13:09 / 18-09-2025
Naxçıvanda kişi geyimində oğurluq edən qadın tutulub
12:57 / 18-09-2025
Zakir Həsənov Çinə gedib
12:49 / 18-09-2025
İlham Əliyev Avropa İttifaqının komissarını qəbul edib - Fotolar
12:47 / 18-09-2025
Sabah yağış yağacaq
12:36 / 18-09-2025
Azərbaycan yığması 124-cü sıraya yüksəlib
12:30 / 18-09-2025
"Grok 5" ümumi süni intellekt sistemi olacaq - Foto
12:24 / 18-09-2025
Bakıya əlavə yol-patrul naryadları cəlb ediblər
12:16 / 18-09-2025
Dronlar Rusiyaya zərbələr endirib
12:08 / 18-09-2025
Əli Əsədov Qırğızıstana gedib
12:08 / 18-09-2025
Dünyanın ən böyük polad sifarişi veriləcək - Fotolar
11:56 / 18-09-2025
Milli Məclisdə dinləmə keçiriləcək
11:55 / 18-09-2025
Trampın əlində bitkoin tutan qızıl heykəli ucaldılıb
11:50 / 18-09-2025
Deputatdan narazılıq: "Bizi o Foruma niyə dəvət etmədilər?"
11:44 / 18-09-2025
FED-in yeni faiz qərarı fonunda dollar bahalaşıb
11:35 / 18-09-2025
Daha bir asteroid sürətlə Yerə doğru irəliləyir
11:20 / 18-09-2025
Makron həyat yoldaşının qadın olduğunu sübut etməyə çalışacaq
11:16 / 18-09-2025
Ermənilərin məhkəməsi gələn həftə keçiriləcək
11:09 / 18-09-2025
"Vahid Mədəniyyət Reyestri" sistemi yaradılacaq
10:57 / 18-09-2025
Yaponiya 100 illik rekorda imza atıb
10:57 / 18-09-2025
Məzahir Pənahovun oğlu keçmiş arvadına uduzub - 300 minlik əmlakı qaytaracaq
10:53 / 18-09-2025
Rusiyada azərbaycanlı iş adamını həbs etmək istəyirlər
10:52 / 18-09-2025
Trampın xanımı ukraynalı uşaqlardan xüsusi hədiyyə alacaq
10:42 / 18-09-2025
Ukrayna dəmir yollarına yenidən zərbələr endirilib
10:35 / 18-09-2025
Slovakiya və Macarıstan Rusiyadan enerji idxalını azaltmayacaq
10:27 / 18-09-2025
Türkiyəli nazir: "Zəngəzur dəhlizinin açılması ilə tranzit ticarəti artacaq"
10:17 / 18-09-2025
Gürcüstanda SOCAR-ın avtomobilinə silahlı hücum olub
09:22 / 18-09-2025
Azərbaycanda Milli Musiqi Günü qeyd olunur
09:16 / 18-09-2025
Putinin müharibə əleyhdarı olan silahdaşı istefa verib
09:05 / 18-09-2025
Ərdoğan: Haram əllərin müqəddəs Qüdsü ləkələməsinə izn vermərik!
13:31 / 16-09-2025

20:48 / 13-09-2025

18:40 / 14-09-2025

13:50 / 14-09-2025

15:37 / 14-09-2025

13:02 / 15-09-2025

13:17 / 14-09-2025

15:11 / 15-09-2025

13:27 / 13-09-2025

13:39 / 16-09-2025

00:04 / 16-09-2025

Pis ətraflar, isfəndiyarlar...
Tarix: 30-03-2019 14:16 | Bölmə: Nadir QOCABƏYLİ

Elə ki prezident İlham Əliyev haqqında müsbət bir fikir və məmurların pis olduğunu yazırsan, o dəqiqə bəziləri "özü yaxşıdır, ətrafı pis" deyə şit lağlağı etməyə başlayır...
İndi sizdən soruşuram: Hansımızın dost-tanışı, qohumları, rəfiqələri, iş yoldaşları, partiya yoldaşları, işçiləri yaxşıdır?.. Hansımız öz ətrafından razıdır? Hamımız bir-birimizin ətini yeməyə hazır deyilikmi? Prezidentin ətrafında da əsasən bizim kimi adamlar deyilmi?...
Buna rəğmən prezident də, vitse-prezident də yaxşı işlər görür, xalqa imkan daxilində əl tuturlar. Amma biz istəyirik ki, hər şey birdən-birə yaxşı olsun və qətiyyən ağlımıza gəlmir ki, hər şeyin yaxşı olması üçün bir-iki nəfərin yaxşı olması yetərli deyil. Çoxluq yaxşı olmalıdır və bu çoxluğu da bir günün içində dəyişmək mümkün deyil...
Hər kəs bu dəyişikliyə ilk növbədə özündən başlamalı, hadisələrə, şəraitə, yaxşıya, pisə düzgün qiymət verəcək qədər yetkinləşməlidir. Məgər bu asandır?
Bax, bu dəqiqə duraq gedək özümüzə ən yaxın hesab etdiyimiz imkanlı adamlardan birinin qapısına və ondan yüzcə, mincə manat pul istəyək. And-aman eləyəcək ki, yoxdur, özüm borc içindəyəm. Halbuki villada yaşayır, evində yüz minlik mebel, qapısında 50 minlik maşını var, dörd yerdə arvad saxlayır. 100 manat onun maşının bir bak benzin puludur. Amma "əli yanan" qohumuna, qardaşına, bacısına dərman pulu vermir. Pula görə neçə-neçə istedadlı, bilikli uşaq təhsildən kənarda qalır. İntihar edənlər olur. Hamının da imkanlı qohum-əqrəbası. Amma heç kəs kömək eləmir.
Ancaq İlham Əliyev bir neçə gün əvvəl malı yanmış yüzlərlə adama əl uzatdı, onların, necə deyərlər, meyitini yerdən götürdü. Siz bir də əksini təsəvvür edin. Verməsəydi nə olacaqdı? O tacirlərin neçəsini infarkt vuracaq, neçəsi insult olacaq, neçəsi şəkər, təzyiq, xərçəng tapacaq, neçəsinin ailəsi darmadağın olacaq, qapılara düşəcək və o qapılar da biqeyrətcəsinə bundan sui-istifadə edəcəkdi. Amma Prezident görün nə qədər bədbəxtliyin qarşısını aldı...
İsfəndiyar Axindov deyir ki, şəhidin həyat yoldaşı mənə müraciət etsəydi, kömək edərdim. Hamımız belə müraciətlərin necə qarşılandığını, hansı namussuzluqlarla, əxlaqsızlıqlarla müşayiət olunduğunu yaxşı bilirik. Amma Mehriban Əliyeva müraciət gözləmədi, məhz şəhid xanımı onun-bunun qapısında qalmasın, ona-buna ağız açmasın, təhqir olunmasın deyə, dərhal onun problemini həll etdi.
Sizdən soruşuram, ətrafımızdakı adamlar isfəndiyarlardan çoxmu fərqlənir? Yaxşı indi prezidentimiz o isfəndiyarlardan biri olsaydı, onda necə olacaqdı?
Bu gün ölkədə əksəriyyət bir-birinə düşmən kəsilib. Hamısı da pul, dolanışıq, güzəran üstündə. Kimin ki güzəranı bir az pisləşir, hamı ondan üz döndərir, nə var-nə var, birdən o adamın yardıma ehtiyacı olar və nəsə istəyə bilər. Mən bu yaxında elə Prezidentin ətrafındakılardan sayılan bir adama kömək yox ha, məsləhət üçün müraciət etdim. Mənə cavab vermədi. Məktubum düz bir ay onun inboxunda qaldı, oxudu, amma cavab yazmadı. Özü də keçmiş cəbhəçidir, 10 il eyni partiyada olmuşuq, guya hakimiyyətdəkilərin yaxşılarından hesab olunur.
İndi sizdən soruşuram: məgər o adamın mənə keçmiş hərəkat, partiya yoldaşına, "salam-əleyk" etdiyi birinə cavab verməməsinə İlham Əliyev günahkardır, yoxsa Mehriban Əliyeva? Əbəttə, heç biri. Bu adam sadəcə pis ətrafa soxulan isfəndiyarlardan biridır, vəssalam. Bu hadisədən sonra daha kimsədən nəsə soruşmağa da ehtiyatlanıram.
Elə ona görə də, hamı prezidentə və birinci xanıma müraciət edir. Çünki onlardan başqa cavab verən, kömək edən yoxdur. Amma onlara da gərək səsin çata, ünün yetə. Ətraflar, isfəndiyarlar bu məsələdə də hələ ki, başlıca maneə olaraq qalırlar...
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Nadir QOCABƏYLU
Bölməyə aid digər xəbərlər
28-02-2021, 14:55
Xalq adamı ilə xalqın arasına girənlər…
16-01-2021, 23:01
Solovyovdan üzr istəyirəm - Nadir Qocabəyli yazır
3-11-2019, 12:44
Nadir QOCABƏYLİ - Yel qayadan nə aparar, yaxud Prezidentin köməkçisindən nə istəyirlər?