23:20 / 03-07-2025
Günay Qurbanova yenidən Avropa çempionu olub
22:38 / 03-07-2025
Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentləri Şahbulaq qalasında olublar - Foto
21:10 / 03-07-2025
Dövlət başçıları Qarabağ atlarının “Zəfər” şousunu izləyiblər - Fotolar
19:57 / 03-07-2025
"Sputnik-Azərbaycan" işi: beş nəfər barəsində polis nəzarəti qətimkan tədbiri seçilib
19:05 / 03-07-2025
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kəndində olublar - (Yenilənib) - Fotolar
18:17 / 03-07-2025
Peşə tanınması: 179 namizəd keçid balını toplaya bilməyib
18:01 / 03-07-2025
Paşinyanın partiyası müxalifəti terrorçulara köməkdə ittiham edir
17:43 / 03-07-2025
"Qəbələ" Futbol Akademiyası fəaliyyətini dayandırıb
17:19 / 03-07-2025
Rusiya aktivlərinin müsadirəsi üçün layihə hazırlayıblar
16:47 / 03-07-2025
Azərbaycan dili üzrə test imtahanının nəticələri elan olunub
16:37 / 03-07-2025
Çempionlar Liqası: "Araz-Naxçıvan"ın rəqibləri müəyyənləşib
16:31 / 03-07-2025
Abituriyentlərin şikayətləri araşdırılıb
16:12 / 03-07-2025
Beyləqanda 16 yaşlı oğlan kanalda batıb
16:01 / 03-07-2025
Şahbaz Şərifin Azərbaycana səfəri başlayıb
15:55 / 03-07-2025
Azərbaycan və Özbəkistan prezidentləri Xankəndidə fabrikin fəaliyyəti ilə tanış olublar
15:43 / 03-07-2025
Güclü külək əsəcək - Xəbərdarlıq
15:25 / 03-07-2025
Admiral ruslarla bağlı xəbərdarlıq edir
15:06 / 03-07-2025
Qırğızıstan prezidenti Azərbaycana işgüzar səfərə gəlib - Yenilənib
15:04 / 03-07-2025
İlham Əliyev Rəşid Meredovu qəbul edib - Fotolar
14:55 / 03-07-2025
ABŞ qoşunlarını Avropadan çıxaracaqlar
14:40 / 03-07-2025
İlham Əliyev Qarabağa səfər edib - (Yenilənib+) - Fotolar
14:34 / 03-07-2025
İki prezident Füzuli rayonuna səfər edib - Foto
14:29 / 03-07-2025
Ruslar sosial binaları vurub, ölən və yaralılar var
14:23 / 03-07-2025
Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunacaq
13:52 / 03-07-2025
İsrail iki ölkə barədə Rusiya ilə gizli danışıqlar aparıb
13:43 / 03-07-2025
Məhkəmə Vüqar Səfərli ilə bağlı qərar verib
13:08 / 03-07-2025
Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmağa çalışır
13:16 / 29-06-2025

17:57 / 30-06-2025

15:08 / 30-06-2025

21:03 / 30-06-2025

13:20 / 29-06-2025

13:01 / 01-07-2025

13:16 / 02-07-2025

00:40 / 29-06-2025

14:15 / 30-06-2025

23:57 / 28-06-2025

12:56 / 29-06-2025

11:03 / 30-06-2025

İkinci Hitler peyda olacaq
Tarix: 23-04-2018 09:56 | Bölmə: Mətanət ƏLİYEVA

Aprelin 11-də YAP-çılar səhərə qədər çalıb oxudular, prezident seçkisində qələbələrini bayram etdilər. Həmin gecə mənim ürəyimdən qara qanlar axdı, yata bilmədim.
İnsanın xoşbəxtliyi üçün ilk növbədə onun sağlamlığı lazımdır. Ölkəmizdə sadə vətəndaşların sağlamlıqlarını qoruması mümkün deyil. Ətrafdakı haqsızlıq, yalan, həyasızlıq hamını stress içərisində saxlayır. Nə qədər adam tanıyıram ki, təcili cərrahi əməliyyata ehtiyacı var, amma pulu olmadığına görə əlacsız qalıb. Aylıq maaşı, təqaüdü 200-300 manat olan insan 1000-5000 manatlıq əməliyyatın haqqını ödəyə bilməz.
Məlumat üçün deyim ki, guya pulsuz olan dövlət xəstəxanalarında ən ucuz əməliyyat (məsələn, yırtıq əməliyyatı) 1000 manatdır. Banklara qaytarılmayan kreditlərin çoxunu vətəndaşlar cərrahi əməliyyatlar üçün götürmüşdülər. Hazırda insanların bu imkanları da yoxdur.
Müalicə olunmaq üçün evini satışa çıxaranlar da var, amma satmaq mümkün deyil. Pul 5-10 adamın əlində cəmləşib, onlar da əmlaklarının sayını-hesabını bilmirlər.
Prezidentliyə namizəd Razi Nurullayev çıxışında dedi ki, prezident seçilərsə, icbari tibbi sığortanı bütün ölkədə tətbiq edəcək. O qeyd etdi ki, qonşu Gürcüstanda 30 min dollara qədər cərrahi əməliyyatların pulunu dövlət ödəyir.
Keçmiş sovet respublikalarının çoxunda, o cümlədən təbii sərvəti olmayan Baltikayanı respublikalarda da icbari tibbi sığorta həyata keçirilir. Bizim zəngin ölkəmizdə nə üçün xalqın sağlamlığına pul verməyə xəsislik edirlər?
Sözün düzü, mən də qorxu içərisində yaşayıram. Qəfil həkimə müraciət etməli olsam, pul tapmayacam. Neçə illər ərzində qohularımızın cərrahi əməliyyatları üçün pulu biz ödəyirdik. Hakimiyyətdəkilər varlandıqca tamahları daha da artır, müstəqil iş adamlarının son qəpiklərini də əllərindən almağa çalışırlar. Bizim firmanın Bakıdakı qəzet satışını sıxışdırmaqla yanaşı, rayonlardakı qəzet köşklərimizi də bir-bir yığışdırdılar. Məmurlarla bağlı olmayan iş adamlarını sıradan çıxarmaq üçün son 25 ildə bütün qeyri-qanuni vasitələrdən istifadə ediblər. Ölkədəki milyardların bir qrup adam tərəfindən havaya sovrulduğunu görən yoxsul vətəndaşlar əsəb sarsıntısı keçirir, ölkədə demək olar ki, sağlam adam qalmayıb. Heydər Əliyev Fondu, Hacı Nuran da əsasən tanınmış adamların müalicəsinə maddi yardım edirlər. Bəs tanınmamışlar nə etməlidir? Olmazmı ki, ölkədə icbari tibbi sığorta tətbiq olunsun, hamı dövlət hesabına müalicə alsın?
ATƏT-in 11 sentyabr seçkilərinə mənfi rəy verməsi ilə bağlı, əvvəla, onu deyə bilərəm ki, Azərbaycan məmurları təkcə öz xalqına qarşı haqsızlıq edirlər, ATƏT-i himayə edən Qərb dövlətləri isə bütün dünyanı qana çalxayırlar. Onların “xeyir-duası” ilə hər gün dünyada yüzlərlə uşaq qətlə yetirilir, minlərlə insan qaçqına çevrilir. ATƏT nüfuzdan düşmüş bir qurumdur. Orada fəaliyyət göstərənlərin əksəriyyəti vicdanını itirmiş, pula satılmış adamlardır.
O ki qaldı bizim məmurların ikili siyasət yeritmələrinə, bu siyasəti həyata keçirmək üçün müxtəlif tamaşalar qurmalarına, bu, məmurlarımızın şəxsi maraqlarına hesablanıb. Korrupsiya bataqlığında boğulan məmurlarımız xalqın maraqlarına xidmət edən xarici siyasət apara bilmirlər.
İkili siyasət aparan dövlət başçılarının sonu faciəvi olur. Səddam Hüseyn də, Qəddafi də Qərb banklarında saxladıqları oğurluq milyardlara görə düzgün xarici siyasət apara bilmədilər, özlərini də, xalqlarını da məhv etdilər.
11 aprel seçkisində şüurlu vətəndaşlar İlham Əliyevi dəstəkləməyə məcbur oldular. Çünki vətəndaşlar Qərbin ölkəmizdəki casuslarından ehtiyat edirlər. Qərbin casusları hakimiyyətə gəlsələr, NATO bazalarını ölkəmizə çağırar və nəticədə Rusiya Azərbaycanı “şumlaya” bilər. Rusiya təcavüz etmir, Rusiya Qərbin təzcavüzündən qorunur. Ona görə də təcavüzkara xidmət edən qonşusunu məhv etməyə məcburdur.
İsrail kəşfiyyatının (MOSSAD) keşmiş başçısı deyib ki: “Rusiya ilə müharibədən qalib ayrılmalıyıq”. Yəhudilər bu qələbəni Suriyada qazanmağa çalışırlar və yəhudilərin “girovluğunda olan” ABŞ prezidenti Trampın əmri ilə aprelin 14-də Suriyanın paytaxtı Dəməşqə raket atıblar. Suriyadan sonra İran, Rusiya gəlir. Bu ölkələr dağılsa, onların arasında yerləşən Azərbaycan yerlə-yeksan ola bilər.
Dünyada baş verən bu qırğınların arxasında yəhudilərin dayandığı zənn edilir. 2-ci Dünya müharibəsində milyonlarla yəhudini Hitlerin qırğınından xilas edən Rusiya indi öz payını alır. Şübhə etmirəm ki, tezliklə dünyada ikinci Hitler peyda olacaq. Yəhudi siyasətçilərin tökdükləri nahaq qanlara görə günahsız yəhudi uşaqları da cavab verməli olacaqlar. Zaman-zaman yəhudilər Allahın varlığını unudanda Allah onlara öz varlığını göstərməli olub. Atom bombalarını yaradanlar bir gün bu bombaları işə sala bilərlər.
Rusiya mətbuatı vətəndaşlara su və qida ehtiyatı toplamağı məsləhət görür. Bildirilir ki, düyü və qənd daha uzun müddətə keyfiyyətini saxlaya bilir.
Dini dərindən bilən insanlar qiyamətin bütün əlamətlərinin hazırda mövcud olduğunu bildirirlər. Şəxsən mən yerin altında yaşamaqdansa ölməyi üstün tuturam. Hələlik isə həyat davam edir.
Rayonların birində icra başçısı məntəqəyə gəlib seçkinin necə keçməsi ilə maraqlanır. Məntəqə sədri deyir ki, əhali 150 faiz səs verdi.
Başçı bunun necə olmasını soruşanda məntəqə sədri deyir:
“Əhali sevincək olub, bir dəfə səs verən qayıdıb bir də səs verib.”
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Mətanət ƏLİYEVA
Bölməyə aid digər xəbərlər