21:39 / 14-07-2025
Azərbaycanlılara işgəncə... - Videokadrlar məhkəmədə nümayiş etdirilib
20:41 / 14-07-2025
Tramp: Azərbaycan-Ermənistan danışıqları uğurlu nəticə verəcək
19:42 / 14-07-2025
Sabah Abşeronda qızmar diskomfort hava olacaq
18:24 / 14-07-2025
Araz çayında batan uşağın meyiti tapılıb
18:19 / 14-07-2025
Rüfət Səfərovun məhkəməsində ittiham aktı elan olunub
18:07 / 14-07-2025
Kənd təsərrüfatının siyahıyaalınması ilə bağlı qanun dəyişib
17:56 / 14-07-2025
Azərbaycanda 4000-dən çox qanunsuz miqrant saxlanılıb
17:53 / 14-07-2025
Məhkəmə yazıçıya 14 il həbs cəzası verib
17:33 / 14-07-2025
Tiktoker Rəşad Abdullayev ev dustaqlığına buraxılıb
17:08 / 14-07-2025
Telman Adıgözəlovun oğlu: "Bəlkə atama düz diaqnoz qoyulsaydı..." - Müsahibə
17:01 / 14-07-2025
Hərbi Prokurorluqda yeni təyinatlar olub
16:42 / 14-07-2025
Prezident “İstilik təchizatı haqqında” qanunu təsdiqləyib
16:21 / 14-07-2025
Prezident iki yeni milli park yaradıb - Sərəncam
16:04 / 14-07-2025
"Dənizkənarı Bulvar İdarəsi”nin sabiq sədrinin məhkəməsi başlayıb
15:55 / 14-07-2025
Qalada iki min il əvvəlin ayaqqabılarını tapıblar - Foto
14:59 / 14-07-2025
Oftalmoloq Cahid Şahbazova cinayət işi açılıb - Yenilənib
14:48 / 14-07-2025
AK sədri: "Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi..."
14:30 / 14-07-2025
Qarabağa iki köç karvanı gedib - (Yenilənib)
14:26 / 14-07-2025
Universitetdə biabırçılıq: tələbələrə qiymət qarşılığında cinsi əlaqə təklif olunub - Foto
14:18 / 14-07-2025
Anar: “Söz verdiyim kimi vəzifəmdən gedirəm..."
14:15 / 14-07-2025
Şimali Koreya ordusu ciddi irəliləyiş əldə edib
14:11 / 14-07-2025
Tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqə başlayır
14:08 / 14-07-2025
Müəllimlərin attestasiyası ilə bağlı daha bir rəsmi - Açıqlama
13:51 / 14-07-2025
31 yaşlı şəxsi Ağdərədə elektrik cərəyan vurub öldürüb
13:39 / 14-07-2025
Rusiya miqrantlarla bağlı qanunu sərtləşdirir
13:27 / 14-07-2025
Baş nazirə qarşı məhkəmə başlayıb
13:03 / 14-07-2025
Bakıda suşi emalı müəssisəsində nöqsanlar aşkarlanıb
12:58 / 14-07-2025
Ruslar yeni qətllər törədib, yaralılar var - Foto
12:47 / 14-07-2025
Suriya-Azərbaycan münasibətləri daha da inkişaf edəcək - Professor
14:53 / 10-07-2025

00:11 / 11-07-2025

13:38 / 11-07-2025

16:28 / 10-07-2025

12:27 / 12-07-2025

13:42 / 10-07-2025

14:09 / 11-07-2025

14:26 / 14-07-2025

13:51 / 11-07-2025

12:34 / 11-07-2025

15:19 / 12-07-2025

11:31 / 10-07-2025

Vacib əməl
Tarix: 30-11-2017 12:28 | Bölmə: Mətanət ƏLİYEVA

Ötən yazımda qeyd etdiyim kimi, Məşhəd ziyarətindən qayıtmağım münasibətilə rayonda ehsan süfrəsi açdım. Qohum-qonşular məni ziyarət etmək üçün gəlmişdilər. Gələnlər toyuq, mürəbbə, qənd, çay, düyü, konfet və sair hədiyyələr gətirmişdilər. Yoxsul adamları əlavə xərcə saldığım üçün xəcalət çəkdim.
Süfrə arxasında dini söhbətlər, o cümlədən namazın vacibliyi haqqında söhbət oldu. Mən bir fikirlə razı deyiləm ki, namaz İslam dininin sütunudur. İslam dini təzə yarananda ərəblər pinti, təmbəl idilər. Ona görə də namaz məcburiyyəti qoyuldu ki, müsəlmanlar səhər obaşdan durub yuyunsunlar, dua etsinlər. Hətta belə bir deyim var ki, ruzi səhər tezdən və axşam çağı paylanır. Deyilən vaxtlarda insanlar heyvanı, toyuq-cücəni yerbəyer edir, bağ-bostanda işləyir. Ruzi paylanan vaxt evdə oturmaq olmaz. Ruzi paylanan vaxt evdə oturub seriala baxan adamın var-dövləti olmaz. İsti müsəlman ölkələrində şəhər və kəndlər su ilə təmin olunmalıdır ki, tərin-tozun içərisində olan adamlar vaxtlı-vaxtında yuyuna bilsinlər. Avropa ölkələrində insanlar səhər evdən çıxanda da, axşam evə dönəndə də duş qəbul edirlər. Kasıb müsəlmanlar belə şəraitdən məhrumdurlar.
Müsəlman ölkələrində zibil baş alıb gedir. Əksər müsəlmanlar hələ də zibili oturduqları, yaşadıqları yerə tökürlər və bu da dünya xalqlarında müsəlmanların pinti olması barədə təsəvvür yaradır, halbuki İslam dini 1300 ildir təmizliyi, zəhmətkeşliyi təbliğ edir. Din xadimləri əsasən bunları təbliğ etmək əvəzinə deyirlər ki, dində əsas şərt namaz qılmaqdır. Namaz qılan zaman ərəbcə dediyimiz sözlər dualardır. Bu duaları İslam dinini həqiqətən qəbul edən hər bir müsəlman edir, bunun üçün konkret vaxt və səcdəyə getməyə ehtiyac yoxdur. Namaz vaxtı edilən duaların qısa mənası belədir ki, Allah, Sənin böyüklüyünü tanıyıram, bəndələrinə rəhm elə, haqq yolunu azmağa qoyma və sair.
Namazda deyilən dualar Azərbaycan dilinə tərcümə edilməlidir ki, adamlar dediklərinin mənasını bilsinlər. Eləcə də kəlmeyi-şəhadət, dini məclislərdə oxunan “Həmd” surəsi Azərbaycan dilində olmalıdır.
Namaz vacib olduğu kimi, Qurban bayramında heyvan kəsib kasıblara paylamaq, ildə bir ay oruc tutmaq, fitrə və zəkat vermək də dində vacib buyrulub. Qurban mərasiminin, fitrə və zəkatın mənası ruzini başqaları ilə bölmək, orucun mənası nəfsini qorumaqdır.
İslamın yaranmasından keçən 1300 il ərzində müsəlmanlar çox dəyişiblər, inkişaf ediblər, amma bununla belə, hələ də digər dinlərə mənsub olan xalqlardan bir çox sahələrdə, o cümlədən elm sahəsində geri qalıblar. Bu da onunla bağlıdır ki, İslam dini digər dinlərdən cavandır. Mənə belə gəlir ki, artıq İslam dinində olan qadağaları və məcbuiyyətləri ləğv etmək lazımdır. İlk növbədə qadınları çarşabdan çıxarmaq lazımdır, çünki müsəlman kişilər əvvəlki kimi qadınlara vəhşi kimi baxmırlar, onların şüurları inkişaf edib.
Namazı, Məkkə ziyarətini təbliğ etmək əvəzinə rüşvətxorluğa, oğurluğa nifrəti təbliğ etmək daha vacibdir. Müsəlman ölkələrinin əksəriyyətində kraldan, prezidentdən tutmuş adi məmura qədər çoxları oğru və rüşvətxordur, bu hallar da müsəlmanların yoxsul yaşamasına səbəb olur. Ona görə də məscidlərdə hər gün rüşvətxorlara lənət oxunmalıdır. Müsəlman xalqlarının bir nömrəli bəlası rüşvətxorluq və korrusiyadır.
Mən yenə İmam Hüseynin bacısı, İmam Əlinin qızı, Məhəmməd peyğəmbərin nəvəsi xanım Zeynəbdən yazmaq istəyirəm. Müsəlman aləmində ilk dəfə Zeynəb qətlə yetirilmiş qardaşlarını lay-lay ilə, bayatı ilə “Segah” muğamı üzərində oxşayıb. Bu gün də qadınlarımız Zeynəb yolunu davam etdirirlər. Yas məclislərində qadınlar vəhydən gələn misralarla deyişirlər. Ürəkdən acı-acı ağlayan qadınlar bu misraları deyirlər:
O tayda mal mələdi,
Dili yox, lal mələdi,
Dilin düşmən başına
Dilin nə kür mələdi.
Oxşayıb ağlamaq qabiliyyəti olmayan ana ilə bağlı bunları deyirlər:
Bağçası bardı bunun,
Meyvəsi kaldı bunun.
Hərə bir kəlmə desin
Anası laldı bunun.
Məcilsi soyuq keçən mərhumun məclisində belə deyirlər:
Mən aşıq kimsəsi var,
Kimi var kimsəsi var.
Şaxseyin bərkdən vurun
Desinlər kimsəsi var.
İlk dəfə yasda dil açan qadına belə cavab verildiyini eşitmişəm:
Sənin o haya dilin,
Haya bihəya dilin.
Açılmadı şad gündə
Açıldı vaya dilin.
Yas məclislərində qadınlarımızın yaradıcılığı mühüm bir sahədir, folklorşünaslarımız bununla məşğul olsalar qeri-adi yaradıcılıq nümunələri aşkara çıxararlar. Mən özüm yas məclislərimizdə qadınların ilahi sözlər demək qabiliyyətinə heyran qalıram. Onların bir misrasının qarşısında əksər xalq şairlərimizin yazdıqları cızma-qaralardır.
Yazımın sonunda beynəlxalq siyasi vəziyyətə də toxunmaq istəyirəm. 30 ilə yaxındır Rusiya ilə ABŞ arasında gedən münaqişə Rusiyanın qələbəsi ilə başa çatmaqdadır. Bütün tarixi dövrlərdə şər qüvvələrin qarşısında dayanan Rusiya bu dəfə Suriyada şər qüvvələrin qarşısını kəsdi. Bu mübarizədə ona birbaşa kömək edən yeganə dövlət İran oldu. Qarşıdurmanın əvvəlində şərə xidmət edən Ərdoğan Türkiyəsi artıq özü qazdığı quyuya düşüb. Rusiyanın qarşıdurmadan qalib çıxması ümid verir ki, Qarabağ probleminin həlli yaxındadır. Biz Qarabağı itirməyə bilərdik, bunun üçün ABŞ-Rusiya qarşıdurmasında Rusiyanın tərəfində olmalı idik. Şəxsi maraqlar buna imkan vermədi. Rusiyanın qələbəsindən sonra dünyada, o cümlədən ölkəmizdə çox dəyişiklik olacaq. Şər qüvvələrə xidmət edən Səudiyyə Ərəbistanı, Türkiyə kimi müsəlman ölkələri cəzalarını alandan sonra müsəlman xalqlarının firavan yaşamaq dövrü başlayacaq.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Mətanət ƏLİYEVA
Bölməyə aid digər xəbərlər