlara, brend geyimlərə, məşuqələrə, qulluqçulara, dayələrə, sürücülərə, cangüdənlərə pullar tökməyə, israfçılıq etməyə başladılar. Xərclərin gəlirləri üstələməsi sonda müflisləşmə ilə nəticələnməli idi. Məmur-sahibkarlar gəlirləri ilə çıxarlarını bilmirdilər.
Nəhayət, neftin qiyməti düşdü, neft hasilatı azaldı, büdcədən oğurlamaq, rüşvət almaq imkanları tükəndi. Büdcə boş qalanda hökumət verilən kreditlərin taleyi ilə maraqlanmağa başladı. Məlum oldu ki, məmur-sahibkarlar 15 milyard manatı kredit adı ilə götürərək havaya sovurublar, nə normal iş yeri açılıb, nə də kreditlərin böyük hissəsi aidiyyatı üzrə xərclənib. Hazırda zərərlə işləyən sahibkarlar nə obyektlərini sata, nə bizneslərini
ayağa qaldıra, nə də kreditləri qaytara bilirlər. Əksəriyyəti həbs təhlükəsi altında sağlamlıqlarını itiriblər.
Pullar gələndə sahibkarın qanını soran qohumlar, dostlar, məşuqələr hərəsi bir tərəfə çəkilib, sevinir və deyir: “Ona bu da azdır”.
Ya zəlzələdən, ya vəlvələdən ölkəmizdə sahibkarlıq iflasa uğradı. Bunda hökumətin də günahı böyük oldu. Əgər qanunla məmurlara bizneslə məşğul olmaq qadağandırsa, bu qanuna əməl edilməli idi. Kreditlər yalnız məmurlara yox, həqiqətən iş qurmağı bacaran adamlara verilməli idi ki, onlar bizneslərini böyütsünlər. Gömrük, vergi, inhisarçılıq, hüquq-mühafizə orqanlarındakı korrupsiya da azad sahibkarlığı məhvə apardı.
Yeri gəlmişkən, bizim əhalini quyuya aparan mühüm bir keyfiyyət var, əksəriyyət dərhal böyük pullar qazanmaq istəyir. Doğru yol isə odur ki, kiçik bir işdən başlayıb təcrübə qazanmaq, tədricən onu genişləndirmək lazımdır. Atalar “keçənə güzəşt” deyərlər. Mən çox istərdim ki, sahibkarlığın bugünkü vəziyyəti aşkarlıq şəraitində geniş müzakirə olunsun, bəlkə batmaqda olan iri obyektləri xilas etmək mümkün oldu. Həm də keçmiş səhvlər müzakirə olunsa, gələcək səhvlərdən sığortalanmaq mümkündür. Bəsdir, telekanallar şoularla məşğul oldular. Bu mövzulara da yer vermək lazımdır. Büdcənin dolu olması, əhalinin firavan yaşaması üçün iş yerlərini qorumaq vacibdir.
İnanmıram ki, aşkarlıq şəraitində sahibkarların problemləri müzakirə olunsun. Bunun üçün korrupsiyanı dayandırmaq lazımdır. Bizim məmurlar isə “ölkədə hər şey əladır”,- deyib duracaqlar.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Mətanət ƏLİYEVA
Bölməyə aid digər xəbərlər