23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Hakimiyyətə iddialı partiya rəhbərinin ailəsi
Tarix: 20-09-2019 15:30 | Bölmə: Nadir QOCABƏYLİ
Hakimiyyətə iddialı partiya rəhbərinin ailəsi

Əli Kərimlinin müavinlərindən biri Fuad Qəhrəmanlının ailəsində baş verən proseslər haqqında qızı Selcan Yağmurun yazdığı dəhşətli status beynimdə isti-isti belə assosiasiya olundu: axı niyə bu cür əlləm-qəlləm adamlar əsasən müxalifət partiyalarında olur, bir qayda olaraq, hakimiyyət tənqidçilərinin (oxu: söyüşçülərinin – N. Q. ) sıralarına qoşulurlar? Bunun ardınca ikinci sual da gəlir: müxalifət niyə bu adamları asanlıqla öz sıralarına qəbul edir?

Suallarımı cavablandırmazdan qabaq sizə bir məsələni etiraf etmək zorundayam, əziz dostlar. Gənc ikən AXC-yə qoşulanda məni, atamı, ailəmizi tanıyan xeyli adam məzəmmət eləyib dedi ki, ora sənin yerin deyil. Oradakı adamlar sənin tayın deyil və sənə yaraşmırlar. Ancaq hökumətin atama və özümə qarşı etdiyi ədalətsizliklərdən doğan nifrət o dərəcədə güclü idi ki, mən bu qınaq və məzəmmətləri demək olar ki, eşitmirdim. O zaman hesab edirdim ki, atamın haqsız yerə işdən çıxarılması, özümün uzun müddət ali məktəbə daxil ola bilməməyimin əsas baiskarı sovet hökumətidir, yəni mövcud siyasi rejimdir. Əgər onu dəyişsək, bütün problemlər öz həllini tapacaq, biz Avropadakı kimi, azad, ədalətli, demokratik bir sistem quracaq və xoşbəxt yaşayacağıq. O vaxt total təbliğat belə idi və bu təbliğatın təsirinə düşməmək üçün ya gərək çox ağıllı, təcrübəli, səbrli olaydın, ya da proseslərə laqeyd kütlənin bir parçası...

Mən AXC-yə universitetdə üzv olmuşam və doğrusu, universitet şöbəsi öz səviyyəsinə görə digərlərindən seçilirdi. Üzvlər arasında savadlı, rüşvət almayan müəllimlər, professorlar, oxuyan tələbələr vardı və həmin mühit məni o qədər də sıxmırdı. Ancaq etiraf edim ki, demaqoqlar, nə dediyini, danışdığını bilmənlər də az deyildi və onlar məni məyus edirdi.

Türkiyəyə gedib qayıtdıqdan sonra (1996-98) bir müddət rayonda yaşamalı oldum, AXC rayon şöbəsində sədr müavini oldum. Cəbhənin əsl keyfiyyətini, tərkibini, səviyyəsini, onun çatısı altına hansı insanların toplaşdığını da əsasən onda gördüm və cəmi ikicə il tab gətirə bildim.

İndisə keçək yazının əvvəlində verilən sualların cavabına. Niyə müxalifətin sosial tərkibi keyfiyyətsiz olub və xalq arasında hörməti olmayıb və niyə öz sıralarına kimi gəldi qəbul eləyib (əfsuslar olsun ki, bu tendensiya bu gün də davam etməkdədir)?

Mənim fikrimcə, bu problem əsas etibarilə onun ideyalarının, taktika və strategiyasının ağıllı, bilikli, sanballı və səviyyəli adamlar üçün cəlbedici olmamasından, AXC-nin ektremist, qısır mahiyyətindən qaynaqlanır. Normal düşüncə sahibləri onlara qoşulmur, qoşulsa da, onlarla birlikdə uzun müddət qala bilmirlər. Odur ki, bu düşərgə məntiqi olaraq cəmiyyətdə hörməti olmayan, əlləm-qəlləm, tərbiyəsiz, köksüz, nəcabətsiz, löyünsüz, əskik adamların, bar qızlarının, şantajçıların, masaj salonu xidmətçilərinin, beş dəfə evlənib-boşanmışların, məişət pozğunlarının, valideynlərinin üzünə ağ olanların güzərgahına çevrilir.

İndi də keçək bu mövzuya müraciət etməyimə səbəb olan hadisəyə, yəni Qəhrəmanlının ailəsində baş verənlərə. Öncə onu qeyd edim ki, Azərbaycan cəmiyyəti bu günədək müxalifətçilərin gündəlik həyatlarında, ailələrində, məişətlərində baş verən saysız-hesabsız əxlaqsız insidentlərə şahidlik edib. Özü də ən pisi odur ki, bunlar həmin bu rüsvayçılıqların da altından “məharətlə” sivişib çıxır, öz qərbpərəst, xaricdən maliyyələşən mətbuatlarında əxlaqsızlıqlarına bəraət qazandırır, kuluar söhbətlərində bunları “şəxsi məsələ”, “sevgi”, “azadlıq” və s. adlandırır, gənclərin də tərbiyəsini pozurlar. Bunlar çox asanlıqla, tükləri belə tərpənmədən məişət pozğunlarını “Romeo və Cülyetta” elan edə, demaqoq və donosbazları obyektiv informasiya mənbəyi saya, şantajçıları və narkomanları qəhrəmanlaşdıra bilirlər. Bunlar hətta fahişələrdən, pozğun adamlardan yazıçı, ictimai fəal, siyasi lider də düzəltməyə durmadan cəhd edirlər.

Nə isə, Fuad Qəhrəmanlın ailəsində nə baş verir? Əlbəttə, bu sadəcə bir ailə məsələsi deyil, bunu statusu yazan ailə üzvü də qeyd edib. Ancaq qeyd etməsəydi də, şəxsi məsələ olmayacaqdı, çünki… Çünki ailənin 3 üzvü artıq ölkə miqyasında tanınmış şəxslərdir, artıq dördüncüsü də tanındı. Ata – 3 dəfə həbsdə olmuş siyasətçi, ana yazıçı-siyasətçi, bir qız – qalmaqallı ictimai fəal, ikinci qız da artıq məşhur blogger. Ancaq mən yenə də bu haqda nəsə yazmaq üçün bir gün gözlədim…

Yeniyetmə qız (onun yaşını, təəssüf ki, öyrənə bilmədim) “qorxulu” bir ailədə böyüdüyünü yazır. Qadın, qız, qorxu yox, sevgi mühitində böyüməli və yaşamalıdır. Bu onun şəxsiyyəti, cəmiyyətdəki rolu və mövqeyi, gələcək xoşbəxtliyi, ailə həyatı, ana olması üçün son dərəcə önəmlidir. Amma o, atasından qorxur, özü də elə bir atadan ki, o, “ana müxalifət” partiyasında sədr müavinidir, hər gün ağzına çullu dovşan sığmadan insan haqları, demokratiya, hətta qadın hüquqları haqqında danışır, cəmiyyətə xoşbəxtlik, firavanlıq vəd edir. Fuad Qəhrəmanlı öz qızında təkcə aqressivliyi ilə yox, həm də son dərəcə riyakar, yalançı, saxtakar biri olmasıyla nifrət yaradıb. O, cəmiyyətə özünün inanmadığı dəyərləri sırıyan siyasətçi, partiya lideridir.

Fuad Qəhrəmanlı, eyni zamanda həyat yoldaşının barmağını qıran, sifətini, bədənini qançır edən bir sadistdir. Onun bu hərəkəti nə mühafizəkar-zorba kişi obrazına uyğun gəlir, nə də daim təbliğ etdiyi liberal həyat yoldaşı obrazına. O daha çox işgəncədən ləzzət alan bir manyakı göz önünə gətirir. Çünki mühafizəkar kişilər adətən ram olmayan, dilini dinc saxlamayan arvadlarını yüngülvari bir şapalaqla cəzalandırırlar, liberallar da çıxış yolunu papaqlarını götürüb getməkdə görürlər. Barmaq sındırmaq, diz qırmaq sadəcə sadizm və manyaklıqdır.

Qızcığaz bu işgəncələrə bu günədək dözməsini ictimai basqı ilə əlaqələndirir. Özü də bu ictimai təzyiqin mərkəzində atasının liderlərindən biri olduğu müxalif partiya, onun tanınmiş simaları, hətta məşhuri-cahan sədri Əli Kərimli dayanır. Onlar qadına boşanmamağı, dözməyi məsləhət görür, “boşanıb neyləyəcəksən” deyirlər.

Amma arvadını və qızlarını daim döyən, onların bədənblərinə silinməz işgəncə izləri qoyan bir adamla necə yaşamağın mümkünlüyü haqqında heç nə demirlər.

Selcan sual verir ki, Fuad Qəhrəmanlının aqressiv, zorakı hərəkətlərinə, şiddətlərinə niyə dözməlidir? Yalnız ona görə ki, onu böyüdüb, evə çörək gətirib?

Mənə elə gəlir ki, Fuad Qəhrəmanlı öz qızlarına nə normal ata olub, nə də çörək verib. Adamın günü türmədə keçib, bu çörəyi haçan qazanıb, haçan ailəsinə yiyə durub? Mən əksinə düşünürəm: ailə daim bunun ardınca həbsxanaya çörək daşıyıb və ailədəki bərbad durumun əsas səbəblərindən biri də elə bu olmalıdır.

Hakimiyyətə iddialı partiya rəhbərinin ailəsi

Daim hakimiyyətin zorakılığından, həbsdə onlara işgəncə verildiyindən danışanlar həbsdən qaranlıqda bəslənmiş buğa kimi çıxırlar, onların üzündə, bədənində heç bir işgəncə izi olmur, amma Fuad Qəhrəmanlının həyat yoldaşı, qızları sifətlərindəki çapıqları, bədənlərindəki yaraları gizlədərək yaşayıblar ki, “kişinin” siyasi reputasiyası korlanmasın. Siyasi reputasiyaya gəlincə, gənc Selcan Yağmurun atasının mənsub olduğu siyasi təşkilat haqqında yazdıqları olduqca ibrətamizdir. Sitat:

“Hətta Ali Karimli (Əli Kərimli) ailə psixoloqluğuna soyunub bu mövzuda! Anama başa salıb ki, kişilər belə olur, dözmək, gələcəyi düşünmək lazımdır, uşaqlarınız var, "onsuz da 40 yaşından sonra boşanıb nə edəcəksiniz ki?". Bəs siz Əli Kərimlinin "qonşu arvad" rolunda bu qədər bacarıqlı olduğunu bilirdiniz? Adam az qalırdı desin ki, "az çörəyivi verir? Sus otur da..".

Belə gördüm ki, bu cəbhə bütünü ilə ikiüzlü, iyrənc bir yerdir. Əli Kərimli evdə necə bir vəhşilik etdiyini hərfi hərfinə bildiyi adamı, sağ yanında saxlayır, - bunu başa düşdüm, kadr yoxdur - amma adam canini yox, qurbanı qınayır ki, "siz düz etmirsiniz". Qalan üzvlər də, anama necə "yaxşı at özünə qamçı vurdurmaz", onu öyrədir, sonra da yığışıb hakimiyyətin insanları əzməyindən, ədalətdən danışırlar; hələ bütün bunları bilən adamlar niyə uşaqlar "Yağmur" soyadını istifadə edir deyə gileylənir, müavinlərinin qəzəbini itiləyib, "hamı deyir ki o evdə Fuadı saymırlar" başlıqlı motivasiya çıxışı edərək, növbəti zorakılıq dalğası üçün Qəhrəmanlını evimizə göndərir, həyatımızı bir gün daha qorxu filminə çevirirlər. Impressive. Adam bu qədər necə iyrənc olar axı? Siz bir partiyada necə bir araya gəlibsiniz? Ortadakı bu əxlaqsızlıq potensialı gözümü yaşardır valla.”

Gənc qız bu kiçik abzasda Əli Kərimlinin rəhbəlik etdiyi təşkilatı necə də obyektiv təsvir edib.

Adamın evdə saya salınmaması haqda da söhbətlər varmış və aqressivliyi də bundan doğurmuş. Odur ki, adam yerinə qoyulmaq, saya salınmaq, hörmətli olmaq üçün şillə-təpikdən istifadə edir, barmaq qanırırmış, ancaq başa düşmürmüş ki, bunlar o qədər də böyük rol oynamır, hətta əks effekt verir, bunun üçün adam olmaq, hörmət, sevgi qazanmaq lazımdır.

Fuad Qəhrəmanlının qızı isə atası haqda anasının boşanmasına əsas verən daha dəhşətli, iyrənc faktlar bilsə də, onları açıqlamır.

Ancaq o, cəmiyyətin bunlardan xəbərdar olduğunu, heç bir sırr açmadığını yazır.

Bəli, cəmiyyət çox zaman çox şeyi bilir, ancaq kimsə bunları yazmadıqca, yazıya köçürmədikcə ucadan danışmağa cürət etmir, pıçı-pıçı edir. Bu mənada bu 30 ildə xalqın başına bəlalar gətirənlər, onları daim aldadanlar haqda hələ yazılacaq çox şey var.

Nadir QOCABƏYLİ

Müəllifin bütün yazıları - Nadir QOCABƏYLİ



Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}